Ağlım kəsəndən, özümü qanandan rəhmətlik atalığımın sayəsində saz və söz vurğunu olmuşam. Saz görəndə içim içimdən keçib. Aşığa, şairə könül vermişəm həmişə...
2015-ci ildə, xoş günlərin birində dayım oğlu dedi ki, bir aşıqla dost olmuşam. İstəyirsənsə, səni də onunla tanış edim. Dedim, niyə istəməyim ki....
Aşıqla bir neçə dəfə telefonla əlaqə saxlayıb söhbət etdik. Nəhayət, ad günümdə dayım oğluna dedim ki, aşığı da götürüb axşam bizə gəlin. Elə də oldu... Həmin axşamı aşıqla üz-üzə görüşüb doyunca söhbət etdik. Aşığın sazının, sözünün sehrinə düşdük. Elə o gündən bu günə aşıqla aramızda yaxın dostluq əlaqəsi yarandı və bu gün də o səmimi münasibətimiz davam etməkdədir.
Bəs bu aşıq kimdir?
Bu dostum saz-söz sahiblərindən çoxlarının yaxından tanıdığı Aşıq Şahsoltan Bəkirovdur. Aşıq respublikamızın axarlı-baxarlı bölgələrindən olan Ucar rayonunun Bərgüşad kəndində dünyaya göz açıb. Cəmi səkkizillik təhsil alıb. Di gəl ki, ağlı söz kəsəndən aşıq sənətinə qarşı böyük məhəbbət bəsləyib. Saz-söz aşiqi olub. Heç bir ustadı olmasa da, haqqdan vergisini alıb. Qədim tarixə malik olan aşıq ədəbiyyatımıza olan sevgisinin sayəsində Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Dədə Ələsgər kimi sənətkarlarımızın yaradıcılığını sevə-sevə öyrənib. O, ustadlardan mənəvi güc alaraq, qəlbində çətirinə sığınılası şeir-sənət işığı yandıra bilən bir sənətkara çevrilib. Şirvan mahalında Aşıq Kərəm kimi tanınıb. Yüksək təhsilinin və savadının olmamasına baxmayaraq, bu el aşığının, el sənətkarının çaldığı hər bir havacatı, İlahi verən qüdrətin, ilhamın sayəsində yazdığı hər bir şeiri dinlədikcə bütün saz-söz aşiqləri kimi, mən də daxilimdən axıb gələn şirin duyğuların axınında axmaya bilmirəm.
Şirvan aşıq məktəbinin layiqli davamçılarından olan Aşıq Şahsoltanın qələmindən süzülüb gələn qoşmaları, gəraylıları, bayatıları, təcnisləri, cığalı təcnisləri, müxəmməsləri, dodaqdəyməzləri, qıfılbəndləri oxuduqca bu aşıq-şairin poetik dünyası önündə heyrət etməyə bilmirsən.
Coşqun bir dəryayam, coşqun bir çayam,
Yanar bir günəşəm, ulduzam, ayam.
Haqqın dərgahından gələn bir payam,
Təbibəm, loğmanam, naşı deyiləm. – deyən sənətkarın sözlərində nə qədər həqiqət vardır. O, çaldığı hansısa bir havacat, yazdığı hər hansı bir şeiriylə könülləri anındaca fəth etməyi bacarır. Onun könül çırpıntılarının sədasına qulaq asdıqca aşığın ilhamının sehrindən nə qədər çalışsan da çıxa bilmirsən.
Yenə də dil açıb aşığın sazı,
Çalıb oxumağa xoşdur avazı.
Həsrətin çəkdiyim bu gözəl yazı,
Görmək istəyirsən, bizim kəndə gəl.
Lalələr qızartmış al yanağını,
Gül-çiçək bəzəmiş baxça-bağını.
Bu gözəl dövranın gözəl çağını,
Görmək istəyirsən, bizim kəndə gəl.
Bu el aşığının, el şairinin şeirlərinin daxili bölgüsünə, qafiyə sisteminə, təşbehlərinə, mübaliğələrinə dərindən nəzər yetirdikdə inana bilmirsən ki, bu sənətkarın cəmi səkkizillik təhsili vardır. Bu şeirlərdəki dolğunluq, mövzu rəngarəngliyi “Xudadan almışam əqli-kamalı” - deyən aşıq-şairin qələminin gücünün mənzərəsini gözlərimiz önündə daha da parlaq canlandırır.
Yaman gündə öz elinin halına
Yanan bilər, yanmayana nə fayda.
Vətən nədir, həsrətindən saralıb
Solan bilər, solmayana nə fayda.
