Üzeyir Hacıbəyov aşıq sənəti haqqında

18:55 / 15.05.2019
Baxılıb: 3926

Böyük sənətkar Üzeyir Hacıbəyov öz yaradıcılığı boyu aşıq sənətini öyrənmiş, ona qayğı ilə yanaşmış, ədəbi dil yaradıcılığında ondan bir qida mənbəyi kimi istifadə etmiş, özü də yeri gəldikcə bu sənət haqqında bir sıra qiymətli fikirlər söyləmişdir.

Onun “Aşıq” sözünün mənşəyi, aşıq sənətinin təsnifi, aşıq musiqisinin bölgüləri, bu sənətin hazırki vəziyyəti və gələcəyi haqqındakı mülahizələri aşıq sənətinin öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Üzeyir Hacıbəyovun birinci aşıqlar qurultayındakı nitqi bu cəhətdən qiymətli mənbələrdən biridir. Müəllif həmin nitqində aşıq sözünün mənşəyini araşdırarkən həm məxəzlərə, həm də aşıq yaradıcılığının özünün tarixi inkişafından irəli gələn dəlillərə əsasən bir sıra qiymətli fikirlər söyləyir. O, göstərir ki, “aşıq” ərəb sözü olub, aşiq olmaq, sevmək, vurulmaq deməkdir. Əlbəttə, həmin aşıqlar bu gün aşıq sənəti adını daşıyan aşıqlar deyil, onlara şeir və musiqi “haqdan” verilmiş və özləri də haqq aşığı hesab edilirlər. Sonrakı aşıqlar onların adı ilə bağlı dastanlar yaratmış, musiqi bəstələmiş, şeirlər qoşmuş və xalq arasında geniş yaymışlar.

Bugünkü aşıqlar aşıq adını bir peşə və ya sənət sahəsi kimi daşıyır, keçmiş aşıqların adını müqəddəs tutur, onların haqqında yaranmış əsərləri yaşadır və kəndbəkənd gəzərək, bu sənəti inkişaf etdirirlər.

Aşıq sənətinin müxtəlif dövrlərdəki taleyindən bəhs edən müəllif onun bugünkü mərhələsində dövlət tərəfindən xüsusi qayğı göstərilməsini dönə-dönə qeyd edirdi və eyni zamanda göstərirdi ki, Xalq Maarif Komissarlığı incəsənətin ayrı-ayrı sahələrinə böyük əhəmiyyət verdiyi halda, xalqın içərisində yetişib xalqın həyat və məişəti ilə daha çox bağlı olan aşıqlar unudulmuş, demək olar ki, yaddan çıxmışdır. Məhz buna görə də şəhər məişətində böyük şöhrət qazanmış və get-gedə kənd məişətinə nüfuz edən sazəndələr (xanəndələr) aşıq sənətinin kənd əhalisi arasındakı böyük şöhrətinə təsir edir və gələcəkdə onun zəifləməsinə səbəb olmaya bilməz.

Böyük bəstəkar qurultaydakı nitqində göstərirdi ki, aşıq sənəti daha xəlqi, daha kütləvidir. O, xalqın əhval-ruhiyyəsi ilə yaşayır. O, iqtisadi cəhətdən də zəhmətkeş xalq ilə bağlıdır. Aşıq sənəti xalqın özünün yaradıcılığıdır. Xalq yaradıcılığı isə heç bir texniki, metodiki kömək qəbul etmir. O, öz-özünə xalqın mədəni, iqtisadi-siyasi səviyyəsi ilə bərabər inkişaf edir. Bu, elə bir sənət sahəsidir ki, orada şairin də, yazıçının da, ədəbiyyatşünasın da, bəstəkarın da, xanəndənin də, rəqqasənin də istədiyi qədər götürə biləcəyi payı vardır.

Deməli, aşıq sənəti çalmaq, oxumaq, oynamaq, söz qoşmaq, dastan və nağıl söyləmək kimi incəsənətin bir çox növlərini özündə birləşdirən zəngin sənət sahəsidir. Böyük bəstəkar məhz buna görə də sonralar qeyd etdiyi kimi milli musiqinin və özünün əsasını qoyduğu Azərbaycan opera sənətinin geniş kütlə tərəfindən sevilməsinin səbəblərini xalq yaradıcılığından və aşıq sənətindən istifadə olunmasında görürdü. Ü.Hacıbəyov 1926-cı ildə “Maarif və Mədəniyyət” jurnalının 1-ci nömrəsində nəşr etdirdiyi “Azərbaycan musiqi mədəniyyətinə bir nəzər” adlı məqaləsində aşıq sənətində ifaçılıq üsulunun təsnifini vermişdir. Həmin təsnifləşdirməni birinci aşıqlar qurultayındakı çıxışında bir qədər də işləyib təkmilləşdirmişdir. Eyni təsnifləşdirməni bəstəkar Azərbaycan xalq musiqisində də aparmışdır.Üzeyir Hacıbəyov aşıq sənəti haqqında aşıq musiqisini iki kateqoriyaya bölür: epik vəlirik. “Kərəmi”, “Koroğlu” və başqa epik musiqi növləri dastanın qəhrəmanının adı ilə bağlı olur və oradakı şeir parçaları həmin musiqi havasında oxunur. Aşıq musiqisinin ikinci kateqoriyası ayrı-ayrı şeir janrlarının adı ilə bağlı olub, onun oxunmasında istifadə olunur (dübeyt, müxəmməs, təcnis və s.).

