Mübarəksən, cənab Leytenant

18:30 / 03.02.2019
Baxılıb: 4194

İnsan var hekayəlik, insan var povestlik, insan var romanlıq kitabdır. İnsan da var nə həyatını, nə də düşüncələrini bir kitaba sığışdıra bilmərsən. Deyirik, Allah hər kəsə eyni istedadı verib. Əslində, biz Allahdan bizi formalaşdıran, sevdirən istedadı götürür, onunla ruhumuzda gizlənmiş gizli mətləbləri kəşf edirik. Özümüz görünməsək, çox zaman unudulsaq da, yaradanın yer üzündə kiçik fiquru obrazında, yaratdıqlarımızın yaddaşlarda qalmağı, dillərdə əzbər olması sonsuz xoşbəxtliyimiz deməkdir. Yəni, doğuluşdan ölümə gedən yolda uduzmamısan.

İstedadlı insanlar xəyalpərəst olur. Məhz xəyalları onu güclü əsər yaratmağa sövq edir. Uşaqlıqdan özümüzün də bilmədən dünyaya gətirdiyimiz arzularımızı, özümüzlə birgə böyütdük, sonra xəyala çevirdik,  xəyallarımızı isə yaratdıqlarımızda gərçəkləşdirə bildik: Kitablarda, rəsimlərdə, kinolarda, musiqilərdə...
Mən musiqilərdə xəyallarımın arasında özümü tapmağa çalışırdım. Təsəvvür edin, uşaq ağlımla elə bilirdim qızları da oğlanlar kimi vaxtı çatanda hərbi xidmətə çağıracaqlar. “Bədən tərbiyəsi” dərsində bir az da Şəmistan Əlizamanlının " Can Azərbaycan " ifası altında əsgər kimi düzülüşməyimiz,  məni özümə qəhrəman kimi göstərmişdi. Təbii mən mahnının özünü əzbərləmişdim, müəllifin kimliyiylə maraqlanmamışdım.

Düzü, bizə " Xalq " mahnısıdır demişdilər. O vaxt elə bilirdim, mahnını xalq yazıb, dildən-dilə bugünümüzə gəlib çıxıbdı. Tarix kitablarından oxuyana qədər mahnıdan öyrənmişdim, əslində Təbriz bizimdir, sərhədin o tayında gözü yol çəkə-çəkə " Can Azərbaycan " hayqırır.  

Həə, Xalq yazmışdı. Şəmistan Əlizamanlı adlı xalq!...

Aradan çox vaxt keçdi, çox musiqilər bəstələndi, xalq dilində əzbər olan mahnılar yenə xalq mahnısı oldu, yenə müəlliflərin adları öz bəstələrinin arasında unuduldu. Qəfildən fərqli mahnı, fərqli səs eşitdik. O vaxt indiki kimi you tube yoxuydu. Daha doğrusu, internetin işartıları yoxuydu, "Allahın möcüzəsi" bildiyimiz iri cib telefonlarla yeni addımlar atırdıq. O vaxt vətənpərvərlik mövzularında verlişlərə, kinolara baxırdıq. Daha doğrusu, göstərirdilər, baxırdıq, öz-özümüzə cəsarətlənirdik, evlərimizə yaxın gizli yerlər axtarırdıq. O ümidlə axtarırdıq ki, ya unudulmuş silah tapaq, ya da əl qumbarası, təhvil verək “polis əmi”lərə, nə var-nə var, başımıza sığal çəkəcəkdilər, nümunəvi qaçqın uşaqları olacaqdıq…
Hiss edirdim, “Cənab leytenant”  mahnısından sonra qızlar  əsgər sevgililərini ürəklə  yola salır, əsgərlər də ümidlə gedirdilər. Bir-iki dəfə əsgər məktubunu həyəcanla oxuyan qızlar da görmüşdüm, özümü onların yerində təsəvvür eləmişdim də... Mən də nə zamansa əsgər, zabit yolu gözləyəcəm…

İgid əsgər, möhkəm dayan. Zaman səni sınayacaq da, gəlişin olmayan yollarda gözləri yol çəkən sevgilin ən yaxşı halda sevgisindən adına görünməz büt düzəldib, öz ürəyində dəfn edəcək də.

Dövlət televiziyasında hər səhər sözləri və musiqisi Şahin Musaoğluna məxsus olan “İgid əsgər, möhkəm dayan” mahnısı Şəmistan Əlizamanlının  içdən gələn səsiylə  səngərdə dayanan  döyüş qardaşlarımız üçün əsl şüar, stimul idi.

Konfutsi demişkən, insan  öz dünyasının yaradıcısıdır. Altmış il gəldiyi yolda soyuq olmayan, qürur duyduğumuz sehrli səsiylə  əsgər də yola saldıq, şəhid də qarşıladıq, ağladıq da, güldük də, heç vaxt səsinə çatmayacaq səsimizlə səs-səsə verib oxuduq da!...

Şəmistan Əlizamanlının müsahibələrindən birində rast gəlmişdim. Təsəvvür edin, Azərbaycan torpaqlarının azad olunması xəbərinin mətnini hazırlayıb, xəyalıyla ümidlərinin gərçəkləşəcəyini gözləyən insan var qarşımızda və o insanı Allah məhz bizim qismətimizə, musiqi taleyimizə  yazıbdı. İkinci Dünya müharibəsində “ Hər şey vətən üçün, hər şey cəbhə üçün” şüarını Qarabağdan bugünə qədər Şəmistan bəyin  səsində hiss eləmişik. Məncə, bizimki hiss eləməkdən artıq olub ki, bugün Şəmistan Əlizamanlını öz efrilərimizdə az görsək də, unutmamışıq. Öncə ifa etdiyi mahnıları, sonra adını ürəyimizə, yaddaşımıza yazmış adamdır...
1992-1993-cü illərdə əli silahlı əsgərlərimiz döyüşə təkcə silahla  yox, həm də  Şəmistan Əlizamanlının yatmış yaddaşları oyadan mübariz ifalarıyla hücuma keçirdilər.


 
Türk dünyasını çılpaqlığıyla göstərən “Diriliş Ərtoğrul”-da Ozan kimi çıxış etməsi, Türkiyə başqanı Rəcəb Tayyib Ərdoğanın tanıtım çarxında  onun səsindən istifadə olunması, bəlkə də qədrini bir az  gec bildiyimiz böyük insanın sənətinin əzəmətini bir daha  sübut elədi…
İndi efirlərimizdə vətənpərvərliklə bağlı verlişlər yox dərəcəsindədir. Biz indiki nəsil Şəmistan Əlizamanlının mahnılarıyla böyümüşük. Böyümüşük yazıram, qaçqınlıqdan sonra bir növ analarımızın laylalarını dinləmədik, atalarımızla çox zaman keçirə bilmədik, nağıl danışan nənələrimizin ürəyi  geridə qoyduğu yurdun həsrətinə xiffət çəkəndə Şəmistan Əlizamanlının əvəzsiz səsi köməyimizə çatdı, bizi əvvəldən yazdığım kimi kiçik qəhrəmanlara çevirdi.
“ Ağ ümid” ifasındakı sözlər kimi kiçik qəhrəmanlar olmaq istəyirdik:
Güllədən biçilmiş bir köynək ver mənə
Analar saçlarını yolmasın!...

Şəfaqət Cavanşirzadə
 

 


Etiket:
Xəbərlər

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025
Bütün xəbərlər