Şəfaqət Cavanşirzadə

15:43 / 22.02.2019
Baxılıb: 3980

Ölümə gedən ümidlər

(hekayə)

Tez-tez yorulmağımı, halsızlığımı, bir ayda on kilo çəki itirməyimi altmış üç yaşın xəbər verdiyi qocalıq əlaməti kimi qəbul edirdim. O günə qədər ki, oğlum tibb universitetini yenicə bitirmiş xanım qız dostunu bizə qonaq gətirənəcən...

Aygün adlı xanım qızın dediyinə inansaq, onu qarşılayan mən qocanın görünüşü elə qapının ağzında diqqətindən yayınmayıb. Hiss edirdim, süfrədə də tez-tez mənə baxırdı. Arada oğlum Raufla baxışırdılar, sevgi baxışı deyildi bu... Sən demə, mənim haqqımda səssizcə danışırmışlar. Çox keçmədi, xanım qızın gəlişinin səbəbini anladım. Evdəkilər həkimlərə qarşı laqeyid, inamsız, bir az da tərs olduğumu bildiklərindən, məni həkimin yanına aparmaqdan əllərini üzmüşdülər, gələcəkdə həkim olacaq bu qızı ayağımacan gətirmişdilər.

Qonaqlıq yaxşı keçdi. Gedənə yaxın Aygün xanım təcrübə keçdiyi Mərkəzi xəstəxanada müayinədən keçməyim üçün ağzımdan söz aldı:

- Sizin haqqqınızda Eldəniz müəllimlə danışmışam. Gözləyəcəm, gələrsiz. Ümid edirəm, məni pərt eləməyəcəksiz.

Təəccübləndim ki, bu qızı niyə pərt eləməliyəm; - Pərt səni istəməyən olsun, qız. Pərt niyə olursan onu başa düşmədim.

Aygün xanım başıyla oğluma işarə elədi: - Siz gəlin, mən sizə deyəcəm. Gələcəksiz?
Qıza lap minnət elədim: - Daha sənsən, gələrəm.- qız da, evdəkilər də gülüşdü.

Daha ağzımdan söz çıxmışdı. Getməyə məcbur idim. Qoca yaşımda yalan danışmaq mənə yaraşmazdı. Oğlum qız dostunu ötürmək üçün evdən bir çıxdılar.

İki gündən sonra oğlumla xəstəxanaya getməli olduq. Xanım qız bizi yaxşı qarşıladı. Qandan, tüpürcəkdən analizi də o götürdü. Birlikdə baş həkim Eldəniz bəyin otağına getdik, tanış olduq. Yarım saatdan çox oturmağa hövsələm çatmadı. Baş həkim hər söhbət başı mənə xatırladırdı; yaşınızı nəzərə alın, yaşınızın təhlükəli vaxtlarıdır, İstirahətə gedin, dincəlin və s... O qədər danışdı ki, az qala yaşımdan da, qocalığından da iyrənirdim...
Sonunda analizlərin cavabını gələn həftə götürə biləcəyimizi söylədi.

Axşam oğlum yola çıxmalıydı, rayonların birinə komandirovkaya gedəcəkdi. “Hazırlıq görməliyik” bəhanəsiylə həkimlə sağollaşdıq, otağından çıxdıq. Oğlum dilə gəldi:
- Yazıq bunun əlinin altındakı işçilərin halına. Dayanmır rəhmətliyin oğlu. Elə bil, dilini matora qoşublar.

Bir-iki addım oğlumdan tez gedirdim: - Yazıq Aygün qızımız. Həkimlər onsuzda çox danışırlar.

Oğlum astaca güldü: - Sən ki, indi həkim görürsən. Harda həmsöhbət olmusan?

- Düz deyirsən, o vaxt həkim yoxuydu, ha!... – Zarafatyana verdiyim cavab oğlumun xoşuna gəlmişdi.

