İstedadlar sorağında - Nicat Həşimzadə

21:14 / 18.01.2019
Baxılıb: 2808

  Şəhadət Qul kimlərə uduzmaq istəmir?

(hekayə)

Şəhadət Qulun həyəcanları,  iztirabları bitmək bilmirdi. Uzun ayların işsizliyi, aclığı, arvadının həqarətli sözləri onu qocaltdı, gücdən, nüfuzdan saldı. Kişiyə gərək hamıdan əvvəl öz arvadı hörmət qoya. Arvadından hörmət görməyən kişi cəmiyyət içində də hörmətsiz olur, məsxərəyə qoyulur. Yaşlı kişilərin saatlarla şəhərin ucuz kafelərində oturub evinə getməməsinin səbəbini arvad deyingənliyində axtarmaq lazımdır. Arvad yazıq da neyləsin axı? Evdə uşaqlar yaxşı yeməklər, yeni paltarlar istəyirlər. Kişi də səhər evdən çıxır, bir də gecə qayıdır. Uşaqlar da ananın baş-beynini xarab edirlər.  

Şairlər tez-tez 28 maydakı “İşsizlər” çayxanasına yığışıb bir manatlıq çay sifariş edirlər. Gedəcək yerləri olmadığı üçün bir manata çay alıb 3-4 saat  vaxt keçirirlər. Burada çox ciddi adamlarla tanış  olmuşam. Cibləri boş olsa da, başları dolu olan bir neçə insanı tanımışam. Şəhadət Qulu qul vəziyyətinə salanlar ədəbiyyatda pulu hesabına diktə edənlər idi. Bu adamlar ədəbiyyatı monopoliyaya aldıqları üçün bütün yazar, şairləri özlərinə möhtac etmişdilər. Həqiqəti yazmaq istəyən adamları aclığa məhkum edib iradəsini sındırmağa çalışırdılar. Subay yazarlar üçün vəziyyət bir qədər dözülən idi. Evli yazarlarsa dözülməzliyin ən üst həddini yaşayırlar. Şəhadət Qul görürdü ki, səhərdən axşama, günortadan gecəyə qədər ədəbi tənqidçilər ancaq vəzifəli yazıçıları tərifləyirlər. Düşünürdü ki, ədəbi tənqidçi olduğu kimi, ədəbi tərifçi də olmalıdır. Bu iki sahə üzrə mütəxəssisləri ayrı-ayrılıqda yetişdirmək, oxutmaq, təhsil vermək lazımdır. Qonorar alan kimi bütün pullarını dostlarla yeyib- içməyə xərcləməyə öyrəşən qələm adamları evə pul apara bilmirlər. Arvad töhmətləri belə məqamlarda on qat daha təsirli olur. Şəhadət Qula kəskin yazılar yazdığına görə soyuq münasibət göstərirlər. Televiziya kanalları onu proqrama dəvət edəndə 10 dəqiqəlik danışığının 7 dəqiqəsini kəsirlər. Keçən dəfə də lap böyük axmaqlıq edib vəzifəli şair Dilxoş Dərbədəri tənqid edib. Həmin hissəni montajda kəssələr də söhbət gedib Dilxoş Dərbədərin qulağına çatıb. Dilxoş da bu dəfə dilxoşluq etmədən TV kanalın rəhbərliyinə zəng edib tapşırıq verib ki, bir də bu gədəni efirə çıxartmayın. Şəhadət qapıları üzünə öz cəsarətli hərəkətləri ilə bağlayırdı. Şəhadət bilirdi ki, Dilxoşun böyük nüfuzu var, onu qəzetlərin qonorarından, nəşriyyatların dəstəyindən məhrum edəcək. Amma yenə də tərsliyinə salıb inadından dönmədi. Şəhadət Qul onu da bilirdi ki, Azərbaycanda kitablar iki əsas qrupa bölünür:

1)      Çörək verən kitablar

2)      Çörək verməyən kitablar

Çörək verən kitablar bəzi gənc yazarların və həyasız tənqidçilərin dolanışıq yeri idi. Aclıqdan əziyyət çəkəndə çörək verən kitablar haqqında təmtəraqlı yazılar yazıb iki dənə şax yüzlük alırdılar. Arvadı tez-tez deyirdi ki, Şəhadət, qurban olum, uşaqlar aclıqdan ölür, sən də Dilxoşun, ya da Cəmal Feyzullanın kitabını təriflə, pul al, axı belə yaşamaq olmaz, bizim ömrümüz getdi, biz cavanıq, ancaq bu uşaqlar yazıqdır axı. Bax, Məşədi Kəblə Qasım nəvəsinin adını Cəmal qoyub. Bax, Məmməd Azəroğlu Cəmalın əsərləri haqqında ayrıca kitab yazdı. Dilxoşla da münasibəti korlanmasın deyə nəvəsinin adını Dilxoş qoydu. Sən niyə belə avamsan? Axı daha yaxşı yerlərdə olmaq sənin haqqındır.

