İftixar Piriyev: "1928-ci ildə sovet hakimiyyəti zamanı İrəvan teatrına dövlət statusu verilib"

20:00 / 08.01.2019
Baxılıb: 2286

İrəvan Dövlət Azərbaycan Dram teatrının yaranma tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Dövrü mətbuatın məlumatlarına görə, 1882-ci ildə İrəvanda oynanılmış tamaşa teatrın yaranma dövrü hesab olunur. Səyyahların məlumatına görə isə teatrın yaranma tarixi 1640-cı illərə gedib çıxır. Bunlar araşdırma tələb edən mövzulardır.

1928-ci ildə sovet hakimiyyəti zamanı İrəvan teatrına dövlət statusu verilib. Daha sonra Cəfər Cabbarlının adını daşıyıb. Məlum və naməlum səbəblərdən dəfələrlə bağlanılıb, mərkəzdən əyalətə köçürülüb. 1968-ci ildə yenidən bərpa olunub.

Ondan sonra uzun müddət - 1984-cü ilə kimi teatra görkəmli Azərbaycan ziyalısı Hidayət Orucov rəhbərlik edib. Bu illər teatrın inkişaf dövrü hesab olunur. Ancaq təəssüf ki, bu, uzun çəkməyib. 1988-ci ildə başlamış məlum hadisələr teatrın yenə də tənəzzülə doğru getməsinə səbəb olub. 1989-cu ildə teatr Azərbaycana qastrol səfəri adı ilə Neftçala rayonuna departasiya olunub. Elə o zamandan geri qayıtmaq imkanı əlindən alınıb. 1989-cu ildən o zamanın mədəniyyət naziri Polad Bülbüloğlunun, mərhum aktyorumuz Həsənağa Turabovun, Hidayət Orucovun arzusu və istəyi ilə teatr Akademik Milli Dram Teatrının nəzdində bir teatr studiyası kimi fəaliyyətini davam etdirib.

 

İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev AzVision.az-a müsahibəsində teatrın hazırkı həyatının necə davam etməsindən danışıb.

 

- 1995-ci ildə Milli Lider Heydər Əliyevin göstərişilə teatra yenidən dövlət statusu verildi. Elə o zamandan Hüseynqulu Sarabski adına mədəniyyət sarayında yerləşdirildi. 2007-ci ildə isə Nazirlər Kabinetinin sərəncamı ilə Binəqədi neft–qaz cıxarma idarəsinə aid olan mədəniyyət sarayı İrəvan teatrına verilib. 125 illik yubileyimizdə həmin bina teatrın balansına hüquqi ünvan olaraq keçib. 2008-ci ildən burada məskunlaşmışıq. Binamız qəzalı vəziyyətdədir. Binada tamaşa oynamaq imkanlarımız sıfırdır. Lakin premyeralarımızı Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən Bakının bütün teatralrında, o cümlədən, respublikadakı teatr binlarında oynamaq icazəmiz var. Əsasən Rus Dram Teatrında, Akademik Milli Dram Teatrında, Rəşid Behbudov adına Mahnı Teatrının səhnəsində oynayırıq. Hazırda bir neçə əsərin məşqi gedir.

 

Teatr təxminən neçə nəfərlik yaradıcı heyəti birləşdirir?

 

- Bizim teatrda 25 nəfərlik heyət və bir baş rejissor, bir sıravi rejissor ştatı mövcuddur.

 

Digər teatrlarla əməkdaşlıq hansı səviyyədədir? Aktyor, rejissor mübadiləsi olurmu?

 

- 2000-ci ildə bu teatra rəhbər təyin olunduqdan sonra teatrın köhnə ənənələrini davam etdirmək üçün bu istiqamətdə addımlar atmağa çalışıram. İrəvan teatrının tarixində bu tipli addımlar mövcuddur. Hələ İrəvanda fəaliyyət göstərərkən keçən əsrin əvvəllərindən başlayaraq görkəmli sənətkarlar dəvət əsasında bu teatrla həm rejissor, həm aktyor qismində əməkdaşlıq ediblər. 2000-ci ildən bu günə qədər bir neçə tamaşalara hətta Gürcüstandan, Dağıstandan aktyorlar dəvət etməklə, respublika və beynəlxalq miqyaslı layihələr həyata keçirmişik. Səhnələşdirdiyimiz “Qanlı qızıl toy” tamaşasına xalq artisti Rafael Dadaşovu dəvət etmişdik. Bizim də Akademik Milli Dram Teatrına dəvət alan aktyorlarımız var. Bəzi rolları oynamaq üçün əməkdaşlıq edirik.