Üzeyir Hacıbəyov qurultaydakı çıxışında klassik aşıq irsini öyrənmək, müasir aşıq sənətini canlandırmaq və yüksək mədəniyyətli incəsənət sahəsinə qaldırmaq üçün bir sıra tədbirlər irəli sürürdü.

Onlardan əsasən aşağıdakıları göstərmək olar: 1) Qurultay ictimai, siyasi və iqtisadi cəhətdən aşıqlara kömək etməli, onları yazıçılar ittifaqı üzvlüyünə qəbul etməli, yaradıcılığa ruhlandırmalı, xalq yaradıcılığının əsas nümayəndələri kimi istedad və qabiliyyətlərinə qiymət verməlidir. 2) Aşıq musiqisi digər incəsənət növləri kimi həmişəlik radiokonsertə daxil olmalı, saz ilə tar bir dinməlidir. 3) Aşıq sənətinin ictimai-siyasi əhəmiyyəti, elmi cəhəti, etnoqrafik xüsusiyyəti öyrənilməli, bir elm sahəsi kimi tədqiq edilməlidir. 4) Nəhayət, qurultay mədəni irsimiz içərisində musiqi mədəniyyətimizin yeni bir sahəsini, onun ictimai, iqtisadi, tarixi-mədəni əhəmiyyətini qiymətləndirməlidir.

Böyük sənətkarın 1938-ci ildə ikinci aşıqlar qurultayında etdiyi məruzəsi aşıq sənətinin nəzəri məsələlərinə dair çox qiymətli elmi mənbələrdəndir. O, məruzəsində “aşıq sənəti xalq musiqi yaradıcılığı işində bu gün böyük rol oynamalıdır”, “aşıq sənəti ən yüksək dərəcəyə qalxmaq qabiliyyətinə malikdir”, “aşıq sənətinin kompozitorlara təsiri”, “aşıq sazının pərdələri” kimi mühüm problemlərin öyrənilməsini qarşıya qoyurdu. Ü.Hacıbəyov xalq musiqisindən istifadə etdiyi kimi, özü yazdığı səhnə əsərlərinin də mövzusunu aşıq yaradıcılığından, xalq ədəbiyyatından götürmüşdür. “Leyli və Məcnun”, “Şeyx Sənan”, “Rüstəm və Zöhrab”, “Şah Abbas və Xurşudbanu”, “Əsli və Kərəm”, “Harun və Leyla” Azərbaycanın və Şərqin klassik ədəbiyyatından, xalqın şifahi yaradıcılığından, nağıl və dastanlarından alınmışdır. Bu obrazlar və süjetlər xalqın yaradıcılıq süzgəcindən keçmiş, Şərqin böyük klassiklərinin ecazkar qələmində işlənmiş, bəşəriyyətin əbədi əsərlərinə çevrilmişdir. Ü.Hacıbəyov isə onları bir daha olduğu kimi səhnədə canlandırmaq məqsədi ilə deyil, səhnənin tələblərinə uyğunlaşdırmış, hadisələri daha da dramatikləşdirmiş, obrazların dünyagörüşünü, zəmanəyə münasibətini yenidən işləmiş, onların düşüncələrinə yeni ictimai don geydirmişdir. Ü.Hacıbəyov, mövzusunu xalq arasında daha çox yayılmış və ən dərin dramatik konfliktə malik olan “Əsli və Kərəm” dastanından aldığı eyni adlı operası istər musiqi, istərsə bədii təsvir vasitələri, ifadə tərzi etibarilə həm Azərbaycan dastanı, həm də xalqın bədii yaradıcılığı ilə bəhrələnmişdir.

“Əsli və Kərəm” dastanının Gəncə və İsfahan adı ilə bağlı olan iki variantı daha məşhurdur. Müəllif İsfahan variantından istifadə etmişdir. Bu qolu seçməkdə görünür əhvalatların daha dramatik olması, qəhrəmanın daha ağır iztirablar keçirməsi, hadisələrin Azərbaycan ərazisindən xaricə düşməsi kimi üstünlüklər ona daha geniş imkanlar vermişdir. Böyük bəstəkar “Şah Abbas və Xurşudbanu” operasının süjetini xalq nağılından götürmüş, müəllifə daha çox şöhrət qazandıran “Koroğlu” operasında isə aşıq musiqisindən geniş istifadə etmişdir. Bəstəkarın özünün qeyd etdiyi kimi “Koroğlu” operasının bu qədər sevilməsinin səbəbi xalq təfəkkürü və xalq ruhu ilə bağlı olmasındadır. Ü.Hacıbəyovun aşıq sənəti haqqında olan elmi, nəzəri görüşlərinin azəri musiqi mədəniyyətinin və şifahi xalq ədəbiyyatının öyrənilməsində böyük əhəmiyyəti vardır.

Professor Qara Namazov

Mənbə: "Çalğı ozan aşıq sənətinin tarixi" kitabı

Goyce.az


Etiket:
Xəbərlər

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023

"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.

15.10.2023

Mərhəmlik və mərhəmət nümunəsi

09.10.2023

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayon icmasının üzvləri ilə görüş keçirilib

07.10.2023

TÜRK DÜÇÜNCƏSİ ELMİ VƏ BƏDİİ MÜSTƏVİDƏ

05.10.2023
Bütün xəbərlər