Sovet tarixşünaslığında Azərbaycanda baş verən milli-azadlıq hərəkatları, üsyanlar, etiraz çıxışları əksinqilabçı damğası almış, cəmiyyətin düşmənləri kimi qələmə verilmişdir. Məlumdur ki, Sovet rejimi qurulan ilk vaxtlardan kollektivləşmə adı altında əhalinin torpaqları ilə yanaşı respublikalar arasında da torpaq bölgüsü ədalətsiz aparılırdı.
Bu ədalətsizlik əsasən də Qərbi Azərbaycanda və Naxçıvanda özünü kəskin formada göstərirdi. Sovet hakimiyyətinin yaranması Naxçıvan bölgəsi əhalisinin bu acınacaqlı vəziyyətini dəyişmədi, əksinə ermənilərə çar Rusiyasını əvəz edən sovet Rusiyasının çox böyük diqqəti sayəsində Qars və digər sərhəd müqavilələrinin şərtlərinin Ermənistanın xeyrinə pozulması, yəni Ermənistan SSR-in ərazilərinin Azərbaycan torpaqları hesabına genişləndirilməsi prosesi başlandı. Beləki, Qars müqaviləsi təsdiqləndikdən az sonra Dərələyəz əhalisinin İran Azərbaycanında və Naxçıvan mahalında qaçqın olmasından istifadə edilərək mahalın ərazisi Ermənistana qatıldı. 1920-1929-cu illərdə tarixi Naxçıvan əraziləri olan Vedi, Zəngəzurun bir hissəsi və Mehrinin sovet Ermənistanına pay verilməsinin nəticəsi olaraq bölgə blokada şəraitinə düşdü. Orta əsr feodal qaydalarına uyğun şəkildə bu ərazilər üzərində yaşayan azərbaycanlılarla birgə pay alan Ermənistan ikinci addımı ataraq azərbaycanlı əhalinin məhvinə və sürgününə başladı.
Buna etiraz edənləri qaçaq adı altında qələmə verən bolşeviklər əhaliyə amansız divan tutur, zorla onların ailələrini sürgün edir, boşalan ərazilərə isə erməni ailələrini köçürürdülər. Azərbaycanda sovet rejiminə qarşı milli müqavimət hərəkatının əsas formalarından biri də qaçaqçılıq hərəkatı deyilən, lakin əslində ermənilərə və onlara havadarlıq edən bolşeviklərə qarşı baş verən üsyanlardan biri də Naxçıvanın Şahbuz rayonunda başlanan “Keçili dəstəsi” adlı 25 yaşlı Qaçaq Quşdan hərakatı idi.
Keçili kəndi Şahbuz rayonu ərazisində, Zəngəzur silsiləsinin yamacında yerləşən qədim yurd yerlərindən biridir. Ərazidəki Kolluq yaşayış yeri, Dəyirman yeri, IX-XIII əsrlərə aid Xaraba Keçil kənd yeri, Keçil qəbiristanlığı və sair kimi maddi-mədəniyyət abidələri burada yaşayışın qədimdən mövcud olduğunu təsdiqləyir. Azərbaycanda məşhur olan Çınqıllı bulağı da bu kənddə yerləşir. Səfəvilərin hakimiyyəti dövründə Arazın şimalına köçüb Naxçıvanda məskunlaşan tayifeyi-keçili Kəngərli tayfaları ilə qaynayıb-qarışmış, təbiətin gözəl guşəsində özlərinə yurd-yuva salmış qədim soykökümüzü qoruyub saxlayan türk tayfalarından biridir.
Keçili kəndi ümumiyyətlə tarixə nəzər salsaq heç kimə boyun əyməyən insanların yaşadığı bir yer idi. Hələ Naxçıvan qəzasının Qoşadizə və Kəngərli kəndliləri 1885-ci ildə mülkədarlara vergi verməkdən imtina etmişdilər. Əbrəqunis və Bənənyar kəndliləri 1888-ci ildə mülkədar Sultanovlardan özlərinin vaxtı ilə tutulmuş 250 desyatin torpaqlarını geri almışdılar. Keçili kəndliləri mülkədarlarla, xüsusən Rəhim xanla torpaq üstündə əlbəyaxa olmuş, ona silah qaldırmışdılar.
1930 – cu ilin fevral ayında Naxçıvan MSSR – də sovet hakimiyyəti əleyhinə üsyan qalxdı. Bu üsyanda ən fəal üzvlər Keçili və Nahaçir dəstələrindən idi. Nahacir dəstəsi Naxçıvan mahalında ordunun olmamasından istifadə edərək üsyana qonşu Sirab, Ərazin, Əbrəkinis kəndlərini də cəlb etmişdi. Keçili – Şahbuz üsyançı dəstələri də onlarla birləşmişdi.
