ya açsın cavabı göndərsin, ya da aça bilməsə, imzasını atsın, adını yazsın, göndərsin kağızımı özümə
Zəki İslam bizim Göyçə mahalının Cil kəndindəndir. O kənddən həmişə dəyərli saz-söz ustadları çıxıb, o cümlədən mənim çox sevdiyim Aşıq Müseyib də həmin kəndindəndi.
Göyçədə olduğum vaxtlarda Zəki İslamın Azərbaycan dilində buraxılan "Sovet Ermənistanı" və rayon qəzeti olan "Bolluq uğrunda" (sonradan "Vardenis" oldu) qəzetlərində ara-sıra şeirlərinə rast gəlirdim.
Mərhum dayım Böyükkişigilin cillilərinən qohumluqlarının olduğunu bilirdim. Cil kəndinin sakinlərinin çoxu payızda, qışda kartoflarını həmişə gətirib Bərdə bazarında satırdılar – bunu da bilirdim.
Qış təzəcə girmişdi, yanvarın oğlan çağı idi. Tezdən, yağışlı gündə həyətdən çıxıb yola düzəldim ki, məktəbə - dərsə gedəm. Arxadan dayım Böyükkişi məni səslədi, ayağımı saxladım. Dayım əlində bir kağız mənə yaxınlaşıb bildirdi ki: – "bu kağızı Cildən şair Zəki sənə göndərib, özü də tapşırıb ki, ya açsın cavabı göndərsin, ya da aça bilməsə, imzasını atsın, adını yazsın, göndərsin kağızımı özümə." Bu deyiliş məni acıladı. Kağızı cibimə qoyub məktəbə getdim. IX sinifdə riyaziyyat dərsim var idi. Lövhədə bir-iki misal işləyib, şagirdlərə dedim – köçürün. Özüm də tez kağızı cibimdən çıxarıb, elə oradaca Zəkinin bağlamasının cavabını yazdım.
Bağlama və cavab beləydi:
Zəki
Adəmə, Həvvaya qismət olmayan,
Şeytan dedi: –"Ye buğdanı, çiy indi!"
Atam nalə çəkdi, anam ağladı,
O cənnətdən bir az belə çiyindi.
Şiruyə
Adəmə, Həvvaya qismət olmayan,
Təam idi, şair Zəki, bil indi.
Çiy buğda yedirtdi, şeytana lənət,
Bədən şişdi, günahları bil indi.
Zəki
Bazarda satılmaz, süfrədə olmaz,
Məhsulu bol olar, qaba qoyulmaz.
Əti əldə gəzər, dəri soyulmaz,
Çiy yeyilmiş, çiy yeyilir, çiy indi.
Şiruyə
Bazarda satılmaz – ana südüdü,
Süfrəyə qoyulmaz – ana südüdü.
Dərisi soyulmaz – ana döşüdü,
Həm ətlidir, həm məhsuldar, bil indi.
Zəki
Aləmə düz baxar fikri halallar,
Halalca qardaşlar dava salarlar.
Zəki İslam, səndən xəbər alarlar,
Sözün bişir, danışmaynan çiy indi.
Şiruyə
Habil, Qabil idi doğma qardaşlar,
Nahaq qan saldılar, axdı göz yaşlar.
Sərraf Şiruyədə qələmin yaşlar,
Məna versə, bil ki, fikrin bilindi.
İndi isə əziz oxucular, qayıdıram məqsədin üstünə: Zəkinin o cürə tələbi ki, ya bağlamanı açsın, ya da adını yazıb, imzasını atıb kağızı qaytarsın deməyi məni əsəbiləşdirmişdi. Bir bağlama da mən yazıb kağızı dayıma verdim ki, kağızı gətirən kimdirsə, ver aparsın Zəki İslama. Zəki də özünə münasib şeirə cavab yazıb göndərmişdi. Ancaq ki, Zəki öz səhvini başa düşmüş və üzürxahlıq istəmişdi. Hətta bunu da qeyd etmişdir ki, mənə dedilər elə-belə dayaz adamdır. Mən də səhv olaraq belə addım atdım. Bağlama və cavab belə idi:
Sərraf Şiruyə
Kimiydi, kimiylə nə aldı getdi?
Çarsı bazar ondan qaldı dünyada.
Ziyanı nə oldu, nəfi nə oldu?
Həm sevindi, həm ucaldı, dünyada.
Zəki İslam
Buğda verib, libas aldı o Adəm,
Çarsı bazar ondan qaldı dünyada.
Ziyanı olmadı, nəfi çoxaldı,
Çılpaqlıqdan azad oldu dünyada.
Sərraf Şiruyə
Qaranquşlar kimnən dava eylədi?
Kimin qoşununu qırıb teylədi?
İudə nə etdi, de, nə söylədi?
Kim Rəsuldan nə ad aldı dünyada?
