Orta əsrlərdən bəri Azərbaycanda da keçirilən Məhərrəmlik ayı, xüsusilə onun bir sıra ayinləri ilə bağlı zaman-zaman ziddiyyətli fikirlər mövcud olub. Bu gün də bu müzakirələr davam edir.
Bunu nəzərə alan sayt saytı Məhərrəmlik ayı ilə bağlı Azərbaycanın klassiklərinin, görkəmli mütəfəkkirlərinin vaxtilə qələmə aldığı fikirləri silsilə şəkildə təqdim edəcək. Ay ərzində davam edən layihəmizi AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Faiq Ələkbərovla birlikdə gerçəkləşdirəcəyik. “Şəhadət yolunun fəlsəfi-mənəvi mahiyyəti” adlı ilk yazıda Məhəmməd Əmin Rəsulzadənin və Nəriman Nərimanovun İmam Hüseyn (ə) haqqında düşüncələrini təqdim edirik:” İslam ölkələrində geniş yayılmaş mərasimlərdən biri də müsəlmanların məhərrəmlik ayında qeyd etdikləri Kərbala faciəsi və yaxud Aşura günüdür. İslam tarixinə azdan-çoxdan bələd olan hər bir kəs bilir ki, məhərrəmlik, Kərbala faciəsi və yaxud Aşura günü dedikdə, Məhəmməd peyğəmbərin (s.) sevimli nəvələrindən Həzrət İmam Hüseynin və onun tərəfdarlarının əməvilər sulaləsindən xəlifə Yezid ibn Müaviyə tərəfindən şəhid edilməsi nəzərdə tutulur. Artıq 13 əsrdir ki, bir çox islam ölkələrində məhərrəmlik ayı matəm günləri kimi qeyd edilir. Şübhəsiz, İmam Hüseynin (ə) müsəlmanlar üçün yüksək mənəvi-əxlaqi dəyərə sahib olmasının ən önəmli cəhəti, onun tutduğu şəhadət yolu-əqidə idi. Elə bir yol ki, burada nə var-dövlət, nə hakimiyyət, nə də buna oxşar hər hansı bir məram və məqsəd yox idi. Bu yolda sadəcə olaraq doğrululuq, etibarlılıq, imanlılıq və Allaha sədaqət var idi. Fikrimizcə, İmam Hüseyn «bu yol – şəhadət yoludur!» dedikdə də, məhz yuxarıda qeyd etdiklərimizi nəzərdə tutmuşdur. Bu baxımdan İmam Hüseyn (ə.) yalnız islam dini uğrunda şəhid olan bir peyğəmbər övladı deyil, o həm də konkret bir yolu seçən və həmin yol-əqidə uğrunda şəhid olan bir mütəfəkkir idi. Onun «şəhadət yolu» adlandırdığı əqidənin əsasında haqsızlığa, ədalətsizliyə, zoraklığa qarşı dayanmaq, bir növ fiziki gücə qarşı əqidə-iman gücünü ortaya qoymaq idi. Bu mənada İmam Hüseyn Kərbala döyüşündə fiziki cəhətdən məğlub olsa da, mənəvi baxımdan birmənalı şəkildə rəqiblərinə qalib gəlmişdi. Məhz bunun nəticəsidir ki, 13 əsrdir milyonlarla müsəlmanlar Aşura günün xüsusilə qeyd edir və İmam Hüseynə olan sevgilərini ifadə etməyə çalışırlar. Çünki İmam Hüseynin (ə.) həmin dövrdə düşmənlərinə qarşı ləyaqətləi və şərəfli davranışı, son nəfəsinə qədər tutduğu yolu – əqidəsini üstün tutması tarixdə nadir görünən hadislərdəndir. Əslində İmam Hüseyn bununla da islamın sonrakı tarixində yeni və önəmli bir mərhələnin əsasını qoydu. Bu