Goyce.az saytı yazıçı Kəramət Böyükçölün müsahibəsini oxuculara təqdim edir.
Sosial şəbəkədə özünüzə "dovşan" deyirsiz. Niyə insanlarda özünüzə qarşı bu cür imic yaradırsız? Əslində, sarkazm olduğunu bilirik.
- Bir adam özünə rahatlıqla dovşan deyə bilirsə, deməli, o, dovşan deyil. Ümumiyyətlə, mənə elə gəlir ki, Azərbaycan üçün ən böyük aforizmi Nadir Qafarzadənin cümləsidir. "Nə alim-alim salmısız? Gedin alimin də soyuducusuna baxın, mənim də". İkinci ən böyük aforizm polis əməkdaşının vətəndaşa dediyi cümlədir. " Siz dovşansınız". Biz nə qədər kitablar, köşələr yazdıq, müsahibələr verdik, nə qədər hoqqlardan çıxdıq, amma bu iki adamın dediyi qədər fikirlərimizi ifadə edə bilmədik. Mən bunu etiraf edirəm. Dovşan adıyla çağırılmaqdan qorxmuram. Əslində bizim hamımız qanunun qarşısında dovşan olmalıyıq. Dünyanın ən sivil, mənədəni, demokratik ölkələrində vətəndanşaların hamısı qanun qarşısında dovşandır. Qanundan qorxurlar. Azərbaycanda qanun yoxdur deyə, insanlar "dovşan" adını həzm edə bilmədilər. Ona görə də bu baxımdan özümə asanlıqla dovşan deyirəm.
Nə üçün insanlar müxalifətdən çox, siyasi mübarizəni sizdən gözləyir?
- Çünki mən səmimiyəm. Mən siyasi müxalifətçi olsam, mahiyyətimi dəyişsəm, ən birinci itirəcəyim səmimiyyətim olacaq. İstər iqtidar kimi, istər müxalifətçi kimi siyasi fiqura çevrilirsənsə, mütləq qeyri-səmimi olmalısan. Camaatı nə qədər gözəl aldada bilirsənsə, nə qədər gözəl yalan danışa bilirsənsə, sən o qədər siyasətçisən. Azərbaycan xalqı böyük xalqdı. Milli dəyərləri var. Nizamilər, Füzulilər yetişdirmiş xalqıq. Biz Koroğlunun nəvələriyik və s. bu cür sözlərin hamısını insanlara deyirsən, olursan yaxşı adam. Şəxsən deyə bilmərəm. Seçkidə iştirak elədim, tanıdığım xalqı bir daha tanıdım, gördüm, bildim. Və mənim içimdə öz xalqıma qarşı sevgi var. Amma bu sevgi mənim içimdə tərif kimi yox, tənqid kimi özünü biruzə verir. Məşhur söz var. Yazıçı həmişə müxalifətdə olmalıdır. Söhbət siyasi müxalifətdən getmir. Həyata, cəmiyyətə, insana, özünə də qarşı müxalifətdə olmalıdır. Mənə elə gəlir ki, bu barədə gücüm çatdığı qədər müxalifətdə dayanmış qələm adamıyam. Amma bilmirəm hara qədər bacaracam. Bir də gördün məni çağırıb ev verdilər, bir də gördün çağırıb "Xalq yazıçısı" adı verdilər, məndə bunların kölgəsində qaldım. Çünki özümü o qədər təbii insan hesab edirəm ki, sabah necə olacağımı bilmirəm. Bilmirəm necə yaşayacam. Arzu edirəm, həmişə içimdəki dəyərlərə sadiq bir adam olum. Hərdən özümü öz balam kimi qabağıma qoyub özümə məsləhətlər verirəm, özümə ağıl öyrədirəm. Çox gözəl məsləhətlər verə bilirəm. Hakimiyyətə də məsləhət verə bilərəm, müxalifətə də. Məsləhət vermək asandır, bunu həyata keçirmək çətindir. Bilirsiz niyə belə arxayın danışıram? 33 yaşım var, bilmirəm özümdən yaşca çox böyük adamlarla həmsöhbət olmuşam, ya oxuduğum, ya da oxumadığım kitablardandır, nədəndir bilmirəm, mənəvi, ruhən çox surətlə yaşamışam. Gedib 85-90 yaşıma çatmışam, indi geri qayıdıram. Qayıdanda yolda səhvlərimdən üzr istəyirəm. Belə bir mənəvi, ruhani, qarışıq sarsıntı yaşayıram. Küçədə kitab satmaq mənim uğurum ola bilər, ancaq bilirəm ki, bu ədəbiyyatın faciəsidir. Özümü arsızlığa qoyub bu məsələyə don geyindirməyimə baxmayın, içimdə narahatçılıq var.
