Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc:“Azərbaycan etnik-milli və dini tolerantlıqla bağlı qlobal reytinqdə ön sıradadır”.
Onun sözlərinə görə, “İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyası” ölkəmizlə bağlı dövri hesabatda qeyd edir ki, burada heç zaman irqi-milli, dini əsaslı cinayətlər olmayıb:
“Hətta otuzillik işğal dövründə, ermənilərə qarşı münasibətlə bağlı, “Azərbaycanda əhəmiyyətli tolerantlıq mövcuddur”. Bəs nifrət dili ilə mübarizə necə olmalıdır? Müasir dövrdə bir sıra ölkələrdə nifrət dilini məhdudlaşdıran qanunvericilik mövcuddur”.
Sədr qeyd edib ki, Azərbaycanda ayrıca hüquqi akt olmasa da, nifrət cinayətlərinə aid əməllərlə ciddi mübarizə aparılır:
“Ölkəmizdə milli-dini-irqi ayrı-seçkiliyə görə qanunverici əsaslar mövcuddur. Ümumdünya İnsan Haqları Bəyannaməsinin 19-cu maddəsi hər kəsin fikir və ifadə azadlığını tanısa da, nifrət təhriki qadağan olunur. Habelə BMT çərçivəsində nifrət nitqinə qarşı qəbul edilən “Rabat Fəaliyyət Planı” da əhəmiyyətli hüquqi platformadır. Hər il 18 iyun-nifrət dili ilə mübarizə günüdür”.
Z.Oruc vurğulayıb ki, “Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndidə bayrağı ucaldarkən ermənilərlə ayrı-seçkilik və diskriminasiya olmayan birgəyaşayış tarixindən, sovet Qarabağının ortaq idarəçiliyindən, yaşlı nəslin xatirələrini gənclərə ötürüb cəmiyyətləri sülhə hazırlamasından danışdı, “Füzuli günləri”ndə çıxış edərkən “biz Zəngəzura sülh yolu ilə qayıdacağıq” dedi, uzaq paytaxtlara səslənərək “regionumuzdan əlinizi çəkin” söyləməklə bütövlükdə Cənubi Qafqazın lideri kimi bütün xalqlara sülh gətirməkdə maraqlı olduğunu nümayiş etdirdi”.
Onun sözlərinə görə, dövlətin ordusu qədər, sülh siyasəti də güclüdür:
“Ona görə də barış kursunu sülh ritorikası müşayiət etməli, tarixi yaddaşı qorumaqla bərabər, sülh mesajlarına, keçmişin Zəfərimizin işığında yeni şərhinə ehtiyacı var. Postmünaqişə dövrü Qələbəmizin erməni xalqı deyil, faşizm, təcavüzkarlıq, işğal və separatizm üzərində qazanıldığını bəyan etməklə regionda sülh savaşını da qazana bilərik. Qonşuluq, coğrafiya taledir və əbədi düşmənçilik dünyanı özü boyda Qəzzaya çevirər”.
“Ona görə də hər iki dövlətin tanınmış siyasətçiləri, intellektualları, ədibləri, sənət adamları, din xadimlərinin ortaq tədbirləri vasitəsilə cəmiyyətlərarası dialoqu genişləndirmək gərəkdir. Belə platformalarda fəaliyyət göstərən və ortaq müzakirələr aparan ekspertlərin sıralarının genişlənməsi nifrət leksikonunu barış nitqləri ilə əvəz etməyə imkan verər. Hökumət və sivil qurumlar da belə debat və dialoq meydanına şərait yaradarsa, hamının faydasına olar”, - deyə STM sədri qeyd edib.
Z.Oruc vurğulayıb ki, Prezident İlham Əliyevin ən böyük qələbəsi Cənubi Qafqazda axan əbədi qanı durdurması, bölgəmizə dincliyi, əmin-amanlığı, mübadiləni, açılımı, bütövlüyü gətirməsi, bir sözlə nifrətə son qoymasıdır:
“Prezidentin missiyası müqəddəsdir!”
Sonra çıxış üçün söz xarici işlər nazirinin müavini Elnur Məmmədova verilib. “Qeyd edim ki, bu il yanvarın 23-də rəsmi Bakı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın qanunsuz hərbi işğalı, etnik azərbaycanlıların öz tarixi torpaqlarından qovulması, soyqırımlarının törədilməsi və insanlığa qarşı digər cinayətlərlə bağlı min səhifəlik sübuta əsaslanan əsas iddiasını Beynəlxalq Məhkəməyə təqdim edib”, - deyə nazir müavini bildirib.
