Atəşlə doludur küllərim mənim

12:03 / 31.05.2020
Baxılıb: 4402

Yadımdadır, jurnalistika fakültəsində ilk dərs günü müəllimimiz bizə belə bir mövzuda inşa yazdırdı: "Mən nə üçün jurnalist olmaq istəyirəm”. Sonra da qiymətləndirdi. Həmin il də bu fakültəyə 50 nəfər daxil olmuşdu. Bir nəfər əla, dördü yaxşı, altısı kafi, yerdə qalanları isə qeyri-kafi qiymət almışdı. Xoşbəxtlikdən, mənim adım dörd alanların siyahısında idi. Yeganə "beş”in sahibi Sədaqət Paşayeva (indi Şahbazova) idi. O vaxtdan dostluğumuz başladı. Düz 45 ildir ki, birliyimiz davam edir.

Həmişə bir yerdə olduq. Bir-birimizin ailə üzvlərini tanıdıq. Sədaqət əslən Bərdədən idi. Hətta rayon qəzetində istehsalat təcrübəsi keçmək üçün mən həmişə Bərdədə çıxan "Kommunizmi yolu” qəzetini seçərdim. Əslində biz üç dost idik: Şükufə, Sədaqət və mən. Sədaqətin atası Həbib dayı da, anası Həvva xala da çox mehriban, qonaqsevər insanlar idilər. Onlara qonaq gələndə elə sevinərdilər ki, bizi doğma balaları kimi əzizləyərdilər. Sədaqətin özündən bir-neçə yaş böyük Şahin adlı qardaşı vardı. O da pedaqoji institutda qiyabi təhsil alırdı. Gözəl təbi vardı. Şeirləri mətbuatda dərc edilərdi. Hələ o dövrdə Aşıq Şəmşirlə, eləcə də Bəxtiyar Vahabzadə, Tofiq Bayram, Mir Mehdi Seyidzadə, Əhməd Ənvər kimi şairlərlə görüşər, onlardan məsləhət alardı. Özünəməxsus yazı üslubu vardı. Amma acılar olsun, Şahin bir gün maşın qəzasına düşdü, başından ağır zərbə aldı. Bununla da həyatının normal sahmanı pozuldu. Ünvanı xəstəxanalar, müxtəlif müalicə ocaqları oldu. Şəfa ondan uzaq düşmüşdü…

Dəyişməyən bircə Şahinin ilhamı idi. Gecə-gündüz yazırdı. Bilmirəm nədən, bəlkə də hansısa bir talesizliyə görə Sədaqət - o gözəl qələm sahibi mətbuata gəlmədi. Eləcə, ömrü boyu nəşriyyatda çalışdı. Balalarını böyütdü, Şahinin qayğılarını çəkdi. Günlərin birində Şahin tələb etdi ki, onu Ağdamdakı xəstəxanaya aparsınlar. "Bezdim burdan, Qarabağ havası almaq istəyirəm” söyləmişdi. Bu o zamanlar idi ki, qonşularımız - namərd ermənilər torpaq iddiasına başlamışdılar. Daşnakların atdıqları mərmi bir gün Şahinin müalicə olunduğu xəstəxanaya düşdü. Beləcə, cavan bir şairin yeganə yaşam bağı olan ilhamı da söndü, həyat çırağı da…

Bu günlərdə Sədaqət mənə Şahinin çapa hazırlanan "Atəşlə doludur küllərim mənim” adlı şeirlər kitabının əlyazmasını verdi: "Bəlkə bir nəzər salasan…” dedi. Bu, adicə kitab yox, elə özü boyda atəş idi, bağrım alışdı. Hiss etdim ki, bu nakam taleli, amma istedadlı qələm sahibi haqqında nəsə yazmalıyam, yoxsa özümü bağışlaya bilməzdim. Əgər Şahin yaşasaydı, kim bilir hansı zirvələri fəth edəcəkdi.

Şahin Bərdəlinin mövzuları həyatın, təbiətin rənglərinə bənzəyirdi. Bu müxtəlifliyin, rəngarəngliyin içindəki səmimiyyət, təbiilik, ifadə mükəmməlliyi, könül çırpıntısı, aydınlıq oxucunu valeh etməyə bilməzdi. Hələ 17-18 yaşında görün ana barəsində hansı mətləbləri poetik şəkildə bəyan edirdi:

Deyirəm dünyada bütün qanunlar,
Ananın əliylə yazılaydı kaş!
Olmazdı qırğınlar, ahlar, amanlar,
İnsan səadətə olardı sirdaş!

