Fəlsəfə - Aşiq buddistlər

11:07 / 19.02.2019
Baxılıb: 2424

Aşiqlər bir-birlərinə can atırlar, buddistlərsə can atmağın iztirab gətirdiyini deyirlər. Sevgilindən asılı olmadan sevib-sevilmək mümkündürmü?

İnsan ictimai heyvandır. Biz qruplar halında yaşayırıq. İllərlə öz törəmələrimizin qayğısına qalır, bir-birimizlə əməkdaşlıq edirik. Bizim əksəriyyətimizin digər fərdlərlə uzunmüddətli əlaqələri olur – bioloqların dediyi kimi, uzunmüddətli cütlük bağları.

Sənin müşahidə etdiyin kimi bu cütlük bağlarının bəziləri digərlərindən daha sağlamdır. Münasibət elmi də məhz bu sahəni araşdırmaqla məşğuldur. Münasibət alimləri güclü, intim münasibətlərin necə qurulacağını və qorunacağını araşdırırlar. Biz münasibətin çiçəklənməsini, yaxud tənəzzül etməsini yaradan faktorları bilməkdən ötrü labaratoriya eksperimentləri keçiririk.

Son illərdə bizim özümüz də daxil olmaqla, bəzi münasibət alimləri ilham mənbəyi kimi heyrətamiz bir mənbə aşkar ediblər: Buddizm. Ona görə heyrətamiz deyirik ki, Buddizmin mərkəzi məfhumlarından biri güclü bağlılıqlardan qurtulmaq barədədir, münasibət isə mahiyyət etibarı ilə güclü bağlılığı ehtiva edir. Bəs onda bu iki bir-birinə zidd məfhum necə uzlaşa bilər? Burada elm hansı rolu oynaya bilər?

Gəlin, biologiyanın bəzi bazisləri üzərindən başlayaq. Sağlam münasibətdə partnyorun yanındadırsa, özünü xoşbəxt hiss edirsən. Burda təəccüblü bir şey yoxdur. Lakin sən bilməlisən ki, sən və partnyorun bir-birinizin sinir sistemini nizamlayırsınız deyə, xoş hisslər yaşayırsınız.

Proses sizin beyninizdən başlayır. Geniş yayılmış fikrin əksinə olaraq, sənin beyninin ən vacib funksiyası düşünmək deyil. O, sənin vücudundakı bütün bioloji sistemləri nəzarətdə saxlayır, beləliklə, sənin orqanların, hormonların və immun sistemin effektiv işləyir və balansı qoruyur. İnsan beyni 24/7 ərzində vücudun ehtiyaclarını proqnozlaşdırmaqla və təmin etməklə bu funksiyanı yerinə yetirir. Sən ayağa qalxmaq istəyirsənsə, məsəl üçün, beynin bunu əvvəlcədən ehtimal edir və qan təzyiqində münasib dəyişikliyi icra etməklə (ümidvaram ki, belədir), səni yıxılmağa qoymur. Əgər beynin duz ehtiyatının azaldığını ehtimal edirsə, sən başlayırsan duzlu ərzaqlar istəməyə. Və s. Və ilaxır.

Bu davamlı proses vücudun üçün büdcənin idarə edilməsinə bənzəyir. Özünün maliyyə büdcən barədə düşün, sən maliyyə vəziyyətinin qaydasında olması üçün öz gəlirlərinə və xərclərinə nəzarət etmək istəyirsən. Beynin də eyni şeyi edir, ancaq onun büdcə mənbələri pul əvəzinə sudur, duzdur və qlükozadır. Əgər sənin maliyyə büdcən qırmızıya doğru gedirsə (məsələn, maşın almaq üçün kredit götürürsən), borc aldığın pulu geri qaytarmaq məcburiyyətindəsən, hər şey yaxşı getsə, zamanla sənin büdcən əksərən balanslı qalır. Eyni şey sənin bədən büdcənə də aiddir: sən haldan düşənə qədər qaçış yarışında iştirak edə bilərsən, ancaq sonra mənbələrini dincəlməklə, yemək-içməklə bərpa etməli və ya ödəməlisən. Bu cür balanslaşdırmanın elmi dildə adı allostasisdir. Beynin məqsədi vücudun balansını əksər vaxt saxlamaqdan və ortaya çıxan borcları qaytarmaqdan ibarətdir. Bu proses cəld və effektiv olmalıdır, çünki büdcə balanslaşdırması özü özlüyündə beyin üçün baha başa gələn bir təşəbbüsdür.

