Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

11:30 / 28.12.2023
Baxılıb: 3920

Goyce.az  "Musavat.com"a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə mərkəzin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli açıb:

"Əziz dostlar, bu il hamımız üçün çox önəmli hadisələrin yaşandığı illərdən biri oldu. Qərbi azərbaycanlılar adına çox mühüm il kimi yadda qaldı. Bu ilin yekunlarını dəyərləndirmək üçün belə bir tədbir keçirmək qərarına gəldik. Bu il eyni zamanda, növbədənkənar prezident seçkiləri təyin olundu. Rəhbərimiz Zahid Oruc da bu seçkilərdə namizəddir. Vaxt itirmədən Zahid müəllimin fikirlərini dinləyək".

Z.Oruc çıxışında tədbirdə iştirak edən hər kəsə öz təşəkkürünü çatdırıb:

"Qarabağ indi Ermənistanın içərisində inzibati-siyasi minaya çevrilib. Millətimizin tarixinə siyasi bütövlük bəxş edən 2023-cü il başa çatır. Vətən müharibəsində parlaq qələbənin misilsiz nəticələrindən biri olan Xankəndi zirvəsi təkcə 32 il hökm sürən separatçı bir qurmun varlığına son qoymadı, eləcə də əsrlərlə davam edən köçkünlük, humanitar və iqtisadi sarsıntılar, xarici asılılıq və imperiya mənafelərini həyata keçirən qüvvələrin daimi hökmranlığına səbəb olan Qarabağ münaqişəsinə son qoydu.

İftixar hissi ilə demək olar ki, qlobal təhülkəsizlik şəraitində yalnız bizim regionda nəhayət, bərqərar olan ədalət və sülh perspektivi indi dünyada mövcud olan qaynar savaşların, kütləvi qətliamların bitməsi, yeni nizam və siyasi arxitektura üçün alternativsiz modellərdən biri ola bilər.

Qarabağ zəfəri ilə başlayan Böyük Qayıdış bütün tarixi torpaqlara, mədəni dəyərlərə, milli kimliyə dönüşün da hərəkətverici qüvvəsinə çevrildiyi üçün Qərbi Azərbaycanla bağlı 2023-cü ildə həyata keçirilən genişmiqyaslı tədbirlər özünün əhatə dairəsi, coğrafiyası, elmi və siyasi sambalı, hədəfləri və beynəlxalq gündəliyə çıxmağı bacarması ilə son dərəcə uğurlu sayıla bilər.

Sosial Tədqiqatlar Mərkəzi statusuna uyğun olaraq, bir-birindən zəngin elmi əsərləri, tarixin dərinliyinə gedən araşdırma və görüşləri, mühüm təqdimatları ilə dövlətimizin strateji xəttinə mühüm töhfələr verə bildi.

Qərbi Azərbaycan idealının gündəlikdə ön yerə çıxması mütəşəkkil, sistemli və koordinasiyalı olmaqla əvvəlki illərdən kəskin fərqlənirdi. Onun parlaq yekunu olaraq, Azərbaycanın müstəqillik tarixində ilk dəfə milli parlamentin plenar iclasında Qərbi Azərbaycana qayıdış məsələsi rəsmən müzakirələrə çıxarılması mühüm siyasi hadisə oldu. Son iki gündə Ermənistanın diplomatik-siyasi dairələrində həyacan, qorxu və narahatlıq bir daha sübut etdi ki, Vətən müharibəsində qazanılan qələbə yalnız 30 ilik işğalı aradan qaldırmadı, eləcə də bütün tarixi torpaqlara aparan yolları, zəkaları açdı, xalqımızın əsrlərdən gələn vətən və torpaq ruhunu oyatdı. Gündəliyin birinci məsələsi kimi doğma torpaqlara dönüşün müəyyənləşməsi millətimizin ideallarına cavab verən mühüm tarixi qərardır.

Başa çatmaqda olan 2023-cü ilin ən parlaq siyasi-hüquqi tədbirləri sırasında Qərbi Azərbaycana qayıdış konsepsiyasına ən yüksək töhvəsini verən Milli Məclisin keçirdiyi ictimai dinləmələr, çap etdiyi kitab və dərgilər, millət vəkillərinin yüzlərlə məqalə, çıxış və müsahibələri xalqımızın tarixi hüquqlarını beynəlxalq müstəviyə daşımağa imkan verdi, düşmənin sərhədsiz iddialarına sipər çəkdi, ictimai fikirdə qayıdış idealını diri və canlı saxladı.

Əlbəttə, Qərbi Azərbaycana dönüşlə bağlı məsələnin Milli Məclisinin plenar iclasına çıxarılması xəbəri Ermənistanın informasiya məkanında həyacana səbəb olub, kəskin daxili ittihamlar doğurub. Xüsusilə də son günlər qondarma rejimin ləğvinə dair Samvel Şahramanyanın antiterror savaşında məğlubiyyətin nəticəsi olaraq, 28 sentyabrda imzladığı sənədin guya 20 oktyabrda ortadan qaldırıldığına dair özünü müşavir kimi təqdim edən Vladimir Qriqoryanın "Azadlıq" radiosuna müsahibəsindən sonra İrəvanda əsil siyasi qarşıdırma yaşanır. Paşinyanın rəhbərlik etdiyi “Mənim Müqaviləm” partiyasının parlament təmsilçiləri “Ermənistanda rəsmən yalnız bir hakimiyyətin mövcud olduğunu” deyərək qarabağ klanını ittiham edir, sülh gündəliyinə və Azərbaycanın ərazi iddialarına səbəb olan şəxsləri xarici sifariş yerinə yetirməkdə günahlandırırlar. Nəticədə, Qriqoryan ictimai əsaslarla çalışdığı üçün sıravi vətəndaş kimi danışdığını bildirməyə məcbur olub. Ardınca Qarabağı ikinci erməni dövləti kimi öz bətnində saxlamağa çalışan böyük siyasi mərkəzlər və lobbi qruplarının sifarişi əsasında Şahramanyan və onun çevrəsini milli hökumətlə savaşa sürükləyən qüvvələr İrəvanda gərginliyi daha artırıblar.

