Rəşid Göyçənin şeirləri

20:30 / 09.04.2019
Baxılıb: 5438

YERİN, GÖYÜN BİR QUŞU VAR

 

Yerin, göyün bir quşu var, qardaşım,

Hələ qanad çalır başının üstə.

Torpağının üstə, daşının üstə,

Hələ neçə illər qanad çalacaq.

Uçacaq keçdiyin yollar boyunca,

Keçdiyin yollardan doymayacaqdır.

Ayağına dəyən daşlar sayınca

Ağır günlərinə lələk salacaq.

 

Döydüyün qapılar açılmayanda

Yuvasız quşlara qarışmaq olmur.

İçindəki səsin ucalmayanda

Bir xoş xəbəri də danışmaq olmur.

Hə yaxşı uşaqkən yuvasız qalmış

Ətbala bir quşa yuva qurubsan,

Yazan, qara baxtı qara yazanda,

Əllərini yerdən, göydən üzəndə

Başını qaldırıb, başının üstə,

Şahlıq quşunu yox, onu görübsən.

 

İnsanlar içində söyləmədiyin,

Sirri də o quşdan gizləyəmməzsən –

Bir quş yuvasının nağılı olar,

Nağılın sonunu gözləyəmməzsən.

 

Yerin, göyün bir quşu var, qardaşım,

Yarıinsan kimi, yarıquş kimi.

Böyüdər körpəcə balalarını,

Uyudar körpəcə balalarını.

Səni də, onu da yatmağa qoymaz

Yarıinsan dərdi, yarıquş dərdi.

            

  O ULDUZ QAPASIN GÖZLƏRİMİ

Gözümdə bir ulduzun

yeri boş qaldı.

Məni dumduru sevgilərə

səsləyən ulduz

görünmür daha.

Yuxusuz gözlərimdəki qızartı deyil,

axan ulduzların keçdiyi yoldu –

bütün sevdalardan ayrılıqlara.

O dumanlı yolda

qeyb oldu səsin –

Gözümdə bir ulduzun

yeri boş qaldı.

İndi o dumanlar

gözlərimə enibdi.

Gözündə yaş tapılarmı?

Gözünün yaşıyla yu

gözlərimdəki dumanı...

 

     HƏR BAHAR...

Hər bahar torpaq kimiyəm;

yağışı yağmayan,

seli axmayan

insafsız bahar kimi

gəlmə, gəlmə üstümə.

Sən hər bahar

alnımda qırış-qırış,

gözümdə baxış-baxış

cücərib çiçəkləyirsən.

...hər bahar torpaq kimiyəm;

heç nə,

heç nə gizləyə bilmərəm

yaz yağışından...

 

             ***

Puşkin meydanında

ağ paltarlı bir gözəl əyləşib.

Elə sevgiylə baxır

gah uçan,

gah qaçan göyərçinlərə,

elə sevgiylə baxır...

İçimdəki sevilmək istəyindən

elə sərxoş olmuşam –

birdən göyərçinə dönə bilərəm.

İnsan kimi çox acılar çəkmişəm,

məni heç olmasa bir anlığa

göyərçin kimi xoşbəxt elə, tanrım!

                 

            MƏKTUB

Bu böyük şəhərdən görürəm səni,

məni düşünürsən, qadınım!

Bağışla, qadınım dedim,

sarı Məmmədin qızı.

Əlində yağın daşsa da,

gözündən yuxu qaçsa da,

yenə macal tapıb qısqanırsan məni

heç zaman görmədiyin şəhərə.

Bilirəm, bizim kənd arvadları

əri çıxdımı səfərə -

Allahın ən böyük bəlası sayır

dərdsiz, qəmsiz şəhər qızlarını.

Dönə-dönə tapşırmışdın:

sərxoşdan, maşından gözlə özünü.

Səndən nə gizlədim,

başqa cür anladım dediklərini, ay xalası göyçək

şəhərli qızların

gözündən, qaşından gözlə özünü.

Mən elə sevmişdim, elə sevmişdim,

daha bundan sonra vurulmaq nədi,

qısqanmağa belə qalmayıb gücüm.

Allahın, bir də sənin önündə

ayrılıq dərdi çəkməkdi suçum.

 

Böyük şəhərlərin suyu donmur,

böyük şəhərlərin işığı sönmür.

Balaca kəndimizdə

işıqlar söndü  deyəsən;

yandır şamı,

uşaqların üstünü ört.

Və məni xatırlama

Bağdad xurması kimi.

 


Etiket:
Xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

10.08.2026

DAŞKƏNDLİ AŞIQ NƏCƏF HANSI İLDƏ DOĞULUB?

10.08.2026

“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”

14.07.2026

AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)

14.07.2026

AŞIQ ALIDAN QALAN SƏRVƏT

14.07.2026

Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları

14.07.2026

Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.

25.06.2026

Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam

25.06.2026

Qərbi Azərbaycan sədası Göygöldə

23.06.2026

Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri

06.06.2026

ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)

06.06.2026

Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib

06.06.2026

Sözlə çəkilən şəkil

06.06.2026

“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR

03.06.2026

 "Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı

10.05.2026

Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ

04.05.2026

İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi

04.05.2026

İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ 

04.05.2026

Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili

11.04.2026

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025
Bütün xəbərlər