“Torpaq uğrunda ölən varsa, – Vətəndir”.
Birinci Qarabağ müharibəsində Azərbaycanın igid oğulları Vətən uğrunda canlarını fəda ediblər. Elə indi də - atəşkəs adlandırdığımız, əslində isə müharibənin davam etdiyi dövrdə xalqımız şəhidlər verir, yeni qəhrəmanlar ortaya çıxır. Geriyə isə bir cümlə qalır: “Torpaq uğrunda ölən varsa, – Vətəndir”. Qarabağ müharibəsində doğmaları şəhid olan xeyli tanınmış sima var.
Xalq yazıçısı Sabir Əhmədlinin öz ad günündə şəhid olan oğlu.
Məhəmməd Əhmədli Bakıdakı II Fəxri xiyabanda torpağa tapşırılıb. 1970-ci il fevralın 12-də Bakı şəhərində dünyaya gələn M.Əhmədli Moskva Poliqrafiya İnstitutuna daxil olub və təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında davam etdirib.
Qarabağ döyüşlərinə könüllü gedən Məhəmməd 1994-cü ilin əvvəllərində cəbhə bölgəsindən zəng edib atasına demişdi:
“Mən qürbətdə deyiləm. Ölsəm də, qalsam da, bu torpaq bizimdir. Əmim Cəmil Əhmədli Sovet İttifaqının xətrinə döyüşüb, həlak olub. Mən də Azərbaycanımız uğrunda canımı qurban verməyə hazıram. Ata, gec gəlsəm, incimə. Ömrü boyu babam əmimi axtardı, sən də məni gözləyərsən”.
Amma ata ürəyi idi, dözmürdü. Bir gün qışın çovğununda Sabir Əhmədli Murovdağda səngərdə olan oğluna baş çəkmək üçün yola düşür. Məqsədi bir-iki günlüyə icazə alıb Məhəmmədi evə gətirmək idi ki, oğlunun yaxınlaşan doğum gününü onun iştirakı ilə birgə qeyd etsinlər.
Oğlunu döyüş bölgəsində xeyli axtarmalı olan Sabir Əhmədli hətta düşmən mövqeyinə yaxın səngərlərə belə, gedib çıxır. Ona deyirlər ki, oğlu Məhəmməd yaralanıb, arxaya hospitala göndərilib. Yazıçı dərhal Bakıya geri qayıdır ki, oğlunu hospitalda axtarsın. Amma yaşadıqları evin həyətinə daxil olarkən yas çadırının qurulmağını görən Sabir müəllimə hər şey əyan olur. Məhəmməd Əhmədli öz ad günündə – 1994-cü il fevral ayının 12-də Murovdağ döyüşlərində şəhid olub.
Xalq şairi Xəlil Rza Ulutürkün oğlu Təbriz Xəlilbəyli ermənilərin Qarabağda törətdikləri vəhşiliklərə dözə bilməyib, 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yola düşüb.
Təbrizin döyüş yolu qısa olsa da, o cəbhədə tezliklə öz cəsarəti ilə ad-san qazanıb. Döyüşlərdə düşmənin onlarla canlı qüvvəsini məhv edib. 1992-ci il yanvarın 31-i Təbrizin son döyüşü olub və o qanlı savaşda qəhrəmancasına şəhidliyə yüksəlib. Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Xəlilbəyli Təbriz Xəlil Rza oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Ailəli olan Təbriz Xəlilbəylinin iki övladı yadigar qalıb. Bakı küçələrindən biri qəhrəmanın adını daşıyır.
Şair Zakir Fəxrinin qardaşı Kamil Sabitovun 1988-ci ildən başlayan döyüş yolu Umudlu, Çələkdar, Kərəmli, Şuşa, Tərtər bölgələrindən keçib.
1992-ci ilin martında ağır döyüşlərini şəhidliklə başa vurub. Tanıyanlar onu həlim, kövrək, duyğulu, həssas insan kimi xatırlayır. Zakir Fəxrinin sevimli qardaşı haqqında yazdığı “Sən kim idin, Kamil?” adlı yazıda onun xarakterində yaranmış bu dəyişikliyin səbəbi o qədər təsirlidir ki…
“Sənə sual verirlər: - Kamil, sən ki, incə, zərif qəlbliydin, amma deyirlər döyüşdə çox qəddarsan, belə niyə?