İndi isə gələk ən maraqlı məqama. İnsanlar da bir-birlərinin bədən büdcələrini balanslaşdırmağa yardım edirlər. Uşaq dünyaya gələndə, böyüklər yemləməklə, oxşamaqla və danışmaqla körpənin bədən büdcəsinə nəzarət edirlər. Onlar uşağa vaxtında yatmağı öyrədirlər. Onunla oyunlar oynayır və nağıl oxuyurlar. Bütün bunlar uşağın beyninin normal inkişafı üçün ehtiyac duyduğu bədən büdcəsi fəaliyyətləridir. Bu, uşaq və ona qayğı göstərənlər arasındakı bağlılığın bioloji əsasıdır. Ən sonda uşaq özü özünün sinir sisteminə nəzarət etməyi və özünün bədən büdcəsini balanslaşdırmağı bacarır, lakin ictimai büdcə faəliyyəti heç zaman tam olaraq dayanmır.

Böyüklər arasındakı bağlılıq da oxşar şəkildə işləyir.

Əksəriyyətimiz özbaşına geyinə və qidalana, hərarəti nizamlamaqdan ötrü nə zaman pencək geyinəcəyimizi bilirik, amma biz eyni zamanda işlə, yuxuyla bağlı tələbatlarımızın, idman eləmək üçün vaxtsızlığın, hədsiz çox zərərli qidalar yeməyin, basırıq yerlərdə işləməyin, yaxud yaşamağın, yolumuzun qarşısını kəsən axmaqlarla dalaşmağın öhdəsindən də gəlməliyik.

Bədənin büdcəsini idarə etməyi bilmək bu dünyadakı ən vacib tapşırıqdır. Buna görə də biz büdcəmizin ödəniş qabiliyyətini saxlaya və sağlam qalmağımıza kömək edən insanlara ehtiyac duyuruq.

Başqalarıyla sağlam bağlılıqların olmaması hansı nəticələrə gətirib çıxarır? Tənhalığı araşdıran tədqiqatçılar çox aydın bir nəticəyə gəliblər: müsahibə götürülən zaman təcrid vəziyyətində yaşadıqlarını deyənlərin ölüm riski 7 il sonra 30% çox olub. Bu, obezlik kimi məşhur xəstəlikdən ölənlərin göstəricisindən daha böyük risk deməkdir.

Tənha, yalqız bir beyin uzun müddətli qıtlığı balanslaşdırmaqdan ötrü hədsiz çox resurs sərf etməli olur. Bundan sonra beyin bədənə elə davranır ki, sanki o xəstədir. Əgər proses çox uzun davam edirsə, immun sistemi də işə qarışır, bunun nəticəsi isə erkək şəkər, ürək xəstəlikləri, depressiya, xərçəng və maddələr mübadiləsi ilə əlaqədar olan digər xəstəliklər ola bilir.

Sağlam münasibət insana uzun ömür yaşamağa imkan verir. Sən və partnyorun təhtəlşüur vəziyyətində qarşılıqlı fayda üçün bir-birinizin sinir sistemini nizamlayırsınız.

Sizin ürək döyüntüləriniz sinxronlaşır. Nəfəsiniz də. Hətta hormonlarınız da bərabərləşir. Stres anlarında qucaqlaşma, partnyorunuzun qayğısı, yaxud xoş kəlməsi bədən büdcənizdəki yükün ağırlığını yüngülləşdirməyə kömək edir. Bu yükü paylaşmaq bağlılığın bioloji əsasıdır.