Həftənin ilk günü ağır addımlarla səhər-səhər xəstəxanaya gəldim. Əvvəllər ruhumun dincəlməyi üçün Xəzərdə balıq ovuna gedərdim. İndi yadırğamışam. Sabahdan köhnə vərdişimə davam edəcəm.

Həkimin qapısını döydüm. Qapıdan içəri girəndə həkimin yanında uzun, sıx kiprikləri arasından süzülən göz yaşlarını yanaqlarından silən qız məni görəndə üzünü yana çevirdi ki, ağladığını görməyim. Əlbəttə, bu mənə bir az qəribə gəldi. Həkim mənimlə əlnən görüşdü, qızla üzbəüz olan oturacaqda yer göstərdi. Mən qızı özüm üçün müşahidə edəndə həkim qıza məsləhətlərini verirdi: - Ümidsiz olub müalicəni yarımçıq saxlamaq düzgün deyil. Valideyinlərinizdən xəstəliyinizi gizlətməklə yaxşı iş görmürsüz.

İncə, rəngsiz dodaqlarının arasından çıxanları güclə eşidirdim: - Valideyinlərim onsuzda öləndə biləcəklər. İndidən onları pis etməyin nə mənası var?

Həkim yavaş-yavaş əsəbləşirdi: - Mənası odur ki, yanınızda olacaqlar. Nahaq ümidsiz danışırsız. Ölüm ayağında olan xəstələrim olub ki, bir balaca işığı da özlərinə ümid biliblər. Yaşlarıda ki, səksəni keçib.

Qız ayağa qalxdı: - Bizə aldadıcı ümidlər lazım deyil. Məni aldatmayın.Rəfiqəm də bu xəstəlikdən öldü. Dünyanın o başınacan getmişdi. 

Həkim də ayağa qalxdı: - Daha nə deyim. Zəmanə gəncisiz, söz eşitmirsiz. Ümid həmişə var.

Qız: - Ehtiyacım yoxdur daha. Sağ olun.

Qız otaqdan çıxdı. Təxminən yaşı iyirmi ikiyəcən olan qızın məni görməməzlikdən gəlməsi qətiyyən mənə təsir etmədi. Bizim vaxtımızda özümüzdən böyük içəri daxil olanda, tanıdıq-tanımadıq, harda oldu, ayağa qalxırdıq.

Həkim qızdakı bəd xəstəliyi deyənəcən böyük-kiçik söhbətini beynimdə çox saf-çürük elədim. Gənc qızın yaxasından mən yaşda olan qocaların da qorxduğu bəd xəstəlik yapışmışdı.

Qızın xəstəliyi öz dərdimi unutdurmuşdu. Müharibə,qan görmüş adamıydım. Döyüşün qızğın yerində nəfəsini tapşıran yoldaşlarının bir əlində avtomat, bir əliylə açıq gözlərini bağlayan adamı altmış üç yaşında hansı xəstəlik qorxuda bilərdi?

Həkim xəstəliyimi deyəndə, səmimiyyətimə inansaz da olar, inanmasaz da, qətiyyən üzümdə heç bir dəyişiklik olmadı. Təkrarçılıq olmasın, müharibədə qanlardan yaranan gölməçələrdə ayaqları batan adamam.

Düzdür, altmış üç yaş da həyat ömrü üçün çox yaş sayılmaz. Nəticədə, ortada bir həqiqət var. Tez evlənmişəm, kiçik oğlumdan başqa bütün uşaqlarımı yerbəyer eləmişəm, çox güman, dostu kimi təqdim etdiyi həkim qızla evlənəcək, nəvələrim var. Bütün arzularına çatan adam üçün daha bundan sonra can sağlığı ola, ya olmaya, onun üçün fərqi yoxdur. O qız isə...

