İrəvan xanları 300 il bu sarayda yaşayıb - Əşyalarını zirzəmidə toz basmışdı, yeni tapılıb - FOTOLAR

17:38 / 08.02.2020
Baxılıb: 7350

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” adlı sərgi açılıb.

Sərgidə Qacarlar sülaləsi dövründə yaradılan və toplanan Azərbaycan incəsənəti nümunələri, İrəvan xanlarının sarayı və ya Sərdar sarayından yadigar qalan məişət əşyaları nümayiş olunur.

Oxu.Az tarixi İrəvan qalası və ermənilər tərəfindən məhv edilmiş Sərdar sarayı ilə bağlı maraqlı faktları bir yerə toplayıb.

Sərgilərdə təqdim edilən eksponatlardan başqa bir çox nümunələr də var, lakin təəssüf ki, günümüzə onlar barədə yalnız fərziyyələr gəlib çatıb. Həmin fərziyyələrdən yola çıxan tarixçi alimlərimiz aqibətindən xəbər-ətər olmayan eksponatlara qədər böyük bir yol qət ediblər. Baş verənləri elə tarixçi professor Solmaz Rüstəmova (Tohidi) özü də qələmə alıb.

Belə ki, bir neçə il bundan əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Solmaz Tohidi Fransanın Anadolu Araşdırmaları Mərkəzi ilə G.Sereteli adına Gürcüstan Dövlət Şərqşünaslıq İnstitutunun birgə təşkil etdiyi “Geriyə və gələcəyə baxış: İranın Qafqazda təsirinə dair” mövzusunda beynəlxalq elmi konfransa qatılıb. Tarixçi məhz həmin konfransda həmkarları ilə söhbət edən zaman eksponatların izini tapıb:

“Orada gürcü tarixçiləri ilə söhbət edən zaman bəlli oldu ki, İrəvan qalası dağıdıldıqdan sonra bütün tarixi nümunələr Gürcüstana aparılıb. Tarixçilərlə zirzəmiyə baxan zaman gözlərimə inana bilmədim. Bu gün Heydər Əliyev Mərkəzində sərgilənən eksponatlar orada idi. Daha sonra ölkəyə qayıdıb bu barədə aidiyyəti orqanlara məlumat verdik.

Ermənilərin dağıtmaq istədiyi tariximizə sahib çıxdıq. Bu gün tarixi İrəvan qalası, Sərdar sarayından geri qalan eksponatlar aid olduğu yerdədir. Bu günə qədər dünya tarixçiləri İrəvan xanlığını Azərbaycan xanlığı kimi qəbul etmirdi, hətta gürcü iranşünaslar belə bu fikirdə idi. Nəhayət, biz bunu sübut etdik”.

Müxtəlif mənbələrdən topladığımız məlumatlara görə, illər əvvəl Gürcüstanda zirzəmidə saxlanılan eksponatlar üç bölmədə - Qacarlar sülaləsi zamanı yaradılan və toplanan qədim Azərbaycan incəsənəti, İrəvan xanlığının Sərdar sarayı kompleksindən məişət əşyaları və rəsm əsərlərinin kolleksiyası əsasında olub. Həmin eksponatlar arasında rus fotoqraf, 1877-1878-ci illərdə Rusiya-Osmanlı müharibəsində iştirak etmiş Dmitri Yermakovun arxivindən əldə edilmiş fotosənədlər də yer alıb. Dmitri Yermakov həm də İrəvan qalasının nadir tikililəri - Sərdar sarayı, məscidlər, karvansara və İrəvan şəhərinin tarixi mərkəzini təşkil etmiş orta əsrlərə aid digər binaların məhv edilməsi prosesini təfərrüatı ilə göstərən fotoşəkillərin müəllifidir.

Sərdar sarayının füsunkar görünüşü tarixdə olduğu kimi, fotoşəkillərdən də tarixçiləri heyrətə gətirir. Sarayın üstü kaşı ilə işlənmiş bəzəkli divar daşlarının müxtəlif ölçülü parçaları, sarayın böyük qəbul otağının divarlarını bəzəyən uzunu 2, eni 1 metrlik portretlərdən Fətəli şah, İrəvan xanı Hüseynqulu xan və onun qardaşı Həsən xanın, dastan qəhrəmanı Fəramərzin və digərlərinin surətləri əks olunmuş eksponatlar... Tarix sevənlər bu eksponatlara biganə qala bilməzlər.

Əslində, bu barədə mənbələr çox olmadığından, kifayət qədər yetərli fakt və sənədlər yoxdur. Hətta AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun 2010-cu ildə İrəvan xanlığı haqqında nəşr etdiyi kitabda belə, İrəvan xanlığı, Sərdar sarayı barədə yalnız bir cümləlik məlumat qeyd edilib.

Daha dəqiq desək, həmin dövrdə mövcud əsərlər, əşyalar və onların sonrakı taleyi ilə bağlı dolğun məlumat olmasa da, Sərdar sarayı və Güzgülü zalın tarixi sənədlər əsasında qısaca təsvirini verməklə kifayətləniblər. Sərdar sarayının fotolarının altında isə sarayın aqibəti barədə yalnız bir cümlə qeyd edilib:

“Şərqin nadir sənət incisi olan Sərdar sarayı 1918-ci ildə ermənilər tərəfindən yerlə-yeksan edilib”.