yeni mərəhələ ondan ibarət idi ki, müsəlmanın tutduğu əqidə, iman var-dövlətdən, hakimiyyətdən qat-qat üstündür. İmam Hüseyn (ə) ideyanın hər bir şeydən üstün olduğunu şəhadətə qovuşmaqla sübut etdi. Bununla da islam dünyasında İmam Hüseynin (ə) timsalında ideya və şəxsiyyət bütövlüyü formialaşdı. Zaman-zaman bir çoxları müsbət mənada məhz İmam Hüseynin (ə) yolu ilə getməyə və onun kimi mömin və əqidəli müsəlman olmağa çalışdılar. Çox təəssüflər olsun ki, bununla yanaşı zaman-zaman müsəlmanlar arasında İmam Hüseynin (ə) şəhadətliyini doğru anlamayan, yaxud da bilərəkdən onun yolunu başqa mənalar yozanlar da tapılmışdır. Şübhəsiz, belələri hələ də sıralamızda vardır. Bizə elə gəlir ki, İmam Hüseynin (ə) şəhadət yolunun doğru anlaşılması baxımından Azərbaycan-türk mütəfəkkirəlri arasında Məhəmməd Əmin Rəsulzadə və Nəriman Nərimanovun dəyərli fikirləri öyrənmək çox maraqlı olardı. İmam Hüseynə (ə) din mücahidi kimi yüksək qiymət verən M.Ə.Rəsulzadə islam tarixində onun şəhadətin mühüm yerə malik olduğu qeyd etmişdir. Onun fikrincə, müsəlmanlar İmam Hüseynin tutduğu əqidəni anlamalı və o yolu davam etdirməlidirlər. Bu baxımdan Aşura günü bəzi müsəlmanların fanatikliyə yol verməsinə dözməyən M.Ə.Rəsulzadə həmin günün mahiyyətini başa düşüb, ondan düzgün nəticə çıxarmağı tövsiyə etmişdir: «Hüseyni məzlum bilib də halına ağladığımız halda hər qism bəla və müsibətləri ancaq ağlamaq və yalnız ağlamaq təriqi ilə istiqbal etmək məzlumiyyətinə öyrənən bizlər, imamın bu böyük ruhu ilə aşina olub ona imtisal etmək xəyalında heç olmuyoruz. Bəlkə də bu hal Kərbəla şəhidini qəbrində də rahatsız etməkdədir. Din, fikir, elm və millət naminə şəhid və məzlum olanlar bəşəriyyət tarixi ilə, islamiyyət tarixində çoxdur. Bunlar həmişə və hər bir millət arasında təqdim olunar və adları ehtiramla anılar. Bu kimilər haqqında göstərilən ən böyük ehtiram, onların böyüklüklərinə imtisal etməkdən ibarətdir. Əqidə, amal və məsləki yolunda ölümünə razı olub da nəfsini fəda edən kim olursa-olsun böyükdür. Və bu böyüklük təqlidəşayan və təhsinə müstəhəqqdir! Aşura günü bizə böylə bir əxlaq tərbiyəsi vermək iqtidar və səlahiyyətində ikən, eyvah ki, biz onu başqa dürlü qandıq, hər şeydə olduğu kimi burada da narəftə bir yola düşdük». Rəsulzadə daha sonra haqlı olaraq yazırdı: «Hüseyn əleyhissəlam inandığı və etiqad elədiyi fikri üstündə ölməyincə, özünün əbədi bir rəhmətə nail ola bilməyəcəyini göstərmiş ikən, biz «mən – mənə, o – ona, o – o yana» timsalından dörd əlli yapışıb səadətdarini üç-dörd qətrə göz yaşı müqabilində veriləcək qədər ucuz bir şey sandıq».
