"Əsgərlər çox nadir hallarda öz komandirlərini yadda saxlayırlar, o da çox nadir komandirlərdən idi".
Bu sözləri jurnalist Seymur Kazımov Tovuz istiqamətində gedən döyüşlərində həlak olmuş general-mayor Polad Həşimov haqqında deyir.
Polad Həşimov illər əvvəl N saylı hərbi hissədə jurnalist Seymur Kazımovun qərargah rəisi olub.
Jurnalist general-mayoru "çox dəyərli vətəndaş və zabit" olaraq yad edir.
Onun vəfatını "cəmiyyət üçün böyük itki" adlandırır.
Qohumları Polad Həşimovu çox yaxşı insan kimi xatırlayır, onun barəsində "sonuncu loxmasını bölən, sadə insan" deyirlər.
Polad Həşimov kim idi?
1975-ci ildə Sumqayıtda doğulmuş Polad Həşimov əslən Qəbələnin Vəndam kəndindəndir.
Elə aldığımız məlumata görə onun nəşi də bu saatlarda o kəndə aparılır.
Polad Həşimov Sumqayıtda məktəbi bitirib. Sonra Heydər Əliyev adına ali məktəbdə təhsil alınb və təhsilini Türkiyədə davam etdirib.
Onun 3 övladı var, iki oğlu, bir qızı. Qızı onun böyük övladıdır və hələ də orta məktəbi bitirməyib.
O, Murov və Daşkəsən kimi bir neçə döyüş bölgəsində xidmət edib.
Polad Həşimov 2016-cı ildə aprel döyüşlərində iştirak edib və xəsarət alıb. Bundan sonra ona vaxtından əvvəl general rütbəsi verilib, bunu qohumları deyir.
Bu saatlarda Sumqayıtda onun evinin önünə yüzlərlə vətəndaş toplaşıb və onun nəşini gözləyir.
Yerli media yazır ki Polad Həşimov ikinci fəxri xiyabanda dəfn ediləcək.
"Cəsur, mərd zabit idi, həm əsgərlər, həm də zabitlər arasında kifayət qədər hörməti var idi. Hər zaman əsgərin yanında idi", Seymur Kazımov Polad Həşimov haqqında danışır.
"O, hər dəfə deyirdi ki, əsgər zabitərinə görə hər zaman ölümə gedir, çünki əsgərlər öndə olurlar və əmr verilən kimi irəli atılırlar. Biz bu gün gördük ki, onun özü ön sırada getdi və şəhid oldu,"- Seymur Kazımov deyir.
Jurnalist deyir ki, general-mayorun ölümü onun üçün çox ağırdır.
"Əsgərləri tənbeh də edərdi, cəzalandırardı da, amma onları təhqir edəcək, alçaldacaq ifadə işlətməzdi, onlara yuxarıdan aşağı baxmazdı. Hərbi nizamnamə nə tələb edirdisə, o cür də davranırdı," jurnalist deyir.
Seymur Kazımov 2 dəfə general-mayorun cəzasına da məruz qaldığını xatırlayır.
"…bir dəfə yayın istisində mənə stadionu 10 dairə qaçırtdı, özü də otağının pəncərəsindən seyr edirdi. İkinci dəfə də, hərbi andı 100 dəfə əzbər dedirtdi. Nə deyim, xəta məndə idi, cəzamı çəkməliydim", o deyir.
"2006-cı ilin yay ayı idi, mənim də hərb xidməti başa vurmağıma günlər qalırdı, axşam yoxlanışında kazarmanın yanından keçəndə nə üçün yatmadığımı soruşdu, mən də futbola baxmaq istədiyimi bildirdim. Apardı məni otağına, birlikdə futbola baxdıq, doğrusu, hansı oyun idi, yadımda qalmayıb.
Hərbi xidməti başa vurduğum gün qərargaha getdim ki, sağollaşam. Bayırda gözləməyimi tapşırdı. 10 dəqiqədən sonra əlində xidməti xasiyyətnamə ilə gəldi və mənə uzatdı. Gözucu baxdım, təşəkkür etdim. İstədim əlini sıxam, amma bacarmadım, zabit zəhmi gözlərində idi. Hərbi salam verdim, o da jestimə qarşılıq verdi. Əsgər və zabit kimi sağollaşdıq. Bir daha görüşmədik".
Amma Seymur Kazımov 2018-ci ilin mart ayıda komandirinin adına olan təpəyə baş çəkə bilib.
"Talış yükəkliklərində 7 döyüş postu var. Biri "Polad postu" adlanır. Həmin postu 2016-cı ilin aprelində polkovnik Polad Həşimov azad etmişdi və onun şərəfinə adını vermişdilər", o deyir.
Sosial medianın gündəmində Azərbaycan - Ermənistan sərhədinin Tovuz istiqamətində üç gündür ki, gedən döyüşlərində həlak olanlardır.
Bir çoxları general-mayor Polad Həşimov haqqında öz xatirələrini bölüşüblər.
