Özü ölsə, sözü ölməz ustadın

20:44 / 08.12.2018
Baxılıb: 5356

Keçirdiyi toyların arealı çox böyük idi. Gah səsi Göyçədən, gah Kəlbəcərdən, gah Gəncəbasardan, gah da Bərdədən-Qarabağdan gələrdi.

Əslən Qazağın Dəmirçilər kəndindən olan “Nəsibli” nəslindən üç qardaş (Nəsibin nəvələri) – Nəsib, İsgəndər və Mustafa Göyçə mahalının Daşkənd kəndində yaşayıblar. Nəsibin Əfruz adlı bir qızı, Mustafanın Abdulhüseyn (Molla Abdulhüseyn), Reyhan və Sehran adlı üç övladı; İsgəndərin isə Qəmbərəli, Fatma və Əmrəli adlı üç övladı olub.

Bu yazıda söhbət açacağımız aşığımız Nuriddin adı çəkilən Əmrəli kişinin nəvəsidir. Əmrəli kişi Molla Şabanın qızı Kəklik ilə evlənmiş, iki oğlu, iki qızı – Abid, Zabid, Xanımzər və Məhtəvan dünyaya gəlmişdir. Bütün göyçəlilər, eləcə də daşkəndlilər kimi sazın-sözün vurğunu olan Əmrəli kişi oğlu Abidi mahir saz ifaçısı, telli sazının sədaları hələ də uzaq keçmişimizdən bu günə qədər qulaqlardan getməyən Hidayət kişinin yanına şəyirdliyə verir. Abid sazın sirli-sehirli aləminə baş vurduğu vaxtlarda könlündə ustadının qızı Röyzə xanıma aşiq olur. Şəyird saza, sözə bələd olduqdan sonra bir gün çoxdandı qəlbən sevdiyi Hidayət kişinin qızını götürüb qaçır. Bu yerdə müharibədən əvvəl olmuş, ağsaqqallardan eşitdiyim, bu hadisəyə oxşar bir başqa əhvalatı burada qeyd etmək yerinə düşər: – Daşkəndli Aşıq Ziyad Məmmədov Aşıq Ələsgərin məşhur şəyirdlərindən olan Aşıq Əsədin yanında aşıq sənətini öyrənirmiş. Aşıqlığı demək olar ki, tam mənimsəyəndən sonra ustadı Aşıq Əsədin qızı Sürayəni götürüb Daşkəndə qaçıraraq onunla evlənir. Onu da deyim ki, Aşıq Ziyad İkinci dünya müharibəsində həlak olmuşdur. Zəhra və Turac adlı iki qızı olan Aşıq Ziyadın nəvə-nəticələri hal-hazırda Tovuz rayonunda yaşayırlar.

Abid ilə Röyzə xanımın evliliyindən beş oğlan, dörd qız övladı dünyaya gəlir. Bu uşaqlardan biri – Əsədulla 7 yaşında vəfat edib. O da atasından və babasından  saz çalmağı öyrənmişdir. Xatırlayanların söyləmələrinə görə, uşaq olmasına baxmayaraq sazda özünəməxsus güllər vururmuş. Haqqında məlumat vermək istədiyim Aşıq Nuriddin də bu doqquz uşaqdan biridir.

İsgəndərov Nuriddin Abid oğlu 20 noyabr 1956-cı ildə Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur.   Orta təhsilini Daşkənd kənd məktəbində almışdır. Tibbə böyük marağı olduğundan sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutuna verir. Lakin sonuncu imtahandan məqbul qiymət ala bilmir. Tibbi təhsilə olan həvəsini sonralar oğlu Afiyəddin davam etdirəcəkdi... Nuriddin İsgəndərov 1975-1977-ci illərdə Çexoslovakiyada hərbi xidmətdə olduqdan sonra, təhsilini Moskva Kooperasiya İnstitutunun Bakı filialında davam etdirmişdir.

Hələ erkən yaşlarından aşıqlıq sənətinə meyl göstərmiş, ustad aşıqların məclislərində olmuş və bu sənətin sirlərinə dərindən yiyələnməyə çalışmışdır. Buna səbəb kimi ana babası Hidayət kişinin və atası Abid Əmrəli oğlunun da təsiri az olmamışdır. Nuriddin həm də vallarda, audio kasetlərdə, eləcə də radioda aşıq havalarına qulaq asmış, özü üçün sənəti mənimsəmişdir. Özünün də dəfələrlə dediyi kimi, o, daha çox Aşıq Kamandar Əfəndiyevin və Aşıq Əmrah Gülməmmədovun ifalarına qulaq asırmış. Beləcə aşıq sənətini lazımınca mənimsəyən Nuriddin artıq Daşkəndlə bərabər Göyçənin başqa kəndlərinə də toylara dəvət almağa başlayır. Onu qonşu kəndlərdəki toylara daha çox həmkəndliləri Əli və Məsim Xəlilov qardaşları aparar, göyçəlilərə belə bir püxtə, cavan aşığın da olmasını söyləyər, onu tanıdardılar.