Belə çıxır ki, müxalifətdə olanların heç biri səmimi deyil?
- Müxalifətdə olub səmimi olmaq mümkün deyil. Ateist düşüncəli adamsansa, milli-dəyərlərə qarşı adamsansa, mümkün deyil. Kütləyə işləmək lazımdır. Ateist kimi danışacaqsan, dindarlar səni daşa basacaq, dindar kimi danışacaqsan, ateistlər başqa cür danışacaq. Milli-mənəvi dəyərlərdən danışacaqsan, müasir təfəkkürə malik adamın gözündən düşəcəksən. Əslində yalan danışmaq iqtidardan çox, müxalifətin boynuna düşür. Çünki iqtidarın polisi var, yəni, yalan danışmasam, neyniyəcəksən mənə? Müxalifət deyəndə bugün Azərbaycanda olan siyasi müxalifətdən söhbət getmir Anlayışdan söhbət gedir. Bunun fəlsəfəsi budur
Başqa şairlər, yazıçılar sizin kimi küçədə kitab satsalar, dəstəkləyərsiz, yoxsa monopaliyadır?
- Bir dəfə mənim rəhmətlik dostum Mövlud Mövludla oturmuşduq. Gənc yazarlar yanıma gəlmişdi. Mən qocaman yazıçı kimi bunlara məsləhət verirəm. Romanı, hekayəni necə yazmaq lazımdır? Mövlud mənə dedi ki, sən dəhşətsən. Mən olsam, bildiklərimi paylaşmaram ki, gedib məndən yaxşı yazarlar. Onlar mənim özümə aiddir. Dedim, bilirəm ki, gedib yaza bilməyəcəklər, ona görə rahatlıqla məsləhət verirəm. Qarşımda yaza biləcəyini hiss eləyəcəyim adam olsa, mən paxıllıqdan bunu o adama demərəm. İndi küçədə kitab satmaqda mənə aid bir şey olduğu üçün deyirəm, gəlin, siz də kitablarınızı mənim kimi küçədə satın. Bilirəm ki, alınmayacaq.
Çingiz Qənizadəylə aranız indi necədir?
- Çingiz Qənizadəylə seçki dövründə rəqibiydim. Mən Çingiz Qənizadəyə nifrət eləsəm, gərək Milli Məclisdə oturanların hamısına nifrət eliyəm. Üz-üzə gəlsək, əlbəttə, görüşəcəm.
Özünüzü bu həyatda necə hiss edirsiz?
- İnsan həyata duyğu orqanlarıyla bağlanır. Nifrət hissi də bir teldir. Əsəb, sevinc, kədər, sevgi və s. mən hiss edirəm ki, bütün duyğu orqanlarımı itirmişəm. Daha heç kimə nifrət edə bilmirəm. Paxıllıq hissi də bir teldi. Sən kiməsə paxıllıq eləməlisən ki, yaşamağın üçün səbəb olsun. Mən o hissi də itirmişəm. Sevə də bilmirəm desəm, evimdə yoldaşım inciyəcək. Mən daha geniş fəlsəfi baxımıdan deyirəm. Yoldaşım belə xırda şeylərə fikir verən deyil, bilirəm. Özümü bu həyatda küləyin hardasa yerə gətirib, sonra birdən yuxarı qaldırdığı, hara getdiyini bilməyən, təsadüfən ağacın budağına dəyib partlayan şar kimi görürəm.
Buna görə sizi bədbəxtlər sırasında görməliyik, ya xoşbəxtlər?
