Tuvalılar Böyük Vətən Müharibəsində

16:42 / 12.08.2019
Baxılıb: 3832

Ukraynada vuruşan Tuva kavaleriyası alman qoşunlarını vəlvələyə salmışdı. Köhnəlmiş və kirli kimi görünən milli paltarlar geyinmiş, boyunlarından yekə-yekə gözmuncuqları asmış tuvalılar arıq-uruq atların belində qırğı kimi şığıyarkən indiyədək belə mənzərə ilə rastlaşmamış alman əsgərlərini vahimə bürüyürdü.

Əsir düşmüş Reyxstaq zabiti dindirilmə zamanı bildirmişdi ki, onlar qıyıqgöz tuvalıları şüuraltı olaraq “Atillanın ordusu kimi qəbul etmişdilər və bu səbəbdən döyüş qabiliyyətini tamamilə itirmişdilər”. Tuvalı döyüşçülər cəbhədə onunla ad çıxarmışdılar ki, əsir götürmüdülər və düşmən sayca çox olanda belə təslim olmayıb son damla qanlarına kimi vuruşurdular. İş o həddə çatmışdı ki, alman hərbçiləri tuvalılara “der Schvarze Tod”- “Qara Ölüm” adı qoymuşdular.

Böyük Vətən Müharibəsi dövründə Tuva xalqı Sovet Ordusuna 40 min döyüş atı, 50 min cüt xizək, 10 min kürk gödəkçə, 10 minlərlə cüt valenka ayaqqabı, 60 ton yun, çoxlu ərzaq və oduncaq verdi. Cəbhədəki əsgərlərə Tuvadan 389 vaqon müxtəlif hədiyyələr göndərildi. Bundan başqa, Tuva 30 milyon rubl dəyərində olan bütün qızıl ehtiyatını və öz ərazisində ildə 11 milyon rubl dəyərində qızıl çıxarışını SSRİ-nin ixtiyarına verdi. 1944-cü ildə Tuva aratları Ukrayna kolxozlarına 26 min baş mal-heyvan yolladılar. Həmin mal-heyvan Ukraynada kənd təsərrüafının dirçəldilməsində mühüm rol oynadı. Ümumilikdə Tuvadan SSRİ-nin müharibə nəticəsində dağılmış regionlarına 750 min baş mal-heyvan göndərildi. Nəzərə almaq lazımdır ki, 1921-ci ildə yaradılmış Tuva Xalq Respublikası müstəqil respublika olmuşdu və yalnız 1944-cü ildə (könüllü şəkildə) SSRİ-nin tərkibinə girmişdi.
1943-cü ildə 25-ci tank polkunun tərkibində Tuva tankçıları cəbhəyə yola düşdülər. Tuva könüllüləri Ukrayna, Moldaviya, Rumıniya, Macarıstan, Çexoslovakiyanın faşist işğalçılarının azad edilməsində mətinliklə vuruşdular. Kiçik leytenant Çurquy-oola göstərdiyi şücaətlərə görə Sovet İttifaqı Qəhrəmanı adı verildi. O cümlədən T.Nürsət, X.Uynuk-ool, K.İdam, B.Bieçe-ool, S.Portuy-ool, T.Qızıl-Tasa, O.Dırtık kimi fərqlənmiş tankçılar müxtəlif orden və medallarla təltif olundular.

1944-ci ilin qışında 200 Tuva atlısı kapitan T.Keçil-oolun rəhbərliyi altında gecə ikən sürətli hücuma keçərək Rovno şəhərindəki kərpic zavodunda müdafiə mövqeyi qurmuş almanlara hücum edərək onları həmin ərazidən qovub çıxardılar. Sonra onlar dəmir yolu qovşağına hücum edərək düşmənə əsaslı zərbə endirdilər. Təkcə öndə gedən baş leytenant O.Oolak 12 faşisti qılıncla doğradı. Tuvalılar 60-a yaxın alman əsgərini öldürdülar və onlar qaçmağa məcbur oldular. Rovno vilayətinin azad edilməsi zamanı tuvalılar iki dəfə mühasirəyə düşsələr də, hər dəfə az itki ilə mühasirədən çıxa bildilər. Tuvalıların etdiyi müdafiə mövqeyə almanların piyadalardan və tanklardan ibarət ordusunun hücumu zamanı onlar çoxlu itki versələr də, düşməndə heyrət doğuran qəhrəmanlıq göstərdilər. Qızğın döyüşdə 11 pulemyotçu və tank hücumuna qarşı silahları işlədən qrup həlak oldu. Pulemyotçu serjant Mon-quş Çotun göstərdiyi şücaət isə dillərdə əzbər oldu. Qəlpə pulemyotunu zədələdikdən sonra o avtomatdan atəş açmağa başladı, lakin patronları qurtardı və almanların mühasirəsinə düşdü. Üç alman əsgəri ona yaxınlaşıb əlindəki avtomatı almaq istəyərkən Mon-quş birini avtomatın qudağı ilə vurdu, silahda qalan axırıncı patronla atəş açıb ikincini öldürdü, sonra isə sıçrayıb üçüncünü yıxaraq boğmağa başladı. Mon-quş onun avtomatını götürüb səngərin içinə tullandı və qaçaraq almanlardan uzaqlaşa bildi. 1944-cü ilin yazına kimi gedən qanlı döyüşlərdə Tuva eskadronu müharibə meydanında ad qoydu. 26 may 1944-cü ildə Sovet hökuməti tərəfindən tuvalıların şücaəti layiqincə qiymətləndirildi. Kapitan T.Keçil-ool, baş leytenant M.Bayskılan və sıravi O.Sençiy Qırmızı Bayraq Ordeni ilə təltif olundular. Tuva eskadronunun 21 döyüşçüsü 1-ci dərəcəli Vətən Müharibəsi Ordeni, 3 döyüşçüsü Qırmızı Ulduz Ordeni, 17 döyüşçüsü isə Şöhrət Ordeni aldılar. Böyük Vətən Müharibəsi zamanı ümumilikdə Sovet Ordusunda 8 min tuvalı xidmət etdi, onlardan 5 mini göstərdikləri şücaətə görə müxtəlif mükafatlara layiq görüldü.(karabakhmedia.az)

İbrahim Sel,
“Türkün ari-slavyan sivilizasiyası qarşısındakı rolu”


Etiket:
Xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

10.08.2026

DAŞKƏNDLİ AŞIQ NƏCƏF HANSI İLDƏ DOĞULUB?

10.08.2026

“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”

14.07.2026

AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)

14.07.2026

AŞIQ ALIDAN QALAN SƏRVƏT

14.07.2026

Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları

14.07.2026

Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.

25.06.2026

Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam

25.06.2026

Qərbi Azərbaycan sədası Göygöldə

23.06.2026

Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri

06.06.2026

ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)

06.06.2026

Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib

06.06.2026

Sözlə çəkilən şəkil

06.06.2026

“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR

03.06.2026

 "Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı

10.05.2026

Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ

04.05.2026

İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi

04.05.2026

İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ 

04.05.2026

Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili

11.04.2026

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025
Bütün xəbərlər