Bütün dahi insanlar kimi o da qəribə insan olub. Gah bolşevikləri dəstəkləyib, gah amansızcasına tənqid edib, gah həbs edilənlərin müdafiəsinə qalxıb, gah da repressiyalara haqq verib...
Stalin və Qorki çox yaxın olublar. Hətta dostların bəzi “vərdişləri” də oxşayıb. Rəhbər işdə və evdə dəyişikliyi xoşlamayıb. Qorki də sabitliyi sevib. Onun Ryabuşinskidə, İtaliyada və Krımdakı evlərində iş otaqları demək olar ki, eyni olub. Onunla bağlı belə bir zarafat da vardı: “Qorki hər yerə iş kabinetini özü ilə aparır”.
Rəhbər proletar yazıçının evinə qonaq getməyi xoşlayırdı. Məhz Stalinin əmri ilə yazıçının Maloy Nikitskidəki evi qapalı əraziyə çevrildi.
Rəhbərin iki sözü daha məşhurdur. 26 oktyabr 1932-ci ildə Stalin Sovet yazıçıları Birliyinin üzvləri ilə görüşdə tarixi ifadə işlətmişdi: “Yazıçılar insan ruhunun mühəndisləridirlər”.
Digər görüş isə öz əksini sənət əsərində - daha dəqiq rəsm əsərində tapıb. “Qorki Stalinə, Molotova və Voroşilova kitab oxuyur”.
Qorki həmin vaxt onlara “Qız və ölüm” nağılını oxuyurmuş. Bu vaxt rəhbər deyib: “Bu nağıl “Faust”dan (Höte) daha güclüdür. (Sevgi ölümə qalib gəlir). Məhz bu ifadə məmurları məcbur etdi ki, dərsliklərə Faust salınsın.
Stalin və Qorki dostluğunun zirvəsi 30-cu illərin əvvəllərində olub. Bu barədə siyasi büro iclasının protokollarında yazılıb. 1931-ci ilin martından 1932-ci ilin oktyabrına qədər “A.M.Qorki ilə bağlı məsələlər”ə düz 11 dəfə baxılıb. Lakin sonrakı üç il yarımda yazıçının ədəbiyyatla bağlı yalnız iki qeydi müzakirə edilib. Yəqin ki, İosif Vissarionoviç klassikadan soyuyub.
Bu münasibətlər barədə ən yaxşı kitab Maksim Qorkinin redaktəsini etdiyi “Stalin adına Belomorsk-Baltik kanalı” kitabı olub. Kitabda da onlar arasındakı qırğınlıq nəzərə çarpır.
Əvvəlcə Qorki sadəcə olaraq “iddia” edirdi ki, Stalin İliçin varisidir:
“Dünyada İosif Stalinin əhəmiyyəti necə də fasiləsiz və sürətlə artır... Gözəl formalaşmış iradə, böyük nəzəriyyəçinin kəskin ağlı, istedadlı sahibin cəsarəti, insan keyfiyyətlərini çox incəliklə hiss edən və bu keyfiyyətlərin ən yaxşısını tərbiyələndirən əsl inqilabçı intuisiyası müəyyən yüksəkliyə birinci qalxmağa mane olanlara qarşı amansızcasına mübarizə ona Lenini əvəzləməyə imkan verdi”.
Stalin bütün Avropada məşhur olan Qorkinin hörmətindən repressiyalara bəraət vermək üçün istifadə edirdi.
Bundan başqa, Belomorkanal haqqında danışarkən Qorki sovet penitensiar sisteminin “məğzini” də açıqlayırdı...
“Bu keçmiş düşmənlərin işçi sinfinin keyfiyyətli üzvünə, hətta dövlət üçün lazımlı əməyin entuziastlarına çevrilməsinə xidmət edən əla təcrübədir. Dövlət tərəfindən tətbiq edilən islahçı-əməkçi siyasət bir daha parlaq şəkildə özünü təsdiq etdi”.
Qorkinin ölümünün ətrafında çox söz-söhbətlər yarandı. Əvvəlcə zəhərlənmə versiyası önə sürüldü. Bu versiyanın oduna yağ tökən faktlar isə o dəqiqə özünü göstərdi. Belə ki, yazıçı ölən kimi elə oradaca, nahar stolunun üstündə yarılmışdı. Beyni beyin insitutuna göndərilmişdi, qalıqlarını isə o dəqiqə Kreml Divarları yanında dəfn etmək üçün yandırmışdılar.
Bütün məsuliyyət isə xalqlar rəhbərinin üstündə qaldı. Çünki onunla Qorki arasında münasibətlər pozulanda söz-söhbət düşmüşdü ki, yazıçı artıq represssiyaları həddindən ziyadə hesab edib, İtaliyaya qayıtmaq istəyirmiş.
1938-ci ilin martında artıq rəsmi versiyanı açıqlamaq vaxtı gəlmişdi. Deyilirdi ki, o “Antisovet trotskisist blok” prosesi zamanı xalq düşmənləri tərəfindən öldürülüb. SSRİ-nin prokuroru Vışinskinin 60 səhifəlik nitqinin 16 səhifəsi “Sovet dövlətinin ictimai xadimləri S.M.Kirov, V.R.Menjinski, V.V.Kuybışev, A.M.Qorkinin ölümünə” həsr edilmişdi. Beləcə Qorki birdən birə-ali rəhbərlərlə bir sırada oldu.
Çıxışda hər şey vardı: həm “məhkumların etirafları və Qorkinin öldürmə səbəblərinin analizi, “qətlin” təsviri”.
Prokuror Andrey Vışinski deyirdi:
“Bessonov deyir ki, o, 1934-cü ildə Parisdə Qorkiyə nifrət edən Trotski (Qorki də ober banditə, beynəlxalq casusa və xəyanətkar Trotskiyə nifrət edib) ilə görüşəndə Trotski dedi ki, Qorkini nə olursa olsun, kənarlaşdırmaq lazımdır. Dedi ki, Qorki Stalinin yaxın dostu kimi və partiyanın baş xəttinin aparıcısı kimi çox məşhurdur”.
Sonra prokuror öz-özünə sual verir ki, niyə və necə SSRİ-də belə sui-qəsd baş verə bilər: “Onlar Qorkini öldürmədən necə siyasi aktivlikdən kənarlaşdıra bilərdilər?”
Sonra Vışinski Sovet hökümətinin keçmiş rəhbəri Aleksey Rıkovun istintaq protokolunu oxuyur: “Siz A.M.Qorkini necə təcrid etmək istəyirdiniz? Bunu yalnız bir yolla etmək olardı - Qorkini öldürməklə”.
Əslində burada həqiqət niyəsə üzə çıxmır. Axı Qorki 1935-c ildən “dahi proletar yazıçının təhlükəsizliyini təmin etmək məqsədilə” ev həbsində idi. Vışinski isə gah zəhərlənməkdən danışır, gah da deyir ki, müalicə düzgün aparılmayıb. Sonda o, anonim ekspertlərin rəylərinin üstündə dayanır ki, Qorkini böyük miqdarda ürək dərmanı verməklə öldürüblər. Nəticədə “zəhərlənmə” ilə bağlı çekist Yaqoda, Kryuçkova və Bulanovadan tutmuş, həkimlərə qədər hər kəs güllələndi...(karabakhmedia.az)
Aleksey Boqomolov
Tərcümə etdi: Gülər
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025