Aşıq Ələsgər fenomeninin açılışına, möcüzəli yaradıcılığının təhlilinə düzgün baxış

22:31 / 11.12.2017
Baxılıb: 3526

Məni məndən sorma, məndə deyiləm,Bir mən vardır məndə məndən içəri.Yunus EmreHəyatında Aşıq Ələsgər yaradıcılığının heç olmasa bir qoşmasını oxumuş, ürəyi poeziya ilə döyünən hər bir insanın bu xəzinəyə biganə qalmayaraq onun dərinliklərinə can atacağına, baş vurmaq cəhdinə əminəm. Çünki Aşıq Ələsgər yaradıcılığı gözəlliklə (bu qeyri-adi sözün geniş, tam fəlsəfi mənasında), müdrikliklə, bəşər idrakının kamilliyi ilə çalxalanan dərin, sirli, sehrli, müəmmalı, möcüzəli bir ümmandır! Bu ümmanın dərinliklərinə baş vurduqca hətta poeziyanı az-çox bilən, onu sevən insan Ələsgər dühasının düşüncə, fikir tərzinin poetik-fəlsəfi ifadəsini bütövlüklə başa düşmək qarşısında aciz qalır. Keçən əsrin birinci yarısında yaranıb bu günə qədər inkişaf edən, Dədə Ələsgər fenomeninin, sirlərlə dolu yaradıcılığının sehrini açmağa, təhlil və tədqiq etməyə yönələn ələsgərşünaslıq, korifey ədəbiyyatşünaslarımız M.H.Təhmasib, H.Araslı, Ə.Axundov, Y.Qarayev, M.Həkimov, Q.Namazov və bir çox başqalarının ciddi tədqiqatlarına baxmayaraq hələ də bu əzəmətli xəzinənin müəmmalarını, sirlərini bütövlüklə tam aşkar edə bilməmişdir. Filologiya elmləri doktoru, professor Hüseyn İsmayılovun “Aşıq Ələsgər” monoqrafiyası bu istiqamətdə aparılan ciddi tədqiqatların davamı kimi dini-fəlsəfi-sosial-poetika baxımından yazılmış, maraqlı nəticələriylə zəngin olan elmi əsər kimi diqqəti cəlb edir.Hörmətli oxucu, bu əsəri oxuyarkən özlüyümdə yaranmış bir neçə təəssüratımı və bəzi fikirlərimi sizinlə bölüşmək istədim. Dahi Nizami Gəncəvi deyir: Dünyaya sözdü şərəf, gör ki, nədir qiyməti, Danışmaqla, yazmaqla itməz qədir, qiyməti!...SÖZ – yalnız hərflərin əmələ gətirdiyi kəlmə kimi deyil, ilahi varlığın verdiyi vəhylərin sirli bir kəlamı, anlamı kimi insanları kamilliyə, müdrikliyə çağıran bir hikmətdir. SÖZ insanın amalının, düşüncə və əqidəsinin göstəricisidir. SÖZ – deyənin, oxuyanın və duyanın qəlbinin dərinliyinin ən həssas nahiyəsindən süzülür, qəlblərə hakim olur, düşüncələrin əbədi sahibinə çevrilir. Ta müqəddəslərimizdən başlayaraq onların verdiyi ilahi qüdrətə sahib olan dahilərimizin, korifeylərimizin, saz-söz sənətkarlarımızın bizlərə qoyub getdiyi SÖZ irsi kimi. O SÖZ ki, bütün dövrlərdə xalqın dilinə müdrik bir hakim, onun yol göstərəni olub.Aşıq Ələsgər dühası başdan ayağa SÖZlə bağlı olduğundan, yaradıcılığının bütün sirləri, sehri, müəmmaları, möcüzələri SÖZlə ifadə olunduğundan, təsadüfi deyil ki, H.İsmayılov əsərini sözlə bağlı fikirləriylə başlayır və bu baxımdan müəllifin “Ələsgər və Söz” ahənginə verdiyi epitet sizin üçün də maraqlı olardı. O yazır: “...Sözdən başlanan dünya Azərbaycan poetik düşüncə nəhrində yenə də sözə çevrilib öz əbədiyyətini qazanır. Ona görə də bu ilahi sudan içənlər Tanrının söz vergisini alıb, varlıqlarını əbədiyyət ümmanında əridir, ruhları ilə ilahiy¬yata doğru qoşurlar. Cismi yerdə, ruhu göylərdə, qədəmləri torpaqda, baxışları zirvələrdə gəzən Aşıq Ələsgər də bədəni Göyçədə doğsa da, ruhu İlahi sözlə yoğrulmuş, butası İlahi məkanında verilmiş, taleyi İlahi qələmi ilə yazılmış fövqəl-sənətkar idi...”