Sədaqət böyük ürək ağrısı, amma dərin məhəbbət və etibarla Şahini oxucuya belə təqdim edir: "Bir vaxt Bərdə əhlinin adı dillərdə gəzən sevimlisi, ədəbi mühitinin, şeir yığıncaqlarının bəzəyi olmuş, həyatının çiçəklənən bir vaxtında dünyasını dəyişmiş qardaşım Şahinin şeirlərini çap etdirib oxucuya çatdırmaq – bu, mənim ən böyük arzum, həyat idealım olub”. Bu, bir xiffətli bacının içindən gələn nisgilli arzusudur. Şahinin 14 yaşında yazdığı "Palıd” adlı şeirini oxuduqca, adamın içi oyulur, bu cür istedad və fikir sahibinin açmadan solan həyat güllərinə göynəməyə bilmirsən:

Palıdın kökünü ovdu yağışlar,
Lakin bərk dayandı, o yıxılmadı.
Yaşıl gövdəsini döydü dolu, qar,
Ondakı əzəmət heç yox olmadı.

Həmin yaşda yazdığı başqa bir şeirindən – "Bərdəm” adlı poetik qənaətindən nümunə:

Babam Nizaminin gur səsi səndə,
Anam Nüşabənin türbəsi səndə,
Palıddan yoğrulub torpağın, daşın,
Əyilməz ərlərin cərgəsi səndə.

Şahin xalq və klassik şeirimizin bütün formalarında, növlərində, janrlarında demək olar ki, poetik nümunələr yaradıb. Onun yazdıqlarının hamısını bir yerə toplasaq, mübaliğəsiz cildlər sıralanar. Bu külliyatın - gülüstanın içində bəzən zərif, zəif, solğun ləçəklər də ola bilər. Amma düşünəndə ki, bu şeirlərin çoxu müəllifin məktəbli, eləcə ağrılar içində qovurulduğu, həyatın zərbələrinə sinə gərdiyi vaxtlarında yazılıb, onda qara zülmətin işığa, günəşə qənim kəsilməsi səni ağrıtmaya bilmir. Şahin Bərdəli Hüseyn Cavidə həsr etdiyi şeirdə "Bülbülu susmayan sənət gülşənin, Əsrlər boyunca solmayacaqdı” deyir. Yaxud da, Mirzə Ələkbər Sabiri "Sənət vadisinin vüqarlı dağıdır” fikri ilə tərənnüm edir. "Könlümdə eşq adlı bir günəş yanırdı” deyən Şahinin lirik şeirləri də qəlbə təsirli və nidalıdır:

Günəşi görməyə torpaq gül açar,
Günəşlə qovuşsa torpaq kül olar,
Ən uzaq ulduza getsəm, yol olar,
Sən mənim əlçatmaz ehtiyacımsan…

Həqiqətən də, adamın ürəyi ağrıyır ki, qəlbi sevdalarla dolu olan bu istedadlı, bilikli, dərin düşüncəli, vətən eşqli gənc heç nədən yarımadı. Bütün arzuları doğulmamış, içindəcə boğuldu. Onun hər bir bölgəmizlə, eləcə də ayrı-ayrı şəhərlərimizlə bağlı şeirləri də çoxdur. "Ən gözəl dastanın sözüdür Bakı” deyən Şahinin milli kimliyi barəsində yazdığı qəzəl də özünün mətləb aydınlığı , vətəndaşlıq qayəsi ilə diqqəti çəkir:

Qanım bir türk qanıdır, şüarımı bilsin hamı,
İş, tərəqqi, hərəkət şerü-sənət, bir də vüqar!..

Mən bir daha tələbə dostum Sədaqət xanıma öz təşəkkürümü bildirirəm ki, nakam ömür sahibi Şahin Bərdəlinin söz çiçəklərinin solmağına rəvac verməyib, onları belə bir kitab şəkilində oxuculara çatdırır. Bu qədirbilənlik, etibarlıq insanın daxili zənginliyini əks etdirir. Belə məziyyətlərə malik olmaq çox təqdirəlayiq haldır. Unutmamaq, unudulmamaq deməkdir.

Ömrü yarıda qırılan bir insanın, şeirləri əlyazma şəkilində solan bir şairin, bir ailənin yeganə oğlunun, Qarabağ həsrətilə Ağdama qayıdıb, külə dönən bir şəhidin yad edilməsi mənəvi borcdur, rahatlıqdır... 
Bu rahatlığın içindəki xiffət isə əbədidir. (Zim.az)

Flora XƏLİLZADƏ, 
əməkdar jurnalist

GOYCE.AZ


Etiket:
Xəbərlər

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025
Bütün xəbərlər