Diplomat bildirib ki, bu cür şikayətlərə beynəlxalq məhkəmələrdə baxılması xarakteri nəzərə alınaraq, yaxın illərdə bu iddiaya baxılacaq:
“Qeyd etmək istərdim ki, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətlər sadəcə olaraq təsadüfi, xaotik şəraitdə törədilmiş qanunsuz əməllər deyil, onilliklər ərzində Ermənistanda geniş şəkildə təbliğ edilən etnik nifrət və radikal millətçi ideoloji “tsexakronizm” xəttinə əsaslanır. Bizim dövlətlərarası iddiamız da məhz buna işarə edir”.
O əlavə edib ki, Ermənistanın ideologiyası etnik ermənilərin bərabər hüquqlarını və iki xalqın birgə yaşayışını təşviq edən Azərbaycan hakimiyyətinin yanaşmasına tamamilə ziddir. “Ermənistanın etnik nifrət və çağırışları bu gün də dövlət səviyyəsində davam etdirilir”.
“Təəssüflər olsun ki, bu gün də o fikirlər yayılır. Azərbaycanlılara qarşı zorakı çağırış edənlərin nə fəaliyyəti qadağan edilib, nə də cəzalandırılıb. Əksinə, Ermənistan hökuməti tərəfindən onlara dəstək verilib. Halbuki Ermənistan qanunvericiliyində bu kimi şüarları səsləndirənlər məsuliyyətə cəlb edilə bilərlər. Lakin Ermənistan bu fikirlərə “söz azadlığı” donu geyindirib”, - deyə Elnur Məmmədov bildirib.
Sonra çıxış edən baş prokurorun müavini Elmar Camalov xatırladıb ki, qərbi azərbaycanlılara qarşı aparılmış soyqırımı və digər cinayət hadisələri ilə bağlı bir neçə maddə üzrə cinayət işi başlanılıb:
“I Qarabağ müharibəsi zamanında da azərbaycanlıların didərgin salınması, əsir və girovlara qarşı işgəncələr verilməsi və digər hadisələrlə əlaqədar cinayət işlərinin istintaqı aparılmaqdadır. Eyni zamanda, 44 günlük müharibə və postmüharibə zamanı qeydə alınan cinayət faktları üzrə də istintaq aparılır. Mülki əhalinin qəsdən öldürülməsi, minaların partladılması nəticəsində mülki şəxslərin öldürülməsi və ağır xəsarətlər alması, işğal altında olan ərazilərdə ermənilərin qanunsuz şəkildə məskunlaşdırılması kimi cinayət faktlarının istintaqı hazırda davam etdirilir”.
Azərbaycan ombudsmanı Səbinə Əliyeva çıxışında bildirib ki, 44 günlük müharibə dövründə Ermənistan silahlı qüvvələri tərəfindən əsir alınan azərbaycanlı hərbi qulluqçuların əsirlik dövründə qarşılaşdıqları işgəncə və təzyiqlər tərəfimizdən hesabat şəklində hazırlanaraq beynəlxalq qurumların diqqətinə çatdırılıb. Azərbaycan torpaqlarının işğaldan azad olunması dövründə Azərbaycan Silahlı Qüvvələri tərəfindən heç bir mülki obyekt və mülki əhali hədəfə alınmayıb.
Qeyd edilib ki, həmin döyüşlər zamanı Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif yollarla hədəf yayındırmağa çalışaraq mülki əhaliyə, o cümlədən jurnalistlərə, din xadimlərinə və hətta uşaqlara hərbi geyimlər və silahlar verilib.
Ombudsman vurğulayıb ki, 2020-ci ilin iyul və avqust aylarında onlarla azərbaycanlı ABŞ, İngiltərə, Rusiya, Ukrayna, Belçikada erməniəsilli tələbələr tərəfindən xüsusi amansızlıqla döyülüb, həmçinin psixoloji təzyiqlərə məruz qalıb. Azərbaycan bayraqları ilə dinc şəkildə yürüşlər keçirən azərbaycanlılara göstərilən təzyiqə və hətta ölümlə təhdidə dair kifayət qədər material mövcuddur.
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli çıxışında vurğulayıb ki, xarici ölkələrdə azərbaycanlılara qarşı həyata keçirilən nifrət nitqi hər zaman olduğundan daha aktualdır. Azərbaycana qarşı bu istiqamətdə qarayaxma kampaniyası davam etdirilir.
“30 il ərzində işğal altında saxlanılan şəhərlərimizin, kəndlərimizin ermənilər tərəfindən tamamilə dağıdılması, vətəndaşlarımıza qarşı soyqırımı törədilməsi bu nifrətin əyani sübutudur",- deyə Aparat rəhbəri əlavə edib.
Konfrans mövzu ilə bağlı çıxışlarla davam edib.
goyce.az
Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024