Vətən, başın sağ olsun

11:12 / 28.03.2019
Baxılıb: 2476

Qara xəbər yüyrək olur, deyirlər. Dünən axşamdan bütün Azərbaycanı qara xəbər bürüdü. 19 yaşlı Əlləz şəhid olub. Allah, Allah, bayram sevinci bitməmiş, dərd-kədər bürüdü Azərbaycanı. Arzular, muradlar, niyyətlər, daha nələr-nələr düşmən gülləsinə tuş gəlib al-qana qərq oldu dünən.

Heç bilmirəm Əlləzgil ailədə neçə uşaqdılar. Heç bilmirəm Əlləz evin neçənci övladıdır. Heç bilmirəm Əlləzin qardaşı var, yoxsa yox. Bircə onu bilirəm ki, bu dünyada hər kəsin öz yeri var. Kimsə kiminsə yerini dolduracaq qüdrətində deyil. Çünki Ulu Tanrı hər kəsi bir mən olaraq yaratdı. Bəlkə Əlləzin qardaşı da ola bilər, Əlləzə də oxşaya bilər, ancaq Əlləz ola bilməz. 19 yaşlı Əlləz elə özüdür. Onun igidliyi, qəhərmanlığı, Vətən uğrunda verdiyi can da elə özü kimi saf, müqəddəs, arzularla dolu, duyğulu, həyat eşqli idi. Fəqət, dünən bu arzular, bu duyğular güllə səslərinə qarışdı, mərmilərə tuş gəldi. Əlləz düşmənlə döyüş zamanı arzularına vida deməyə məcbur qaldı. Çünki o arzulardan yüksəkdə bir sevgi dayanırdı – Vətən sevgisi. Əlləz vətən sevgisinə görə bütün sevgilərdən keçdi. Bax elə buna görə də Əlləz bənzərsizdir, əvəzolunmazdır. Göz yaşlarım sifətimi döyəcləyir, ürəyim qəfəsə salımış bülbül kimi çırpınır. Dərd-dərd üstündən, ağrı-ağrı üstündən. Bir neçə gün öncə Qazax rayonunun Yuxarı Salahlı kəndi bir şəhid verdi bu vətən uğrunda.  Döyüş tapşırığını yerinə yetirərkən qar uçqununa düşərək şəhid olmuş Hafiz Abdullayevin nəşi tapılmamış, torpağa tapşırılmamış bu ağır el Əlləzin şəhidliyinə şahidlik etdi, Əlləzi üçrəngli Azərbaycan bayrağına büküb ölümsüzlüyə doğru getdiyi yola uğurladılar. Salahlı eli hər zaman öz igid, cəsur, qorxmaz, Azərbaycan uğrunda özünü od içinə atan igid oğulları ilə fərqlənib. Elə son ongünlüklərdə vətən uğrunda qəhrəmanlıqla həlak olan Hafiz və Əlləz bu tarixə əyani sübutdur. Biz nə Əlləzi, nə Hafizi unudan deyilik, nə də Azərbaycan uğrunda canını fəda etmiş qəhrəmanları unudan deyilik!

Qazax mahalı yasdan çıxmamışdı hələ. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov: “Hafizin nəşi Qazağa gətirilməyincə biz yüksək əhval-ruhiyyədə bayram qeyd edə bilmərik”, – dedi. Və mən Rəcəb Babaşovun bu vətənpərvər addımı üçün ürəyimdə ona sağ ol, söylədim.

Danışmağa sözüm, yeriməyə taqətim də qalmayıb. Bu yerdə beynimi MİLLİ QƏHRƏMAN Alı Mustafayevin yazdığı misralar döyəcləyir:

Baxıram dünyanın bu gərdişinə,

Dəli bir ağlamaq keçir könlümdən!

Əlləzin dəfnində çəkilən şəkillərlə baxırdım. Anası tabuta sarılıb ürəyini tabutla birgə göndərirdi qəbir evinə. Atası isə bütün varlığı ilə yas içindəydi. İlahi, kim bilir bəlkə də onlar bir gecənin içində bir əsr qocalmışdılar, belləri bükülüb, gözləri zəifləmişdi. Axı kim bilir?! Heç kim! Bu ağrını-acını onu çəkənlərdən başqası bilməz! Bəlkə də Əlləz tabuta sarılmış anası ilə, oğul itkisindən  sonra bir gecədə bir əsr qocalan atası ilə söhbət edirdi və deyirdi: “Məndən nigaran qalmayın. Mən ayağa qalxacam, yarama torpaq tökün”! Bəlkə elə ata-anası da Əlləzin  bu son sözlərini (arzusunu) eşidib Yuxarı Salahlı kəndində, baharın sevgililəri qoynuna alıb, sevgilərə sığal çəkdiyi bir vaxtda qədim qəbiristanlıqda bir qəbir qazdırıb, Əlləzin qanlı yarasını sarımaq üçün onu torpağa tapşırdılar. Nə bilim, bəlkə! Bəlkə də! Bəlkə elə bu gündən sonra Əlləzlə birgə arzuları torpağa gömülən valideynlər yalnız o məzarın yolçusu olacaqlar. Bəlkə də o valideynlərin ən böyük rahatıq tapdıqları ünvan da, məkan da Əlləzin Kürün laylası, İncə dərəsindən əsən mehin sərinliyi ilə uyuyan məzarı olacaq. Şəhid üçün fəryad edən ürəyinizə, qan-yaş tökən gözlərinizə qurban, Şəhid valideynləri! Bəlkə nə vaxtsa dünya etdiyi ədalətsizliyə görə Şəhid qanından utanacaq. Bəlkə, bəlkə, bəlkə də!!!

Qeyd: Martın 26-da Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb. Dünən axşam saatlarında düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləz Ələddin oğlu Əlləzov şəhid olub. Bu gün şəhid olan hərbçimiz doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn edilib. Allah rəhmət etsin!

Gərək bu gün poladdan qolum-qanadım olsun,

Vətənin dar günləri məhşər saatım olsun.

Vətənin qarşısında bu əsgər andım olsun,

Mən ayağa qalxacam, yarama torpaq tökün!

Barat Vüsal

 

Allah rəhmət etsin!

Ölməz şəhidlərə böyük hörmətlə: Səbinə Yusif


Etiket:
Xəbərlər

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025
Bütün xəbərlər