Türkiyənin AC AMAS şirkəti Afrika qitəsində yerləşən Kamerunda Rəşadətin xatirəsinə su quyusu inşa etmiş, susuzluqdan əziyyət çəkən müsəlmanların istifadəsinə vermişdir. Su quyusunun dərinliyi 70 metrdir. 2020-ci ildə açılışı olmuşdur. Xatirə lövhəsinə “Karabağ şehidi Ali oğlu Reşadet Piriyev su kuyusu” sözləri yazılmışdır.
Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən – həyatın məqsədi məhz budur.
Cəlil Məmmədquluzadə
Bu il 1973-cü il təvəllüdlü həmyaşıdlarımın 50 illik yubileyi ilidir. 1980-ci ildə Yeni Daşkənd kənd orta məktəbində ibtidai təhsil almağa başladıq. İki sinifdə 50 uşaq idik. Onun 25-i qız, 25-i isə oğlanıydı. Oğlanların 14-ü Birinci Qarabağ müharibəsində iştirak etdi. Onlardan 6-sı şəhidlik zirvəsinə ucaldı. Eyni məktəbdə və eyni sinifdə oxuyan 6 məzunun şəhid olması bəlkə də Azərbaycanda yeganə göstəricidir. Bu il onlardan Qulamın, Elçinin, Yasifin, Mehdinin və Ziyanın anadan olmasının 50 illiyi qeyd olundu. Şəhidlərin yubiley tədbirlərinin keçirilməsi kəndimizdə artıq ənənə halını alıb. Bu, çox yaxşı örnəkdir. Oktyabr ayının 1-də isə 6-cı şəhid sinif yoldaşımız Rəşadətin yubileyi doğulduğu Yeni Daşkənd kəndində qeyd olunacaq.
Rəşadət Piriyev çox sadə bir oğlan idi. Çünki o, zəhmətkeş bir ailədə doğulmuşdu. Atası Əli dayı, anası Sədət xala övladlarını halal zəhmətləri ilə böyütmüş, onlara nümunə göstəriləcək təlim-tərbiyə vermişdilər. Rəşadət ailədə böyüyən 7 övladın kiçiyi, son beşiyi idi. O özü də böyük qardaş-bacılarından necə olmağı göz yaddaşı, iti təfəkkürü ilə mənimsəmişdi. Onun qardaşları kənddə hamının hörmət bəslədikləri şəxslərdir. O hörməti də şəxsən özləri qazanıblar. Heç vaxt heç kim bu qardaşların bir xoşagəlməz hərəkətini görməyib, eşitməyib. Bu ailə mədəniyyətlərinə, sadəliklərinə, qayğıkeşliklərinə, zəhmətkeşliklərinə, səmimiyyətlərinə görə nümunə göstəriləcək bir ailədir.
Dediyim kimi, bizim yaşıdlar “a” və “b” siniflərinə bölünməklə məktəbdə orta təhsil alırdıq. 1990-cı ildə məktəbdən məzun olduq. “a” sinfindən Yasif, Qulam, Elçin, “b” sinfindən isə Mehdi, Ziya və Rəşadət şəhidlik zirvəsinə ucaldılar. Bunların hər biri çox vətənpərvər, el-obaya, yurda bağlı uşaqlar idilər. Çünki bizim Yeni Daşkəndlilər hələ 1953-cü ildə tarixi Azərbaycan torpağı olan Göyçə mahalının Daşkənd kəndindən deportasiya olunublar. Ona görə də bu kəndin hər bir sakini doğma yurd-yuva itirməyin acısını çox dadıblar. Yeri gəlmişkən, onu da qeyd edim ki, bu il may ayının 21-də Yeni Daşkənd kəndinin yaranmasının 70 illik yubileyi respublika səviyyəsində keçirildi. Məhz Qarabağ münaqişəsi ciddi müharibəyə çevriləndə Yeni Daşkəndlilər özünümüdafiə batalyonlarına qoşulan ilklərdən oldular. Onlardan biri də Rəşadətin özündən böyük qardaşı Rəşid Piriyev idi. Əsgəran rayonunun Naxçıvanik (indiki Naxçıvanlı) kəndindəki ağır döyüşlərin iştirakçısı olan Rəşid Ağcakəndin, Ağdərənin düşmənlərdən azad olunmasında fəal iştirak etmişdir. Onun döyüşçü yoldaşları bu gün də Rəşid Piriyevin tankın üstündə cəsur bir qəhrəman kimi Ağcakəndə daxil olduğunu çox yaxşı xatırlayırlar.
Qarabağ müharibəsi illərində qeyri-rəsmi də olsa belə bir qayda vardı. Əsasən bir ailədən aktiv döyüşdə iştirak edən vardısa o ailədən ikinci övlad müharibəyə cəlb edilmirdi. Lakin buna baxmayaraq, Rəşadət 1992-ci ilin əvvəllərində Bərdə RHK-na müraciət edərək döyüşlərdə iştirak etmək istəyini bildirmişdi. Hərbi xidmətə Bakıda başlayan Rəşadət Piriyev karantin müddəti qurtaran kimi 701 saylı briqadanın tərkibində Laçın cəbhəsinə göndərildi və Hoçazda döyüşlərə başladı. Rəşadət bir müddət xidmət etdikdən sonra elə Laçındaca 5-ci Bərdə taboruna köçürülmüş, ən gərgin mövqelərdə xidmət göstərmişdir. Laçının şimalındakı döyüşlərdən sonra Rəşadət döyüşçü yoldaşları ilə bərabər Kəlbəcərin bir çox kəndlərindəki əməliyyatlarda iştirak etmişdir. Rəşadətin döyüşçü yoldaşları, komandirləri onun hərbi bacarığı haqqında bu gün də fəxarətlə danışırlar.