Hərakatın başlanmasına təkan verən səbəb isə NKVD əməkdaşı erməni Orbelyanın Naxçıvan kəndlərinə kütləvi erməni ailələrini köçürməsi, onları silahlandırması və qaçaq adı altında yerli əhaliyə divan tutuması idi. Bu həmin Orbelyandır ki, Xızı rayonunun Ağdərə kəndində qanlı izlər qoyub getmiş, onun rəhbərliyi ilə bu kənddə 1931-ci ildə onlarla sakin günahsız güllələnmişdir. 1940-cı il, 145-205-ci siyahı, P-4768, iş №3-adlı arxiv sənədində yazılır ki, Orbelyan Ermənistana gedərək oradan Keçili və ətraf kəndlərdə yaşayan ermənilər üçün adambaşı Fransa tüfəngi və 200 patron gətirmiş, yerli azərbaycanlıların isə bütün silahlarını müsadirə etmişdir. Ona etiraz edənlər divan tutmuşdur.Təkcə Keçili kəndindən isə 70 nəfər güllələnmişdi. Onların 80 faizi yaşlı ağsaqqalar idilər ki, erməniləri əraziyə buraxmağın tərəfində deyildilər. Əhalinin etirazlarını görən Orbelyan Naxçıvan MR-nın Daxili İşlər xalq komissarı Aydəmirovu inandıraraq Sovet üsul-idarəsinə müxalif adı altında aşağıdakı şəxsləri 1930-cu il 22 senyabrda çıxarılan qərarı ilə cəzalandırmışlar; Keçili kəndindən Məmmədəli Cəfərəli oğlu, Salam İsmayıl oğlu, 240 Şahsuvar Kərim oğlu, Eyvaz Kərim oğlu, Məmmədəli Məmmədhüseyn oğlu, Müslüm Gülməli oğlu, Şahbuz kəndində Məmmədhüseyn Mazan oğlu, Paşa Hüseynəli oğlu əmlakları müsadirəmedilməklə güllələndilər. Ümumiyyətlə, üçlüyün 1930-cu il 22 və 23 sentyabr tarixli qərarı ilə Keçili kəndindən 10 nəfər, Kükü kəndindən 5 nəfər, Beçənək kəndindən 4 nəfər, Ərəfsə kəndindən 9 nəfər, Ləkətağ kəndindən 3 nəfər, Nahacir kəndindən 12 nəfər, Göynük kəndindən 6 nəfər, Dizə və Teyvaz kəndlərinin hər birindən bir nəfər güllələnmə cəzasına məhkum edilmişdilər.
Üsyançı dəstədə 200-dək adam birləşmişdi. Onlar xaricdə olan Kəlbalı xanın dəstələri ilə birləşib Naxçıvanda Sovet hökumətini devirmək istəyirdilər. Bolşeviklərin xalqa zidd siyasətindən narazı olanların hamısı – varlılar, ortabablar, hətta yoxsullar, bəzi partiya və komsomol işçiləri belə üsyana qoşulmuşdular. Sovet ordusunun Naxçıvandakı sərhəd dəstələri və milis üsyanı yatıra bilmədi. Buraya ordunun xüsusi səhra qoşun hissələri çağırıldı. Üsyançılar bir neçə həftə ordu və milis hissələri ilə qəhrəmancasına döyüşdülər. Qeyri-bərabər döyüşlərdə 100 nəfər üsyançı şəhid oldu və 120 nəfər həbs edildi. Lakin hökumət qüvvələri üsyançı dəstələri tam məhv edə bilmədi. 30-40 nəfər üsyançı dağlara çəkildi. Onlar camaatı yenidən üsyana qaldırmaq istəyirdilər. 1931-ci ilin qışında onu məhv etmək üçün hətta dağ artilleriyası da Sovet ordusuna kömək edə bilməmişdi. Lakin 1932-ci ilin aprelində üsyançı dəstə Sarı dağın ətəyində mühasirəyə alındı və ələ keçdi.
Burada istefada olan polis polkovniki Sadıq Sadıqovun “Tarixin qan yaddaşı” adlı üç cildlik əsərinə müraciət edək. Müəllif yazır: “Üsyançılar hökümət qüvvələri tərəfindən məğlub edildikdə onların ailə üzvləri və yüzə yaxın insan Kolanıya qaçmış, sonradan isə İrana keçmişdilər. Üsyanda iştirak edən Kolanıların ailə üzvləri isə Sibirə sürgün olunmuşdur”./KarabakhİNFO.com/
Zaur Əliyev
Siyasi elmlər üzrə fəlsəfə doktoru
Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025