Tarix nə deyir?

23:30 / 01.02.2018
Baxılıb: 2056

Ermənistanın paytaxtı İrəvanın, qədim Çuxur Səd torpağının altında üstündə qalan və qalmayan maddi-mədəniyyət abidələri, əlvan sənət inciləri təsvirli daş sənduqələri, qayalara həkk olunmuş yazılar və rəsmlər, ümumiyyətlə bütün memarlıq nümunələri yalnız və yalnız Azərbaycanlılara məxsusdur.1655-ci ildə İrəvana gəlmiş Jan Babtist Taverniyenin əsərlərində (birinci cild) qeyd edilir ki, şəhər qalasında yalnız müsəlmanlar yaşayır. On səkkiz il sonra burada olmuş başqa bir fransız səyyahı Jan Şardenin oncildliyinin yenə birinci cildində göstərilir ki, İrəvan qalasını özlüyündə kiçik bir şəhər hesab etmək olar. Qalada 800 ev var. Müəllif yazırdı: "Şəhər torpaqlarını cənub-qərbdən axan Qırxbulaq və şimalqərbdən axan Zəngi çayları suvarır. Sərdarın sarayı çox gözəl, möhtəşəm bir imarətdir. Min addım o yanda bir qala bürcü ucalır, ona burada «Keçi qalası»deyirlər...»Taverniyen və Şardendən sonra Avropa Səyyahlarından Cemelli, KerrPorter, Ceyms Moriyen, Monpero, Kameron, Linç, Dübüa, və b. da yüksək sənətkarlıqla inşa edilmiş, diqqətəlayiq, zövqoxşayan memarlıq abidələri ilə zəngin olan İrəvan qalasını, Xan sarayını, onun «Şüşəbənd» adı ilə tanınmış güzgülü salonunu, qaladakı min bir bəzəkli məscidləri, hovuz və hamamları, Zəngi çayınadək enib gedən mərmər pilləkənli yeraltı yolu, qala ətrafında-şəhər imarətləri, karvansara və meydanları müstəsna heyranlıqla təsvir etmişlər. İrəvan XV əsrdən inzibati mərkəz kimi tanınıb. Qaraqoyunlular (1410-1467) və Ağqoyunluların (1467-1500) hökmranlığı dövründə coğrafi mövqeyinə və yerli şəraitinə görə adı geniş yayılıb, Çuxur Səd vilayətinin inzibati mərkəzi olub. Şəhərə söykənmiş Cəfərabad (Arqaval) kəndində indi də ucalmaqda olan bir türbə həmin dövrün yadigarıdır. Türbə bişmiş kərpicdən və daşdan tikilib.Kitabəsində Əmir Sədin və onun oğlu Pir Hüseynin adları çəkilir. Pir Hüseyn Yaqub bəydən əvvəl Çuxur Səd vilayətinin əmiri olub. Kitabədə həmçinin Qaraqoyunlular sülaləsinin başçısı Qara Yusif (1410-1420) sərkərdəliyindən bəhsolunur, onun oğlu Pir Budağın böyük hökmdar olması qeyd edilir. Şəksiz ki, türbə Qara Yusifin Teymuriləri məğlub edib Kürün cənubundakı Azərbaycan torpaqlarını, Gürcüstan, Ermənistan, Ərəb İraqını ələ keçirdikdən sonra öz oğlu Pir Budağı Təbrizdə padşahlıq taxtına oturtmaq haqqında verdiyi fərmanla əlaqədar ucaldılmışdır. İrəvanda qala, yeni binalar tikmək, abadlıq işləri aparıb şəhərimöhkəmləndirmək haqqında Şah İsmayılın (1502-1524) vəziri Rəvanqulu xana ciddi tapşırıqlar verməsindən söhbət açan Yervand Şahəziz bu qənaətə gəlmişdir ki, İrəvan və Rəvanqulu adları arasında heç bir əlaqə yoxdur, çünki İrəvanın adı VII əsrdə bəlli olmuşdur. Əvvəldə dediyimiz kimi, bu kökündən yanlış fikirdir. ...Məhəmməd Xudabəndə (1578-1587) dövründə şəhər torpaqlarını suvarmaq üçün iri bir göl (uzunluğu 400, eni 250 sajin) tikilmiş, yeni arxlar çəkilmişdir. 1678-ci ildə tikilən, Sovet hakimiyyəti illərində bərpa olunan, indi S.Şaumyanın adını daşıyan bu gölə yerli əhali yenə də «Toxmaq» gölü deyir. Toxmaq o zaman İrəvan hökmdarı olmuş Mahmud xanın ləqəbidir. 