M.Əmin İmam Hüseyni ağlamaqla heç bir nəticə əldə olunmaycağına inanırdı. Bu baxımdan o, müsəlmanları ağlamaqdan əl çəkib əsil həqiqətləri dərk etməyə çağrırdı: «Çünki ağlamaq dini vaqelərdə, ruh və imanın nəzahət və istirahəti üçün lazımi bir şey isə də, dünya işlərində fayda gətirməz. Təbiət olduqca qəddar və birhəmdir. O, göz yaşlarına zərrə qədəri əhəmiyyət verməz. O, gülməyə, ağlamağa qarşı laqeyddir. Hələ ağlamaqdan bir az da zəhləsi gedər. Çünki ağlamaq acizlik əlamətidir. Acizlərin isə təbiət ən birinci düşəmnidir. Qüvvətli olanları saxlar, zəif olanları əzər-budur onun rəftarı. Siz gəlin də bu xasiyyətindən ötrü ona kəcmədar deyiniz. Fəqət bu onun getdiyi bir doğru yoldur. Tazə ilimizdə köhnəsindəki itirdiklərimizi təlafi etmək istəyirsək, gələn məhərrəmə qədər ağlanacaq hallardan bir az olsun, özümüzü xilas etmək am-alında isək, fələyin «kəcmədar» olduğuun anlayalım və böylə bir zalimə qələbə çala bilmək üçün insani boşaldan göz yaşından deyil, fikir istiqaməti və əqidə səbati ilə əməlpərvərlikdən kömək gözləyəlim. Böyük Aşuranın müəzzəm şəhidinə imtisal eədrək ruhi-qəhrəmanlığını dərk edəlim ki, ən böyük əcri də ancaq bundan ala biləriz!».Bizə elə gəlir ki, Nəriman Nərimanov da M.Ə.Rəsulzadə kimi, İmam Hüseynin əqidəsini, şəhadət yolunu öyrənməyi daha vacib hesab etmişdir. Nərimanov yazırdı: «Nə qədər ki, bu dindar kütlənin inkişaf səviyyəsini yüksəltmək yolu ilə onun bu matəm günlərinə mömin olan, lakin özünə işgəncələrdə iştirak etməyən hər hansı ziyalı müsəlman kimi yanaşmalarına nail olmamısınız, elə də olacaqdır. Min illərdir ki, bədəbəxt, avam müsəlman kütləsi (şiə məzhəbli) Məhəmmədin ən sevimli nəvəsi imam Hüseynin işəgəncəli ölümü günü matəm yürüşü keçirir və ən dəhşətli şəraitdə düşmənlərin əlinə keçən Hüseyn və onun ailəsinə məhəbət və rəğbət əlamtəi olaraq əsil dindar avam ünsürlər bu və ya digər yolla bu hadisələrə öz münasibətini bildirirlər. Bu, öz gücsüzlüyünü bilərək Məhəmmədin qanunlarını pozan, hamını və hər şeyi qızılla ələ amaq istəyən Yezidə qarşı mərdi-mərdanə çıxış etmiş adamın həyatından bütöv bir faciədir». Nərimanov hesab edirdi ki, İmam Hüseyn nə qədər İslam yolunda şəhid olsa da, eyni zamanda o, bir əqidə adamıdır deməli, əqidə uğrunda da şəhid olmuşdur. Onun fikrincə, bu baxımdan İmam Hüseynin (ə) az bir adamla böyük bir qoşuna qarşı mübarizə aparması imanın, əqidənin gücündən irəli gəlmişdir. Nərimanovun fikrinə görə, az bir adamla böyük bir qoşuna qarşı mübarizə aparan bir şəxsiyyəti qorxaq kimi adlandırmaq ədalətsizlikdir: «Qorxaq o deyil ki, yetmiş nəfər pis silahlanmış adamla on dəfə artıq qüvvətli olan düşmənlə döyüşür, odur ki, sol qrupdan qorxub işin əsil vəziyyətini bildirmir və bununla da partiya üzvlərini aldıdır, onları fəhlə-kəndli respublikasında qızıl əsgər güllərindən qanı tökülən fəhlələrə qarşı silahlandırır. Qorxaq odur ki, vəzifəsindən ötrü alçaqcasına yalan danışır, lakin imam Hüseyn tabe olsun və öz vicdanını satsın deyə Yezid bütöv bir vilayəti idarə etməyi ona təklif edirdi. O bunu etmədi: həlak oldu».Göründüyü kimi, 20-ci əsr Azərbaycan fəlsəfə və ictimai fikir tarixində, eyni zamanda Azərbaycan dövlətçiliyinin yaranmasında və inkişafında mühüm rol oynamış M.Ə.Rəsulzadə və N.Nərimanov kimi dahi şəxsiyyətlər belə, müsəlmanların Aşura günü İmam Hüseyni (ə) ağlayıb, başlarını yarıb qanlarını tökməkdənsə, onun əqidəsini və şəhadət yolunu öyrənməyi vacib hesab etmişlər. Əgər hər bir müsəlman İmam Hüseyn (ə) əqidəsindən və şəhadət yolundan xəbər tutarsa, onu ağlayaraq və yaxud da başını yarıb qan tökərək deyil, onun tutduğu haqq yolu əməlində davam etdirməklə ona olan sevgisini ifadə edəcəyini anlaycaqdır. (moderator.az)
Rumiyyə
Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024