Zəki İslam
Əbrəhə üstündə əbabil quşlar,
Məkkə davasında yağdırdı daşlar.
İudə qəsdini İsaya tuşlar,
Fariq adın Ömər aldı dünyada.
Sərraf Şiruyə
Kim bölmək istədi peyğəmbərliyi?
Kim aldı xeyiri, kimdə şərliyi?
Yoxdu söhbətimin özgə cürlüyü,
Şiruyənin, sözü baldı dünyada.
Zəki İslam
Kəzzab idi – böldü peyğəmbərliyi,
Əhrimal cüt əlli tutdu şərliyi.
Hörmüz xeyir gəzdi, sevdi birliyi,
Zəki kimi, alqış aldı dünyada.
1982-ci ilin yay ayı, səhv etmirəmsə avqust ayının əvvəli idi. Zəkinin həmkəndlisi Hüseyn Mürsəlovla (o Tərtərdə yaşayır və işləyirdi) mənim maşınımla vacib iş üçün Göyçəyə, özü də ilk əvvəl Cilə, Zəki İslamın kəndinə getməli idik. Gecə çatdıq Cilə. Hüseynin qardaşı evində gecəni keçirdik. Səhər tezdən Daşkəndə, mənim böyük qardaşım Molla Əmirxanla görüşməyə getdik. Səhərisi yenə Cil kəndinə qayıtdıq. Gəlişimin xəbəri Zəkiyə çatıbmış. Zəki səbirsizliklə yolumu gözləyirmiş. Cilə – Hüseynin qardaşıgilə çatan kimi ev sahibi də, qonşular da dedi ki, Zəki müəllim anba-an gəlib soruşub, tapşırıq verib ki, gələn kimi mənə xəbər verin.
Biz evə keçmişdik, təzəcə süfrəyə çay gəlmişdi ki, Zəki içəri daxil oldu. Çayı içib Zəkigilə getdik. Zəkinin gözəl səmimiyyəti, gözəl dostluq duyğuları, geniş qəlbi, qonağa həssaslığı, doğrusu, məni heyran etdi. Gözəl bağı-bağçası, şəraiti var idi. Əvvəl bağçada oturduq. Sonra durub evə keçdik. Zəki sazı sinəsinə basıb, arxayınlıqla mənə həsr etdiyi şeirləri oxumağa başladı:
Göyçənin sevinci həddini aşıb,
Qoynuna öz şair balası gəlib.
Uçub Qarabağdan, keçib Gəncədən,
Qıy vurub şikarın alası gəlib.
Gəlişinə qurban dedim, can dedim,
Ədəbinə sultan dedim, xan dedim,
Bədnəzərə alış dedim, yan dedim,
Şeir sənətinin lalası gəlib.
Qoşmanın ustadı, təcnisin şahı,
Şeir ocağının bir qibləgahı.
Yurduna bağlıdır, eldi pənahı,
Göyçədən ilhamın alası gəlib.
Fikri, düşüncəsi dərindən dərin,
Boylandı Daşkənddə, düşündü dərin.
Həsən Xəyallının ləli-gövhərin,
Sənətkar sazını çalası gəlib.
Saldı kotanımı xozana, xama,
Dizim yerə dəydi, yetişdim kama.
Eşitdim, öyrəndim Zəki İslama,
Ürəkdən vəfalı olası gəlib.
***
Qarabağ sevincli, əsli göyçəli,
Şiruyə qonağım bil, görüm indi.
Sevincdən boşalan, sevincdən dolan,
Gözlərim nəmini sil, görüm indi.
Hamının özünə yurdu-yuvası,
Şirindi, doğmadı, abı-havası,
Dağ çəkib sinəmə fələk, qadası,
Sən də deyirsən ki, gül, görüm indi.
Mən yalandan can deməyi bilmirəm,
Qurbanamsa, əvəz olub ölmürəm.
Demirəm ki, sizə qonaq gəlmirəm,
Ver Zəki İslama əl, görüm indi.
Mən orada Zəkiyə aşağıdakı şeiri yazıb təqdim etdim. Özüm də bir az pərt oldum. Çünki məclisdə xeyli adam var idi. Layiq olmadığım bu yüksək qiyməti özüm qəbul edə bilmirdim. Zəkiyə minnətdarlıq hissi ilə belə bir cavab yazdım:
Elə tərif, elə boya vurulmaz,
A qardaşım, ay qadası, ay Zəki.
Ustadlardan, şairlərdən ayıbdı,
Tərifimi az mahala yay, Zəki.
Ayrılmışam şirin-şirin dilindən,
Oymağından, obasından, elindən.
Bu dağların çiçəyindən, gülündən,
Dəstə bağla, göndər gəlsin pay, Zəki.