- Həyati münasibətlərdə bu anlayışlara yer yoxdur. Bizim cəmiyyətdə sevdiyin qadına qovuşdun, olursan xoşbəxt. İçərişəhərdə evin varsa, olur xoşbəxtlik. Azərbaycanda xoşbəxtlik anlayışı o qədər bəsitdir ki, mən özümü bunlardan o qədər uca görürəm ki, mən bilmirəm xoşbəxtlik nədir. Heç bədbəxliyin də nə olduğunu bilmirəm. Əgər bədbəxtlik iki arvadı boşamaqdırsa, hər dərədə bir uşaq qoymaqdırsa, onda bu mənada bədbəxtəm. Amma görürəm bədbəxtlik bu da deyil. Bilmirəm dəli olmuşam, ya özüm haqqında çox yüksək fikirdəyəm nədəndir, bu missiya ətrafda baş verən bütün hadisələrə qarşı məndə biganə hiss yaradıb. Birdə görürsən hansısa məclisdə xalanın ərinin adını nə qədər çalışırsan xatırlaya bilmirsən. Qalırsan yaddaşınla dilinin arasında. İnsan bəzən bütöv bir ömürdə yaddaşıyla dilinin arasında bu cür əsir-yesir yaşayır. Bütöv bir ömrü belə yaşayanda nəticə olur Karamazov qardaşları, Martin İden və s.
Hərdən özümü elə aparıram ki, guya mən də adamam. Və öz ruh adamımı tapanda sevinirəm.
"Xoşbəxt insan yaza bilmir" deyirlər. Amma bugün şəxsi həyatınıza baxanda xoşbəxt kişi olduğunuzu görürəm. Həm xoşbəxtsiz, həm yazırsız.
- Adi şeylərdən xoşbəxt olan adam deyiləm. Həmişə deyirəm, Fikrət Qocanın xoşbəxtliyiylə mənim xoşbəxtliyim eyni şey deyil. Bir dəfə Əkrəm Əylislidən soruşdum ki, Əkrəm müəllim, təzə nə yazıbsız? Dedi, Kəramət bala, heç nə yaza bilmirəm. Bizin ağsaqqal yazıçılardan biri qayıtdı ki, mən də yaza bilmirəm. Bu elə bilir ki, Əkrəm Əylislinin yaza bilməməyiylə, bunun yaza bilməməyi eyni şeydi. Dedim, ay müəllim, Əkrəm yazıb-yazıb gəlib bir həqiqətə çatıb. Sənsə öz-özünə yerində fırlanırsan. Sən niyə yaza bilmirsən? O mənada mənim ədəbiyyat dünyam, düşüncələrim bu cür cümlələrə yaddır. Belə sualların qarşısında özümü aciz hiss edirəm.
Meyxanaçılardan kitablarınızı alan olub?
- İdmançı dostlarımdan biri dedi, gedək bir yerdə oturub çörək kəsək. Boy-buxunlarına şair dostum Aqşin Yeniseylə baxdıq, naraqhatçılıq keçirdik. Birdən içərik, ağzımıza gələni deyərik, vurarlar. Onlar bizə bir cümlə dedi: Biz sizinlə fəxr edirik. Mən elə bilirdim əzələsi olanlar ancaq vurmağı bilir. Bax, o cümlə idmançılarla bağlı düşüncəmi kökündən dəyişdi. Meyxanaçılardan kitab alan olmayıb, alsa da problem yoxdur.
Xəyanət edəndə günah birdi, xəyanət görəndə ikidir. Xalqın günahı nədir ki, xəyanət edirlər?
- Xalqın ən birinci günahı kitab oxumamaqdır. Və xalqın kitab oxumamağında maraqlı qüvvələr var. Kitabsız bir cəmiyyətin haqqın, hüququn tapdalamaq, başından vurub çörəyini əlindən almaq asandır. Amma kitab oxuyan adamın haqqını tapdalamaq çətindir. Keçən dəfə vətəndaşa "dovşan" deyən polisə etiraz edən cəmiyyəti Fazil Mustafa "qaragüruhçu" adlandırdı. Azərbaycanda on milyon insan var. Ramiz Rövşən demişkən, kimin əli kimin cibindədir deyənlərin hər birini beş yüz min tanıyan adam var. Bilirlər kim nədir. Və bunlar beş yüz min adama qaragüruhçu deyir. Çox maraqlıdır, bunlar üçün xalq kimdir?