. Nə gözəl deyilib, elə deyilmi!? Bəli, bədii sözə hökmran olan Aşıq Ələsgər “poetik düşüncə nəhri”nin “ilahi suyu”ndan içib “Tanrının söz vergisini almış, varlığını əbədiyyət ümmanında əridən” nadir SÖZ xiridarlarındandır. Hüseyn müəllim monoqrafiyasında hamımızın öyrəşdiyimiz, çox vaxt məğzinə dərindən varmadığımız “Dədə Ələsgər”, “Haqq Aşığı” ifadələrinə də aydınlıq gətirir.Göyçə aşıq məktəbinə, Göyçə folkloruna zaman-zaman verilən qiymətlər, təhlillər, tədqiqatlar içərisində daha düzgün, xarakterik, zirvə nöqtəsi kimi H.İsmayılov akademik Yaşar Qarayevin tədqiqatlarını önə çəkir, xüsusi qiymətləndirir. Hörmətli müəllif “Dədə” epitetinin Ələsgər adı qarşısında yer almasını görkəmli alim Y.Qarayevə istinadən “sufi prizmadan və sufizm kontekstindən” baxıb əsaslandıraraq, onu Ələsgərin mənsub olduğu ali sufi mərtəbənin göstəricisi kimi qeyd edir. Bu isə, Haqq Aşiqli¬yinin zirvə məqamı kimi qiymətləndirilir. H.İsmayılov yazır: “...ümumilikdə klassik aşıq poeziyasında (Haqq aşıqlarının yaradıcılığında) mənəvi kamilləşmə, mənəvi saflaşma konkret sufi qəlibində təqdim olunur.” Müəllif Ələsgərə Haqq Aşığı, Sufi Mürşid, Övliya, Dədə baxış çərçivəsindən yanaşmağı lazım bilir və onun şeirində kökləri ilə türk Tanrıçılığına bağlanan və ondan qaynaqlanan türk sufizmi ilə İslam və onun müqəddəs kitabı “Qurani-Kərim” vəhdətini müşahidə edildiyini qeyd edir.Monoqrafiyada Ələsgər poeziyasının sufi mahiyyətinin ezoterik biliklərə əsaslandığından, rasionaldan daha çox irrasional idrak çərçivəsində təzahür etdiyindən onun vergili şəxsiyyət olmağını və bu verginin texnologiyasını sakral dünya ilə təmasın və sakral informasiya daşıyıcılığının yollarında - Peyğəmbərlərə verilən - İlahi vəhy, Övliyalara verilən - Həvalə və Şairlərə verilən - İlham – yollarında axtarmağı vacib sayır. Ələsgər yaradıcılığından ayrı-ayrı nümunələr gətirərək müəllif Aşıq Ələsgər şeirinin şairlərə verilən ilham məqamından üstün hadisə olduğunu sübut edir. Hüseyn İsmayılov Aşıq Ələsgəri XII əsrin məşhur mütəfəkkir-şairi, türk dilində sufizm ədəbiyyatının ilk yaradıcılarından olan Əhməd Yəsəvi alimliyi ilə ölməz Türk – təsəvvüf filosofu, şairi Yunus Emre “şairliyini birləşdirən, bütövləşdirən və tam halında fəlsəfəni və poeziyanı, fikri və sənəti, dini və təriqəti özündə ehtiva edən” bir “qutsal şəxsiyyət”, övliya kimi təqdim edir.Ürfan elmində, mərifət məqamında kamilləş¬miş insan “Arif” adlandırıldığından H.İsmayılov Aşıq Ələsgəri bu mənada Arif kimi qiymətləndirərək sufi terminologiyası əsasında, “ürfan sahibi” anlamında təqdim edir. Ürfanın Allahı tanımaq və ona qovuşmaq ideyasının (ideya məğzinin) əsas xarakterik cizgiləri 4 mərhələ - Şəriət; Təriqət; Mərifət; Həqiqət, hər mərhələnin 7 pilləsi - Tələb; Eşq; Mərifət; İstiğna; Tövhid; Heyrət; Fəna, zaman və məkan çevrəsində hərəkətin 5 inkişaf xətti: Kəsrəti-vücud; Kəsrəti-mövcud; Vəhdəti-vücud; Vəhdəti-mövcud; Şuhud, 2 Aləm: Aləmi-lahud; Aləmi nasut, Məkanın 4 zamanı: Aləmi ərvah və ya Bəzmi ələst; Ana bətni; Dünya; Axirət ilə bağlıdır. Hörmətli oxucu, bu məqamda yuxarıda sadaladığım “sufi mərtəbələr”in əsasında professor Hüseyn İsmayılovun Aşıq Ələsgərin “Gərəkdi” rədifli ustadnaməsinin zənnimcə maraq doğuran təhlilini əsərdə olduğu kimi diqqətinizə çatdırmaq istərdim. O yazır: “...