Sənin sinir sistemin üçün ən yaxşı şey digər insandır. Təəssüf ki, sinir sistemi üçün ən pis şey də digər insandır. Qeyri-sağlam münasibət sənin bədən büdcəni korlaya bilər, nəticə etibarilə sənin sağlamlığın da, həyatın da korlana bilər.

Beləliklə, sağlam və qeyri-sağlam münasibətin təməlində nə dayanır və onu necə saxlaya bilərsən?

Buddizm iztirabı azaltmaqdan ötrü partnyorunla (və özünlə) necə davranmalı olduğun barədə təlimatlar dəsti təklif edir. Burada məntiq birbaşa deyil, ona görə də izahlara ehtiyac duyulur. Amma gəlin əvvəlcə Buddizmin əlifbası ilə tanış olaq.

Buddizm min illərdir mövcuddur. Bəziləri onu din, bəziləri isə yaxşı həyat yaşamaqdan ötrü prinsiplər dəsti hesab edir. İstənilən halda Qərbdə milyonlarla insan başa düşüb ki, Buddizmin bəzi ideyalarını dərk etməkdən və tətbiq etməkdən ötrü buddist olmağa ehtiyac yoxdur. Xoşbəxt, sağlam və daha anlaqlı olmaq üçün Buddizmin necə tətbiq ediləcəyinə dair saysız-hesabsız kitab nəşr olunub. Lakin Buddizm meditasiya yastıqçası olmaqdan daha artığıdır.

Onun doyumlu və keyfiyyətli bir münasibət yaşamaqdan ötrü qəribə sirləri var.

Buddizmin əsas ideyası budur: hər şey daim dəyişir. İstənilən şey, bağındakı lalə belə andan ana dəyişir. Onun rəngləri işıqdan asılı olaraq dəyişir.

Ləçəklərinin parlaqlığı havadakı rütubətdən asılı olaraq dəyişir. Əgər sən onu yanlış bir yerə, tərəvəz dirriyinə qoysan, o gül olmaqdan imtina edib alağa çevriləcək. Lalənin təkcə bir, dəyişməz mahiyyəti yoxdur. Eyni şey sənin özünə də aiddir. Sən həqiqisən – mövcudsan – ancaq buddist perspektivindən baxanda məlum olur ki, sənin ətrafında mövcud olan nəsnələrdən ayrı olan özünə xas kimliyin yoxdur. Sənin kimliyini an, qismən sənin olduğun situasiya təyin edir.

Əgər sən təkrarolunmaz şəkildə səni tərif edən yeganə, müntəzəm, dəyişməz, özək bir “mənliyə” malik olduğunu düşünürsənsə, onda bu, buddist fəlsəfəsinə görə insani iztirabın təməlində duran inancdır.

Burda iztirab deyilərkən, sadəcə olaraq fiziki narahatlıq, məsələn, soyuqdəymə və ya qapıyla əlini əzmək nəzərdə tutulmur. İztirab şəxsidir: sən özünü pis etməkdən qurtulmaq üçün dəridən qabıqdan çıxacaqsan. Sən daim öz reputasiyan barədə, yaxud başqalarının yaratdığı standartlara uyğun yaşaya bilmədiyini düşünüb narahat olacaqsan.

Buna görə də, özünün həqiqi mənliyə sahib olduğunu düşünmək, fiziki xəstəlik yaşamaqdan daha pisdir: bu, bitmək bilməyən azardır

(tərcüməsi: xroniki balansı pozulmuş bədən büdcəsi).

Əksər insanlar həyatlarını özlərinin dəyişməz, özək kimliyə sahib olduqlarını düşünürək keçirirlər. Onlar bir qayda olaraq düşünürlər ki, dostlarının, ailələrinin, tanışlarının və sevdiklərinin də davamlı mənlikləri var. Təəccüblü deyil, çünki biz həmişə özümüzü belə təsvir edirik. Biz zamana baş vurur, nəyi sevib-sevmədiyimiz barədə bir-birimizi sorğu-sual edirik. İş müsahibələrində verilən klassik sual budur: “Bizə özünüz haqqında danışın”. Virtualda və dərgilərdə gördüyümüz milyonlarla sorğu bizdən özümüzü tərif etməyi istəyir: sən introvertsən, yoxsa ekstravert? İt kimisən, yoxsa pişik kimi? Bu cür suallara cavab verdiyimiz zaman biz demək olar həmişə əsl, sabit kimliyin dəyişməz xüsusiyyətlərini aşkara çıxarmaq istəyirik.