Gürcü tarixçilərin məlumatına görə, məşhur İrəvan xanlığına, Sərdar sarayına aid əşyalar İrəvan qalası dağıdıldıqdan sonra ruslar tərəfindən Tiflisə aparılıb. Həmin eksponatların Tiflisdəki Qafqaz muzeyinə təhvil verilməsi isə XX əsrin birinci rübünə (Sərdar sarayının dağıldığı ərəfələr - red.) təsadüf edib. İrəvan Xanlığı, İrəvan qalası, Sərdar sarayı ilə bağlı araşdırmalar aparan tanınmış gürcü alim Georgi Beradze də bu məlumatları təsdiq edib.

Lakin hər şey bununla bitməyib. Belə ki, aparılan eksponatlar arasında itirilən, sınan parçaların olduğu güman edilir. Sərdar sarayının digər əmlakları arasında mebel dəstləri, məişət əşyaları, musiqi alətləri, silah-sursatlar olub. Tarix boyu dillərə dastan olan, eksponat kimi qorunub saxlanan xalçalarımız, onlar haqqında yazılan məqalələrlə yanaşı, bütün bu tarixi faktları görməzdən gələrək həmin xalçaları mənimsəməyə çalışan düşmənlər də az olmayıb.

Mənbələrə görə, 1804-cü ildən başlayaraq İrəvanda ikinci böyük qala olan Sərdarabad qalası çar Rusiyasının hücumlarına məruz qalıb, 1827-ci ildə ruslar tərəfindən ələ keçirilib. Bundan sonra isə İrəvan şəhəri ilə birlikdə Sərdar sarayının yeni tarixi yazılmağa başlayıb. Belə ki, 1827-ci ilin oktyabrında Sərdar sarayında İrəvan Müvəqqəti idarəsi yaradılıb. Ondan bir il sonra, 1828-ci il martın 20-də isə (Türkmənçay müqaviləsi bağlandıqdan sonra - red.) İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində yaradılan “erməni vilayəti”nin administrasiyası kimi tanınıb.

Sarayın yaradılması, fəaliyyəti, nə qədər strateji əhəmiyyətli olması isə hər kəsə bəllidir. Saray hələ sovet hakimiyyətinin ilk illərində mövcud olub. 1927-ci ildə sarayı tarixi abidə kimi seyr etmək üçün İrəvana saysız-hesabsız insanlar üz tutub.

1918-ci ildə darmadağın edilən sarayın son qalıqları isə İrəvan qalası ilə birlikdə ermənilər tərəfindən məhv edilib.

300 illik tarixi olan İrəvan qalası və Sərdar sarayı Səfəvilər dövründən başlayaraq Qacarlara qədərki İrəvan hakim və xanlarının iqamətgahı olub. Əzəmətli İrəvan xanlığının ən gözəl və çiçəklənmə dövrü isə xüsusilə Hüseynəli xan Qacarın (1759-1783) hakimiyyət illərinə təsadüf edir. Saray Əmirgünə xan Qacar (1605-1625) tərəfindən ucaldılsa da, məhz Hüseynəli xan tərəfindən təkmilləşdirilib. Sarayın memarı isə dövrünün tanınmış memarı Mirzə Cəfər Xoylu olub. Sarayın memarlıq üslubu onu monumental saray kompleksi kimi tanıdıb.

Sərdar Sarayı İrəvan qalasının şimal-qərbində - Zəngi çayının uçurumlu sahilində, təbii cəhətdən yaxşı müdafiə olunan ərazidə yerləşib. Ətrafında çoxsaylı məscidlər inşa edilib. XX əsrin ortalarında İrəvan xanlığı və Sərdar sarayının salamat qalmış orijinal əsərləri, saray kompleksinin məscid və sarayının dekorunda istifadə edilən köhnə plitələr Mirzə Qədim İrəvani tərəfindən yenidən boyanaraq istifadəyə yararlı hala salınıb.

Beləliklə, vaxtilə Azərbaycan memarlığının incilərindən biri olmuş tarixi saraydan təəssüf ki, geriyə sınıq-sökük, uzun illər baxımsız vəziyyətdə olmuş əşyalar qalıb.

Könül Cəfərli
FOTOLAR: Valeh Arifoğlu

 

 


Etiket:
Xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

10.08.2026

DAŞKƏNDLİ AŞIQ NƏCƏF HANSI İLDƏ DOĞULUB?

10.08.2026

“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”

14.07.2026

AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)

14.07.2026

AŞIQ ALIDAN QALAN SƏRVƏT

14.07.2026

Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları

14.07.2026

Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.

25.06.2026

Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam

25.06.2026

Qərbi Azərbaycan sədası Göygöldə

23.06.2026

Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri

06.06.2026

ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)

06.06.2026

Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib

06.06.2026

Sözlə çəkilən şəkil

06.06.2026

“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR

03.06.2026

 "Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı

10.05.2026

Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ

04.05.2026

İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi

04.05.2026

İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ 

04.05.2026

Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili

11.04.2026

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025
Bütün xəbərlər