- Bir dəfə döyüşüb kəndə girmişdik, uşaq meyiti gördüm, olardı 4-5 yaşında. Gördüm yaş kağızını qoyublar sinəsinə, uşağı qucağıma götürəndə başı, ayaqları, qolları qaldı yerdə, demə ermənilər kəsiblər. Diz çöküb o uşağın kəsik bədəni önündə and içmişəm… - demisən”.
Arzusu torpaqlarımızın çox tezliklə işğaldan azad olunduğu günü görmək idi. Amma nəsib olmadı…
Yenə Zakir Fəxrinin məlum yazısından: “Rəhmətlik Allahverdi Bağırov sənin meyitini gətirəndə Aqil Abbasla Rəşad Məcid sıçrayıb maşına qalxdılar və məni yaxına buraxmadılar. Demə tamam yanmış imişsən…”.
Kamil Sabitov Bakıda, Şəhidlər Xiyabanında uyuyur.
Baş nazirin keçmiş müavini, Bakıd Dövlət Universitetinin professoru İzzət Rüstəmovun oğlu Məzahir Rüstəmov da könüllü olaraq Milli Orduya yazılanlardandır.
Məzahir Şınıx cəbhəsində komandir müavini vəzifəsində xidmət keçib. Məzahirin kəşfiyyatçılığı nəticəsində düşmənin bir çox döyüş nöqtələri məhv edilib. 1992-ci il avqustun 6-da ermənilər Mutudərəyə güclü hücum edirlər. Döyüşçülər kəndin müdafiəsinə qalxırlar. Son nəfəsinəcən vuruşan Məzahir Rüstəmov bu döyüşdə həlak olur.
Erməni quldurlarını xeyli yaxınlığına buraxan Məzahir əl qumbarasını işə salıb, özü ilə bərabər xeyli qulduru məhv edən döyüşçünün bu əfsanəvi qəhrəmanlığı dilləri gəzdi. Məzahirin belə ölümü qığılcımı alov etdi.
M.Rüstəmov ailəli idi, Təhminə adında qızı yadigar qalıb.
Azərbaycan Dövlət Nəşriyyatının (“Azərnəşr”) direktoru, sabiq deputat Əlövsət Ağalarovun qardaşı Mahir Quliyev 8 aprel 1993-cü ildə Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olub.
Deputat Səttar Mehbalıyevin qardaşı, peşəkar hərbçi olan Əhməd Mehbalıyev Laçın, Qubadlı, Kəlbəcər və Tərtər döyüşlərində iştirak edib, Ağdamda düşmən mühasirəsinə düşərək həlak olub. Hazırda Şəhidlər Xiyabanında uyuyur.
“Bülbüllər” qrupunun yaradıcısı, əməkdar artist, müğənni Aybəniz Haşımovanın həyat yoldaşı Xalid Quliyev Qarabağ uğrunda döyüşlərdə şəhid olub. Aynişan adlı qızı yadigar qalıb.
Teleaparıcı Nanə Ağamalıyevanın qardaşı da vətən uğrunda şəhid olanlardan biridir. “Mənim qardaşım bir gündə 6 əsgərlə birlikdə şəhid olub”- deyə N.Ağamalıyeva müsahibələrinin birində qeyd edib.
Müğənni Leyla Ramazanlının atası Nurəddin Ramazanlı da vətəninin başının üstünü almış qara buludları seyr etməyə biganə qala bilməyib.
Ailəsini, iki qız övladını doğmalarının, ən əsası, Allahın ümidinə qoyaraq silaha sarılıb və Qarabağı işğalçı ermənilərdən azad etmək üçün könüllü döyüşə yollanıb. Ancaq əfsuslar olsun ki, o, arzularını həyata keçirə bilməyib. 706-cı hərbi hissədə qulluq edən gənc leytenant 1992-ci ilin oktyabr ayının 8-dən 9-na keçən gecə - Laçının Qızartı dağında gedən qızğın döyüşlərdə erməni gülləsinə tuş gəlib.
Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov da Qarabağ savaşında şəhid olub.
BDU-nin hüquq fakültəsinin məzunu olan Z.Əhmədov Cəbrayıl rayonu Polis İdarəsində cinayət axtarış şöbəsinin rəisi işləyib. 1991-ci ildə Cəbrayıl cəbhəsində minaya düşüb. Rüfət adlı bir oğlu yadigar qalıb.
Tanınmış şair Qaçay Köçərlinin oğlu Elcan da Qarabağ müharibəsində, Daşaltı əməliyyatında həlak olub.
Modern.az
Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025