Lalənin dəyərini bil, çünki oraya sən yox, o aiddir

Buddizm sabit kimliyin illuziya olduğu barədə xəbərdarlıq edir. Əksinə, sənin “mənliyin” konteksdən asılıdır. Bir situasiyada mehriban, digərində utancaq, başqa birində isə kobud olmaq normaldır. Nə zamankı sən özünün real, sabit və vacib bir mənliyinin olması barədə uydurmaya inanmağa başlayırsan – mənliyi maddiləşdirmək kimi bilinir – onda bu səni acınacaqlı bir həyata doğru aparır.

Sən bu uydurmanı gücləndirməkdən ötrü maddi şeylərə can atacaqsan. Zənginliyə, hakimiyyətə can atacaqsan. Başqalarından komplimentlər, heyranlıqlar eşitməyin ölüsünə çevriləcəksən, hətta onlar yalan olsa belə. Lakin burda əsas problem başqalarının səni aldatmağı yox, sənin özünü aldatmağındır.

Bu canatmalar təxirəsalınmaz həzzi gətirmək üçün qızıl qandallardır, amma eyni zamanda o, səndəki uydurma mənliyi də gücləndirir, səni tələyə salır və davamlı iztiraba, neqativ emosiyalara, kövrək və uydurma mövcudluğun köləsinə çevrilməyə gətirib çıxarır.

 

Buddizmdə özünü maddiləşdirməkdən (yaxud dünyəvi məfhumları) yayınmaq üçün əsas vasitələrdən biri sayıqlıq meditasiyasıdır (mindfullness meditation). Buddist fəlsəfənin müəyyən tərzlərinə görə, bütün insani təcrübələr əsas elementlərə parçalana bilər, fikirləri, hissləri və qavrayışları əmələ gətirən “atomlar” kimi. Buddist terminologiyasına görə, müdriklik - dəyişməz mənlik inancını ehtiva edən arzu və ifrat istək kimi zəifliklərə yer qoymadan, bu əsas elementləri birbaşa təcrübədən keçirmək deməkdir. Sayıqlıq meditasiyası nəsnələrin, digər insanların və hətta sənin andan ana dəyişməz olduğunu əks etdirən illuziyaya son qoymaq iqtidarındadır. Biz bu zaman nəsnələri necə varsa elə görə, hər bir anı təmiz bir sensasiya kimi təcrübədən keçirə bilərik.

Məsələn, əgər sən dirriyində işğalçı laləyə rast gəlsən, içində onu dirriyindən rədd eləmək, yaxud qoparıb sevgilinə vermək istəyi oyana bilər. Buddist perpektivdən baxanda belə görünəcək ki, sən burada laləyə öz şəxsi ehtiyaclarının və arzularının filterindən baxırsan, bu da sənin özünlə bağlı uydurma mənliyinlə bağlıdır. Laləni necə varsa elə görməkdən ötrü sən onunla bağlı özün-əsaslı hekayələrdən qurtulmalı – onun dirrikdə işi yoxdur, yaxud o, sevgilinin xoşuna gələcək - və laləni sənin ehtiyaclarınla əlaqəsinin olmaması yoluyla təcrübədən keçirməlisən. Onun gözəl rənginin fərqinə var. Təbiətin gücünə ehtiram göstər. Paxlaların arasından boy atan gülün çiçəklənməsinin qəribəliyini hiss et. Sənin özünün yox, lalənin orda olmasına dəyər ver. Buddist fəlsəfəsinə görə əsl müdriklik budur.