1605-ci ildə Şah Abbas İrəvanı osmanlılardan aldıqdan sonra Əmirquna xan Yerevana sahib olan kimi quruculuq işlərinə başladı, şənlik yaratdı, qala tikdi, saray ucaltdı, bağ- bağça, bostan saldı, arxlar çəkdirib şəhərin suyunu artırdı..1679-cu il iyunun 4-də zəlzələ İrəvanı yerlə-yeksan etmişdi. İrəvanın yeni hökmdarı təyin olunmuş Zal xanı təbrik etmək üçün zəlzələdən bir qədər əvvəl buraya gəlmiş Əylisli Zəkəriyyə həmin hadisəni belə qələmə almışdır: «Daş daş üstə qalmadı. Məscidlər, karvansaraylar, kilsələr də dağıldı, qala yerlə-yeksan oldu. Körpülər yatdı, sular batdı, ölən qalandan çox oldu. Ətrafda it-pişik də gözə dəymirdi. Abbasqulu xanın kürəkəni Zal xan çapar göndərib bu sitəm haqqında dörd yana xəbər yaydı. Gəncədən 800 adam gəldi. Məhəmməd xan Naxçıvandan böyük bir dəstə gətirdi. Bərdədən, Zəyəmdən, Makudan, Təbrizdən, qonşu xanlıqlar və sultanlıqlardan o qədər adam gəlmişdi ki, qala ətrafında tərpənməyə yer yox idi. Azərbaycan vəziri Mirzə İbrahim iyulun 1-də Təbrizdən gəlib İrəvanda əyləşdi. Qala yenidən ucaldı, daha möhkəm oldu, arxlar çəkildi, körpülər salındı. Məscidləri, karvansaraları, kilsələri yenidən tikdilər. Şəhər dirçəldi, əhali bərpa olunmuş evlərə qayıtmağa başladı. İrəvanın məhəllələri, bulaqları, çayları, bağları, dağ və təpələri indi də el arasında (bir qismi isə rəsmi sənədlərlə) öz adlarını qoruyub saxlamışdır. Məsələn, İ.Şopenin verdiyi məlumata görə XVIII əsrdə İrəvanın üç iri məhəlləsi olmuşdur: Şəhər, Təpəbaşı, Dəmirbulaq. Eyni adı yaşadan həmin məhəllələr indi də şəhərin iri məhəllələri sayılmaqdadır. XVIII əsr səyyahlarının təsvir etdikləri şilə (qırmızı parça) boyayanlar, sabun bişirənlər, göy rəngli parça boyayanların məhəllələri yenə əvvəlki kimi «Şiləçi», «Sabunçu», «Boyaqçı» adlarını daşıyır. İrəvanda, həm də xanlığın bütün ərazisində fars, ərəb, erməni dili deyil, məhz Azərbaycan dilinin üstün təsir gücünə malik olduğunu və geniş yayıldığını aşağıdakı faktlar bir daha sübut edir. Matenadaranın arxiv fondunda (Kilsə divanı, səh.290, 391) saxlanılan məktubu 1784-cü ildə kahin Qukas yazmışdır.Məktubda Gürcüstana II İrakliyə, Bayazidə İsaak Paşaya göndərilmiş toxumların siyahısı verilmiş, miqdarı və qiyməti göstərilmişdir. Qəribə görünsə də faktdır ki, kilsə xadimi erməni dilinin mahir bilicisi bu kahin, toxumların, demək olar hamısının adını azərbaycanca yazmışdır: buğda, qarpız, qara qarpız, yonca, xiyar, ispanaq,reyhan, badımcan, gül... Xanlığın ərazisi, sərhədləri haqqında söhbət açılan bütün əsərlərdə, hətta dərsliklərdə yer adları bu qaydada verilmişdir: Arpa çayından Qızıl kilsə kəndinədək... Hacı Bayraməli kəndində Qəbir dağadak... Koroğlu dağından Arazboyu Naxçıvanadək, Şəruradək... yaxud, xanlığa daxil olan mahalların (nahiyələrin) adlarına fikir verək: Qırxbulaq, Vedibasar, Şərur, Sürməli, Saatlı, Seyidli, Sərdarabad, Talin,Zəngibasar, Abaran, Dərəçiçək, Dərəkənd, Gərnibasar, Göyçə. İrəvanın qədim tarixinə dair əldə olan məlumat çox azdır. Bunun bir səbəbi İranlılarla Osmanlılar arasında fasilələrlə 386 il davam edən müharibələr şəhərin 14 dəfə əldən ələ keçməsi və nəhayət, 1679-cu il zəlzələsində yerlə-yeksan edilməsidir. Burada yaşayan əhalinin sayı və milli tərkibi haqqında ilk və nisbətən dəqiq məlumatı birinci dəfə İ.