İlahi, kimindi bəs bu gedən köç,
Bu dili ağzında yanan bəndələr?
Səni oğul bildi, başının üstdə,
Bu atan bəndələr, anan bəndələr.
Ömür dediyin də dərd qapıları,
Əzdi yumruqları, sərt qapıları.
Bağla pəncərəni, ört qapıları,
Dolmasın içəri yanan bəndələr.
Yığmısan dünyanın qor gözlərinə,
İlişdik taleyin tor gözlərinə.
Tökülür torpağın kor gözlərinə,
Vaxt-vaxt ciliklənib, sınan bəndələr.
***
Bu qədər ümidin, eşqin içində,
Sənin ürəyində göyərdim,niyə?
Adımı o islaq dodaqlarında,
Gözünün yaşına düyərdin, niyə?
Tutdu əllərini əlim çatmamış,
Məni qabaqladı qisməti yüyrək.
Hələ diləklərim göyərməmişdi,
Çatdırdı özünü həsrəti, yüyrək.
Neçə könüllərin arzusu dilsiz,
Neçə gizlin istək baxıb dalımca.
Keçdiyin yollardan ötürmək üçün,
Sınıq xatirələr çıxıb dalımca.
***
Hardasan, bu yasın, toyun yiyəsi?
Kirimir bu səsin, küyün yiyəsi.
Aç bu düyünləri, düyün yiyəsi,
Bağlı qapıları tor bağlıyacaq.
Barsız ağacların budağı kövrək,
Tökülür hər payız yarpağı kövrək.
Obası didərgin, torpağı kövrək,
Bulaqların ağzın bar bağlıyacaq.
Yenə ağrıların calaq tutacaq,
Kimlərsə səsinə qulaq tutacaq.
Yenə yurd yerini alaq tutacaq,
Yenə yollarını qar bağlıyacaq.
***
İlahi, yazdığın dağ-daş başına,
İlahi, pozduğun ağrıdan olsun.
Hər nə yaşadımsa, xəyala dönsün,
Xəyal qurduqlarım doğrudan olsun.
Harda üzüləcək bu ipin ucu,
Harda dolanacaq boynuma görən?
Yuxusuz, bu gözü yaşlı körpəni,
Kim, harda qoyubdu qoynuma görən?
Hələ çalınmamış ana laylası,
Səssiz harayıdı qucağı boşun.
Gecələr his basmış qazan kimidi,
Süfrəsi bükülü, ocağı boşun.
Qopar əllərimi, qopar üzümdən,
Əllərim üzümdə çürüyəcəkdi.
İsinib canımın duzlu suları,
Gözlərim ovcumda əriyəcəkdi.
***
Tanrım, çalxa dünyanı,
Yağı üzünə çıxsın.
Bəlkə də biz ölüyük,
Sağı üzünə çıxsın.
O dünyada çağ belə,
Ölülər də sağ belə,
Bostan belə, bağ belə,
Tağı üzünə çıxsın.
Gördüyümüz bir üzü,
Çevir, çıxsın sirr üzü,
Harda düyün yer üzü?
Bağı üzünə çıxsın.
Kim böldü ölkə-ölkə?
Sevinci ləkə-ləkə..
Üz qarasıyıq, bəlkə,
Ağı üzünə çıxsın.
Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri
06.06.2026ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)
Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib
06.06.2026Sözlə çəkilən şəkil
06.06.2026"Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı
10.05.2026Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ
04.05.2026İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi
04.05.2026İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ
04.05.2026Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili
11.04.2026Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025