Praktika məsələsində bu müdriklik nə mənaya gəlir? Sən bundan özünün təcrübəndə daha aydın şəkildə istifadə edə bilərsən. Sən özünü qəzəbli hiss edəndə, ürək döyüntülərin tezləşib bədənin tər içində qalanda, qəzəbə səbəb olan şey barədə düşünüb onu daha da alovlandıra bilərsən. Amma meditasiya sənə ürək döyüntülərini və tərləməni xalis fiziki hadisələr kimi qəbul etməyinə və qəzəbinin sönməsinə imkan verər. Buddist terminologiyasına görə sən özünün qəzəbini – və özünün uydurma mənliyini - əsas elementlərə doğru dekonstruksiya edirsən, proses isə səni müdrikləşdirir.

Özünü dekonstruksiya etmək asan deyil: ustalaşmaqdan ötrü illər lazım ola bilər (sadəcə buddist rahibindən soruşun), sadəcə praktika ilə bu mümkündür.

Bu müdrikliyin bir digər praktiki tətbiqi sadəcə olaraq dəyişikliyi fərq etməkdən keçir. Laləyə yaxın baxanda onun daim dəyişiklik keçirdiyini görməyə imkan verir, bu sənin özünə də aiddir.

Məsələn, sən bir gün tamamilə səmimi, başqa bir gün isə yalançı tülkü ola bilərsən, amma bunların heç birisi sənin həqiqi mənliyin deyil, çünki səndə heç birisi yoxdur. Sən sadəcə olaraq bu iki situasiyada müxtəlif cür konfiqurasiya olunmusan.

Bu cür baxış tərzi sən özünü pis aparanda, ya işləri korlayanda özünə qarşı mərhəmətli olmağın üçün faydalı ola bilər. Sən mahiyyət etibarilə pis adam deyilsən – sadəcə olaraq bir konteksdə özünü pis aparmısan.

Daim dəyişkən mənlik müasir psixologiyada da öz əksini tapıb. Bəzən sən özünü karyeran əsasında təqdim edirsən. Bəzən sən dost olursan. Bəzən valideyn, uşaq, yaxud sevgili olursan. Bəzən sən musiqiçisən, bəzən rəssam, bəzən aşpaz, bəzən isə hərşeyşünas. Bəzən sən sadəcə bədənsən. Sosial psixoloqlar bu cür müxtəlifliyi sosial psixoloq Hazel Markusun 1980-lardakı ilkin tədqiqatlarına əsaslanmaqla “çoxlu mənlik” kimi modelləşdirirlər.

Markus deyirdi ki, müxtəlif şərtlərə uyğun olaraq insanların müxtəlif cür mənlik repertuarları var.

Bütün bunlar təkcə sənin özünün mənliyinə deyil, başqalarınınkına da aiddir. Bir kimsəni maddiləşdirdiyin zaman, sən həmin an səninlə birgə olan adamı səhvən daimi vaxtda dəyişməz kimi xarakterizə edirsən. Buddizm isə digər insanları, hətta sənin sevimli keçmişini də necə varlarsa elə görməyi təklif edir. Sən onların özünün ehtiyacların əsasında maddiləşdirməyəndə, - burada laləni düşün – onlara daha asanlıqla mərhəmət duya bilərsən. Bu prosesdə sən onların və özünün iztirabını azaldırsan.

İlk baxışda buddizm insanları ictimai heyvan adlandıran elmi yanaşmayla ziddiyətdəymiş kimi görünür. Biz bilirik ki, sənin sağlamlığın üçün digər insanlara bağlı olmaq həyati əhəmiyyətlidir; onlarsız sən tənəzzül edə və tezliklə ölə bilərsən. Öz növbəsində

Buddizm isə irəli sürür ki, güclü bağlılığa əsaslanan münasibətlər problematik ola bilər, xüsusən ona görə ki, bağlılıqlar bizim özümüzü və başqaları daha aydın görməyi çətinləşdirir.