1977-cu ilin bir payız günü Aşıq Hacı Bayramov həmkəndlisi Abid kişidən oğlu Nuriddinin onunla aşıqlıq etməsinə icazə istəyir. Beləliklə, Aşıq Hacı ilə Aşıq Nuriddin cütlüyü aşıqlığa başlayır. Cütlük həm Göyçə mahalının, həm də Azərbaycanın digər bölgələrinin el məclislərində iştirak edir və tez bir zamanda elin-obanın rəğbətini qazanırlar.

1981-ci ildə Aşıq Hacı Bayramovla Aşıq Nuriddin birlikdə televiziyada “Aşıq Alının Türkiyə səfəri” dastanını söyləmiş və dastanın lеnt yazısı televiziyanın “Qızıl fond”una daxil edilmişdir. Bundan sonra Aşıq Hacı ilə Aşıq Nuriddinin ifasında “Əmrah” dastanı da tamaşaçıların, dinləyicilərin yaddaşında xoş bir iz buraxmışdır. Bu gün də Youtube kanalında 100 minlərlə baxış sayı olan hər iki dastan populyarlığını saxlamaqdadır.

Aşıq Nuriddin el şairlərindən Sərraf Şiruyə, Əli Qurban Dastançı, Alqayıt, İsmixan, Aqil İman ilə; aşıqlardan Hacı, Fətulla, Murad Niyazlı, İdris, İslam, İsrayıl, İsgəndər Ağbabalı ilə, balabançılardan  Əli, Salman, Əmir ilə, zurnaçılardan Dünyamalı, Zamaxan, Əjdər, Xasay və b. ilə toylarda, el şənliklərində, dövlət tədbirlərində çıxışlar etməklə daha da məhşurlaşdı.

 

Məhz belə də olmalı idi. Axı, Aşıq Ələsgərin sevimli şəyirdi Aşıq Nəcəfin kəndində doğulub aşıq olmamaq, XIX-XX əsrin tanınmış şairləri Məmmədhüseynin, Həsən Xəyallının  içdikləri bulaqlardan su içib şair kimi yetişməmək mümkün deyildi. Məhz Nuriddin bu mühitin yetirməsi kimi ulu aşıq sənətinin layiqli davamçısı olmalı idi. Dediklərimizə Aşıq Hacı Bayramovun da ona ustadlığını və sənət yoldaşlığını əlavə etsək, Nuriddinin şərəfli bir sənət-ustad yolu keçməsi, onun əvəzsiz sənətkar olması bir daha öz təstiqini tapır.

 Keçirdiyi toyların arealı çox böyük idi. Gah səsi Göyçədən, gah Kəlbəcərdən, gah Gəncəbasardan, gah da Bərdədən-Qarabağdan gələrdi. Onun keçirdiyi ən izdihamlı toylar Kəlbəcərin “Sarı yer” yaylağında və Bərdədə olardı. Elat camaatı həmişə toylarını “Sarı yer” yaylağında edərdi. Yay aylarında Aşıq Nuriddin, Aşıq Hacı və balabançı Əli həftələrlə kəndə qayıtmaz, elə “Sarı yer” yaylağında toyu-toya calayardılar. Bir dəfə doğulduğum Bərdə rayonunun Yeni Daşkənd kəndində şahidi olduğum bir toyda baş verən nüansı deməsəm olmaz: Aşıq Nuriddin qohumu Əyyub kişinin qızının toyunu idarə edirdi. Kənd camaatının xahişi ilə o, sazı kənara qoymaqla “Qarabağ şikəstəsi”ni oxudu. O qədər gözəl boğazlar, xırdalıqlar etdi ki, sanki bu sənətkar elə həm də xanəndə imiş. Onun ifasında “Kəsmə şikəstə”nin də öz yeri vardı. Onu da deyim ki, şikəstə janrı  əvvəl aşıq musiqisi yaradıcılığında əmələ gəlmişdir. Aşıq Nuriddinin həmkəndlisi, nakam taleli Aşıq Nəcəf də muğamları aşıq havaları qədər gözəl ifa edirmiş.

