Rəsulzadənin yaxın dostu olan Kəngərlinın qızı İNANILMAZ SİRLƏRİ AÇDI: Leyla xanım… – MÜSAHİBƏ

12:23 / 29.05.2019

 

 

Özəl qonağı xalqımızın böyük oğlu, müstəqil Azərbaycan mübarizəsinin yorulmaz əsgəri, Azərbaycan diasporunun ağsaqqallarından olan Məhəmməd Kəngərlinin qızı Sevil Kəngərlidir.

– Sevil xanım, sizcə atanızın vətən eşqini qürbət daha çox alovlandırmışdı?

– Atam bütün həyatını Azərbaycan və onun rifahına həsr edib. Lap uşaqlığımdan bəri Azərbaycan Türkiyəyə təhsil almağa, çalışmağa gələn insanlara var gücü ilə yardım etdiyinin şahidi olmuşam. Mühacir soydaşlarımız Türkiyəyə daha rahat alışıb, həyatları öz axınına düşənədək atam əlindən gələni edirdi. Özümü xatırladığım gündən bəri evimizdə böyük süfrələr açılar, vətəndən gələn azərbaycanlılarımız da bu süfrə ətrafında cəm olardılar. Məhəmməd Kəngərli də digər məsləkdaşları kimi qonapərvərliyini özünə müqəddəs borc bilirdi. Həmişə deyirdi ki, övladımız, valideynimiz qarşısında borclu olduğumuz kimi, xalqımızın qarşısında da mənəvi öhdəliyimiz var. Təhsil almağa gələn tələbələrimizə həm şəxsi, həm də üzv olduğu dərnəklərin hesabından maddi dəstək göstərirdi. Ömrü boyu dərin mücadilədən keçmişdi. Həyatında ilk amalı insanlara qayğı, şəfqət, sevgi vermək idi. Bu xüsusiyyətini bizə, anama, Türkiyədən olan ətrafına da aşılamışdı. Qafqaz rəqslərini, Azərbaycan folklorunu əcnəbilərə mənimsətməyə çalışırdı. O, dünyanın hansı nöqtəsində yaşasaydı da, yenə vətən torpağına ayaq basardı.

 Bəs Türkiyəyə köçəndən sonra hansı qurumda çalışırdı?

– Uzun illər Türkiyə “Qızıl aypara” dərnəyi mərkəzinin müdir müavini olaraq fəaliyyət göstərdi. Mütəmadi olaraq xaricə ezamiyyətə də gedirdi. Həmişə sinəsini ən çətin yollarda savaşlara sipər edib. Hətta Hindistan Pakistan arasındakı Kəşmir savaşı dövründə “Qızıl aypara” dərnəyi adından müharibə bölgəsinə ezam olundu. Oradakı cəfakar fəaliyyətinə görə də dəfələrlə şərəf medalları ilə təltif edildi.

Məhəmməd Kəngərli haqda materialları vərəqləyərkən, Kiprdəki şücaətli fəaliyyəti haqda bir sıra məqamla tanış oldum. Bunları sizin dilinizdən eşitmək istərdim…

– 1963-cü ildə yunanların Kipr türklərinin tarixinə qanla yazdığı qətliamlardan birində “Mayor Nihat” kimi tanınan hərbçi həkimimizin üç övladı və həyat yoldaşı evin hamamında gizlənərkən vəhşicəsinə öldürülür. Bu hadisə baş verəndə atam “Qızıl aypara” təşkilatının komandası ilə orada idi. Həm ailə üzvlərinin nəşinin Türkiyəyə gətirilməsində, həm də bu genosidin üstünü ört-basdır edən ingilislərdən, hakim qüvvələrdən gizlin fotoşəkillərin yayılmasında atamın böyük əməyi var. Aeroportda qurbanların cəsədini və mayor Nihatı Türkiyəyə çatdırarakən, Kipr rəsmiləri çəkilən fotoşəkillərin məhv edilməsini tələb edir. O zamanlarsa, şəkillər çəkilən fotolentlər cihazdan çıxaran kimi hava ilə təmas edib, tərkibini itirirdi. Atam çətinliklə də olsa bir neçə fotonu gələcəkdə türk xalqının başına gətirilən müsibəti sübut etmək üçün qoruyub saxlaya bilir. Bu gün həmin fotoşəkillər Kiprin genosid muzeyində qətliamın ən acı xatirəsi kimi saxlanılır.

