Ermənistanın türk mənşəli areal etnotoponimləri

14:30 / 05.03.2018
Baxılıb: 1710

Areal onimlər onimin özünün və ya onun elementlərinin müəyyən ərazidə təkrarlanması ilə müəyyənləşdirilir. Onimin, bizim halda etnotoponimin təkrarlanması müxtəlif səbəblərlə bağlı ola bilər.V.A.Nikonov onimlərin təkrarlanması və ərazidə yayılmasının əsas səbəbini miqrasiyada görür. O yazır: «Eyniliyin əsas səbəbi əhalinin miqrasiyası və onimin paralel yaranmasıdır.Yeni əraziyə köçənlər təzə yerə döğma yurdlarının, köhnə yaşayış yerlərinin adlarını gətirirlər» (127, 114). A.A.Axundov belə coğrafi adların əksəriyyətini «omonim yer adları» hesab edir(2, 40-72). Əlbəttə, areal onimin yaranmasının əsas səbəbini əhalinin miqrasiyası hesab etmək olar. Lakin bununla yanaşı, arealonimin yaranmasında başqa amillər də rol oynayır. Digər tərəfdən miqrasiyanın özü geniş məfhum olub müxtəlif səbəblərdən doğur, müxtəlif formalarda təzahür edir.Məhz bu amillər areal etnotoponimlərin müxtəlif formalarının yaranmasına, bəzən isə onların tamamilə paralel variantlarının işlənməsinə zəmin yaradır.Əhalinin miqrasiyası könüllü və məcburi ola bilər. Könüllü miqrasiya daha çox coğrafi və təbii şəraitlə bağlıdır.Əkin yerinin azlığı, münbit olmayan torpaq,ərzaq qıtlığı, ərazinin tayfa üzvləri üçün yetərincə olmaması və s. könüllü miqrasiyanın əsasında durur.Təbii fəlakət, müharibə,deportasiya və s. məcburi miqrasiya ilə nəticələnir. Miqrasiya prosesinin özündə bölünmənin baş verməsi mümkündür. Eyni yerdən köçən əhali iki müxtəlif ərazidə məskunlaşa bilər.Q.Ə.Qeybullayevin fikrincə, miqrasiya ilə bağlı yaranmış eyni mənşəli etnotoponimləri bir-birindən fərqləndirmək üçün onlara əlavə edilmiş müəyyən komponentlərdən istifadə etmək lazımdır.Belə tipli adları o, müxtəlif qruplara bölür:1) apellyativlərin (dağ, düz, kol, yaxa, yal və s.) artırılması ilədüzələnlər: Dağqarxun qaşı, Dağ quşçu, Düzqırıqlı, Kolqırıqlı,Yaxa Dəllək və i. a. 2) yaxındakı paleotoponimlərin yeni adda təkrarı -Axtaçı Şirvan, Axtaçı Səlyan, Ərəb Quba, Ərəb Şəki və s.3) antonim xarakterli sözlərin qoşulması ilə düzələn adlar -Yuxarı Ayıbasanlı, Aşağı Ayıbasanlı, Böyk Pirəli, Kiçik Pirəli; 4) sıra sayları ilə düzələnlər - Birinci Milli, Ikinci Milli və s. Qeyd etmək lazımdır ki, areal onimlər tam onimə görə deyil, onimin ünsürlərinə görə də müəyyənləşdirilir.Belə olan halda etnoponimin tərkib hissələrində dəyişmə aparılması özünü göstərə bilər.Ermənistan ərazisindəki türk mənşəli adların dəyişdirilmə üsullarını şərh edərkən belə nümunələr aşkara çıxarılmışdır. Beləliklə areal etnotoponimlərin tam mənzərəsini açıqlamaq mövcud ərazidəki etnotoponimlərin və dəyişdirilmiş etnotoponimlərin müqayisəli öyrənilməsini tələb edir.Bütün hallarda ərazinin etnotoponim mənzərəsi müəyyənləşdirilməli, etnotoponimlərin onomastikonu tərtib olunmalıdır. Bizim halda tədqiqatın bu iki mərhələsi yerinə yetirilmişdir.Mövcud mənbələrdə əksini tapmış etnotoponimlərin onomastikonu qurulmuşdur.Indi tərtib olunmuş onomastikona girən etnotoponimlərin hansıların areal etnotoponim səciyyəsi daşımasını aydınlaşdırmaq lazımdır.Burada daha bir məsələyə diqqət yetirmək vacibdir. Bir halda onimin areallığı yalnız müəyyən ərazi ilə məhdudlaşdırıla bilər.Deyək ki, Ermənistan ərazisi daxilində etnotoponimin areal etnotoponim olması faktını dəqiqləşdirmək tələb olunursa,onda yalnız bu ərazi daxilində areallıq şərtinin ödənilməsi yoxlanılır.Digər tərəfdən, Ermənistan ərazisində bir dəfə rast gəlinən etnotoponim bu ərazidən kənarda da qeydə alına bilər və bu fakt onun areal etnotoponimliyini sübuta yetirəcəkdir.Qədim Oğuz yurdu Ermənistan ərazisindəki türk mənşəli etnotoponimlərin tədqiqatı zamanı, şübhəsiz ki, araşdırmanı yalnız bir ərazi ilə məhdudlaşdırmaq qüsurludur.Ona görə qüsurludur ki, türklərin yaşadığı və yaşadıqları ərazilər olduqca geniş olmuşdur və bu gün də öz miqyasına görə həmin ərazi az deyildir.Deməli, Ermənistan ərazisində bir dəfə rast gəlinən türk mənşəli etnotoponim türklərin yaşadıqları başqa ərazilərdə də aşkara çıxarıla bilər. Deməli, etnotoponimlərin areallıq xüsusiyyətinin tam mənzərəsini açmaq üçün bir ərazi çərçivəsi ilə məhdudlaşmaq olmaz,bu məsələ digər ərazilər nəzərə alınmaqla həll edilməməlidir.Buradan belə bir nəticə çıxır ki, tədqiqat üçün etnotoponimlərin ümumi toplusu müəyyənləşdirildikdən sonra biz onların areallıq xüsusiyyətlərini araşdıracağıq. Əgər verilmiş etnotoponimlərdən hər hansı biri Ermənistan ərazisində bir dəfə rast gəlinirsə, eyni zamanda başqa ərazilərdə qeydə alınmırsa, onda həmin etnotoponimin özünün dərin təhlili və tədqiqi tələb olunur.Çünki etnotoponimin areal səciyyə daşımamasının özü müəyyən şübhə doğurur.Ermənistan ərazisindəki türk mənşəli etnotoponimlərin hər birini ilkin yaxınlaşmada areal etnotoponim kimi qəbul etmək olar.Dissertasiya işinin növbəti fəslində bu, etnotoponimlərin areallıq xüsusiyyətlərinin aydınlaşdırılması prosesində dəqiqləşdiriləcək və etnotoponimin yayılma arealları müəyyənləşdiriləcəkdir.Könül SəmədovaADPU-nun filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının dosentiMənbə:"QƏRBI AZƏRBAYCAN ETNOTOPONIMLƏRININ AREALLARI" kitabıMəqalənin əvvəlini aşağıdakı linkdən oxuya bilərsinizhttp://goyce.az/tarix/390-azerbaycan-ve-qerbi-azerbaycan-erazisinin-etnonim-menzeresi.html

Etiket:
Xəbərlər

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025
Bütün xəbərlər