Ələsgər poeziyasında sufi terminologiya, o sıradan “su¬fi mərtəbələri”nin işarələri şeirin strukturunda poetik tex¬nologiyanın elementi kimi çıxış edir, üfiqi və şaquli istiqamətlərdə müxtəlif şəkildə sıralanaraq “xüsusi poetik mənzərə” yaradır. Əgər insanın ruhi-mənəvi saflaşmasını işarələyən “sufi mərtəbələri”n şeir misralarında ifadə ardıcıllığını başlanğıc hərfləri ilə göstərsək («ş» - şəriət; «t» - təriqət; «m» - mərifət; «h» - həqiqət), onda, məsələn, “Gərəkdi” qoşmasının təsəvvüfi strukturu aşağıdakı şəkildə olacaq:Aşıq olub diyar-diyar gəzənin, (t)Əvvəl başda pürkamalı gərəkdi, (ş) Oturub-durmaqda ədəbin bilə, (t)Mərifət elmində dolu gərəkdi. (m)Xalqa həqiqətdən mətləb qandıra, (h)Şeytanı öldürə, nəfsin yandıra, (t)El içində pak otura, pak dura, (ş)Dalısınca xoş sədalı gərəkdi. (m) Növbəti bənd bütövlükdə “mərifət”in ifadəsidir. Ün¬siyyətlə bağlı “mərifət”in 4 müddəası 4 misrada işarələnib:Danışdığı sözün qiymətin bilə,Kəlməsindən ləlü gövhər süzülə.Məcazı danışa, məcazı gülə,Tamam sözü müəammalı gərəkdi.Arif ola, eyham ilə söz qana, (m)Naməhrəmdən şərm eyləyə, utana, (ş)Saat kimi meyli haqqa dolana (h)Doğru qəlbi, doğru yolu gərəkdi. (t)Ələsgər, haqq sözün isbatın verə, (h)Əməlin mələklər yaza dəftərə, (t)Hər yanı istəsə, baxanda görə (h)Təriqətdə bu sevdalı gərəkdi (t).Diqqətli müşahidə sonuncu bənddə verilmiş məlumat (2-ci və 4-cü misralar) “təriqət” kateqoriyasının, gizli (2-ci misra) və açıq (4-cü misra) ifadəsindən də aydın olduğu kimi, kamilləşmə (ruhun təmizlənməsi) pilləsi (“sufi mərtəbəsi”) “təriqət” deyildir. Bu, geniş mənada təriqətdir (konkret olaraq, məsələn, Ələvi təriqəti), həm də sufi praktikasının mə¬nəvi (ruhi) kateqoriyası kimi “dar mənada” təriqət anlayışını (4 mərtəbədən biri kimi) nəzərdə tutur. Əslində, bənd bütövlükdə həqiqətə yetməyin həm “dar mənada”, həm də “geniş mənada” təriqətdən keçməklə mümkünlüyünü “isbat edir”: Tanrı sevgisi və mələklərin dəqiq qeydiyyatından keçən xeyir əməllər (xeyrül əməl) insanı haqqa qovuşdurur; canla canlaşmanın, ruhla ruhlaşmanın, haqqla haqlaşmanın sufi yolu belədir. Sonuncu bənd haqqa qovuşmanın-fənafıllahın işarəsidir…”.Hörmətli professorun monoqrafiyasından gətirdiyimiz bu örnəklə onun sufi dünyagörüşü əsasında Dədə Ələsgər yaradıcılığını bu qiymətli xəzinənin dəyərinə müvafiq necə dərin, məsuliyyətli, yüksək peşəkarlıq və bir çox ədəbiyyatşünaslarımızın nail ola bilmədiyi səviyyədə tədqiq və şeirlərini təhlil etdiyinin şahidi oluruq. Müəllifin Aşıq Ələsgər yaradıcılığından gətirdiyi çoxsaylı uğurlu, yerində istifadə edilmiş örnəklərdən birinin, onun «Əlif-lam» şeirində ərəb əlifbasının 28 hərfi üzərində varlıq aləminin ilahi məğzinin poetik formada modelləşdirilməsinin “əlif-lam” rümuzatı - varlığın hərflərdə təcəllası - əsasında təhlili də olduqca maraqlıdır.Bütün əsər boyu H.