– Məhəmməd Kəngərli əslən qarabağlı idi…

– 1914-cü ildə Qarabağda dünyaya gəlib. Cəmi 14 yaşında siyasətlə tanış olur. 1928-ci ildə Milli Müsavat xalq partiyasının Gənc Azər hərəkatına qoşulur. Hətta kiçik yaşlarından etibarən Qarabağın Ağdam, Tərtər, Bərdə, Ağdərə rayonlarında gizli fəaliyyət göstərən Müsavat Partiyasının qrupları arasında məktub daşıyan işində də çalışmışdı. Özü də bunu qürurla xatırlayırdı. 1939-cu ildə rus-fin savaşının qızğın vaxtında cəbhəyə yollanır. Tibbi batalyonla birgə finlərə əsir düşür. Bir il sonra əsirlər tərəflərə geri verilərkən Məhəmməd bəy sovet ordusuna geri qaytarılır. Adətən ona sual verirdilər ki, necə əsir düşdün? Zarafatla deyərdi ki, təbii tutularaq.

– Demokratik Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə doktor Kəngərlinin illərə dayanan dərin dostluğu, qardaşlığı olub…

– Atam sovet ordusunun tərkibində bir sıra savaşlarda olmuşdu. İkinci Dünya Müharibəsi dövründə alman ordusuna əsir düşmüşdü. 1942-ci ildə Berlində Azərbaycanın Milli Mərkəzi Başqanı Məhəmməd Əmin Rəsulzadə ilə tanış olmaq imkanı qazanır. Müharibə bitəndən sonra atam Münhendə Ceyhun Hacıbəyli, Xəlil Xasməmmədli, Məhəmməd Əmircan, Doktor Baycan kimi şəxsiyyətləri də tanımaq imkanı qazanır. Savaş sonrası işğalçı sovet ordularına qarşı vuruşan 65 min silahlı Milli Azərbaycan Könüllü Birliklərinin üzvləri Qərbi Avropada səfil həyat sürürdülər. Gələcəkləri də qaranlığa bürünmüşdü. Məhəmməd Əminin uzaqgörənliyi ölüm karvanının qarşısını alır. Gənc azərbaycanlıları bir araya toplamaq məqsədilə 1946-cı ildə Rəsulzadənin təlimatı ilə Münhendə “Azərbaycan Demokrat Birliyi” adlı cəmiyyət yaradılır. Atam isə başqan seçilir. Beləcə mühacirətdə olan soydaşlarımız Almaniya, Argentina, Avstraliya, Avstriya, Amerika, Belçika, Fransa, İran və təbii ki Türkiyəyə köçüb yaşamaq hüququ qazanırlar. Atamla Məhəmməd Əminin qardaşlığı, birliyi Rəsulzadə dünyasını dəyişən günədək davam edir.

– Bu doğmalıq qan qohumluğundan da yüksək zirvə idi, elə deyil?

– Daha möhkəm bağ idi. Məhəmməd Əmin Rəsulzadənin ailəsi ilə çox doğma idik. Valideynlərimin nişan mərasimində barmaqlarına üzüyü Rəsulzadə özü taxmışdı. Toylarında isə xaricdə olduğu üçün iştirak edə bilməmişdi. Amma həyat yoldaşı Leyla xanım gəlmişdi. Mən özümü xatırlayanda artıq Məhəmməd Əmin bəy dünyasını dəyişmişdi. Lakin Leyla xanım ailəmizin ən sevimli insanı idi. Leyla xanım tez-tez bizim evə təşrif buyururdu. Mənə görə o mükəmməl qadın idi. Bizə gələn günlər dərsdən qaçıb evə gedərdim, saatlarla söhbətlərini dinləyə bilərdim. Artıq sarı saçları bəyazlamışdı. Amma yenə də çox səliqəli düzüm verərdi. Ya dəri, yaxud da tül əlcək taxardı. O qədər əsilzadə davranışları vardı ki, sanki saraydan çıxmışdı. Bilirsiniz, Rəsulzadə kimi uca dağın ayaqları altında əzilmədən, zirvəsinə də qalxmadan ağırlığına tab gətirmək hər adama nəsib olmur.

Məhəmməd Kəngərli ilə eyni acı taleyi yaşayan, bir amal uğrunda mübarizə aparan ziyalılarımızdan biri də Əhməd Yaşat olub…

