Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasətinin məntiqi nəticəsi kimi elm və elmi fəaliyyət üçün geniş imkanlar yaradılıb. Prezident İlham Əliyevin rəhbərliyi altında bu istiqamətdə yeni uğurlu addımlar atılmaqdadır.
Prezidentimiz çıxışlarının birində qeyd edib ki, inkişaf etmiş ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyil.
Cənab Prezident tərəfindən elmə verilən bu yüksək qiymət bir daha sübut edir ki, intellektual potensialın inkişafı dövlətin sosial siyasətinin fundamental prinsiplərindən birini təşkil edir.
Müsahibimiz tanınmış alimlərdən biri Azərbaycan Texniki Universitetinin elektronika kafedrasının dosenti Rəhim Rəhimovdur.
Rəhim Məhəmməd oğlu Rəhimov 1953-cü il martın 4-də Qubadlı rayonunun Saldaş kəndində anadan olub. Azərbaycan Texniki Universitetində “Elektron Texnikası mühəndisi” ixtisasına yiyələnib. 1978-ci ildə AzTU-da laborant kimi iş fəaliyyətinə başlayıb. 2 il laborant işləyəndən sonra müəllim, baş müəllim işləyib. 1990-cı ildə müdafiə edib, elmlər namizədidir. 40 ilə yaxındır ki, elmi-pedaqoji fəaliyətlə məşğuldur. 100-dən çox elmi məqalənin, 6 dərs vəsaitinin, 12 metodik vəsaitin, 8 ixtiranın müəllifidir. Elmi məqalələri, dərs vəsaitləri və ixtiraları əsasən elektron qurğuları, mikroprosüssor texnikası, mikrokontrollerli idarəetmə sistemlərini və tibbi texnikanın maqnitoterapiya aparatının yaradılması kimi sahələri əhatə edir.
Onu da qeyd edək ki, Rəhim Rəhimov eyni zamanda xeyli şeirlərin və müxtəlif publisistik yazıların da müəllifidir.
Rəhim Rəhimov həm də xeyirxah əməlləri ilə bütün el-obanın sevimlisinə çevrilib. Hələ köçkünlükdən əvvəl Qubadlıdan Bakıya oxumağa gələn tələbələrə daim diqqət və qayğı ilə yanaşan Rəhim müəllim onlarla tələbəyə öz evinin qapılarını da açıb, onlara dərin biliyə yiyələnmələri üçün əlindən gələn köməkliyi edib. Qubadlının işğalından sonra Bakıya üz tutan həmyerlilərinə daim maddi və mənəvi dayağını əsirgəməyib.
-Yaman olur yurd ağrısı, torpaq itkisi..!
-Bəli, yurd ağrısı insan yaşa dolduqca daha çox ağrıdır, necə deyərlər, dünyamızı alt-üst edir. Bu elə bir yanğıdır ki, insanı gorun-gorun yandırır, nə səsin çıxır, nə tüstün görünür, amma alovlanırsan, bu dəhşətdi..
Bilirsiz, mən bir çox xarici ölkələrdə olmuşam, amma bizim millətimiz kimi səxavətli, ürəyigeniş, mərhəmətli, xeyirxah bir millətə rast gəlməmişəm. Bizim millətin mayası mərhəmətdən yoğrulub. Bilmirəm, bu, torpağımızdandır, suyumuzdandur, nədəndir, bizdə uşaqdan böyüyə hamımızda mərhəmət hissi çox güclüdür. Bu çox gözəl bir hissdir, gözəl duyğudur. Amma başımıza da gələn bəlalar elə bizim bu mərhəmətliliyimizdən gəlmədimi... Biz düşmənə də qucaq açdıq, torpağımızda binə qurmalarına, özlərinə ev-eşik tikmələrinə şərait yaratdıq, onları işlə təmin etdik, çörək pulu qazandılar. Evlərimizə doğmamız kimi girib-çıxdılar. Biz mərhəmətli olduqca onlar daha nankorlaşdılar... Bizdən bizim olan torpağımızı, ev-eşiyimizi istədilər və zor gücünə də olsa istəklərinə nail oldular. Biz onlara mərhəmət etdik, onlar isə bizim mərhəmətimizə güllə yağdırdılar...
Bizim ailəmiz, yəni valideynlərim uzun zamandır Bakıya köçüblər, Mehdiabadda ev-eşik sahibi olublar.
-Kəndiniz yaddaşınızda necə qalıb?
-Kəndimizdən köçəndə yaşımın az olmasına baxmayaraq kəndimizdə gördüyüm bütün gözəllikləri ruhuma köçürmüşəm. O torpağın ətri məni həmişə özünə çəkib. Buna görə də tez-tez rayonumuza gedirdim, uşaqları da aparırdım ki, atalarının yurd-yuvasını, torpağını tanısınlar. Rayonumuzun bir çox kəndlərini gəzirdim, Göyyala, Mirlərə, Hərtizə, Dəmirçilərə gedərdim. Mirlər kəndində Mir Sədi Ağanın evini ziyarət edərdim.Mehrili kəndinə gedərdim, uşaqlar oranı çox sevərdilər. Kəndlərdəki tarixi abidələrimizi, qədim körpüləri uşaqlara göstərmişəm.Yəni rayonla, rayonumuzun mehriban, qonaqpərvər əhalisi ilə həmişə əlaqəmiz olub...
Yadıma gəlir ki, Həkəri ilə Bərgüşad çaylarında balıq çox olurdu, biz də kəndin cavanlarına qoşulub balıq tuturduq...
Heç yadımdan çıxmaz, Hərtiz dağının başında Seyid Nigari düşərgahı vardı, el arasında ora Şıx Əfəndi düşərgahı deyərdilər, həmişə oranı ziyarət edirdik..