Görünür bunlar üçün xalq səsini on manata satan, yarıac, yarıtox saxlanan, etiraz hissi olmayan savadsız, cahil camaatdır. Xalqda günahı onda görürəm ki, öz ziyalısını tanımaq potensialı yoxdur. Məsələn, Bayram Nurlu kimi adamlar bizim cəmiyyətdə niyə daha çox tanınır? Çünki bizim xalqın gücü Rafiq Əliyevi tanımağa çatmır. Min dəfə danışdır, yenə də tanımayacaq. Elə bil bir qadındır səni sevir, az qala yolunda da ölər, sən ağlınla onu sevmək istəyirsən, bacarmırsan. Sənində fikrin qalıb səni alçaldan, xəyanətiylə yerdən yerə vuran qadının yanında.
Niyə elə olur?
- Yaradan tərsinə yaradıb, ona görə. Bir dəfə yazmışdım, qeyri-rəsmi nigahdan doğulan uşaqlar, gözəl və şirin olurlar. Qız, oğlan toyu, xınayaxdı elə, nişan elə, sonra eybəcər uşaq doğulsun. Daha mən demirəm, hamı getsin qeyri-rəsmi yaşasın. Mənim düşüncələrim Azərbaycan cəmiyyətinin düşüncəsiylə uyğun gəlmir. Bu mənim müşahidələrimdi, həyat haqqında anlayışımdı. Mən desəm ki, xəyanətkar qadınlar çox sevilir, biri kənardan çıxacaq, deyəcək mən arvadımı çox sevirəm. Nə demək istiyirsən? Markezin "Mənim hüznlü gözəlçələrim" əsərini oxuyuram, düşünürəm ki, bizim yazıçılardan biri belə əsər yazsa, qayınları gəlib onu bıçaqlayacaq ki, bacımıza xəyanət eləmisən. Azərbaycan xalqı istəyir ki, yazıçı ancaq onların eşitmək istədiklərini yazsın. Bu cəmiyyətin istədiyi adam olmağım üçün mənə cəmi altı ay vaxt lazımdır.
Altı aya nə dəyişəcək?
- Çox şey. Mənə kostyum verəcəklər gedəcəm toya, yarım saata beş min qiymət qoyub istədiklərini danışacam, olacam yaxşı adam. Amma mən bu variantı dar günə saxlamışam.
Küçədə kitab satdığın üçün vergi istəsələr?
- Küçədə kitab satmağım Ədəbiyyata vergi vermək kimi bir şeydi. Məndən vergi istəsələr, bunu sosial şəbəkədə yazsam, yüzlərcə oxucularım var, çıxardıb mənim yerimə vergini ödəyəcəklər. Yazıçı qalib gəlmək uğurunda yox, məğlub olmaq uğurunda döyüşməlidir. Sən nə qədər məğlub ola bilirsənsə, o qədər yazıçısan. Bu mənada, mən ən məğlub qələm adamlarından biriyəm. Misal üçün, elə adam var gəlir beş yüz manat verir, kitab alır. Ya da elə adam gəlir kitab alanda, onun hərəkətlərinə, danışığına fikir verirəm, ofisianta belə deyir: Stolun üstünü sil, bu nədi, stəkanlar doludur.
Öz-özümə sual verirəm ki, kitab bunun nəyinə lazımdır? Sonra deyirəm, 100% küyə düşüb gəlib.
Söhbətlərimizdən belə nəticəyə gəldim ki, artıq mənəvi olaraq çox mərhələlərdən keçmisiz. Sabir də cəmiyyətdən narazı qalıb özünü cəmiyyətdən təcrid edib. Bunu bildiyiniz halda Mirzə Ələkbər Sabiri niyə tənqid elədiz? Özünüzü Sabirdən, Cəlildən, Axundzadədən üstün tutursuz?