Onun vətənə sonsuz sevgi bəslədiyini, döyüşlərdə qəhrəmanlıq etdiyini, öz evini bir şəhid ailəsinə verdiyini yazanlar var.
Azərbaycan Müdafiə Nazirliyi Tovuz istiqamətində gedən döyüşlərdə 11 şəhid verdiyini bildirir.
Onlar general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Mustafazadə, baş leytenant Rəşad Mahmudov, çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirovdur.
Yüz il əvvəlin məqaləsi – Məşhur Azərbaycan marşı
15.01.2021Vətən müharibəsinin xanım şəhidi Arəstənin büstü hazırlandı
12.01.2021MN 2841 şəhid haqda məlumatları açıqladı - Yeni siyahı
12.01.2021SƏYYAD VƏLİOĞLUNUN ÇAP OLUNMAYAN ŞEİRLƏRİ
10.01.2021Yurd hekayəsi
09.01.20213 aydır ki, ailəsi Aydından xəbər ala bilmir... - Fotolar
08.01.2021II Nikolayın qızı onun şəklini istədi, çar öz sarayına qonaqlığa çağırdı - Azərbaycanlı qaçağın film kimi həyatı
08.01.2021Əsgərin yanında olan general-mayor
02.01.2021Tofiq Şahmuradov - "Müharibə xatirələrimindən"
01.01.2021Yazıçı Prezidenti təbrik etdi
“Əfsuslar olsun ki, müharibədən sonra da şəhidlərimiz var”
31.12.2020Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Sergey Danilyan
31.12.2020Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür
31.12.2020Füsunkar Vejnəli, 27 il sonra Qubadlıyla baş tutmayan görüş, “Jiquli”də gəzən divan və 4 erməni diversant - YARIMÇIQ REPORTAJ
30.12.2020Xankəndidə teatr çıxaran “artistlər” – aktrisa Janna Qalstyan alt paltarında qumbara gəzdirirmiş
28.12.2020Bir gölün dəniz dərdi
26.12.2020 26.12.2020Prezidentin təltif etdiyi general Tofiq Hüseynov kimdir?
26.12.2020Qarabağın fatehi
24.12.2020Prezidentdən həqiqi hərbi xidmətlə bağlı
23.12.2020Xankəndinin qatil həkimləri – ağ xalatlı cəlladlar
21.12.2020Ermənilər Ağdam məscidini buna görə dağıtmayıbmış...
19.12.20207 mindən çox hərbçi təltif edildi
Vətən müharibəsində şəhid olan həkimlərin sayı açıqlandı
18.12.2020Xüsusi təyinatlıların şəhid komandirinin son arzusu: “Dilqəm Əsgərovu azad etmək istəyirdi”
17.12.2020Əsir düşməmək üçün son gülləsini özünə vuran şəhid gizir - Fotolar
16.12.2020Prezidentin təltif etdiyi şəhid müəllimlərin adları - Foto
16.12.2020Şahbaz Quliyev və Dilqəm Əsgərov Vətənə gətirildilər - Foto
14.12.2020Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından bu gün 17 il keçir.
12.12.2020Özümə dost hesab etdiyim Heydər Əliyevin ruhu qarşısında baş əyirəm – Şakir Göyüşov
12.12.2020ARZUSUNA ÇATAN ŞƏHİD
07.12.2020Cavidin nəşi üçün gedəndə Bəylər Eyyubov bacımın rəhmətə getdiyini dedi” - Fotolar
04.12.2020Bərdədə doğulub, Zəngilanda şəhid olan, Ağdamı görməyən ağdamlı
03.12.2020Laçınım, Laçınım mənim...
02.12.2020Vətən müharibəsi iştirakçılarına veriləcək medallar - Fotolar
01.12.2020Ermənilər Ağdamda məscidi də yandırıb - Fotolar
30.11.2020Suqovuşan və Talışa çəkilən yollardan yeni - Fotolar
30.11.2020Zəngəzur məsələsi aktuallaşır: Kompensasiya
30.11.2020Həyat yoldaşını və işini eyni gündə itirən Xalq artisti haqda - Faktlar+Fotolar
28.11.2020Demarkasiya gündəmdə ! - “Sərhəd xətləri yenidən müəyyənləşməlidir”
28.11.2020Səfir MARAQLI FAKTLARI AÇDI: Rəsmi hissədən sonra Əliyev Köçəryana dedi ki... - FOTO
26.11.2020Ağdamla birlikdə Milli Qəhrəmanın məzarı da azadlığa qovuşdu - FOTO
26.11.2020İşğaldan azad olunmuş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin görüntüsü - FOTO
Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub - RƏSMİ
25.11.2020Azərbaycan ordusu Kəlbəcərə yola düşüb
Şuşaya çəkilən yoldan fotolar
24.11.2020Ermənistan Əsgəran qalasının görkəminə ciddi zərər vurub
Teatr və kino aktyoru Əjdər Həmidov vəfat edib.
24.11.2020Polkovnik leytenant Rasim İbrahimov
24.11.2020“Heç vaxt olmamaqdansa, gec olmaq yaxşıdır”- Prezident İlham Əliyev
21.11.2020