-Qonşuluğunuzda ermənilər yaşayırdımı?
-Bizimlə üzbəüz olan Yeğavırd və Üzənis kəndlərində yaşayan ermənilərin sayı çox idi.
Yadımdadır, atam rəhmətlik deyirdi ki, hələ biz Saldaşda yaşadığımız 1950-ci illərdə bizimlə üzbəüz kənddə yaşayan Moson adlı erməni tez-tez bizə gələrdi və deyirdi ki, siz niyə köçüb getmirsiniz Bakıya?.. Gedin Bakıda daha rahat yaşayın.... Ermənilər o vaxtdan bizim ata-baba yurdlarımıza göz dikmişdilər. Həmişə bizə kinli baxırdılar...Təəssüf ki, biz onların bu “canıyananlığının” ardındakı çirkin məqsədlərinin fərqinə varmamışıq...
Bir dəfə yenə rayona getmişdim. Rəhmətlik Mir Məhəmməd ağanın yoldaşı Akifə bacı mənə dedi ki, babanın məzarı Ağ Hasardadır, onun üstünü götürsən yaxşı olar. Mən gedib babamın qəbrinin üstünü götürdüm. Onu da deyim ki, babam çox savadlı adam olub. O dövrün ən böyük ziyalılarından biri imiş. Nənəm danışırdı ki, babana Rəhim əfəndi deyirdilər. O Türkiyədə təhsil alıb, “Qurani-Kərimi” təmiz bilirmiş. Həmişə çoxlu şagirdləri olub, onlara İslam dinindən dərs keçirmiş. Mir Sədi ağanın ən yaxın dostu olub. Həm də qohum olublar...
1992-ci il idi, yenə rayondan qayıdırdım Bakıya. İnanın ki, Qubadlıdan çıxandan yol boyu gözlərimi ətraf kəndlərdən, kəndin daşından, torpağından çəkə bilmir, hönkür-hönkür ağlayırdım. Yanımda oturanlar deyirdilər ki, sən niyə ağlayırsan? Deyirdim ki, elə bil ürəyimə damıb, bu mənim son gəlişimdi rayona, bəlkə bir də gələ bilmiyəcəm...
-Rəhim Rəhimov şair deyil, ixtiraçı alimdir. Amma bu qədər gərgin iş şəraitində poeziya Sizdə necə yaranır?
-Yurdu-yuvası yağmalanan hər bir azərbaycanlının içində bir həsrətİ, nisgili var. Bəzən istər-istəməz bu şeirə çevrilir...
Ürəyimi həsrət odu yaxırsa,
Qarabağda qara qanlar axırsa,
Uca dağlar üzü bəri baxırsa,
Bu dərdimi necə yazım, ay dostum?
Qəm üstündə köklənibdi sazımız,
Əzəl gündən qara olub yazımız,
Bu dərdlərə aludədi azımız,
Muğamatı əvəz etməz cazımız,
Ağ işığı qara udur, ay dostum...
Şərqdə Füzulimiz qəmlərə dalmış,
Qəlbimizi vətənsiz manqurtlar satmış,
Şimalda Dərbəndim dərd-qəmə batmış,
Bütövlükdür dərdim, çoxdur, ay dostum,
Haqq işinə zaval yoxdur, ay dostum...
Ermənilər təkcə bizim Qarabağımızı işğal etməyib. Bizim Zəngəzurumuz var, Göyçə mahalımız var, Qaraqoyunlumuz var...Yəni uzun illərdir bizim erməni kimi məkrli bir düşmənin tapdağında qalan çox torpaqlarımız var....
ÇEŞMƏ HARAYI
Billur çeşmə, çəmən xalı,qovun getsin buludları,
Yorulmuşuq bu qovğadan, qoy dincələk bir az barı.
Nə dincəlmək, vətən oğlu, dincəlməyin vaxtıdırmı?
Yağı düşmən torpağında arxayınca at oynadır.
Ağdam onun torpağıdır?! Şuşa onun taxtıdırmı?!
Natəvanın, Üzeyirin ruhu sərgan bu yerlərdə,
Qaçaq Nəbi, Sultanbəylər düşmənləri salmış dərdə.
Cəbrayılın, Füzulinin çöhrəsində qara pərdə,
Aman Allah,bu fəryada, haqsızlığa dözməz Nər də!..
Həkəri də, Bərgüşad da əsrlərin göz yaşıdır.
Çaylar, Xocalı haraylı, Qubadlının sirdaşıdır.
Suyu səpələ üstümüzə, oyat, oyat çeşmə bizi!
Biganəlik girdabında mürgüləyən qəlbimizi,
Daş ürəkli insanların ürəyinə ax, ey, çeşmə!
Did, parçala, sən onları qıyma-qıyma, eşmə-eşmə!
Bəlkə, onda bu daş qəlbli insanları oyadasan,
Manqurtları, satqınları sən al-qana boyayasan.
Yağı düşmən qarşısında çaşıb qalıb bu el gücü,
Satqınları məhv edəcək səndə olan bu sel gücü,
Məcranızı dəyişin siz, dəli Kürüm, xan Arazım!
Ayağa qalx Sarı Aşıq, qoy dillənsin telli sazım!
Nərəni çək, Qoç Koroğlu, Dəli Həsən, Xan Eyvazım!
Yeriyin düşmən üstünə, qəlbdə qalmasın murazım,
Ulu Göyçəm, Zəngəzurum, Qarabağım əsir düşüb,
Ayağa qalx, intiqam al, vətən oğlu vaxt yetişib!
Söhbətləşdi:
Tahirə AĞAMİRZƏ
Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024