Kinomuzun Ceyhun Mirzəyev məqamı

21:24 / 05.03.2019
Baxılıb: 2722

Bir çox kino adamları "kino mənim həyatımdır" deyə bilərlər: bu sənəti həyatı qədər sevdiyindən, yaxud kino aləminə ömrünün ən yaxşı illərini bağışladığından. Ceyhun Mirzəyev də belə deyirdi.

Amma onun bizim gördüyümüz, bildiyimiz həyatının bütün məqamlarının başlıca özgünlüyü olan səmimiliyinin nagahani təsirliliyi bu deyimə ayrı bir ahəng verirdi; onun çəkiliş meydançasında ilk iştirakı 1 yaşında ikən baş tutmuşdu. 1 yaşlı oğlan uşağının dil açar-açmaz poetik parçalar söyləmək bacarığını görən kino işçiləri Ceyhunu İ. Piryevin "Sibir torpağı haqqında dastan" filminin çəkilişlərinə aparıblar. Bundan sonra biz kinosevərlər onu tez-tez görməyə başladıq - "Koroğlu", "Əsl dost", "Bir məhəlləli iki oğlan", "Cazibə qüvvəsi", "Görüş", "Ögey ana", "Yenilməz batalyon", "Lətifə", "Yol əhvalatı" və s. Tez də itirdik. İlk rejissor işi həm də sonuncu oldu - "Fəryad" filminin sarsıntısı iliyə elə işlədi ki, çox keçmədən o fəryad Ceyhun Mirzəyevin bu dünyanı qəfil tərk etməsinin onu sevənlərin qəlbində qopardığı fəryada qarışdı.

Dosye: Ceyhun Cəmil oğlu Mirzəyev 9 aprel 1946-cı ildə Ağdamın Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini (Rza Təhmasibin kursu) bitirib. Təhsilini Moskvada təkmilləşdirib. Lap kiçik yaşlarından kinoya gəlib - əvvəlcə rollarla, sonralar isə assistent, rejissor köməkçisi, aktyor və rejissor kimi. Duzlu, sərrast süjetlər çəkdiyi "Mozalan" satirik kinojurnalının bədii rəhbəri də olub. Parodiyaçılıq qabiliyyəti çox güclü imiş. Hətta "Mozalan"ın mozalan vızıltısını da o, səsləndirib. Filmoqrafiyasına "Axırıncı aşırım", "Bəyin oğurlanması", "Cazibə qüvvəsi", "Dəli Kür", "Ən vacib müsahibə", "Əsl dost", "Fəryad", "Görüş", "İşarəni dənizdən gözləyin", "İstintaq davam edir", "Koroğlu", "Qanlı zəmi", "Qanun naminə", "Qara qağayı" ("Lenfilm"), "Lətifə", "Mateo Falkone", "Ögey ana", "Snayperlər" ("Mosfilm"), "Yenilməz batalyon", "Yol əhvalatı" və s. kimi ekran əsərləri daxildir.
 

C.Mirzəyevin ömür-gün yoldaşı Lidiya Qriqoryevna:
 

"O, "Fəryad" fimini təkcə film kimi çəkmədi, faciənin dəhşətini hiss edə-edə xalqın, vətənin dərdini çəkdi. Özünə əziyyət verirdi, çox sarsılırdı. Çəkilişlər Goranboyda aparılırdı. Qayıdandan sonra aldığı qonorarı qəpiyinəcən Xocalı qaçqınlarına paylamışdı. Ceyhun başqa cür hərəkət edə bilməzdi. Yoldaşları danışırdılar ki, çəkilişlərdə ürək dərmanlarının hesabına özünü saxlayırdı. Özü də epizodlarda texnikanın da təbii olmasına çalışırdı, insanların da. Ermənilərin onun qəhrəmanını döyməsi kadrları çəkiləndə təkid edirmiş ki, əməlli-başlı döyün, yalandan görüntü yaratmayın".
 

Valideynləri
 

İndi çoxları özünün, ailə üzvlərinin kommunist keçmişini etiraf etməkdən çəkinir. Tərcümeyi-halının bu səhifəsini ondan imtina edəcək dərəcədə ayıb sayır. Lakin məgər "sosializm", "proletarlar", nəhayət, sovet adamının ən yüksək keyfiyyət göstəricisinin təyini olan "kommunist" anlayışları təkcə bir qisim insanlaramı aiddi? Əlbəttə, yox. Kitablarda yazılan, qəzetlərdə təbliğ edilən sözlərin, şüarların əmələ, gerçəyə çevriləcəyinə inananların aldanışı hər halda onların günahı deyildi.

