"Mikoyan Dağlıq Qarabağ və Zəngəzurun Ermənistana verilməsinə ən kəskin etiraz edənlərdən olub"

15:41 / 30.03.2019
Baxılıb: 2546

 

 

 

 

 

Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlını Türkiyədə yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edib, kitab haqda məlumat öyrəndik.


Ermənişunas alimlə kitab haqda söhbəti Moderator.az oxucuları üçün təqdim edirik.

- Qafar müəllim, Türkiyədə yeni bir kitabınız işıq üzü görüb. Təbrik edirik. Kitabın adı marağımıza səbəb oldu: “Anastas Mikoyan. Bolşevik bir Erməninin etirafları”. Əlbəttə, kitabı daha sonra oxuyacağıq, amma indi soruşmaq istəyirik: Siz nədən  birdən- birə bu mövzuya müraciət etdiyinizi açıqlaya bilərsinizmi? 


-  Təbrikə görə çox sağ olun. Mən fürsətdən istifadə edib sosial şəbəkələr vasitəsilə ünvanıma təbriklər göndərən hər kəsə təşəkkür edirəm. İnşallah onlara kitab çatdırmaq fürsətim olacaq.  Belə bir kitab yazmaq düşüncəsinin maraqlı bir tarixçəsi var. Təxminən bir il öncə Ankarada yerləşən Avrasiya İncələmələr Mərkəzi məni "Dağlıq Qarabağ məsələsi və Erməni-Türk- Azərbaycan münasibətləri" mövzusunda məruzə etməyə dəvət etmişdi. Bu qurum erməni araşdırmaları üzrə ixtisaslaşmış strateji mərkəzlərdən biridir. Məruzəmdə  1920-ci illərdən 70-ci illərə qədər SSRİ-nin ən yüksək və önəmli vəzifələrində işləmiş Anastas Mikoyanın fəaliyyəti ilə bağlı Erməni qaynaqlarından əldə etdiyim yeni bilgiləri çatdırdım, onun erməni düşüncə sistemində özünə yer alan xəyali  “Böyük Ermənistan” məsələsinə münasibəti ilə, Qarabağ, Zəngəzur məsələsinə münasibəti ilə bağlı fikirlərinə yer ayırdım , Leninə, Orconikidzeyə yazdığı məktub və raportlarla bağlı bəzi faktları dedim. Ermənistanda repressiya illərində onun oynadığı roldan danışdım. Bu xüsusiyyətlər konfransda iştirak edən  şəxslərin, keçmiş  səfirlərin, tarixçilərin diqqətini cəlb etdi. Xüsusən, AVİM başkanı əməkli böyükelçi Alev Kılıç,  Mikoyanın bəzi fikirlərinə bələd olan, erməni məsələsi üzrə Türkiyənin ən ünlü tarixçi- professoru Kemal Çiçəklə  konfransdan sonra da fikir mübadiləsi apardıq və dostlarımın belə bir təklifi oldu ki, Mikoyan və onun bəzi obyektiv fikirlərinin yer aldığı  bir çox  gizli  məqamlara işıq tutmaq lazımdır, onları gündəmə daşımaq lazımdır. bu bizim təbliğat işimizdə əlimizi möhkəmləndirər.  Kitaba ön sözündə də hörmətli Kemal bəy yazır ki, Ermənistanın ilk baş bakanı Hovhannes Kaçaznuni  bir –iki cümlə işlədib, işimizə yarayır, Mikoyan isə erməni kökənli siyasət adamlarının təməlini oluşduracaq fikirlərə sahibdir, amma bunlar o qədər də bilinmir ...

