Şimali Azərbaycan ərazisində yaranmış xanlıqlar arasında Qarabağ və Gəncə xanlıqları özünəməxsus yer tuturdu. Bu xanlıqlar uzun müddət Səfəvi imperatorluğunun mühüm inzibati-ərazi vahidlərindən biri olan Qarabağ (və ya Gəncə) bəylərbəyiliyi ərazisində meydana çıxmışdı.
Xanlıqlar dövrü Azərbaycan tarixinin son dərəcə maraqlı və mühüm mərhələlərindən biridir. Azərbaycan xanlıqlarının tarixinin müxtəlif aspektləri tədqiqatçıların araşdırma obyektinə çevrilsə də, xanlıqlarda demoqrafik proseslərin öyrənilməsi Azərbaycan tarixşünaslığında yeni istiqamətlərdən biridir. Əhalinin demoqrafiyası çoxşaxəli, geniş spektrli problemləri əhalinin say dinamikası, etnik və dini tərkibi, yerləşməsi, miqrasiyası, emiqrasiyası və s. əhatə edir. Bütün bu problemlərin Qarabağ və Gəncə xanlıqlarında hərtərəfli araşdırılması, Azərbaycanın xanlıqlar dövrü tarixinin bir çox qaranlıq səhifələrinin işıqlandırılması baxımından da böyük əhəmiyyətə malikdir.
XIX əsrin başlanğıcında I Aleksandr hakimiyyət başına gəldikdən sonra Rusiyanın Cənubi Qafqaz siyasətində köklü dəyişiklik yarandı. Rusiya imperiyası Azərbaycan xanlıqlarına qarşı açıq işğal yoluna qədəm qoydu. 1803-cü ildə P.D.Sisianovun başçılığı ilə Qafqaz xalqlarına qarşı ən qaba hərbi-sümürgəc siyasəti yeridilməsinə başlandı.
I Rusiya-İran müharibəsinin bütün döyüşlərinin Azərbaycan ərazisində getməsi xanlıqların əhalisinin say dinamikası və digər demoqrafik proseslərdə dərin iz buraxdı. Müharibəyə başlamasından az sonra Rusiya Azərbaycan xanlıqlarına, o cümlədən Qarabağ xanlığına təzyiqi gücləndirdi. Yaranmış hərbi-siyasi vəziyyətdən yeganə çıxış yolu kimi, İbrahimxəlil xan 1805-ci il mayın 14-də Kürəkçay sülh müqaviləsini imzalayaraq Rusiya himayəsini qəbul etməyə məcbur oldu. Traktatın bağlanması ilə Qarabağ xanlığının bütövlüyünün saxlanmasına imperator zəmanəti verilirdi. Beləliklə, Qarabağ xanlığı öz müstəqilliyindən məhrum oldu və Şuşada rus qoşunları yerləşdirildi. Qarabağ əhalisinin «qorumağa» gələn rus qoşunu 1806-cı ildə mayor Lisaneviçin başçılığı altında İbrahimxəlil xanı bir neçə nəfər əhl-əyalı və yaxın adamı ilə (17 nəfər) qətlə yetirdi.
Azərbaycanın şimal xanlıqlarının ərazilərinin işğalından sonra, 1813-cü ildə müsəlman əyalətlərini idarə etmək üçün iqamətgahı Qarabağın mərkəzi Şuşada yerləşməklə xüsusi orqan - «Müsəlman əyalətləri hakimi» təsis edildi. Bu orqanın yaradılması Azərbaycan xanlıqlarının, xüsusilə də Qarabağ xanlığının tamamilə ləğvi istiqamətində atılan mühüm addım idi. Maraqlıdır ki, «Müsəlman əyalətləri hakimi» vəzifəsinə qatı xristian təəsübkeşi olan knyaz Mədətov təyin edildi. Yermolovun «sağ əli» olan Mədətov Qarabağda «ən birinci mülkədara» çevrilmişdi.
Məlumdur ki, Azərbaycan xanlıqları inzibati baxımdan mahallara, mahallar isə şəhər və kəndlərə bölünürdü. Qarabağ xanlığının ləğv edilməsindən bir il sonra - 1823-cü ildə çar məmurları Mogilevski və Yermolovun keçirdiyi kameral təsvir materiallarında Qarabağ əyalətində 21 mahal-Sisiyan, Dəmirçihəsənli, Küpara, Bərgüşad, Vahabyurd, Kəbirli, Tativ, Cavanşir, Talış, Xaçın, Kolanı, Çələbiyurd, Xırdapara Dizax, Püsiyan, Dizaq Cavanşiri, Otuziki, İyirmidörd, Qaraçorlu, Vərəndə, Dizax və Acanan-türk - qeydə alınmışdır.