Lakin qəribə də olsa, Buddist düşüncə həm də təzəlikcə ortaya çıxmağa başlayan münasibət elmində də öz əksini tapdığı kimi sağlam münasibətlər qurmaq və saxlamaq üçün bəzi maraqlı məsləhətlər də irəli sürür.

İlk məsləhət: partnyorunu maddiləşdirmə. Dostunun partnyoru barədə elədiyi belə bir şikayəti eşitməmiş olmazsan: “O mənim düşündüyüm kimi bir adam deyilmiş”, “O tamamilə dəyişib”. Buddizmə görə, sənin dostun ona görə iztirab çəkir ki, özünü maddiləşdirdiyindən partnyorunu da maddiləşdirib. Bu hamının bildiyi əhvalatdır. İki insan rastlaşır, bir-birini tanımağa başlayırlar və bu biliyin əsasında onlar bir-birlərinə qarşı güclü hisslər bəsləməyə başlayırlar. Nevrologiya elminə görə, bir başqasına bəslənilən güclü duyğular həmişə o insan barədə beyində olan inanclarla müşayiət olunur. Nevroloqların proqnoz kimi adlandırdıqları bu inanclar filterə bənzəyir, bu filterin vasitəsilə sən öz ehtiyacların nöqteyi nəzərindən o insanı tanıyır və təcrübədən keçirirsən. Bu cür filterlər səni və partnyorunun uydurma kimliyini maddiləşdirməkdən ötrü sənə yön verir.

Buddist fəlsəfə başqa bir yol təklif edir. Coşğunluğu, arzunu, hisslərin intensivliyini başqa insanı – dəyişməz mənlik olmayıb həminki situasiyada bir fərddir - tanımaqdan ötrü cilovlaya bilsən, onlar o qədər də pis şey deyillər. Qoy hisslərin coşğun olsun, ancaq partnyorunla bağlı o hisslərin müşayiət etdiyi hekayəni bir kənara qoy (bu o deməkdir ki, proqnozlara müqavimət göstər). Əksinə, bu hisslərə partnyorunun bu dəqiqədə, bu anda kim olduğunu bilməkdən ötrü bir siqnal kimi bax. Yeni bir şey öyrənməyə açıq ol (yaxud nevroloqların dediyi kimi, “proqnoz səhvini” öyrən).

Münasibət elminə görə, sən və partnyorun bir-birinizə qeyri-real pozitiv nöqteyi nəzərdən baxırsınızsa, romantik münasibət daha sağlam olur. Pozitiv illuziyalar adlandırılan bu fenomen sənin partnyorundakı pozitiv keyfiyyətləri şişirtməyi, hətta təsəvvür etməyi ehtiva edir. Nə qədər qəribə olsa da, pozitiv illuziyaların sağlam münasibətləri gücləndirəcəyinə dair dəlil mövcuddur.

Bir-birlərini ideallaşdıran cütlüklər münasibətdə daha məmnun olurlar.

Buddist baxışa gəldikdə isə, bu cür illuziyalar adətən sənin maddiləşmiş məninin qarmalamaq ehtiyacından yaranır. Uzunmüddətli perspektivdə bu illuziyalar qeyri-real gözləntilərə və məmnuniyyətsizliyə səbəb ola bilər. Bunun əksinə, çalış pozitivə illuziyaya qapılmadan əməl et. İnsanlar özlərində olmayan məziyyətlərin həyat yoldaşlarında olduğunu görəndə evlilikdə daha məmnun olurlar. Bunu görməkdən ötrü ən rahat yol partnyorunun hərəkətlərini xeyirxah işıq altında görməkdir.

Məsələn, tutalım sənin həyat yoldaşın detallara o qədər də fikir vermir, şey-şüyü soyuducuya digərlərinin əziləcəyinə fikir vermədən dürtür. Sən bu davranışı səni narahat etdiyinə görə axmaqlıq kimi qəbul edə, ya da hətta pozitiv illuziya kimi qəbul edə bilərsən (“O, dalğın dahidir”). Ya da bunu şəfqət nöqteyi nəzərindən qəbul edə bilərsən: sənin həyat yoldaşının fikri çox məşğuldur, ya da yaşlanır. Sən hətta həyat yoldaşının diqqətsizliyini pozitiv keyfiyyət kimi də görə bilərsən.

