Haqverdi Talıb oğlu Ələsgərov Göyçə mahalının Ağkilsə kəndində dünyaya göz açmışdır. O, məşhur Aşıq Ələsgərin nəvəsidir.İbtidai təhsilini öz doğma kəndlərində, orta təhsilini qonşu Zod kəndində, ali təhsilini isə H. Zərdabi adına Gəncə Pedaqoji institutunda almışdır.
Sazlı-sözlü bir ocaqda boya-başa yetən Haqverdidə aşıqlığa erkən yaşlarından həvəs yaranmış və bu sənətin sirlərini atası Aşıq Talıbdan öyrənərək, bir aşıq kimi formalaşmışdır.
Onun şairliyi də diqqəti cəlb edir. İnstitutu bitirəndən sonra Kəlbəcərin kəndlərində müəllimlik fəaliyyətinə başlayan Haqverdi sonra Ağkilsə kəndinə qayıtmış, 1988-ci ilə qədər müəllim və məktəb direktoru vəzifəsində çalışmışdır. Bu müddət ərzində aşıqlığı da müəllimliyi ilə yanaşı davam etdirən Haqverdiyə hamı “Haqverdi müəllim” deyə müraciət eləyir. Aşıq Haqverdi ermənilərin 1988-ci ildə törətdikləri milli soyqırımı ilə əlaqədar olaraq, Göyçəni tərk etməyə məcbur olmuşdur.
Haqverdi Talıboğlu 4 iyul tarixində haqqa qovuşub. Göygöl məzarlığında doğmalarının yanında dəfn olunub.Goyce.az Haqverdi Talıboğlunun bir neçə şeirini təqdim edir:
MƏN
Bir xaliq üstümdən nəzər əyməsə,
Yüz namərd yığılsa, əyilmərəm mən.
Vicdanım şüşədi, qəlbim poladdı,
Əysələr, sınaram, əyilmərəm mən.
Məni soyuq sanıb incimə, lələ,
Hələ körpəlikdən qiymətdi belə:
Nə elə acıyam, atalar çölə,
Nə çox şirin olub yeyilmərəm mən.
Qohum var vurğunam etibarına,
Qohum var, qohumu satır qarına.
Haqverdi, göz yumdum dünya varına,
İsrafil sur çalsa, ayılmaram mən.
MƏNİ
Gündə qılınc çəkir alır üstümü,
Çox aciz tanıyıb fələk də məni.
Aramır sədaqət, ilqar, etibar,
Tapır fırıldaq da, kələk də məni.
Əyilib qamətim bir sual kimi,
Dinib danışmıram dili lal kimi,
Gəzirəm mənasız boş xəyal kimi,
Eşitmir arzu da, dilək də məni.
Qəm-kədər əlindən ciyəri qanam,
Haqverdiyəm, nə kəmtale insanam.
Kaş, uşaq vaxtımda mehriban anam
Basıb öldürəydi bələkdə məni.
GƏLİR
Tərəqqi çarxımız tərsə dolanır,
Yaxşı günlər keçib, yamanı gəlir.
Ürəyim titrəyir dəhşət içində,
Dilimə Allahın “amanı” gəlir.
Rüzgar amansız, dövran yağıdı,
Könlümün xanəsi qəm yığnağıdı.
Ağrılar qəlbimdə Ağrı dağıdı,
Başıma Ağrının dumanı gəlir.
Bəşər yolun azıb, odla oynayır,
Hələ kim nə bilir, fələk nə sayır.
Dünya coşub, qazan kimi qaynayır.
Deyəsən, Mehdinin zamanı gəlir.
Yoxdu Haqverdinin halı, neyləsin,
Dağılıb, talanıb eli, neyləsin,
Hər yerdən üzülüb əli, neyləsin,
Təkcə Yaradana gümanı gəlir.
GÖYNƏDİ
(Qəşəm Aslanovun xatirəsinə)
Ay Qəşəm, xəbərin dağladı məni,
Yandı ürəyimin başı, göynədi.
Ağlamaq çətinmiş eldən gedəni,
Dondu gözlərimin yaşı, göynədi.
Qaralar bağlandı alın üstünə,
Xal düşdü qəlbimdə xalın üstünə.
Dərd ələndi bir mahalın üstünə,
Qurusu alışdı, yaşı göynədi.
Haqverdi, Göyçəyə dumanmı çökdü?!
Kişnədi buludlar, bayatı çəkdi.
Ayna bulaqları qanlı yaş tökdü,
Dağı sızıldadı, daşı göynədi.
1984-cü il
BƏRDƏDƏ
(Hüseyn Ağayevə)
Xudaya, hər biri bir budaq olsun,
Çoxdu dostlarımın sayı Bərdədə.
Atamın, babamın ovlaqlarıdı,
Çox görmüşük haqqı-sayı Bərdədə.
İncidi, sədəfdi, dürdü mənimçün,
Çox çəkib qayğını, dərdi mənimçün,
Səxa kanı bir nəfərdi mənimçün,
Qohum, qardaş, əmi, dayı Bərdədə.
Haqverdi dərdindən hər vaxt halıdı,
Elin aqilidi, pürkamalıdı.
Ulu bir mahalın ağsaqqalıdı,
Yoxdu Hüseynin tayı Bərdədə.
AĞRIN ALIM
Yenə məndən üz döndərib,
Gəzmə kənar, ağrın alım.
Bu söhbəti el eşidər,
Bizi qınar, ağrın alım.
Küsü-barış bir peşədir,
İlqarımız həmişədir.
Qəlbim büllur bir şüşədir,
Dəymə, sınar, ağrın alım.
İlqarımda mərdanəyəm,
Həsrətindən divanəyəm,
Mən oduna pərvanəyəm,
Sənsə fənar, ağrın alım.
SƏNİ
Qurban olum, qəşəng ceyran,
İncitməsin sözüm səni.
Yaman qorxur ayrılıqdan,
Gözdən qoymur, gözüm səni.
Uzaqlaşma ayaq-ayaq,
Vədə verək, ilqar qoyaq,
Bu dağlarda Məcnunsayaq
Nə vaxtaca gəzim səni!?
Odlanar Haqverdi xəstə,
Heç kəs olmaz mən həvəsdə.
Tər çiçəksən bircə dəstə,
Əlim gəlmir üzüm səni.
Mənbə: İslam Ələsgərin "Sazlı-Sözlü Göyçə" kitabı
Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024