Polad Həşimov (soldan birinci) Aprel döyüşləri zamanı səngərdə hərbçilərlə birgə
Səhər yuxudan oyananda anam “qorxma, amma deyəsən pis xəbər var” dedi. Nə baş verdiyini soruşdum. Cavabında atamın bayaq kimləsə danışdığını dedi. “Dedilər Polad Həşimovu vurublar, rəhmətə gedib”. Dedim “əşşi, elə şey ola bilməz”. Sonra bir neçə nəfərdən də eyni mesajlar gəldi. İnanmadım, inanmaq istəmədim. Başqa cür də ola bilməzdi. O cür insanın, o cür zabitin ölümünü qəbul edə bilməzdim. Sonra… Sonra rəsmi məlumat gəldi. Kərəm Vəliyev xəbəri təsdiqlədi. Eyvana çıxıb siqaret yandırdım, cənab generalla aramızda olan bütün dialoqlar gözümün önünə gəldi. Bu qəhrəman insanı tanıdığıma görə özümü xoşbəxt saya bilərəm.
Ünsiyyətimiz olmuşdu, çiyin-çiyinə günlərlə səngərdə döyüşmüşdük. Anam deyir, neçə gündür fikirləşirəm ki, bəlkə sən də orda olsaydın, belə olmazdı, sağ qalardı. Bəlkə də… Bəlkə də elə olardı. Çox istəyərdim ki, bu, belə olsun…
Mən ilk dəfə 2016-cı il aprelin 1-i görmüşdüm Polad paşanı (general olmasa da həmin vaxtlarda da ”paşa” deyirdik).
Bölmələrimiz düşmən üzərinə hücuma keçirdi. Bütün tapşırıqlar veriləndən sonra Polad paşa hücuma keçən tank bölmələri ilə birlikdə irəlidə gedən tankın üzərində Talış yüksəkliklərinə doğru irəlilədi. Talış yüksəkliklərinə çıxan ilk Polad paşa olmuşdu. Mənim bölməm yüksəkliyə çıxanda artıq bir neçə saat keçmişdi. Yüksəkliyə çıxan kimi məruzə üçün tabor komandirinin yanına getdim. Tabor komandirimiz müavini ilə tankın yanında dayanıb söhbət edirdilər. Komandir yanlarında duran cavan zabiti tanımadı. Onun yuxarı komandanlıqdan gəldiyini hiss etsəm də mən də tanımadım. Tabor komandirindən bir siqaret istədim. O isə qurtardığını dedi. Bu an tanımadığım həmin zabit cibindən nazik “Winston” qutusunu çıxarıb mənə uzatdı. İki dənə götürüb, birini də sonra çəkəcəyimi dedim. Bu an tabor komandirinin mənə göz-qaş etdiyini gördüm. Əvvəl başa düşmədim, sonra qoluma girib kənara çəkdi və həmin zabitin Polad paşa olduğunu dedi. Tutuldum… Çaşdım qaldım. Yaxınlaşıb üzrxahlıq etdim. “Narahat olma, əzizim” dedi. Telefonu ilə zəng edib olduğu mövqeyə 10 blok siqaret gətirilməsini istədi. Bir saat sonra siqaretlər artıq gəlmişdi. Məni çağırıb şəxsi heyətə paylamağımı tapşırdı.
Hərbi sirr olduğu üçün əməliyyat barədə danışıqlarını deməyəcəm. Amma əgər Azərbaycan ordusunda taktiki baxımdan 3 savadlı zabit varsa, Polad Həşimov hər zaman o üçlükdə olub.
Gecəni bizimlə səngərdə qaldı. Yatmadı, səhərə qədər ələ keçirdiyimiz düşmən səngərini gəzib şəxsi heyətlə maraqlandı, tapşırıqlarını verdi, o zəhmli və bir o qədər də mehriban səsi ilə ruhlandırdı…
Səhər yenə döyüşlər qızışdı. Bir an belə çəkinmədi, döyüşün ən qızğın davam etdiyi mövqelərə getdi. Səngərdən çıxmadı.
Aprelin 2-si axşam güclü yağış yağdı. Polad paşa hücuma keçdiyimiz gün qalın forma ilə gəlməmişdi. Ona görə üst-başı çox tez islandı. Nə qədər təkid etsək də paltarını dəyişdirə bilmədik. “Paltar ən yaxşı geyincək halda quruyur” dedi.
Gecə artıq hiss etdik ki, həm yorğunluq, həm yuxusuzluq, həm də yağışda qalmaq ona təsir edib. Titrəyirdi. Tankın içərisində oturub bir az özünə gəlməsinə təkid etdik. Razılaşmadı. Mən, tabor komandiri və onun digər müavini yanında idik. Aşağı oturdu, belini tanka söykədi, “siz də yanımda oturun. Çiyin-çiyinə oturaq, qızışaq” dedi. O gecəni belə keçirdik.