Ceyhun Mirzəyevin atası Cəmil Camal oğlu Mirzəyev sovet hökumətinin ilk illərində göstərdiyi xidmətlərə görə Qırmızı Əmək Bayrağı Ordeni ilə təltif edilmiş ilk azərbaycanlı orqan işçisi idi. Şuşa realnı məktəbində və Gəncə zabitlər məktəbində təhsil alıb. Azərbaycan Demokratik Respublikasının milli ordusunda zabit kimi xidmət edib. Sovet dövründə, yəni 1921-1938-ci illərdə Azərbaycan Fövqəladə Komissiyasında, milis, cinayət-axtarış orqanlarında məsul vəzifələrdə çalışıb. 1938-ci ildə qanunsuz əmrləri yerinə yetirmədiyinə görə orqan işçisi sıralarından kənarlaşdırılıb. 1951-ci ildə vəfat edib. Bu məlumatı diqqətinizə çatdırmaqda məqsədimiz "ot kökü üstə bitər" atalar sözünün və təbii ki, düzgün tərbiyənin gerçək timsalını bir daha vurğulamaqdır.
 

Ceyhun 3 yaşında ikən atasını itirib. Milliyyətcə gürcü olan anası Marqarita xanım oğlunun kiçik yaşlarından çəkiliş meydançasında özünü suda balıq kimi hiss etdiyini sezib (şübhəsiz ki, yaradıcılığa, incəsənətə daha güclü meyli ilə seçilən gürcü genlərinin təsiri öz işini görüb), onun gələcək yaradıcılıq yoluna dayaq olmuşdu.

 
Lidiya Qriqoryevna: "Nəinki işlərində, anası Ceyhuna həyatının bütün məqamlarında ruh verirdi. Ceyhun atasını itirəndə çox balaca olub. Onun o cür geniş qəlbli, son dərəcə vətənpərvər insan kimi böyüyüb boya-başa çatmağı, təbii ki, anasının düzgün tərbiyəsinin nəticəsidir".
 

Allah adamı
 

Deyirlər, dünyasını erkən dəyişən adamlar Allah-təalanın sevdiyi, Yerdəki dünyada yaşadığı ömür ərzində davranışını bəyəndiyi bəndələridir. Bəlkə də bu, bir təsəllidir. Amma "deyirlər" kəlməsi ilə başlanan bütün mətləblərdə iki eyni təsir qüvvəli məna gizlənir. Biri odur ki, bu kəlmə mətləbin nəsillərdən-nəsillərə, ağızdan-ağıza keçib-gəldiyini bildirir. Digər mənadan isə bu deyim ətrafında düşüncələrimizin ənginliklərinə baş vurmaq məqamı boylanır.
 

Lidiya xanım deyir ki, Ceyhun Allah adamı idi... Bu cəhəti sezmək onu yalnız filmlərdə görən adi tamaşaçı üçün də çətin deyildi. Çünki tamaşaçı Ceyhun Mirzəyevin evində üç səmavi dinin üçünə də aid müqəddəs kitabların - Tövratın, İncilin və Qurani-Kərimin - olmasından xəbərsizdi. Bu, heç əsas da deyil. Əsas olan Ceyhun Mirzəyevin gözlərindəki, bütün davranışındakı səmimilik idi. Bu səmimilik elə qüdrətli dərəcədə idi ki, qarşısındakı ən alçaq xislətli insanı belə tərk-silah etməyə qadir idi.
 

Lidiya Qriqoryevna: "1988-ci ildə ermənilər azərbaycanlıları Qərbi Azərbaycandakı ata-baba yurdundan deportasiya edəndə Ceyhun deyirdi ki, gör, bu insanlar necə bütöv şəxsiyyətdirlər ki, ermənilərin içində baş çıxarıblar. Bu hadisələr onu elə sarsıtmışdı, xarakterindəki fədakarlıq, millilik, vətəndaşlıq xüsusiyyətlərini elə üzə çıxarmışdı ki, bütün fikri-zikri yalnız cəbhədə idi".
 

Ailədəki Ceyhun Mirzəyev
 

Lidiya xanım deyir ki, Ceyhun Mirzəyev ömür-gün yoldaşı, ata, ailə başçısı kimi olduqca istiqanlı adam idi.
 