Bundan sonra mən Mikoyanın keçdiyi yol, açıq və gizli fəaliyyəti  apardığı siyasətlə bağlı həm ermənicə, həm də rusca olan qaynaqları araşdırdım.  Ortaya bu kitab çıxdı. Son illərə qədər Ermənistanda  Mikoyanı erməni millətinin öndərlərindən sayırdılar, Sovet hökümətinin əsas simalarından olan bu şəxs şübhəsiz ki, öz milləti üçün müəyyən işlər görmüşdür. Onun vəzifədən çıxandan sonra rusca yazdığı  və çap elətdirdiyi “Belə oldu “(“Tak bılo” ) kitabında bunlardan fəxrlə bəhs etməkdədir.  Mikoyan "От Ильича до Ильича без инфаркта и паралича" (İliçdən İliçə infarktsız və insultsuz ), yəni Lenindən Brejnevə qədər vəzifədə olan, ömür sürən və həyatı boyu  inanılmaz şanslı olan adam olmuşdur.  Birinci Dünya savaşından sağ çıxan, güllələnən 26 Bakü Komisarlarından 27-cisi olan, Stalinin repressiyalarından xilas olan bu şəxsə Stalinin ölümü  belə  düşərli olmuşdu. Bəs necə oldu ki,  Malenkov, Xruşşov ve Brejnev zamanında da “odda yanmaz, suda batmaz” olan Anastas Mikoyanın  ölümündən 35-40 yıl geçməmiş adı  “siyah siyahılarda“ yer aldı.  Mikoyanın nəvəsi, yazıçı Stas Namin İrəvan merinə müraciət etmişdi ki, babasına heykəl qoysunlar. Ortaya  Mikoyana ait yeni sənədlər çıktı. “Çox gizli” qrifi ilə  saxlanılan bu sənədlər bomba efekti yaratdı və  ona nəinki heykəl qoyulması, hətta erməni xalqının düşməni kimi mühakimə edilməsi təklifləri ortaya çıxdı. Bunlardan mən kitabda geniş şəkildə bəhs etmişəm. Mikoyanla bağlı Azərbaycan üçün önəmli olan sənədlərə də yer vermişəm. Ən önəmli fikir ondan ibarətdir ki, Mikoyan Dağlıq  Qarabağ və Zəngəzurun Ermənistana verilməsi məsələsinə ən kəskin etiraz edənlərdən və bu fikri əsaslandıranlardan biri olmuşdur.  Onun yalnız bir məktubundan bəhs etmək kifayətdir ki, məsələyə münasibətinin nə olduğunu anlayasan: 1920-də  Qarabağ və Zəngəzur bolşeviklerin əlinə keçəndən sonra Mikoyan  Rusiya  XİN başçısı Çiçerinə bir mektub göndermişti: "Ermənilər Azərbaycanla gerçek savaş  içindədirlər. Sovet Azərbaycanının tərkibinde  bulunan, ama mübahisəli hala gətirilməsi istənən  Zəngəzur ve Qarabağa gəlincə, qəti olarak bildirik ki, bu ərazilərin müddətli olaraq və bundan sonra da  Azərbaycanın sərhədləri içində yer alması lazımdır” . Bunlardan biz nədən istifadə etməyək?  Və yaxud Mikoyanın ermənilərin Türkiyəyə qarşı ərazi iddialarını lağa qoyması və onu “daşnak provakasiyası” adlandırması, dünyaya qondarma “erməni soyqırımı”ilə bağlı təbliğat aparanların qarşısına nə üçün Mikoyanın 300-500 min arası erməninin Daşmnakların günahı uçbatından ölməsini dediyini çıxarmayaq. Mənim Mikoyan mövzusuna müraciət etməyimin səbəblərindən biri budur.


İndi Ermənistanda Mikoyana münasibət birmənalı deyil, ən azından sevmirlər. Mikoyan küçəsi lövhəsinə “Ənvər”, deyirlər ki, ona heykəl qoyaq, amma bu şərtlə ki, altına ad-familiyası yerinə yazaq;”Merzavets”-alçaq! ”Merzavets”- sözü Mikoyanın özünə aiddir. “Belə oldu” kitabında belə bir cümlə də var: “Biz hamımız alçaqlar olmuşuq”. Kitabda bunlar yer almaqdadır.  Kitab Cedit Nəşriyyatında çap edilmiş, birinci basqının tirajı 3 mindir. Kitabın ön sözünün yazarı və redaktoru professor Kemal Çiçekdir.

 


Etiket:
Xəbərlər

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb

08.01.2025

Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar

08.01.2025

Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev

08.01.2025

Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

07.01.2025

 AĞAYARIN ŞƏYİRDLİYİ

05.01.2025

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ

26.12.2024

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25.12.2024

Şanlı qələbə və İlham Əliyevin ad günü

24.12.2024

Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.

24.12.2024

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

21.12.2024

Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb

18.12.2024

Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar

16.12.2024

Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

12.12.2024

Akif Əli:  “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər  - niyə gedirsən?!”

28.11.2024

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024
Bütün xəbərlər