Aprelin 3-ü yenə hər gün olduğu kimi yuxarı komandanlıqla daimi əlaqədə ola-ola, tapşırıqlarını verir, mövqeləri yoxlayır, şəxsi heyətlə danışır, çatışmazlıqları məruzə edib dərhal aradan qaldırılmasını tələb edirdi. Günorta bir az sakitlik yaranmışdı. Məndən quru ərzaq payının içərisindən bir qarabaşaq konservası gətirməmi istədi. Gedib gətirdim. Dedim “Komandir, qızdırım, sonra yeyin”. Razı olmadı. “Lazım deyil, qreçka elə belə də dadlı olur” dedi. Birlikdə yedik. Sosial şəbəkələrdə yayılmış şəkli var, səngərin içərisində. O şəkil həmin vaxt çəkilib. Öz icazəsi ilə biz çəkmişdik. Bir neçə saat sonra güclü atışma oldu. Həm artilleriya, həm də iri çaplı silahlarla… Ondan komanda məntəqəsinə geri çəkilib döyüşü ordan idarə etməsini xahiş etdik. Bunu qəti şəkildə rədd etdi. Yenə bölük komandirlərini yığıb başına tapşırıq verdiyi vaxt iri çaplı silahlarla biz durduğumuz yeri vurmağa başladılar. Qəflətən bir güllə tankın zirehinə dəyib,onun başında olan kaskanın üzərinə düşdü. Qorxu içində onu və özümüzü səngərə atdıq. Hamı şok keçirmiş şəkildə onun üstünə tullandı. Elə bildik ki, ona güllə dəyib. Gülə-gülə heç nə olmadığını dedi. “Necə yıxdınızsa, ayağım əzildi”. Yerə yıxılanda dizi daşa dəymişdi möhkəm…
Bu hadisədən yarım saat sonra xidmət etdiyi ərazilərdən zənglər gəldi. Hamı Polad paşaya nə olduğunu soruşurdu. Onunla birgə xidmət etmiş bütün zabitlər narahat halda maraqlanırdılar. Elə bil öz qardaşları haqda məlumat alırdılar.
Hərbi məlumatlar olduğu üçün çox şeyi demək olmur. Amma Polad Həşimov elə bir zabit, elə bir insandır ki, onun haqqında kitablar yazılsa, filmlər çəkilsə, yenə də az olar. Mən çox xoşbəxtəm ki, onunla birlikdə döyüşdə olmuşam, onu tanımışam. Aprel döyüşlərindən sonra evə qayıdanda, onun günü bu gün general olmasını arzuladığımı dedim. Amma olmadı… Hansısa səbəblərdən 3 il sonra, 2019-cu ildə general rütbəsi aldı. Onun üçün rütbə filan adi şeylər idi. Onun üçün hər şeydən əvvəl düzgünlük və insan olmaq gəlirdi.
Döyüşlərdən sonra məni və başqa bir neçə zabiti vəzifə vermək üçün komandanlığa çağırmışdılar. İdarə Heyəti bir-bir zabitləri xarakterizə edirdi. Yekun sözü isə Polad paşa deyirdi. Növbə mənə çatdı. Adım çəkildi, ayağa qalxmaq istədim. Durmağa imkan tapmamış, Polad paşa asta və zəhimli səslə “bu zabiti xarakterizə etməyə ehtiyac yoxdur. Döyüşlərdə mənimlə birgə olub, gözümün qabağında olub. Otur aşağı!” dedi.
Polad Həşimov belə qiymət verirdi hər şeyə. Belə insan idi. Tabeliyində olan şəxsi heyəti tanıyırdı. Kimin nəyə qadir olduğunu bilirdi.
Mən onun haqqında günlərlə danışa bilərəm. Yaza bilmədiyim çox şeylər var. Bütün bunları yalnız onunla o döyüşlərdə olanlar görüblər, onlar bilirlər…
Bu ordudan çox zabitlər, çox generallar gəlib-keçib, amma Polad Həşimov kimisi çətin ki, bir də ola…
Allah sənə rəhmət eləsin, cənab general! Sizi general formasında, canlı görməyi çox istərdim. Amma sizi o formada məzarda gördüm. Bu ordunun sizdən qazanacağı hələ çox şey var idi. Amma bilin ki, hər zaman sizin hörmətinizi, şərəfinizi qoruyub saxlayacağıq. Sizi hər zaman sevgi və hörmətlə yad edəcəyik…
Səid Rəşidzadə, ehtiyatda olan zabit
Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024