...Ustadından kamilliyin dərsini
Alan bilər, almayana nə fayda.
Aşıq Şahsultanın şeirlərinin dərinliyinə vardıqca, incələdikcə görürsən ki, aşığın qəlbi ən ali insani duyğulara bələnib. Onun şeirlərində Vətənə sevgi, torpağa məhəbbət, yurd yerinə bağlılıq hissləri daha bariz şəkildə çalarlanıbdı.
Şahsoltan hər kəsdən götürməz minnət,
Sözlərim sizlərə olsun vəsiyyət.
Vətəni qorumaq şöhrətdir, şöhrət,
Onun sərhəddini qur, Vətən oğlu.
Bütün ustad sənətkarlarımızda olduğu kimi, aşığın da şeirlərində dağlar mövzusu öz bədii həllini yüksək səviyyədə tapmışdır.
Hər budaqdan bir gül dərəm,
Gözəllərə çələng hörəm.
Dönüb Məcnun, Yanıq Kərəm
Olam dağlarda, dağlarda.
***
Bu yerin havası tamam başqadı,
Gözəllik aləmi hər qarışdadı.
Aran gözəlliyi yazda, qışdadı,
Yayda mehman olum mən bu dağlara.
Vətən torpaqlarının beşdən birinin param-parça edilməsi, qarı düşmən tərəfindən işğal edilməsi, yağmalanması, Şuşanın, Laçının yağı əsarətində qalması, Xocalı qətliamı kimi ağrılarımız aşığın da yaradıcılığına öz təsirini göstərir, hər addımbaşı sinəsini göynədir.
Mən aşiq, qala-qala,
Yurd getdi qala-qala.
Vətəndən qaçqın oldum,
Vətəndə qala-qala.
Mən aşiq, ağı gəlir,
Dolanır dağı gəlir.
Çağırın igidləri
Yurduma yağı gəlir.
Vətən torpağının ağrılarına yanan, sinəsi pöşəm-pöşəm olan şair yeri gəldikcə bu torpağın gözəlliklərindən şövqlə söz açmağı, ilhamla coşmağı bacarır.
Arı şirə çəkir, becə bal dadır,
Dedin: tək şirinlik bircə baldadır?
Dedim: sənin ləblərin də bal dadır,
Təzə qönçə açdı gülüb al dodaq.
Aşıq şeirimizin müxtəlif formalarında yazıb-yaradan bu el sənətkarı həm el toylarında çaldığı havacatlarla, həm də yazdığı şeirləri ilə yaşının bu yetkin çağında da – yetmişin astanasında durmasına baxmayaraq, yenə də ilhamı gündən-günə çağlamada, şövq ilə yazıb yaratmaqdadır.
Bu haqq yolu hər ümmana gərəkdi,
Köçüb gedən ol mehmana gərəkdi,
Hər bir kəsə neçə xana gərəkdi.
Biləcək yerinin az vədəsində.
Bərşadlı Şahsoltan özü fanidi,
Dünyanın söhbəti, sözü fanidi,
Demə tərəzinin gözü fanidi,
Haqq özü quracaq öz vədəsində.
Aşıq dostum Şahsoltan arada mənə də bir şeir həsr edib. Fürsətdən istifadə edib “Talıboğlu” adlı həmin şeiri də nəzərinizə çatdırıram.
Əzəldən vurğunsan qönçə-güllərə,
Bəzəyib bağını gül, Talıboğlu.
Şairsən, sözlərin düşüb dillərə,
Sənə qiymət verir el, Talıboğlu.
Hər şerin gözəldi güllü bahartək,
Bulaqda çağlayıb coşan sulartək...
Qəlblərə yol tapan xoş arzulartək,
Sözündə hikmətin bal, Talıboğlu.
Hər kəlməndə min bir məna tapıbsan,
Sözü-sözün xirdarına satıbsan.
Yaza-yaza altmış yaşa çatıbsan
Yüz yaşı da yola sal, Talıboğlu.
Şahsoltanam, çox dostları görmüşəm,
Gülüstanı, boran-qarı görmüşəm,
Səndə əsl etibarı görmüşəm,
Salmısan qəlbimə yol, Talıboğlu.
Bu dostuma – Aşıq Şahsoltana bundan sonra da yeni-yeni yaradıcılıq uğurları diləyirəm.
Əziz dost, sazlı-sözlü bu könül dünyan bütün rəngləri ilə birgə, qoy, səni daha xoş sabahlara aparsın.
Ələsgər Talıboğlu
Şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Məmməd Araz mükafatı laureatı
Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024