Həkimdən analizlərimin cavabları yazılmış vərəqi götürdüm, sağollaşıb çıxdım. Dayanacağa kimi gəldim. Avtobusumu gözləyəndə gözüm bəyaq həkimin yanında gördüyüm qıza sataşdı. Gözlərini bir nöqtəyə zilləmişdi. İçimdə baş qaldıran xoşagəlməz hisslər məni boğurdu. Hisslərimin ardınca getdim, yavaş-yavaş qıza yaxınlaşdım. Yaxşı ki, həmişə məni çətinliklərdən xilas edən hissim burda da məni yanıltmadı. Qızın qolundan tutmasaydım, qarşıdan gələn avtobusun altına özünü atacaqdı. Eldəniz həkim əsəbləşməkdə haqlıydı. Bu qız əsəbləri sim kimi dartacaq adamıydı: - Nə iş görürsən ay qız? 

Camaatı niyə zibilə salırsan?

Qız qolunu çəkməyə çalışırdı: - Sən kimsən? Əlini çək.

Şükür, qız səsini yüksəltmədi, üstümə qışqırıb ətrafdakılara məni biabır eləmədi. Qızın qolunu buraxmadım, ikimiz də dayanacaqdan uzaqlaşdıq: - Yekə qızsan, bu nə hərəkətdir edirsən? Xəstəlikdir də, gör, mən özümü öldürürəm?

Qızın qolunu buraxdım, diqqətlə üzümə baxdı: - Siz həkimin yanındakı kişi deyilsiz?

- Hə, babayam. Eyni dərdin adamlarıyıq. Sənə baxanda ölmək fikrim yoxdur.

Qız ətrafına baxdı: - İmkan verdiz, axı!...

Qıza təklif elədim ki, parkda bir yerdə oturaq. Razılaşdı, oturduq: - Sənə təsəlli vermək fikrim yoxdur. Onsuzda xeyri olmayacaq. Öz bildiyini edənlərdənsən.

Qız gözlərini yerdən çəkmirdi, sağ ayağındakı ayaqqabının burnunu yerə sürtürdü: - Onsuzda öləcəyəm.
Bilmədim nə cavab verim: - Mən də.

Qız təəcübləndi: - Sizdə də o xəstəlikdən var?

- Nədi? Dünyanı tutub getməyəcəm ki!...Əvvəl-axır mən də ölməliyəm, ya yox? 

Qız ümidsiz cavab verdi: - Mənim heç iyirmi bir yaşım tamam olmayıb.

Belə olmazdı. Gərək qızın başını qataydım, azda olsa həyat eşqini oyadaydım, birtəhər müalicə almağa razı salaydım: - Balıq tutmaqla aran necədir?

Maraqla üzümə baxdı. Təsəvvür edirdim nə düşünür. “ Bu kişinin başı xarabdır. Mən hə hayda, bu nə hayda”
Söhbət əsasında valideyinlərinin Rusiyada yaşadıqlarını, özünündə əmisigilə qonaq gəldiyini öyrəndim. Sonra mən suallar verirdim, o cavablayırdı. Birdən-birə ağladı, göz yaşları solğun rəng almış, daha çox ölü rənginə bənzəyən yanaqlarında özünə yol açdı. Onu birtəhər sakitləşdirdim.

Çətin idi!... Sağalması möcüzə olan, adının səndə ikrah yaratdığı xəstəliyin səni günü-gündən zəiflətdiyindən zövq aldığını, canına,qanına qədər işləməsini görmək, çarəsiz qalmaq, sadəcə, ifadə edəbilməyəcəyimiz əzab idi. Əzab!...

Doğmalarını xəstəliyindən xəbərsiz qoyması da böyük ürəyə sahib olmaq demək idi.