İsmayılov Aşıq Ələsgər yaradıcılığından çoxsaylı örnəklər gətirərək dahi sənətkara ələsgərşünaslıqda ayrı-ayrı tədqiqatçıların verdikləri yuxarıda adlarını çəkdiyimiz epitetlərinin fəlsəfi, dini, ədəbi nöqteyi-nəzərdən əsaslı olduğunu böyük bir ustalıqla açıb göstərə bilmişdir.Hüseyn İsmayılovun “Aşıq Ələsgər” monoqrafiyasının qiymətli cəhətlərindən biri də ondadır ki, o özündən qabaqki və çağdaş ədəbiyyatşünasların Ələsgər yaradıcılığı ilə bağlı elmi məqalələrinin, kitablarının xülasəsini verir, yazılarını təhlil edir, onlara öz fikrini bildirir və qiymətini verir, mübahisəli məqamlardan çəkinmir, onlarda buraxılmış ayrı-ayrı qüsurlara göz yummur, tənqid etməkdən vaz keçmir. Türk ədəbi irs xəzinəsində, İslam və təsəvvüf dünyasında Mövlana, Yunus Emre kimi dühalarla yanaşı duran, haqlı olaraq aşıq poeziyasının zirvəsi hesab edilən Dədə Ələsgər yaradıcılığının dərinliyini, çalarını, əsl dəyərini başa düşmək üçün Hüseyn İsmayılovun “Aşıq Ələsgər” monoqrafiyası xüsusi əhəmiyyət kəsb edir. Bu elmi əsər, son vaxtlar Göyçə tarixini, onun təkrarolunmaz, görkəmli aşıq məktəbini, bu məktəbin saysız-hesabsız korifey simalarının həyat və yaradıcılığını təhrif və təftiş etmək iddialarına, cəhdlərinə tutarlı cavablardan biri kimi olduqca aktualdır.Professor Hüseyn İsmayılovun bu monoqrafiyasını oxuduqdan sonra Dədə Ələsgər yaradıcılığını sevən, onu dərinliyi ilə başa düşməyə can atan adi bir oxucu kimi deyə bilərəm: zənnimcə, professor Hüseyn İsmayılovun bu elmi əsərini ələsgərşünaslıqda yeni söz, Aşıq Ələsgər yaradıcılığının tədqiqinin inkişaf mərhələsində mühüm, ciddi, samballı addım kimi dəyərləndirmək olar.Nəzərinizə çatdırdığım fikirlərlə bərabər professor Hüseyn İsmayılovun əsl alim, böyük folklorşünas qələmindən çıxmış bu yüksək səviyyəli monoqrafiyasını təhlil etmək, ona peşəkarlıqla qiymət vermək, əlbəttə, ədəbiyyatşünaslarımızın, ilk növbədə bu sahənin nüfuzlu, görkəmli folklorşünaslarının, ələsgərşünasların öhdəsinə düşür.Eyni zamanda, bu əsərin ədəbiyyatşünaslarla yanaşı Dədə Ələsgər yaradıcılığını sevən, onu dərindən mənimsəmək istəyənlər üçün də maraqlı olacağını düşünərək, onu hörmətli oxuculara oxumağı tövsiyə edərdim.Ələddin Allahverdiyev, professor, Moskva.

Etiket:
Xəbərlər

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb

08.01.2025

Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar

08.01.2025

Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev

08.01.2025

Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

07.01.2025

 AĞAYARIN ŞƏYİRDLİYİ

05.01.2025

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ

26.12.2024

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25.12.2024

Şanlı qələbə və İlham Əliyevin ad günü

24.12.2024

Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.

24.12.2024

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

21.12.2024

Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb

18.12.2024

Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar

16.12.2024

Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

12.12.2024

Akif Əli:  “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər  - niyə gedirsən?!”

28.11.2024

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024
Bütün xəbərlər