“Azərbaycanda erməni qırğınları və deportasiyaları” haqqında baxışların tənqidi təhlili                                                                                                                                

19:00 / 07.03.2019
Baxılıb: 2372

Erməni və ermənipərəst tarixşünaslıqda, həmçinin internet resurslarında Azərbaycanda erməni qırğınları və deportasiyaları haqqında yazıların dinamikası son zamanlar artmaqdadır. (7;8:9)  Bu yazılarda 1905, 1918 və 1980-ci illərin sonları-90-cı illərin əvvəllərində (Sumqayıt (1988, fevral), Bakı (1990-cı il yanvar), Çaykənd (1991, aprel-may) və s.) Azərbaycanda üç erməni qırğını haqqında iddia irəli sürülür.

Sonuncu qırğının ermənilərin deportasiyası ilə müşahidə olunması bildirilir. Bu baxışlar sistemli şəkildə bir araya gətirilərək, ermənilərin Azərbaycanda qırğınları və deportasiyası üzrə yeni konsepsiya kimi çıxış edir. Onun tərkibində 1992-ci il 26 fevral Xocalı hadisələrinə qədər 1905,1918 və 1980-ci illərin sonları- 90-cı illərin əvvəllərinə dair hadisələrdən bəhs edilərkən üstün yer tutan məzlum erməni obrazı (3;5. B.İşxanyanın kitabına rəy haqqında bax:4), yeni tipli qalib erməni obrazı ilə əvəz olunur və s.

Göründüyü kimi burada tarixi gerçəklik müasir geopolitik vəziyyətə uyğunlaşdırılır və yeni təbliğat sahəsi yaradılmasına cəhd edilir.

Erməni qırğınları kimi təqdim edilən hadisələr, əslində ermənilərin, 1918-ci ildən isə tarixi Azərbaycan torpaqlarında meydana gələn Ermənistan dövlətinin Azərbaycan xalqına qarşı ideoloji düşmənçilik və ərazi iddiaları nəticəsində meydana gələn müharibələrin tərkib hissəsidir. Bu ideoloji düşmənçilik erməni milli ideologiyasının tarixində xüsusi yer tutan şəxslərin (Gevond Alişan (1820-1901), Raffi (1835-1888) və b.) baxışlarında əksini tapmışdır. Hazırda Ermənistanda diqqət mərkəzində duran və qatı Azərbaycan düşmənlərindən olan Qaregin Njde (1886-1955) və Ayk Asatryan (1900-1956) tərəfindən formalaşdırıldığı bildirilən tsexakronizmdə (tsex-nəsil, qəbilə; kron-din, etiqad deməkdir. Erməni xalqının tarixi vətənində vahid erməni dövlətində birləşdirilməsini nəzərdə tutur) türk düşmənçiliyi nəzəri səviyyəyə qaldırılmışdır.

Bütün tarixi dövrlərdə bu müharibələrin təşəbbüskarları və başlayanı ermənilər olmuşdur. İlk geniş miqyaslı müharibə 1905-1906-cı illərə aiddir. Təsadüfi deyil ki, Rusiya imperiyasının rəsmi mövqeyinə baxmayaraq (bu hadisələr erməni-tatar (azərbaycanlı) toqquşması kimi qəbul edilmişdir), xalq bunu “erməni-müsəlman davası” adlandırmışdır. Tatixi faktlar sübut edir ki, 1905-1906-cı illərdə, növbəti dəfə 1918-ci ilin martında ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğın və soyqırım aktlarına baxmayaraq,  ermənilər qəti şəkildə dəf edilmişdir. 1918-ci ilin sentyabrında Bakının azad edilməsi ermənilər üzərində qələbənin əksi olmuşdur.

1988-ci ilin fevralında faktik olaraq Ermənistanın Azərbaycana qarşı yeni müharibəsi başlamışdır. Bu müharibənin tarixində (1988-1994) iki dövr ayırmaq olar. 1988-1991-ci illərdə müharibə Ümumazərbaycan miqyasında törədilmişdir. Azərbaycanlılar Ermənistandan deportasiya edilmiş, Sumqayıt, Bakı və Azərbaycanın digər yerlərində ermənilərin təxribatları baş vermişdir. (1;6) Azərbaycanın bu təxribatların qarşısını alması ilə ermənilər 1905 və 1918-ci illərdən fərqli olaraq, Qarabağ istisna olmaqla, ölkənin digər yerlərini tərk etmiş, müharibəni əsasən, Qarabağa keçirmişdilər. Azərbaycanlıların Ermənistandan 1948-1953-cü illər və son deportasiyasından fərqli olaraq, ermənilərin əksəriyyəti ölkələrinə deyil, onun sərhədlərindən kənara köçmüşdülər. Qarabağ müharibəsi şəraitində bu beşinci kolonun qalmasının Azərbaycan üçün nə dərəcədə təhlükə yaradacağını müəyyən etmək o qədər də çətin deyildir. Beləliklə, Ermənistanın elan edilməmiş müharibəsinin birinci mərhələsi Azərbaycanın qələbəsi ilə başa çatmışdır.

Müharibənin mürəkkəb beynəlxalq və daxili vəziyyət şəraitində davam edən və 1991-1993-cü illəri əhatə edən aktiv fazasında Ermənistan Azərbaycan torpaqlarının 20 faizədək olan hissəsini işğal etməyə nail ola bilmişdir. Sülh əldə olunmadığından mövcud vəziyyətə müvəqqəti hal kimi baxılmalıdır.