Adının Samirə olduğunu söyləyən, qısa müddətdə dərd yoldaşım olan qızcığazla bir həftə Xəzərdə balıq ovuna çıxdıq. Tutduğum balıqlar tərpəndiyindən Samirə ilk günlər onları əlinə götürməyə qorxurdu. Həftənin axırıncı günü isə, tamam başqa cür hərəkət etdi. Vedrənin içində sussuz çabalayan bir-neçə balığı üzümə gülə-gülə bir-bir götürüb dənizə tulladı. Təəccüblənmədim, səbəbini soruşmağa da ürək etmədim. Suallarla dolu baxışlarıma gülümsədi: - Neçə gündür məni bura balıq tutmaq bəhanəsiylə gətirmisiz ki, müalicə olunmağa razı salasız. Guya bilmirəm?

Haqlı idi...Balıq tutmaqdan çox onu dilə tuturdum. Samirə davam edirdi: - Bağışlayın ki, balıqlarınızı dənizə atmalı oldum. Fikirləşdim ki, əgər öləcəyəmsə, gərək yaxşı nə isə edim. Əlbəttə savab qazanmaq üçün yox. Daha gecdi.

Samirəni möhkəm öskürək tutdu: - Bircə öskürmək olmayaydı. Sinəmi göynədir.

Deyəsən, əlvida vaxtıydı. Bu dəfə hiss etdiklərim xoşuma gəlmirdi. Ürəyim yanırdı, onu yenə dilə tutdum: - İradəli olmalısan. Ölümə qarşı mübarizə aparmamaqla özünə qəsd arasında heç bir fərq yoxdur. Tərslik eləmə.

Başını yelləyirdi, nə deyirdimsə üzümə gülümsəyirdi. Faydası yoxuydu. Deyəsən, mənə qalib gəlmişdi. Ona müharibədə cavan itirdiyim əsgər yoldaşlarımdan bəhs edirdim. Özümdən asılı olmadı, ona gənc yaşda ölməyin xeyrindən də sayıqlayırdım. Gənc yaşda ruhun bədənindən ayrılırsa, artıq dövranını sürmüş qoca kişidən hardasa şanslısan. Kiçik səhvlərdən böyük səhvlərə addım atmırsan. Yaradanın səni bağışlamaq şansı böyükdür. Təbii, gənc yaşda böyük günahlara qol qoymamısansa!...

Qısası, boyumuza qədər ölçülən kəfənə bükülərək torpağın qoynuna verilməyin ölüm olmadığını izah edirdim. Danışdıqca məyusluqdan və kədərdən yorulduğumu hiss etdim, susdum.

Üzümə baxdı,gülümsədi: - Balıqlara görə məndən incimədiz?

Dəli gülmək tutdu məni: - Cəhənnəmə olsun, balıqlar. Elə onlar da sənin tayındı. Hər dəfə bilə-bilə ölümə tərəf gəlirlər.
Dediklərimi sakit qarşıladı: - Əsas odur, bir gün artıq yaşayacaqlar. Bir gün də olsa, mənə duaçı olacaqlar. Bəlkə, çox yaşadım.

Axırıncı cümlədən zarafat etdiyi aydınıydı. Qırışmış, damarlarının göründüyü əlimdən tutdu: - Xahiş edirəm, mənə görə narahat olmayın. Onsuzda görüşəcəyik.

Susmağa məcbur oldum.Danışsaydım uşaq kimi ağlayacaqdım...

O gündən sonra Samirəni heç vaxt görmədim. Üç ay keçdi. Dəfələrlə güzgü qabağında gözlərimin içinə baxırdım, ürəyimdə özümü çox danlayırdım, özüm-özümə eyni sualları verirdim: - Fərsiz qoca, niyə qızın ünvanını xəbər almadın? Niyə nömrə istəmədin? Hardadır? Ölübmü,sağdırmı? Sağdırsa, balıq tutduğum sahilə niyə gəlmir? Biz görüşəcəyikmi?

Və Samirəyə qəsdən deməmişdim: - O zəhrimar mənim də canımdadır!...


Etiket:
Xəbərlər

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025
Bütün xəbərlər