Şopen vermişdir. Onun hesablarına görə son sərdar zamanı İrəvanda 2400 ailə, 12 min nəfər yaşamışdır. Şəhər ruslar tərəfindən alınandan sonra yerli kubar ailələrin bir qismi İrana köçmüş, ermənilər isə İrandan və Türkiyədən buraya qayıtmışlar. Müharibənin sonunda (1828) əhalinin milli tərkibi belə olmuşdur: azərbaycanlılar - 1807 ailə, 7331 nəfər, ermənilər - 567 ailə, 2369 nəfər. 1501-ci ildə I Şah İsmayıl Şərur mahalında Ağqoyunlu padşahı Əlvənd Mirzəni məğlub etdi. Ağqoyunlu dövlətinə son qoyuldu, İrəvan qalasının yerində gözəl bir bağ salındı, xan imarəti tikildi. Şah İsmayıl İrəvanı möhkəmləndirmək haqqında tədbirlər gördü. II Şah İsmayıl qardaşı kor Məhəmməd Xudabəndə dövründə, 1578-ci ildə İrəvan qalasının yerində gözəl bir bağ salındı, xan imarəti tikildi. 1583-cü ildə Fərhad paşa həmin yerdə qalanın əsasını qoydu. Xudabəndinin oğlu I Şah Abbas dövründə Əmirquna xan İrəvanın hökmdarı təyin olunduqdan sonra qala genişləndirildi, Matenadaranda (fars əlyazmaları fondu, N-233) saxlanılan bir sənəd bu barədə müfəssəl və səhih məlumat verir: Hüseynəli xan qalanı daha möhkəm və əzəmətli etmək üçün Əhməd xanın baş memarı Mirzə Cəfəri Xoydan çağırıb İrəvana gətirtmişdir. Hüseynəli xanın oğlu Məhəmməd xan da 1791-ci ildə güzgülü salonu, yay imarətini tikdirmişdir... ABŞ-da xarici işlər üzrə müşavir H.Hentse yazmışdır ki, XIX əsrin axırında ermənilər İrəvan xanlığını əhatə edən əhalinin 20 faizindən çoxunu təşkil etməmişlər. Başqa bir xarici tədqiqatçı, C.Makarti isə yazmışdır ki, İrəvan vilayəti... 1828-ci ilə qədər 80 faiz müsəlmanlardan ibarət olmuşdur. Eyni fikri əsrimizin əvvəllərində rus tarixçisi N.Şavrov da qeyd etmişdir. Onun fikrincə, XIX əsrin I rübündə İrəvan quberniyasında ermənilər son dərəcə azlıq təşkil etmişlər. Paskeviç hələ o dövrdə yazmışdı ki, İrəvan vilayətində 10 min müsəlman ailəsi 3000 erməni ailəsi yaşamışdır. Erməni tarixçisi A.Qioanisyan isə yazır ki, XIX əsrin I rübündə ermənilər İrəvan şəhəri əhalisinin dörddə bir hissəsini, azərbaycanlılar isə böyük əksəriyyətini təşkil edirdilər. 1828-ci ilin martın 21-də I Nikolay çar Rusiyasının Cənubi Qafqazı, o cümlədən Azərbaycanı işğal etməsində ermənilərin rus qoşunlarına etdikləri köməyi nəzərə alıb, o da onlara hədiyyə İrəvan vilayətiniyaratmışdı ki, həmin vilayət iki qəzaya-İrəvan və Naxçıvan qəzalarına bölündü. (Ardı var)Ramazan Hüseynov"Qərbi Azərbaycan" kitabından

Etiket:
Xəbərlər

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb

08.01.2025

Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar

08.01.2025

Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev

08.01.2025

Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

07.01.2025

 AĞAYARIN ŞƏYİRDLİYİ

05.01.2025

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ

26.12.2024

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25.12.2024

Şanlı qələbə və İlham Əliyevin ad günü

24.12.2024

Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.

24.12.2024

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

21.12.2024

Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb

18.12.2024

Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar

16.12.2024

Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

12.12.2024

Akif Əli:  “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər  - niyə gedirsən?!”

28.11.2024

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024
Bütün xəbərlər