1727-ci və 1823-cü il sənədləri göstərir ki, Qarabağın inzibati-ərazi vahidləri zaman keçdikcə bəzi dəyişikliklərə məruz qalmışdı. 1823-cü il kameral təsvirinə əsasən, Qarabağ xanlığı ərazisində yalnız Şuşa şəhərinin olması göstərilir. Görünür, 1727-ci il sənədlərində qeydə alınmış Bərdə şəhəri artıq şəhər yaşayış məskəni kimi öz əhəmiyyətini itirmişdi. 1823-cü il kameral təsvir materiallarını araşdırarkən çar məmurlarının hesablamalarda yol verdikləri bəzi səhvləri nəzərə alsaq, 1823-cü il kameral təsvirinin yekun cədvəlinə əsasən, Qarabağ əyalətində 18563 ailənin yaşadığı məlum olur. Bu rəqəmin üzərinə sonradan qeydə alınmış cəbrayıllıların 139 ailəsini də əlavə etsək 18.702 ailə alınır. 1823-cü il kameral təsvir materiallarının araşdırılmasından sonra Qarabağ əyalətində faktiki olaraq 18.769 ailənin yaşadığı məlum olur.
Lakin ən mükəmməl sayımlar və kameral təsvirlər belə, Qarabağ xanlığının əhalisinin dəqiq sayını müəyyən etməyə imkan vermir. Bu faktı sayımları keçirən çar məmurları özləri də etiraf edirdilər. Mogilyovski və Yermolov 1823-cü 2 may il tarixli, 22 saylı raportlarında yazırdılar: «Nə qədər çalışsaq da Qarabağın əhalisinin dəqiq sayını müəyyən etmək mümkün deyildir... Bir mahala məxsus olan əhali tamamilə başqa mahallara səpələnmişdir» Göründüyü kimi, Qarabağ əhalisinin real sayı göstərilən rəqəmlərdən daha çox olmuşdur.
Araşdırmalar nəticəsində «Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri»ndə Gəncə xanlığının sərhədləri çərçivəsinə düşən təxmini ərazilərdə 1727-ci ildə 12 mahal: Gəncəbasan, Sunqurabad, Böyük Kürəkbasan, Kiçik Kürəkbasan, Kürəkbasan, Danqı, Qaraqaya, Türkənlər, Yuxarı Zəyəm, Aşağı Zəyəm, Şəmkürbasan, Xılxına mahalları qeydə alınmışdır.
Qeyd etmək lazımdır ki, göstərilən mahallardan Gəncəbasan, Sunqurabad, Böyük Kürəkbasan, Kiçik Kürəkbasan, Kürəkbasan və Danqı mahalları bütövlükdə Qaraqaya, Türkənlər, Yuxarı Zəyəm, Aşağı Zəyəm, Şəmkürbasan və Xılxına mahalları ərazisinin isə yalnız bir hissəsi Gəncə xanlığının tərkibinə düşürdü.
Gəncə xanlığının Rusiya tərəfindən işğal edilməsindən sonra aparılmış kameral təsvir sənədləri XIX əsrin əvvəllərində xanlığın inzibatı bölgüsü haqqında daha dəqiq təsəvvür yaradır. 1807-ci ilin fevralında çar məmurlarının Yelizavetpolda keçirdiyi kameral təsvir dairədə Gəncə, Kürənbasan, Şamxor, Samux və Ayrım mahallarını qeydə almışdır.
1817-ci ildə Yelizavetpol dairəsində keçirilmiş müfəssəl kameral təsvir sənədlərində də bu dairədə 5 mahalın: Gəncə, Kürəkbasan, Şamxor, Samux və Ayrım mahallarının olması göstərilmişdir.
1831-ci ildə dairədə keçirilmiş kameral təsvir sənədləri Yelizavetpolun 6 mahaldan ibarət olmasını qeyd edir:
1) Dağlıq mahalı-dairənin cənub-qərbində, Gəncə dağlarında yerləşir;
2) Şəmşəddil distansiyası ilə sərhəddə olub Şamxor çayın hər iki sahilində yerləşən Şamxor mahalı;
3) Qarabağ əyaləti ilə həmsərhəd olub Kürəkçayın əsasən sol və bir az da sağ sahilini əhatə edən Kürəkbasan mahalı;
4) Şamxor və Kürəkbasan arasında yerləşən Gəncəbasan mahalı;
5) Kür çayının sağ sahili boyu Samux dağ silsiləsini əhatə edən Samux mahalı;
6) Bütün dairəyə səpələnmiş, köçəriliklə məşğul olan Ayrumlar mahalı.