Sən partnyorunun hərəkətlərinə mərhəmət işığı altında baxanda, uydurma yaratmış olmursan, sadəcə olaraq onun davranışlarının arxasındakı müxtəlif ehtimalları qəbul edirsən. Lalə kimi sənin partnyorun da daim dəyişkəndir.

Dava eləməkdən imtina edəndə, münaqişə səngiyir və inkişaf üçün imkanlar yaranmağa başlayır.

Amma sən və partnyorun arasındakı problemlər soyuducudakı yerdən daha ciddidirsə, necə olsun? Partyorun sənin incitmək məqsədli, hətta başını bulamağına səbəb olacaq sancılı sözlər deyirsə necə? Birincisi və ən vacibi, sən fiziki cəhətdən təhlükəsizlikdə olduğuna əmin olmalısan. Buddist baxış belə məqamda heç vaxt sayıq dayana bilməzdi. Sonra da, buddist belə bir perspektivi də irəli sürərdi. Zorakı davranışa əl atan partnyorlar hansısa məqsədə nail olmağa çalışırlar, əksərən istəkləri özlərini daha yaxşı hiss etmək, özlərinə inamı gücləndirmək və özünü maddiləşdirməkdir. Onlar özlərinin iztirabından necə qurtulacaqlarını bilmirlər. Əgər onların aqressiyasının arxasında duran səbəbi bilsəniz, onlara mərhəmət və empati göstərmək asan olur. Mərhəmət o deyil ki, sən döyülən yastıq olmağa icazə verirsən. Amma bu sənə imkan verir ki, özünü və başqalarını bundan sonra necə incidilməkdən qurtulmağa yollar tapasan.

Bu mənada 2017-ci ilin Dekabrında çox nümunəvi hadisə baş vermişdi, Ceremi Camrozi Tvitterdə aktrisa Sara Silvermanı “qəhbə” adlandırmışdı. Ona qəzəblə cavab vermək əvəzinə, Sara mərhəmətli reaksiya göstərmişdi. O, Cereminin Tvitter hesabına daxil olmuş və onun kəskin ağrıdan dolayı zorakı olduğunu anlamışdı. Aktrisa onunla söhbətə başlamış, adam üzr istəmiş, Silverman da ona xəstəliyi ilə bağlı mütəxəssis tapmağa kömək etmişdi. Əhvalat davam elədi, Camrozi 150 dollarlıq tibbi müalicəsi üçün ianə kampaniyası başlatdı. Sonda 4500 dollardan çox ianə yığıldı, səbəb də o idi ki, Silverman təhqirin arxasındakı hissləri anlamağa çalışmışdı. Dava üçün iki tərəf lazımdır, əgər sən davadan imtina etsən, münaqişə səngiyir və inkişaf üçün imkanlar yaranır.

Əlbəttə, insanların çaş-baş qaldıqları situasiyadan çıxarmaq üçün mərhəmət bəzən kifayət etmir. Müdriklik bir münasibəti bitirməyin artıq vaxtı olduğunu dərk etmək deməkdir. Buddist yanaşma qəzəblənmədən və kin saxlamadan ayrılmaq deməkdir.

Bir digər insanın perspektivindən qəzəb cahilliyin bir növüdür. Əgər sən qəzəbini sayıqlığınla yatışdıra bilmirsənsə, onda ən azından özünə biraz mərhəmət göstərməyə çalış.

