Biz Göyçəni, eləcə də digər işğal olunmuş yurd yerlərimizi Salaman Vilayətoğlu kimi el-oba təəssüblü, yurd nisgilli, vətən fədailəri əcəlin şikarına tuş gələndə bir daha itirmiş oluruq.
Salman Vilayətoğlu 14 fevral 1962 -ci ildə Oğuz türklərinin qədim yaşayış məskənlərindən olan Göyçə mahalının Böyük Qaraqoyunlu kəndində ziyalı ailəsində anadan olub. 15 yaşında orta məktəbi, 20 yaşında isə indiki İnşaat Mühənsiləri İnstitunu bitirib . Hərbi xidmətini Almaniyadakı Sovet Qoşunları kontingentinə məxsus alaylardan birində kəşfiyyat vzvodunda keçirib. Xidmət etdiyi dövrdə Hərbi Hissənin Komsomol komitəsinin katibi olub . 1990-92 -ci illərdə Azərbaycan Qaçqınlar Cəmiyyəti "Təşkilat və hüquq şöbəsi" nin müdiri , həmçinin Həmkarlar Komitəsinin sədiri vəzifəsində çalışıb. Orta məktəb illərindən yaradıcılığa başlayan Salmanın mətbuatla ünsiyyəti 1978-ci ildən başlayıb. 1985- ci ildən etibarən taleyini ömürlük mətbuata bağlayan Salman müxtəlif media orqanlarında korrektor, ədəbi işçi, müxbir, şöbə müdiri, məsul katib vəzifələrində çalışıb. Azərbaycan Dövlət Teleradio Verlişləri Şirkətinin "Sosioloji təhqiqatlar, məktublar və yerli müxbirlərlə iş" şöbəsinə rəbərlik edib, " Tarixdən izlər", "Nə gedir eldən gedir" , "Misri", "Deməsən olmur" radio proqramların yaradıcısı və müəllifi olub. 1997- ci ildən "Dövran" müstəqil analitik qəzətinin təsisçisi və baş redaktoru olmuşdur. "Spektr" jurnalının təsisçisi, "Simurq" Milli Mukafat Fondunun rəhbəri kimi çox saylı mətbuat orqanlarının yaradıcısı və baş yazarı olmuşdur. Ardıcıl yaradıcılıqla məşğul olan Salman Vilayətoğlu zəngin potensialı sayəsində analitiq yazıları, siyasi şərhləri, özünəməxsus satirik şeirləri, hekayələri " Sovet Ermənistanı", "Bolluq uğurunda", " Vətən səsi ", " Azərbaycan ", "Tək səbir", " Göyçə", " Avrasiya", "Ekran-Efir", "Dövran" qəzətlərində dərc olunub . "Mənim müasirlərim" seriyasından 100- dən çox oçerkin, 14 elmi - puplisistik məqalənin müəllifidir. Dövri mətbuatdakı fəaliyyətinə görə Mətbuat Fondunun Fəxri Fərmanı (1993), "Cəsarətli söz" mükafatı (1994), "Araz" ali ədəbi mükafatına (1995), " İnam " şərəf diplomuna (1998), "Vətən" fəxri diplomuna, " Qızıl Qələm" mükafatına (2002) layiq görülüb.
Öz vətənpərvərliyi, intellektuallığı, istedadı ilə doğulub boya-başa çatdığı elini - obasını şərəf və ləyaqətlə təmsil edən Salman Vilayətoğlu ünlü bir yazar - jurnalist, yazıçı, araşdırmaçı olaraq onun hər bir əsəri (kitabı!) gələcək nəsillər, yazarlar üçün istinad nöqtəsidir. Ona görə də cəsarətlə demək olar ki, S.Vilayətoğlunun minbir zəhmətlə ərsəyə gətirdiyi Qərbi Azərbaycanla, Göyçə mahalı ilə bağlı apardığı tarixi, etnoqrafik, elmi, mədəni tədqiqatlar səhihliyinə görə "Göyçəşünas"lıqda təqdirəlayiq bir hadisədir . Ürəyində vətən ağrısı boyda dərdi daşıyan Salman Vilayətoğlunun bütün əsərlərinin əsas leytmotivini torpaq müqəddəsliyi, Qərbi Azərbaycan - Göyçə nisgili, türk mübarizliyi təşkil edir. Göyçə haqqında duyğu və düşüncələrini dilə gətirərkən, tarixin dərin qatlarına ekuskursiyası ilə müdrik elm, söz sahiblərinə istinad edərdi. Əzəli Azərbaycan torpağı, doğulduğu yurd yeri haqqında danışarkən, öz elini, obasını ən şirin kəlmələrlə əzizləyər: "Oğuz elinin müqəddəs ocağı Göyçəm "- deyərdi. Biz Göyçəni, eləcə də digər işğal olunmuş yurd yerlərimizi Salaman Vilayətoğlu kimi el-oba təəssüblü, yurd nisgilli, vətən fədailəri əcəlin şikarına tuş gələndə bir daha itirmiş oluruq. Çünki vətən ziyalıları, yazarları, igidləri ilə tanınar, sevilər, onların adının üstündə dünyaya pərvazlanar. Necə ki, bu gün Göyçə, Qaraqoyunlu kəndi ona şərəf və şöhrət gətirən neçe-neçə qüdrətli övladları ilə bərabər həm də Salman Vilayətoğlunun adında, ünvanında tanınır. Elin, obanın Salmandan umacağı, Salmanın isə gələcəkdə görəcəyi işləri, yazacağı kitabları, hayata keçməyən arzuları o qədəriydi ki!.. Zalım əcəl 30 aprel 2009-cu ildə o, ülvi arzulardan qabaq Salmanı qabaqlayıb, ürəyini yerindən oynatdı. Bir ömür karvanın sarvanını öz yolundan, doğmalarında ayırdı. Cismi Bakı torpağına, ruhu ulu Göyçəmizdəki narahat ruhlara qovuşdu.
Ruhun şad, torpağın yüngül olsun, vətənoğlu!
İlqar İSMAYIL
Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024