Aşıq Nuriddinin ifa etdiyi 60-dan çox saz havasının – “Dilqəmi”, “Qaytarma”, “Cəlili”, “Göyçə qaragözü”, “Yanıq Kərəmi”, “Kərəm gözəlləməsi”, “Göyçə gülü”, “İrəvançuxuru”, “Dübeyti”, “Nəcəfi”, “Məmmədhüseyni”, “Ağır şərili”, “Şahsevəni”, “Qəhrəmanı”, “Duraxanı”, “Sarıtorpaq” və başqaları onun repertuarında ən gözəl ifalar kimi yaddaşlarda qalıb. Bu ifalar həm də aşıq musiqisi xəzinəmizə əvəzsiz töhvələrdir. Onun özündən ən çox hansı havaları sevdiyini soruşduqda belə cavab verərdi: “Aşıq havalarının hamsı gözəldi. Bir-birindən ayırmaq doğru deyil. Lakin “Ağır şərili”, “Nəcəfi”, “Dilqəmi”, “Göyçə qaragözü”, “Göyçə gülü” daha çox sevilən havalardandır.”

Aşıq Nuriddin saz-söz sənətinin, soy kökümüzə söykənən milli dəyərlərin qorunub yaşadılmasında da danılmaz rola malik olmuşdur. Onun cavanlar arasında apardığı maarifçi təbliğatı gənclərin bu sənətə olan marağını daha da artırmış, bu sənəti ucuzlaşdıranlara qarşı mübarizədə öz misilsiz töhfələrini vermişdir.

1990-cı illərdən aşıq sənəti tənəzzül dövrünü yaşayanda Aşıq Nuriddin bu hallara dözmür, daxilən sarsılırdı. Bunu həmin illərdə özü də dəfələrlə söyləyər, aşıq sənətinin tarixi və milli mədəniyyətimiz olduğunu vurğulayardı. Ustad dərsi almayan, 2-3 hava çalmağı bacarmaqla özlərini “aşıq” elan edənlər, harda gəldi (xüsusən çayxanalarda) aşıqlıq edənlər onun mənəviyyatını büsbütün alt-üst edirdi. Bu hallar  daha da geniş vüsət aldıqca o,  bu sənəti davam etdirməyin mənasızlığını anladı. Demək olar ki, Aşıq Nuriddin 1998-1999-cu illərdən aşıqlığa son verdi.

2 dekabr 2018-ci ildə İctimai Televiziyanın “Ozan məclisi” verilişi aşığın həyat və fəaliyyətinə həsr olunmuşdur. Verilişin aparıcısı, aşıq sənətinin bilicisi, jurnalist Qorxmaz Tofiqoğlu, bu sətirlərin müəllifi Araz Yaquboğlu, Aşıq Firudin, və Aşıq Mehdi ustadla bağlı xatirələrini televiziya tamaşaçıları ilə bölüşmüşdür. Aşıq Nuriddin ifaçı aşıq olmaqla yanaşı, həm də yaradıcı aşıq idi. Onun yaradıcılığı haqda daha geniş 2008-ci ildə çap olunan “Daşkənd aşıqları və şairləri” kitabında məlumat verilmişdir. Belə ki, kitabda onun tərcümeyi-halı, şəkili və beş şeiri – “Küsər”, “Gül yarım”, “Eyləmə”, “Düşərsən”, “Var” çap edilmişdir.

Aşıq Nuriddin 25 may 1980-ci ildə həmkəndlisi Sənubər Aslan qızı ilə ailə qurmuşdur. Afiyəddin və Nərminə adlı iki övladı, dörd nəvəsi var. Evləndikdən bir neçə ay sonra, – 1981-ci ildən Şəmkir şəhərində yaşamışdır. O, bir neçə il davam edən müalicələrdən sonra, 22 dekabr 2017-ci ildə 61 yaşında Şəmkir şəhərində vəfat etmiş, şəhər qəbiristanlığında dəfn olunmuşdur.

Aşıq Nuriddinin özü cismən ölsə də, sözü heç vaxt ölməyəcək, sazı heç zaman susmayacaq. Çünki, ustadın qardaşları Aşıq Firudin, Viləddin, qardaşı oğlu Şöhrəddin onun sənətinin davamçılarıdır. Bu soylu sənətin soylu davamçıları ocaqda hər zaman olub və olacaq. Biz buna inanırıq.

Araz Yaquboğlu 

tədqiqatçı

 


Etiket:
Xəbərlər

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023
Bütün xəbərlər