-          Fatimə, birin bilirsən, beşin bilmirsən e. Bəs bu uşaqlar böyüyüb biləndə ki, ataları yaltaq, vicdansız olub, necə yaşayacaqlar? Utanıb ölüb yerə girəcəklər. Bir də ki, sənin dediyin o yaxşı yerlərin “yaxşı” qiyməti var e.

-          Bəs nə edək, necə dolanaq?

-          Bilmirəm, şərtlər çox çətindir. Nə qədər ziyalını, fikir adamını maddi ehtiyaclara məhkum edərək, çörəklə imtahana çəkərək məhv etdilər, özlərinə oxşatdılar.

 

Şəhadət Qul hər gecə yatanda özünə söz verirdi ki, daha heç kəsi tənqid etməyəcək. Qaşınmayan yerdən qan çıxartmayacaq. Ancaq bacarmırdı, yaltaqlığa, riyakarlığa kənardan səssizcə tamaşa edə bilmirdi.  “Yeni müsibət” qəzetinin redaktoru Uzun Çənə orden alanda Qulun bütün ümidləri məhv oldu. Şəhadət redaktor Uzun Çənəyə sonuncu mogikan kimi baxırdı. Amma olmadı, alınmadı. Bu dəfə də ümidlər daşa dəydi. Ümidlərinin daşa dəyməsi Şəhadət Qul üçün yeni hadisə deyildi. Zamanla ümidlərinin daşa dəyməsinə vərdiş etmişdi, hərdən daşa vurmağa ümid tapmayanda, ya da ümidini döyməyə daş tapmayanda darıxırdı. “Ümidlə daş” oyunu həyatının ayrılmaz hissəsinə çevrilmişdi. Belə baxanda yaxşı addır a, məsələn, kimsə məşhur yas verilişinə alternativ addım atmaq istəsə, “Ümidini daşla” adlı TV proqram aça bilər. Yəqin ki, Dilxoşla Cəmalın iksindən biri bu proqrama sponsorluq edərlər. Əsas odur ki, aparıcı xanım  həyat həqiqətini Dilxoşun, Cəmalın, ya da elə hər iksinin yatağında axtarsın. Dostları ona Qul deyirlər, Şəhadəti demək istəmirlər. Zarafat bir yana, Şəhadət adı insanın məsuliyyətin birə-beş artırır. Atası oğluna Şəhadət adın ona görə qoymuşdu ki, 5 qızdan sonra oğlu olmuşdu, ata da əhdinə sadiq qalmış, Allaha təşəkkür bildirmək üçün oğluna Şəhadət adını vermişdi. “Yeni müsibət” qəzetinin redaktoru Uzunçənə mükafat alandan sonra Şəhadət Qulun daxilində nələrsə sındı, daxilində nələrsə sınsa da, mübarizəsini davam etdirmək istədi. Mübarizəni davam etdirmək istəsə də, uşaqların aclığı, Fatimənin etirazları onu cəsarətli addımlar atmaqdan çəkindirdi. Fatiməni nədəsə günahkar bilmək haqsızlıq olardı. Dövr və şərtlər çox ağır idi. Yaltaqlığın təbliğ olunduğu  və yaltaqların cəmiyyətə ziyalı kimi təqdim edildiyi şəraitdə nə qədər Fatimələr ərlərinə etiraz edirlər. Axı, qadın nə qədər ideal olsa da, övladının aclığına dözə bilmir və uşağın atasına acıqlanır.

Şəhadət evdə tək qalanda əsəbdən ağlayırdı, özünə təsəlli vermək üçün səbəb tapa bilmirdi.  Elə bu gün də qeyri-adi heç nə olmayacaq. Şair dostu Aydın Zülmətin cibinə güclə qoyduğu “Mançester” qutusundan bir siqaret çıxarıb yandıracaq və dərin düşüncələrə dalacaq, ürəyində deyinəcək:

-          Nə qədər ki, Dilxoş kimilər, Cəmal kimilər var, heç nə dəyişməyəcək, heç nə düzəlməyəcək.


Etiket:
Xəbərlər

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb

08.01.2025

Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar

08.01.2025

Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev

08.01.2025

Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

07.01.2025

 AĞAYARIN ŞƏYİRDLİYİ

05.01.2025

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ

26.12.2024

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25.12.2024

Şanlı qələbə və İlham Əliyevin ad günü

24.12.2024

Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.

24.12.2024

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

21.12.2024

Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb

18.12.2024

Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar

16.12.2024

Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

12.12.2024

Akif Əli:  “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər  - niyə gedirsən?!”

28.11.2024

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024
Bütün xəbərlər