5-ci Bərdə taboru nümunəvi döyüş yolu keçdiyindən Ağdam cəbhəsində vəziyyət ağırlaşanda Rəşadətin xidmət etdiyi həmin tabor Murovdağ cəbhəsindən çıxarılaraq ora göndərilir. 1993-cü il avqustun 21-də Sarıcalı kəndində Rəşadət qolundan və kürəyindən qəlpə yarası alır. O, Bərdə şəhər xəstəxanasına yerləşdirilir. Bu döyüşdən dörd gün sonra Rəşadət Piriyevi minamyot atəşi altından yaralı halda xilas edən həmkəndlisi Eldəniz Nəzərov şəhid olur. Rəşadət yaralı olsa da düşməndən Eldənizin qanını alacağına and içir.
Rəşadətin xidmət etdiyi 5-ci Bərdə taboru Ağdam cəbhəsindən yenidən Murovdağa göndəriləndə müalicəsini tam qurtarmadığına baxmayaraq, o da xidmətə qayıtmışdır. Bu zaman Rəşadət həm də rabitə üzrə kurs keçərək rabitəçi peşəsinə yiyələnir. İkinci Kəlbəcər əməliyyatında yenə də əvvəlki ruh yüksəkliyi ilə döyüşür. Çox ağır döyüşlərin iştirakçısı olur. Adı kimi rəşadət göstərir. Qızılqaya yüksəkliyi azad olunanda həmkəndlisi və döyüşçü yoldaşı şəhid Eldəniz Nəzərovun qanını alır. Döyüşçü yoldaşları ilə birlikdə düz 57 ermənini qanına qəltan edirlər.
İki ilə yaxın davamlı döyüşlərdə aktiv iştirak edən Rəşadət Piriyevin xidmətdə olduğu strateji mövqe 11 fevral 1994-cü ildə düşmən ordusu tərəfindən mühasirəyə alınır. Ona və döyüşçü yoldaşlarına ermənilər tərəfindən təslim olmaq haqda təklif olsa da, “Biz düşmənə sağ can vermərik”, – deyərək son damla qanına, son gülləsinə qədər döyüşmüş, qəhrəmanlıqla şəhid olmuşdur. Şəhid olduğu mövqe ermənilər tərəfindən tutulduğundan onunla birlikdə şəhid olan döyüşçü yoldaşlarının nəşini götürmək mümkün olmamışdır. 2020-ci ildəki İkinci Qarabağ müharibəsindəki şanlı qələbəmizdən sonra inanıram ki, onun, eləcə də digər itkin-şəhidlərin kütləvi məzarlıqlardan bədən qalıqları tapılacaq və dəfn olunacaqlar. Rəşadətlə bərabər inşallah ki, digər sinif yoldaşlarımız Mehdi və Ziyanın da yeri məlum olar və doğma Yeni Daşkənd qəbiristanlığında dəfn olunarlar. Bununla da qulaqları səsdə, gözləri yollarda bu fani dünyanı nigaran tərk edən valideynlərinin də ruhları rahatlıq tapar, şad olar. Qədirbilən camaatımız da hər zaman onların məzarını ziyarət edər, müqəddəs ruhlarına dualar oxuyarlar. Allah şəhidlərimizə rəhmət eləsin.
Bütün Azərbaycan şəhidləri kimi Rəşadətin də hər il doğum və şəhid olduğu gün ailəsi, doğmaları və döyüşçü yoldaşları tərəfindən qeyd olunur. Onun şəkli rəhmətlik ata və anasının məzar daşına həkk olunmuşdur. Eyni zamanda, 2021-ci ildə Yeni Daşkənd kəndində tikilmiş möhtəşəm “Vətən şəhidləri abidəsi”nə də barelyefi vurulmuşdur.
Yevlax şəhərində yayımlanan televiziya kanalı EL TV-nin “Əsgər” verilişinin 20 noyabr 2017-ci il tarixli “Şəhidlər” rubrikasında Rəşadət Əli oğlu Piriyevin həyatı və döyüş yolu haqqında 24 dəqiqəlik sənədli film yayımlanmışdır.
Türkiyənin AC AMAS şirkəti Afrika qitəsində yerləşən Kamerunda Rəşadətin xatirəsinə su quyusu inşa etmiş, susuzluqdan əziyyət çəkən müsəlmanların istifadəsinə vermişdir. Su quyusunun dərinliyi 70 metrdir. 2020-ci ildə açılışı olmuşdur. Xatirə lövhəsinə “Karabağ şehidi Ali oğlu Reşadet Piriyev su kuyusu” sözləri yazılmışdır.
Ruhun şad olsun, əziz sinif yoldaşım Rəşadət. Sən döyüşlərdə adına layiq rəşadət göstərərək rəşadətli Rəşadət adını qazandın.
Araz Yaquboğlu
Azərbaycan Jurnalistlər Birliyinin və
Azərbaycan Aşıqlar Birliyinin üzvü,
Rəşadət Piriyevin sinif yoldaşı
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025