- Mənim Sabirə də, Mirzə Cəlilə də və digər şairlərə, yazıçılara münasibətim ədəbi estetik səviyyəsindədir. Mən satiranı ədəbiyyat hesab eləmirəm. Çünki satira anti-estetik janrdır. Ədəbiyyatsa estetika hadisəsidir. Sabirin istənilən satirasını çırtmayla deyirlər. Çırtma mənim yadıma meyxananı salır. Mən bunu təzədən gündəmə gətirib camaatı üstümə qaldırmaq istəmirəm. Qəribə olan bilirsiz nədi? Üç il əvvəl mən deyəndə ki, Mirzə Cəlil kimi adamam, camaat məni söyürdü, ağzına gələni yazırdı ki, sən haranın zibilisən, özünü Mirzə Cəlillə müqayisə edirsən. İndi yavaş-yavaş özləri mənə Mirzə Cəlil deyir. Hətta "Cəlildən üstünsən" yazırlar. Məndə yazıram ki, əstəğfirullah, mən kiməm ki? Yazıçı ömrü öləndən sonra başlayır. İndi mənim Xəlil Rza Ulutürkə, Bəxtiyar Vahabzadəyə, Mirzə Ələkbər Sabirə münasibətim yadaşımın arxiv hissəsində qalıb. İndi hər halda kitab alveriylə məşğulam.
Ədəbiyyat dərsliyinə hansı hekayənizin salınmasını təklif edərdiniz?
- Markez böyük yazıçıdır. Onun Ədəbiyyat haqqında şıltaq cümlələri var. Deyir ki, dünyada ədəbiyyat olmasa, heç nə dəyişməz, amma polis olmasaydı, dünya tamam başqa cür olardı. Bilirəm ki, dünya ədəbiyyatına düşən deyiləm, Azərbaycan ədəbiyyat tarixinə özüm düşmək istəmirəm. Çünki o tarixə o qədər təsadüfü adamlar düşüb, indi etibar yoxdu. Ədəbiyyat tarixini yazanlar Nizami Cəfərov kimi adamlardı. Hüseynbala Mirələmovla oturub yeyib-içib, yaxşı dost olublar, aparıb salıb Ədəbiyyat dərsliyinə. Restorandan ədəbiyyata kəsə gediblər. Ona görə də Ədəbiyyat tarixinə etibar yoxdu. Əgər salınsa, məhz "Qapıçı" hekayəmi dərsliyə salmaq olar. Vətənpərvərlik mövsuzundadır.
Niyə "Kefli İsgəndər" deyəndə ağlımıza şair, yazıçı gəlir?
- Kefli İsgəndər elə Mirzə Cəlilin özüdür. Çünki Azərbaycan ayıq başla yaşamalı ölkə deyil. Bu ölkədə həqiqətləri dilə gətirirsənsə, ya özünü səyliyə qoymalısan, ya dəliliyə, ya da sərxoş olmalısan, cibinə nəşə atmayalar ki, piyandı. Əslində, Kefli İsgəndər Azərbaycan yazıçısını qoruyan bir branjiletdir.
Uşaqlarınızın hansında özünüzü görürsüz, hansında özünüzü görmək istəməzdiz?
- Uşaqlarımın mənə oxşamasını istəmərəm. Mənə oxşasalar həyatda özlərini tapa bilməyəcəklər. İstərdim oğlum mühəndis, polis, hansısa idarənin müdiri olsun. Sonra oğluma qoyduğum ada baxıram, adını "Barış" qoymuşam. O səhvi artıq eləmişəm. Çünki Barış adlı polis, hərbiçi yoxdu. Baxıram ki, o da mənim kimi narahat olacaq. Qızımın adı Jasmindir. Qızım bu mənada yaxşıdır. Qızımın anası hüquqşünasdır, soyuqqanlı, həyata məntiqlə yanaşır. Barışın anası rəssamdır, həssas insandır. Qızıma zəng edirəm ki, sabah gəl gedək sənə ata paltar alsın. Deyir, sabah işim var, o biri gün gedərik. Mən sevindim ki, qızım həyata məntiqlə bağlanıb. Qızıma kitayın oyuncağını alıram, bəyənmir, italiya istehsalı oyuncaq istəyir. Oğluma bir manatlıq oyuncaq alıram, öpüb qucaqlayır. Deyirəm, vəssalam, oğlum artıq bədbəxtdir.
Gözünün içinə baxmağa utandığınız insan var? Qarşınıza çıxa və yolunuzu dəyişəsiz.