İstək olmayanda məhəbbət tutmaz,
Nə gediş, nə gəliş, nə söhbət tutmaz,
Nə ünsiyyət tutmaz, nə ülfət tutmaz,
Dost olmasa bir-birinə tay, Zəki.
Şiruyəyəm, gəl könlümü ara, bax,
Dostlar üçün yara olub, yara, bax...
Bir qonaq gəl, yol gözləyir Qarabağ,
Gəz qoynunda bir yaz, payız, yay, Zəki.
Zəki İslamla çox şirin təəsüratlarla ayrıldıq. Az keçməmiş Zəkidən məktub aldım. Zəki səhhətimlə maraqlanırdı. Bir də atam Həsən Xəyallının şeirlərindən ona göndərməyimi xahiş edirdi. Məktubun sonunda yazmışdı: "Ayə, sən dağlar oğlusan, nə əcəb aranda yaşaya bilirsən?".Zəkiyə geniş məzmunlu məktub yazdım. Sonuncu deyiminə görə isə aşağıdakı şeiri yazdım:
Vətənimiz laləzardı,
Hər tərəfi bağça, bardı.
Hər xatirə bir nübardı,
Göy taladan, sıx ormandan,
Sən dağdan yaz, mən arandan.
Saf əməkdən, pak zəhmətdən,
Ləyaqətdən, mərifətdən.
İgidlikdən, şücaətdən,
Qaya çapıb, dağ yarandan,
Sən dağdan yaz, mən arandan.
Bizdən umur el umacaq,
Bax bu qoca, bax o uşaq.
Dastan yazaq, şeir qoşaq,
Dağlar üstə dağ qurandan,
Sən dağdan yaz, mən arandan.
Vətənimin yazı gözəl,
Yayı işvə, nazı gözəl,
Payız dindir sazı gözəl,
Qışda qorxma qar-borandan,
Sən dağdan yaz, mən arandan.
Qaçqınlıq araya düşəndən sonra Zəki gəlib məndən də o tərəfə - Bakıya addadı. Yenə də əlaqələrimiz yarandı. Zəkinin xoş sorağını aldıqca, kitablarını oxuduqca, şirin xatirələrimiz yada düşdükcə, ürəyimdən keçənlər axırda şeirə döndü, götürüb Zəkini belə təriflədim:
Oxuduqca gəraylını, qoşmanı,
Gördüm bir tərpənməz salıymışsan sən.
Qiyməti olmayan xiridarsanmış,
Dildə şəkər, şərbət, balıymışsan sən.
Abidlər, kahinlər kalamı səndə,
Mürşüd, müşdeyidlər amalı səndə,
Bütün dahilərin kamalı səndə,
Sənətdə Rüstəm Zalıymışsan sən.
Bir olan Allahın buyurduğutək,
Ol Rəsulillahın buyurduğutək,
O, Vəliyullahın buyurduğutək,
Təriqət, şəriət quluymuşsan sən.
Sənsənmiş sərkərdə,Ələm qaldıran,
Meydan alıb təbli-cəngi çaldıran.
Əli şərəfinə şəhər saldıran,
Yəqin o Dal oğlu, Dalıymışsan sən.
Şiruyə hansını saysın adba-ad?
Hər elmə hakimsən, ey ümid, imdad.
Halalındı, o nitq, zəka, istedad,
Bütün elmlərdən doluymuşsan sən.
Bu şeiri yazıb Zəkiyə verdikdən sonra Zəki mənə aşağıdakı cavab şeirini yazıb göndərmişdi:
Şeirdə, sənətdə, ağıl, kamalda,
Zirvəyə sərilən xalıymışsan sən.
Qoşmanın ustadı, təcnisin şahı,
Sakit okeantək lalıymışsan sən.
Ustad kimi, ustad sözün dillərdə,
Nəsihətin, nəsihəttək ellərdə,
Sətirlərin vərəq-vərəq əllərdə,
Doğru yol göstərən, yoluymuşsan sən.
Allaha yaxınsan, elə yaxınsan,
Sən dosta, tanışa, elə yaxınsan,
Qəlbimə doğmasan, elə yaxınsan,
Müqəddəs bədənin qoluymuşsan sən.
Nəcəfi yenidən cahana verən,
Vətən haraylısan, keçmişi görən.
Ulu babaları bir də dirildən,
Göyçənin başa-baş boyuymuşsan sən.
Qəhrəmanlar qəhrəmanı yaratdın,
Vətandaşda vətandaşlıq oyatdın.
Atanın yolunda düz addım atdın,
Mən Zəki İslamdan halıymışsan sən.
Bu gün də Zəki İslamla xoş səmimiyyətimiz, dostluğumuz davam edir. Tez-tez görüşə bilməsək də, arada zəngləşib o keçən günləri xatırlayırıq...
Sərraf Şiruyə.
Hər görüş bir xatirədir.
Bakı, «Nurlan», 2007.
Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024