Ermənilərin nəzərdən keçirilən problem üzrə özlərinə yeni qəhrəmanlıq tarixi yaratması illüziyadan başqa bir şey deyildir.  Erməni milli azadlıq hərəkatı liderləri kimi təqdim edilən şəxslər üzrə apardığımız araşdırma nəticəsində müəyyən edilmişdir ki, onların böyük əksəriyyəti 1905-1906-cı illərdə və 1918-ci ildə Azərbaycan xalqına qarşı müharibədə iştirak etmişdir. Onlardan Arşak Qafavyan (Keri, 1858-1916), Arutyun Şaqikyan (Nitra, Atom, 186-1915), Ovsep Arqutyan (1863-1925), Nikol Duman (1867-1914), Qaregin Pastermacan (Armen Qaro, 1872-1923), Murad Sebastatsi (1874-1918), Vardan Xanasari (?-1943) 1905-1906-cı il hadisələrində, Amazasp Srvantsyan (1873-1921), Dastamant Kananyan (Dro, 1883-1956), Qaregin Njde (1886-1955) isə həm 1905-1906, həm də 1918-ci il hadisələrində iştirak etmişdilər. Andranik Ozanyan da (1865-1927) azərbaycanlılara qarşı düşmənçilik fəaliyyətində xüsusi yer tutmuşdur.

Yuxarıda qeyd etdyimiz kimi onlar daha çox qəddarlığı, dinc əhaliyə divan tutması ilə tarixdə qalmış, bütövlükdə həmin hadisələr isə azərbaycanlıların tarixi qələbəsi ilə başa çatmışdır. Zəngəzur, Qarabağın Dağlıq hissəsinin muxtariyyətləşdirilməsi kimi məsələlər isə yalnız sovet hökuməti tərəfindən ermənilərin xeyrinə həll edilmişdir.

Ermənilərin təbliğ edilən “qəhrəmanlığı” (bu sahədə qatı azərbaycanafobiyasını rasist dünyagörüşünə çevirən, faşist təfəkkürü ilə fərqlənən Levon Məlik-Şahnəzorov xüsusi yer tutur (7;8) isə azərbaycanlılara qarşı Xocalı soyqırımından keçir. Bəşəriyyətə qarşı yönəlmiş cinayətin caniləri qəhrəman kimi təqdim edilir.

Ermənistan prezidenti (2008-ci ildən) Serj Sarkisyan 2000-ci il dekabrın 15-də Tomas de Vaala müsahibəsində demişdir: “Xocalıya qədər azərbaycanlılar hesab edirdilər ki, bizimlə oyun oynaya bilərlər, onlar fikiləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu (stereotipi) qıra bildik. Bax bu da baş verdi. Həmçinin nəzərə almaq lazımdır ki, həmin cavanların arasında Bakı və Sumqayıtı qaçıb tərk etmiş insanlar da var idi.”  (2,201) (Qeyd etmək lazımdır ki, Tomas de Vaal sözügedən müsahibənin daha geniş variantını kitabın yeni nəşrində vermişdir. (10,210) Hadisələrə daha çox özünəməxsus neytrallıq prinsiplərindən yanaşan Tomas de Vaal belə sonda çox ciddi nəticəyə gəlir: “Sarkisyanın mövqeyi Qarabağ müharibəsinin ən qəddar qırğınına digər tərəfdən baxmağa məcbur edir. İstisna deyil ki, bu kütləvi qırğın qismən də olsa, əvvəlcədən düşünülmüş qorxutma aktı idi.” (2,201)

Beləliklə, erməni və ermənipərəst tarixşünaslıq tərəfindən irəli sürülən Azərbaycanda erməni qırğınları və deportasiyası haqqında məsələnin ayrıca problem kimi irəli sürülməsi əsassızdır. Bu məsələ ermənilərin və Ermənistanın (1918-ci ildən) azərbaycanlılara qarşı müharibələri kontekstində nəzərdən keçirilməli və qiymətləndirilməlidir.

Qeydlər

1.Məmmədov İ. Azərbaycana qarşı Sumqayıt təxribatı- “Qriqoryanın işi”. Bakı, 2013

2.Tomas de Vaal. Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında. Bakı, 2008

3.Алибегов И. Елисаветпольские кровавые дни перед судом общества. Тифлис, 1906

4.«Беспристрастная анкета». Рец. на книгу Б.Ишханяна «Великие ужасы в г.Баку. Тифлис, 1919»// Газ. «Азербайджан», от 27 марта 1920 г., №62

5.Ишханян Б. Великие ужасы в гор. Баку. Тифлис, 1919

6.Преступления армянских террористических и бандитских формирований против человечества (XIX-XXI вв.). Баку, 2002

7.Мелик-Шахназарян Л. Военные преступления Азербайджана против мирного населения Нагорно-Карабахской Республики. Ереван, 1997

8.Его же, Ходжалинское дело: Особая папка. Ереван, 2002

9.Погромы армян в Бакинской и Елизаветпольской губернии. Ереван, 2003

10.Томас де Ваал. Черный сад. Армения и Азербайджан между миром и войной. М., 2014

11.Ходжалы. Очевидцы о военных преступлениях. Суд над Арменией. Перев. с англ./ Введ. и интервью Й.Перт, Ф.Маклахлан. СПб., 2015

Kərim Şükürov

tarix üzrə elmlər doktoru,  professor

1905.az üçün


Etiket:
Xəbərlər

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb

08.01.2025

Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar

08.01.2025

Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev

08.01.2025

Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

07.01.2025

 AĞAYARIN ŞƏYİRDLİYİ

05.01.2025

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ

26.12.2024

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25.12.2024

Şanlı qələbə və İlham Əliyevin ad günü

24.12.2024

Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.

24.12.2024

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

21.12.2024

Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb

18.12.2024

Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar

16.12.2024

Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

12.12.2024

Akif Əli:  “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər  - niyə gedirsən?!”

28.11.2024

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024
Bütün xəbərlər