Görünür, Gəncə xanlığı ləğv edildikdən sonra, çox ehtimal ki, XIX əsrin 20-ci illərinin II yarısında, çar məmurları Yelizavetpol dairəsinin inzibati quruluşunda bəzi dəyişikliklər etmiş və nəticədə yeni bir mahal-Dağlıq mahalı yaradılmışdır.
Yuxarıda qeyd etdiyimiz kimi, «Müfəssəl dəftər»də göstərilmiş Gəncəbasan, Sunqurabad, Kiçik Kürəkbasan, Böyük Kürəkbasan, Kürəkbasan, Danqı nahiyələrinin bütün ərazisi, Şəmkürbasan, Aşağı Zəyəm, Yuxarı Zəyəm, Türkənlər, Qaraqaya və Xılxına nahiyələrinin ərazisinin bir hissəsi Gəncə xanlığının ərazisi çərçivəsinə düşür. Şəmkürbasan, Aşağı və Yuxarı Zəyəm, Türkənlər, Qaraqaya və Xılxına nahiyələrindəki toponimik vahidlərin hansının Gəncə xanlığı ərazisinə, hansının xanlığın ərazisi çərçivəsindən kənara düşməsini müəyyənləşdirmək mümkün olmadığına görə, biz bu nahiyələri bütünlüklə, şərti olaraq, Gəncə xanlığı ərazisinə şamil etmişik. Hesablamalarımıza görə, 1727-ci ildə həmin nahiyələrdə 7.450 vergi mükəlləfiyyəti daşıyan şəxs qeydiyyatdan keçmişdir. Əgər yalnız ərazisi bütünlüklə Gəncə xanlığının tərkibinə düşən nahiyələri götürsək, onda, «Müfəssəl dəftər»in statistik məlumatına görə, Gəncəbasan, Sunqurabad, Kiçik Kürəkbasan, Böyük Kürəkbasan, Kürəkbasan və Danqı nahiyələrində 1727-ci ildə 4.285 ailənin yaşadığı məlum olur.
XVIII əsrin 30-80-ci illərində baş vermiş siyasi çəkişmələr, hərbi yürüşlər və ara müharibələri Gəncə xanlığı əhalisinin böyük təlafata uğramasına gətirib çıxarmışdı. 1734-1735-ci illərdə Nadirin yürüşü, 1750-1751- ci illərdə Pənahəli xanın Gəncə şəhərinin bir hissəsini qarət etməsi, 1780-ci ildə İbrahimxəlil xan və II İrakli qoşunlarının Gəncəni işğal etməsi, 1795-ci ildə İbrahimxəlil xanın Gəncəyə ikinci yürüşü zamanı baş vermiş qırğınlar nəticəsində Gəncə xanlığının əhalisi kəskin şəkildə azalmışdı.
Azərbaycan Respublikası Mərkəzi Tarix Arxivi fondunun materiallarında da Gəncə xanlığı və Yelizavetpol dairəsi əhalisinin say dinamikası ilə bağlı qiymətli materiallar vardır. Arxiv materiallarına görə, 1804-cü il 2 mart tarixli kameral təsviri nəticəsində Gəncə xanlığı ərazisində 2.517 ailə qeydə alınmışdır.
1807-ci ilin fevralında keçirilmiş Yelizavetpol dairəsinin kameral təsviri zamanı dairədə 2.025 ailənin yaşadığı müəyyən edilmişdir.
1808-ci ilin dekabrında Yelizavetpol dairəsində keçirilmiş sayım materialları dairədə 8.913 nəfərin yaşadığını qeydə almışdır (ЦГИААР.фонд 24.оп.1.д.10. лл.61-68)1817-ci ildə Yelizavetpol qəzasında keçirilmiş ən mükəmməl kameral təsvir materiallarının araşdırılması nəticəsində qəzada 17.901 nəfərin yaşadığı müəyyən edilmişdir.
1804-cü ilə nisbətən 1807 və 1808-ci illərdə Yelizavetpol əhalisinin sayını kəskin şəkildə azalması birinci rus-İran müharibəsinin başlanması ilə bağlı olmuşdur. Gülüstan sülh müqaviləsinin bağlanmasından sonra dağılmış əhalinin geri qayıtmasının nəticəsində Yelizavetpol qəzasında əhalinin sayı 1817-ci il siyahıya alınması zamanı demək olar ki, iki dəfə artmışdı.
1833-cü ildə Yenizavetpol qəzasında keçirilmiş kameral təsvir materialları qəzada 5.424 ailənin (12.149 k.c) yaşadığını qeydiyyatdan keçirmişdir. 1817-ci ilə nisbətən baş vermiş bu artım ermənilərin Yelizavetpol qəzasına köçürülməsinin nəticəsi idi.
Qorxmaz Mustafayev
http://karabakhmedia.az/
Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024