KƏSƏMƏN(Solaq)  

22:05 / 08.05.2023
Baxılıb: 3202

1988-ci il deportasiyasında əhali qovulmuş, kəndin varidatı dövlət səviyyəsində talanmışdır...

Göyçə gölünün şimal-şərqində, Basarkeçər kəndindən(indiki Vardenis şəhəri) 15 km. şimal-qərbdə, dəniz səviyyəsindən 2048 metr yüksək­likdə yerləşmiş Kəsəmənin qədim məzarlığndakı daş kitabələrin X-XI əsrə aid olması oğuz türkünün bu yerləri binələşdirməsinin azı 1000 il­lik tarixindən söhbət açmağa imkan verir. Rəsmi sənədlərdə isə bu qə­dim türk yurdu barədə ilk məlumatal 728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə rast gəlinir. Həmin sənədin 16-cı səhifəsində bu kənd öz əzəli adı ilə-Solaq kəndi kimi təqdim olunub və “Məraq (indiki Bala Məzrə) kəndi tərəfdəki Solaq kəndi” kimi təsniflənib. Müvafiq qeydlər­dən o da bəlli olur ki, həmin vaxt bu kəndin sultan xəzinəsinə illik vergisi 2800 ağça həcmində imiş.

XVIII əsrin II yarısında buraya Qazağın Kəsəmən kəndindən köçüb gələnlərin hesabına kənd xeyli böyümüş və elə o zamandan etibarən qeyri-rəsmi olaraq Kəsəmən adlandırılmışdır. 1800-cü ilə dair sənədlərdə isə artıq kəndin adı rəsmi mənbələrdə də Kəsəmən kimi qeyd olunmuşdur. 1826-1829-cu illər aralığında baş ver­miş torpaq çəkişmələrində İran və Türkiyənin müqavimətini qıran Ru­siyanın istəyi ilə yeni yaradılmış erməni vilayətinin idarəçiliyinə veril­miş Göyçə hövzəsində o zaman yaşayış üçün yararlı sayılan kəndlərin İ.Şopen tərəfindən tərtib olunmuş siyahısında Kəsəmənin adı 52-ci sıra­da yer alıb.

Erməni tarixçisi Z.Korkodyanın rəsmi statistikaya əsasən ha­zırladığı “Sovet Ermənistanının əhalisi 100 ildə: 1831-1931” kitabında verilən məlumatlara görə, Kəsəmənin sırf türk əhalisinin sayı 1831 -ci il­də 166, 1873-cü ildə 379, 1886-cı ildə 492, 1897-ci ildə 671, 1904-cü il­də 713, 1914-cü ildə 894 nəfər təşkil etmişdir. 1918-ci ildə Ararat Res­publikasının nizami quldur dəstələri kəndə xeyli ziyan vursalar da, onu boşaltmağa nail olmamışlar. Daşnaklar bu niyyətlərini yalnız ikinci həm­lədə 1919-cu il aprelin 13-20-si aralığında həyata keçirdikləri qətliamlar zamanı gerçəkləşdirmişlər. Kəndin sağ qalan əhalisi Azərbaycana, əsasən Daşkəsən və Şəmkir nahiyələrinə pənah aparmış, əmlakları talan edilmişdir. 1922-ci ildə Ermənistanın daşnak-kommunist hökumətinin toxunulmazlıq barədə zəmanətindən sonra kəndə dönənlərin sayı 249 nəfər, yəni qaçanların 25 faizi həddində olmuşdur. 1926-cı ildə kənd əhalisinin sayı artaraq 414, 1939-cu ildə isə 758 nəfərə çatmışdı.

1948-1953-cü illər aralığında Ermənistanda dövlət səviyyəsində həyata keçi­rilən deportasiyalar zamanı Kəsəmənin adı köçürüləcək kəndlərin siya­hısına rəsmən daxil edilməsə də, zərbə ondan da yan keçməmiş, müxtə­lif bəhanələrlə həyata keçirilən təzyiqlər nəticəsində əhalinin böyük bir qismi doğma yurdunu tərk etmişdir ki, bu reallıq da öz əksini rəsmi sta­tistikada tapmışdır. Belə ki, 1945-ci ildə kənd əhalisinin sayı 716 nəfər olduğu halda, 1959-cu ildə bu göstərici 583 nəfər həddinə qədər azal­mışdı. Amma repressiyalar bununla bitməmiş, sonrakı 30 il ərzində də müntəzəm xarakter daşımışdır.

Ermənistan SSR Ali Sovetinin 25 yanvar 1978-ci il tarixli qərarı ilə Kəsəmən toponimi “Bahar” sözü ilə əvəzlən­mişdir. 1979-cu il siyahıyaalınmasının nəticələrinə görə Kəsəmən əha­lisinin sayı 955 nəfər idi. 1988-ci il deportasiyasında əhali qovulmuş, kəndin varidatı dövlət səviyyəsində talanmışdır. Ermənistan Respublika­ sı parlamentinin 9 aprel 1991-ci il tarixli qərarı ilə kənd “Arpunk” adlan­dırılmışdır.

Tədqiqatçı-jurnalist: Salman VİLAYƏTOĞLU.

Təqdim etdi: İlqar İSMAYIL


Etiket:
Xəbərlər

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025
Bütün xəbərlər