 

Bakıdan başqa hansı şəhərlərdə tamaşalar vermisiniz?

 

- Binamızda tamaşa oynamaq imkanımız olmadığına görə həm respublikada, həm də respublikadan kənarda uzunmüddətli qastrol səfərlərimiz olur. 125 illik yubileyimizdə Türkiyənin böyük ərazisini əhatə edən səfərdə olduq.

 

Belə şəraitsizlikdə aktyor heyətini saxlamq, yəqin ki, o qədər də asan deyil...

 

- Yaradıcı adamlar öz sənətlərinə vurğun və bağlı olurlar. Biz onlara qayğı və diqqətlə yanaşarkən onlar teatra bağlılıqlarını davam etdirilər. Onlarda sənət eşqi olduğuna görə, imkansızlıq şəraitində də işləyirlər. Mənim otağımda qoyulan bu stol, stul və digər dekorasiya tipli əşyaların hamısı yaxın günlərdə premyerası olacaq tamaşa üçün nəzərdə tutulub. Başqa yerimiz olmadığına görə hamısını bir otağa sığışdırmışıq. Binamızın təmirli olmaması işimizdə çətinliklər yaradır. Elə olur ki, bir dəfə də praqon məşq etmədən başqa teatr səhnəsində premyera oynayırıq. Növbəti premyeramız da o şəkildə tamaşaçılara təqdim olunacaq. Güman edirik ki, bu, belə davam etməyəcək, binamız təmir olunacaq. Binamız təmir olunduqdan sonra ayrıca məşq otaqlarımız, tamaşa göstərmək üçün salonumuz olacaq. Əslində, bizim çox böyük salonumuz var, altı yüz nəfər tutur. Səhnəsi də teatra imkan verir. Ancaq təmir olunmasa, orada çıxış etmək mümkün deyil.

 

Təmir nə zamana gözlənilir? Bəlli vaxtı varmı?

 

- Təmiri biz də səbirsizliklə gözləyirik. Teatrın təmirilə bağlı Prezident 2007-ci ildə sərəncam imzalayıb. Ancaq başqa teatrların təmir məsələsi araya düşdüyünə görə, bizim teatrın təmiri bir qədər ləngidi. Gözləyirik, yəqin ki, belə olmayacaq.

 

Repertuarınız daha çox hansı əsərlər üzərində qurulur?

 

- İrəvan teatrı deportasiya həyatı yaşadığına və ölkəmiz Ermənistanla müharibə şəraitində olduğuna görə, repertuarımızda nəzərdə tutulan əsərlərin çox hissəsi vətənpərvər mövzularda olur. Erməni məkrinə qarşı Azərbaycan humanizmini və mübarizəsini təmsil edən əsərlər nəzərdə tutulur.

 

Biletlərin satılması, tamaşaçıların cəlb olunması kimi problemləriniz olurmu?

 

- Əlbəttə, olur. Bizdə daha çox olur. Bizim stasionarımız, öz binamızda tamaşalarımızı göstərmə imkanımız olmadığına görə, kassamız da yoxdur. Başqa teatrların binasında oynayarkən həm cəlb edəcəyimiz tamaşanı günə, eyni zamanda oynayacağımız binadakı günü cəlb edəcəyimiz tamaşaçıların istəyinə uyğunlaşdırmaq məcburiyyətindəyik. Bu, çətinlik yaradır. Hələlik dözürük. Təmirdən sonra qaydasına düşəcək. Yaradıcı heyət üçün gündəlik səhnədə tamaşaçı ilə ünsiyyətdir. Onların əsas işi, istəyi, peşə xüsusiyyətləri bundan ibarətdir. Sənətkar tamaşaçı istəyir. Biz çalışırıq ki, staisonar olmasa da, səyyar tamaşalara üstünlük verək. Bu istiqamətdə işlər aparırq ki, passivləşməsinlər.

 

Aktyorlarınız arasında əməkdar, xalq artistləri varmı?

 

- Fəxri adlar verilərkən bütün teatrlar nəzərdə tutulur. Bizim teatrdan da fəxri ad və Prezident mükafatı alan sənətkarlarımız var. Fəxri adalara təqdimat olduqda bizim teatr nəzərdə tutulur, tutalacaq da.

 

Aktyorların aylıq maaşı digər teatrlardan fərqlənirmi?

 

- Akademik Dövlət Dram Teatrdan fərqlənir. Teatrlar keteqoriyalara ayrılıb.

 

Şahanə Rəhimli

Əhməd Xəlilov

Azvizion.az

 

Etiket:


Etiket:
Xəbərlər

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023
Bütün xəbərlər