"Qonaq qəbul etməyi çox sevirdi. Özü də deyirdi ki, Lida, evdə yeməyə-içməyə nə varsa, hamısını gətir, süfrəyə qoy. Ceyhun ya ailəsini dostlarına, ya da dostlarını ailəsinə qurban verən kişilərdən deyildi. Ən yaxın, ən sadiq dostları rəhmətlik Səməndər Rzayev idi, bir də Fuad Poladov. Dostlarına da, ailəsinə də eyni dərəcədə diqqətli idi. Ümumiyyətlə, hamıya diqqət ayırmağı özünə borc bilirdi. Kinostudiyadakı qızlar danışırlar ki, hər il 8 Mart bayramında yalnız Ceyhun bütün qadın əməkdaşları çiçəklə təbrik edirdi. O, başqalarına, ümumi rifaha münasibətdə o qədər diqqətli idi ki, dövlətin çəkiliş üçün ayırdığı vəsaitə qənaət edirdi. Gözəlliyi sevirdi. Məni, qızımız Cəmaləni həmişə geyimli-kecimli, baxımlı, yaxşı əhvalda görmək istəyirdi. Biz tanış olanda onun 18 yaşı var idi, mənim isə 17. Buraxılış gecəsində bir-birimizi görmüşdük. Yeddi ildən sonra tamamilə təsadüfən yenidən görüşəndə o, artıq məşhurlaşmış, hətta bir qədər ədalı olmuşdu. İlyarımdan sonra, 1973-cü ildə evlənməyə qərar verdik, başa düşdük ki, bu, taledir. Ceyhun ev-eşiyinə çox bağlı adam idi. Heç yerdə uzun müddət qərar tuta bilmirdi. Evdə bitkilərin, müxtəlif canlıların olmasını, onlara qulluq etməyi xoşlayırdı".
 

"Kino mənim həyatımdır"
 

Lidiya xanım danışır ki, Ceyhun Mirzəyev üçün kino həm sevib-seçdiyi peşə, həm də həyatının ən munis anlarını yaşaya biləcəyi məşğuliyyəti, sənəti idi. Yeri gəldikcə də məqaləmizin yarımbaşlığındakı sözləri sonsuz vəcdlə söyləyirmiş.

Böyük Vətən Müharibəsi qəhrəmanı Aliyə Moldaqulovanın rəşadətindən danışan "Snayperlər" filmində Moldaqulovanın dəstəsində siyasi bölmənin rəhbəri olmuş Salayev rolunda çəkilmişdi. Salayevin anası oğlunun obrazını ekranda canlandırmış Ceyhun Mirzəyevə öz oğlu qədər bağlanıbmış.
 

Hərdən Yaradanın alnımıza nə yazdığından, yəni qismətimizin nə olacağından xəbərdar olmaq keçir ürəyimizdən.
 

1993-cü il martın 7-də Azərbaycan Televiziyası ilə efirə gedəcək verilişin titrinə necə olmuşdusa, "Ceyhun Mirzəyevin xatirəsinə" sözləri yazılmışdı. Halbuki həmin verilişi seyr etməyi verilişin qəhrəmanının özü də gözləyirdi. Bu da sənə alın yazısının bəlirtisi...
 

Lidiya Qriqoryevna: "Fevralın 28-də televiziya əməkdaşları veriliş hazırlamaq üçün evimizə gəlmişdilər. Martın 5-də Ceyhun telestudiyaya getmişdi ki, verilişin efirə veriləcək variantı ilə tanış olsun. Saat 8-i ötəndən sonra narahat olmağa başladım. O, heç vaxt o cür xəbər-ətərsiz yubanmazdı. Dostlarına, tanışlarına zəng vurdum. Sakitləşdirib dedilər ki, narahat olmayım, 8 Mart ərəfəsidir, yəqin, Cəmaləylə mənə hədiyyə seçir. Doğrudan da, hədiyyə üçün ayırdığı 250 rublu sonra cibindən tapdıq. (Lidiya xanımın səsi titrəyir, bir neçə saniyəlik pauzadan sonra sözünə davam edir). Sən demə, elə telestudiyada halı xarablaşıb, ürəyi dayanıb...
 

Onun vəfatından sonrakı illər ərzində dostlarından, tanışlarından çox az adam özünü Ceyhunun sağlığında olduğu kimi aparmaqda davam edir. Deməli, məhz onlar əsl dostlardır. Daha Ceyhuna öz xeyri xatirinə "dostumsan" deyənlərdən deyillər. Fuad Poladovdan çox razıyam. Həmişə tədbirlərdə, verilişlərdə məqam yarandıqca, yeri düşdükcə Ceyhunun adını çəkir, aktyor kimi, rejissor kimi, ən əsası da Dağlıq Qarabağ münaqişəsini əks etdirən ilk filmin rejissoru kimi xidmətlərindən danışır".
 

Yaxşı ki, valideynlərinə çox bənzəyən övladlar var. Ceyhun Mirzəyevin yeganə övladı Cəmalə zahirən də, anasının dediyinə görə, xasiyyətcə də, atasının eynidir. 2001-ci ildə Cəmalənin atasının xatirəsinə həsr etdiyi "Лишь бы свет талантов не угас" adlı poetik parçalar kitabı işıq üzü görüb.
 

Samirə Behbudqızı
Milli.Az


Etiket:
Xəbərlər

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023
Bütün xəbərlər