 

Buddizmdən ilhamlanmış digər bir məsləhət də odur ki, sağlam münasibət istəyirsənsə, partnyoruna özünün nöqteyi nəzərindən baxma. Sən çox güman dünyanın öz ətraflarında fırlandığını düşünən insanlar tanıyırsan. Onlar başqaları üçün nəsə edirlər, çünki bununla istədiklərini edə bilirlər. Məsələn, əgər sən iş təklifi almısansa, partnyorun daha yuxarı əməkhaqqı sövdələşməsi üçün sənə təsir göstərə bilər, amma o, bunu sənin xoşbəxtliyin naminə deyil, səni evə pul gətirən kimi görür deyə edir. Partnyorun özünü maddiləşdirir deyə, sənə bir obyekt kimi davranır. Sağlam münasibətdə isə partnoyun səni öz hissləri, düşüncələri, təcrübələri və ehtiyacları olan bir insan kimi görür. Əgər iş səni qane edirsə, az qazanmaq da normaldır. Münasibət alimlərinin cavab reaksiyası adlandırdığı bu düşüncə tərzi sənə olan şəfqəti göstərir, nəticə etibarilə də partnyorunun iztirabını azaltmış olur.

Buddist ideyalarından ortaya çıxan üçüncü məsləhət odur ki, münasibətlər sinxron olan iki insan tərəfindən qurulur. Birgəlik adlandırılan Buddist konsepti (yaxud ortaq karma) bu mənaya gəlir ki, iki insanın ortaq niyyətləri və ortaq nəticələrə səbəb olan davranışları var. Münasibət elmində isə birgəlik qarşılıqlı asılı məqsəd adlandırılır.

Birgəlik romantik münasibətlər üçün faydalıdır. Məsələn, tutalım partyorun arxadan gəlir və əllərini çiyninə qoyur. Ola bilsin, bu jest o deməkdir ki, o səninlə birgə olduğuna görə minnətdardır, ya da sadəcə sənə yaxın olmaq istəyir. Bu sadəcə seksə dəvət də ola bilər. İstənilən halda, əgər sən və partnyorun bu mənada razısınızsa – minnətdarlıq, yaxınlıq, ehtiras – siz münasibətinizi birlikdə inşa edirsiz. Nevrologiyaya görə, birgəlik o deməkdir ki, sənin və partnyorunun beyinlərinin ortaya çıxardığı proqnozlar hazırkı anda uzlaşırlar.

Birgəlik birlikdə hekayə yaratmaq deməkdir, sizin təkcə bir aktyordan daha artığı olmaqla bir-birinizin hekayənizdə olmağınız deməkdir.

Lakin əgər partnyorun da səni maddiləşdirirsə: minnətdar olmaqdansa yiyələnirsə, yaxud əlaqədə olmaqdansa, səni obyektləşdirirsə, razılaşma kifayət deyil. Öz-özlüyündə bunların sizinlə bir əlaqəsi yoxdur, sizin partyorunuzun qızğın istəkləriylə də bir əlaqəniz yoxdur. Hətta əgər siz bununla razılaşırsınızsa, münasibətiniz təhlükədədir. Birgəlik birlikdə hekayə yaratmaq deməkdir, sizin təkcə bir aktyordan daha artığı olmaqla bir-birinizin hekayənizdə olmağınız deməkdir.

Həmkarım Kristi Uilson-Mendenhalla birlkdə biz Viskonsin-Medison Universitetində və Paul Kondonla Cənubi Oreqon Universitetində Buddizm, bağlılıq və bədən büdcəsi əlaqələrini araşdırmaq üçün cütlükləri tədqiq edirik. Cütlüklər bir-birləriylə əlaqədə olarkən bir-bilərini an etibarilə nə qədər əziz tuturlar? Onlar bir-birlərinə ürəkdən nəvaziş göstərəndə, bu daha çoxmu mərhəmətə, şəfqətə və sağlam münasibətə səbəb olur? Bu proses zamanı onlar bir-birinin bədən büdcəsini balanslaşdırırlarmı?

Bizim tədqiqatlarımız bitənə qədər Buddizm mənalı münasibətlər qurmaq və saxlamaqdan ötrü maraqlı ilham mənbəyi olaraq qalacaq. Markusun dediyi kimi: “Sən öz-özünə “özün” ola bilməzsən”.

bilge.az

 


Etiket:
Xəbərlər

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023
Bütün xəbərlər