Göründüyü kimi, Qarabağ indi Azərbaycanın deyil, Ermənistanın içərisində yad cismə, inzibati-siyasi minaya çevrilib. Yaxın günlərdə Şahramanyana və hibrid hökumətinə qarşı sui-qəsdlər istisna olunmur. Digər tərəfdən, Azərbaycanın hüdudlarından kənarda Qarabağ mühacirət hakimiyyəti ideyası rasional təfəkkürlü ermənilərin nəzərində 3-cü dövlətlərin imperiya maraqları və əbədi düşmənçilik tərəfdarlarının xeyrinə işləyir.

Bir daha tarixə qayıtsaq, yalnız Ulu Öndər Heydər Əliyev Qərbi Azərbaycan torpaqları-Göyçə, Zəngəzur, İrəvan və digər ərazilər haqqında bir millətin yol xəritəsi və mübarizə idealını təşkil edən çağırışlarla çıxış edib. Başqa heç bir siyasətçi, partiya rəhbərinin belə sistemli baxışı və hədəfi olmayıb. Ona görə də Xankəndi Zəfəri və ordumuzun təntənəli yürüşü Heydər Əliyevin ikinci ən böyük arzusunun-Göyçəyə, Zəngəzura, İrəvana da dönüşü gerçələşdirəcək. Lakin dinc qayıdış, qalıcı və sülhpərvər dönüş silahsız parad olacaq.

Azərbaycan xalqı Kürəkçay müqaviləsindən sonra müxtəlif ideologiya və formasiyalarda İrəvandan Qarabağa qədər böyük əraziləri itirib müstəqilliyin bərpasının 32-ci ilində Böyük qayıdış idealı ətrafında birləşməyə başlayır. Hərbi Zəfərimiz olmasaydı, yeni ideoloji-siyasi hədəflər də meydana çıxmazdı.

Bəli, Qaydış yalnız itirilmiş torpaqlara və doğma yurda dönüş deyil, mənəvi və mədəni dəyərlərə, ənənələrə, əcdadlarına irsinə və yaratdılqarı mirasın hifz olunmasına, bir sözlə öz varlığına və kimliynə sahib çıxmaq deməkdir. Biz heç bir qonşu dövlətə hücum və ərazi iddiaları ilə yaşamırıq, çünki Azərbaycanın könül və siyasi coğrafiyasının 86.6 min kvadrat kilometrdən daha böyük olduğunu gələcək nəsillərə ötürərək onların kollektiv, yaddaşını canlı tutmaq ən böyük vəzifədir. Qarabağ milli səfərbərlik idealı olduğu kimi, İrəvana dinc, sülhpərvər və qanuni qayıdış da xalqımızı bütövləşdirmək, vahidliyini qorumağa xidmət edir. Qarabag davası İrəvandan başlanmışdı, orada da bitəcək, Bakı və İrəvan yenidən mədəni, ticari və siyasi bağlarla birləşəcəkdir".

Ə.Əlibəyli Qərbi Azərbaycana qayıdış prosesinin həm də başqa bir dərin fəlsəfəyə malik olduğunu qeyd edib:

"Bu həm də ocağa bir qayıdışdır. Görünən odur ki, bu ocaq heç vaxt sönmədi. Bu il mərkəz olaraq çox mühüm işlər görüldü".

STM-nin sektor müdiri Əfqan Vəliyev də bir sıra vacib məqamlara aydınlıq gətirib.

O, bu prosesdə yazdığı kitablar barədə məlumat verib. Jurnalist Şöhrət Eldəniz çıxışında bir sıra vacib təkliflər verib.
Ə.Əlibəyli bütün təkliflərin qeydə alındığını və dəyərləndiriləcəyini söyləyib.

Mərkəzin sektor müdiri, politoloq İlyas Hüseynov: "İlə yekun vururuq. Çalışdıq ki, bu vacib məsələ ətrafında gördüyümüz işlər barədə fikirlərimizi bölüşək. Tarixi ərazilərimiz olan Qərbi Azərbaycandan deportasiya prosesinin tarixi gedib XVIII əsrə çıxır. Qərbi Azərbaycan İcmasının bu günkü fəaliyyəti hər kəsi qane edir. Biz ədalətli və ləyaqətli qayıdış prosesinin içərisində yer almışıq. Bu tarixi ədalətsizliyin aradan qaldırılması üçün hər birimiz sona qədər çabalar göstərməliyik. Qərbi Azərbaycanlılar öz ata-baba yurdlarına qayıtmalıdırlar".

Politoloq Samir Hümbətov çox maraqlı və önəmli tədbirin təşkil olunmasından söz açıb.

MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə mütləq şəkildə Qərbi Azərbaycana qayıdacağımızı söyləyib.

Tarixçi Aygün İsmayılova Stalin dövründəki deportasiya siyasəti barədə diqqətçəkən faktlar açıqlayıb.

Tədbir iştirakçıların mövzu ilə bağlı sualları ilə başa çatıb.

Cavanşir ABBASLI
Musavat.com


Etiket:
Xəbərlər

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025
Bütün xəbərlər