- Səfər Alışarlıyla Mövludun maraqlı əhvalatı var. Yol gedirlər, birdən Mövlud bir adam görür, görüşmək istəyir. Səfər müəllim deyir, dayan, adamın güclə yadından çıxmışam. Eqoistlik kimi çıxmasın, salamlaşırsan, o qədər sual verirlər ki, bezirsən. Çox az adam var ki, özüm çağırıb salam verirəm. Ən çox güzgüyə baxanda özümdən utanıram. Atamın arzuladığı oğul olmadığım üçün utanıram.
Axı məcbur deyilsiz.
- Məcbur deyiləm, amma istədiyi oğul olmadığım üçün əziyyət çəkir. Anamın arzuladığı oğul olmadım. Mənim kostyumlu, ziyalı görmək istəyirdi. Anam istəyirdi ki, mən Ağstafanın icra başçısı Seymur Orucov, aparıcı Zaur Baxşəliyev kimi oğul olum. Bacımın istədiyi qardaş da ola bilmədim.
Bəs qorxmursuz ki, övladlarınızın istədiyi ata ola bilməyəsiz?
- Mənə elə gəlir ki, övladlarım böyüyənə qədər zaman məni övladlarımın istədiyi "ata" obrazına salacaq. Mənim gəncliyim imkan verir ki, istədiyim kimi yaşaya bilim. Çünki adı gəncliyə bağlanır. Bir balaca istedadım var, fikirləşirəm ki, adamlar məni az olan istedadıma bağışlayacaq. Amma sən bir yaşa çatandan sonra, duyğularım ağıllanandan sonra uşaqlar böyüyəcək və mən olacam evə vaxtında əlidolu gələn ata.
Kəramət Böyükçöl üçün sevginin tərifi nədir? Sevgi harada ölür?
- Sevgini ev öldürür, məişət öldürür. Sevgi elə bir hissdir ki, ona gərək pəncərədən baxasan. Bu barədə kitabda yazım var. Mənim bir dostum var, mənə deyir, on dörd il həsrətini çəkdiyim sevgimə qovuşdum. Dedim, sən çox böyük səhv eləmisən. Sevgini heç eləmisən. Adamda on dörd il sevdiyi qadınla evlənər? Artıq o sevgi elə bir xammaldır ki, sən ancaq onun xatirəsiylə yaşamalısan. Onu kartofa, soğana, pampersə, uşağa çevirməyin nə mənası vardı? Ailələri həmişə sevgi dağıdır.
Bəlkə sevgisizlik dağıdır?
- Bilirsiz necədi? Sevgi bağışlamaq deyil, bağışlamamaqdır. Sevgi intriqa mənbəyidir. İnsan heç vaxt bir-birini bərabər sevə bilmir. Biri az sevir, biri çox. Və həmişə bu azla-çoxun davası gedir. Elə ailələr var ki, onlar çoxdan ayrılıb, amma otuz ildir bir yerdədilər. Hərəsinin öz dünyası var. Nə bir-birini qısqanırlar, nə də maraqlanırlar. Axşam düşür, bir-birilərinə kürəyini çevirib yatırlar. Adam sevir ailə qurur, sonra bir ömür ölmüş sevgisini gəzdirir. Adını qoyurlar, bunlar bir ömür yaşadılar.
Parlament seçkiləri olsa, yenidən namizədliyinizi verərsiz?
- Azərbaycan reallıqlarını mən çox yaxşı başa düşürəm. Birinci dəfə namizədliyimi verəndə təcrübəsizlik elədim. Amma bu təcrübəsizlik mənə xeyli təcrübə qazandırdı. İkinci dəfə seçkiyə gedəndə mənə elə gəlir ki, deputat seçilmək üçün yox, seçkidə baş verən saxtakarlıqları daha yaxşı ifşa eləmək üçün qatılacam. Mən artıq deputat seçilmək üçün yox, deputat seçilməməkdən zövq alacam. Deputat seçilməmək üçün qoşuluram.
Söhbətləşdi: Şəfaqət Cavanşir
GOYCE.AZ
Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.202460 YAŞIN MÜBARƏK!
15.01.2024AŞIQ İSLAM YUSİFOV
(1893-1968)