– Atam Türkiyədə Azərbaycan Kültür Dərnəyinin qurucularından biri idi. Bilirsiniz, onun kimi ziyalılarımız çox çətin həyat yolu keçmişdilər. Müharibə, əsirlik, vətən həsrəti dadmışdılar. Hamısı ikinci vətən kimi Türkiyəyə sığınmışdılar. Türk qızları ilə ailə qurmuşdular. Sanki Azərbaycanı Türkiyədə yaşayırdılar. Amma eyni zamand,a yeni vətənlərinə, onun adətlərinə də təmas edib, etnik, dini fərq qoymayan şəxsiyyətlər idilər. Atamın yaxın dostlarından biri də doktor Əhməd Yaşat idi. O da atamla birgə rus-fin müharibəsinin iştirakçısı olmuşdu. Almanlara əsir düşmüşdü. Əsirlikdən qurtulandan sonra isə arxa cəbhədə həkim kimi çalışıb, Azərbaycan legionuna əlindən gələn qədər yardım etmişdi. Əhməd Yaşat fasilələrlə Azərbaycan Kültür Dərnəyinin idarə heyətinə sədr seçilmişdi. Bəzən onun yanıqlı söhbətlərini xatırlayıram. Əhməd əmi deyərdi ki, şübhəsiz Allah var, mən onun varlığını təkzib etmirəm. Ancaq əgər o varsa bu qədər insanın məhvinə niyə göz yumur? Mən savaşlarda insanların ot biçimi kimi qırılıb yerə səpələndiyini görmüşəm. Niyə dünya bu ədalətsizlik sütunu üzərində durub?! İndi onun sözlərini xatırlayıram, həqiqətən qəlbimizi yaralayan bu faciələr hələ də səngimir.

Sevil xanım, Vətənimizi ən az bizim qədər sevdiyinizdən əminəm. Çünki Azərbaycan eşqi sizin xəmirinizdədir. Amma maraqlıdır bu hiss qəlbinizlə ilk dəfə nə vaxt tam hakim kəsildi?

– Türkiyədə 1992-ci ildə ilk dəfə Azərbaycan səfirliyi açıldığı zaman təntənəli tədbirə Cümhuriyyətin süqutundan sonra Məhəmməd Əmin Rəsulzadə və onun məsləkdaşlarının qəlb ağrısı ilə qoruyub saxladıqları müqəddəs bayrağımız gətirildi. Üçrəngli bayrağımız atam və onun tərəfdaşları tərəfindən yenidən dövlətə təqdim olundu. Süleyman Dəmirəl, Hikmət Çətin, Turqut Özal, Əbülfəz Elçibəy kimi siyası xadimlərin də qatıldığı böyük tədbirdə Məhəmməd Kəngərli və onunla bir amal uğrunda mübarizə aparan dostları Azərbaycan bayrağını səfirliyin binasında yenidən dalğalandırdılar. Bu, hamımız üçün çox böyük qürur və gecikmiş vüsal idi. (publika.az)

 


Etiket:
Xəbərlər

Görkəmli dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, böyük alim

16.06.2019

Dünya siyasətçilərinin Heydər Əliyev haqqında səmimi fikirləri...

15.06.2019

Dövlətimizin və müstəqilliyimizin xilaskarı

15.06.2019

Meyitlərin altından sağ çıxan dünyaca məşhur azərbaycanlıdan İNANILMAZ SÖZLƏR: 27 il öncə Şuşada...

14.06.2019

“Atamı yalnız qışda görürdük”– Mirzə Cəlilin Polşadakı ailəsi ilə EKSKLÜZİV MÜSAHİBƏ (FOTOLAR)

13.06.2019

Abdal - Təsəvvüfün (Sufizmin) əsası kimi

12.06.2019

“Çox təəssüf ki, mən hələ indi İsa Muğannanın qızı olduğumu dərk edirəm” – MÜSAHİBƏ

12.06.2019

Hitler və Stalinin dərdindən divanə olduğu AGENT QADIN – MARAQLI FAKTLAR

11.06.2019

İslam dünyasına sərt senzura necə gəldi - Əl-Fərabi

11.06.2019

Qədim Türklərdə SIRĞA

10.06.2019

Azərbaycanda çadra əleyhinə hərəkat - Səriyyə Xəlilovanın Bakını ayağa qaldıran qətli

10.06.2019

İrəvan ədəbi mühitinin XIX əsr və XX əsrin 20-ci illərini əhatə edən dövrünün tarixi özünəməxsusluğu

08.06.2019

Müşfiqli günlərim

08.06.2019

Tofiq Yusifin şeirləri

07.06.2019

AĞKİLSƏ

07.06.2019

Puşkin və Düma eyni adam imiş - VERSİYA

06.06.2019

İrəvanda erməni dövləti necə yaradıldı? - ARAŞDIRMA – II HİSSƏ

06.06.2019

Vaqif Səmədoğlu şeirləri

05.06.2019

İrəvanda erməni dövləti necə yaradıldı? - ARAŞDIRMA - YENİ SƏNƏDLƏR
I hissə

05.06.2019

Nazim Əhmədli: - Mən həmişə demişəm ki, biz özümüz yadplanetliyik. Bizi kainatdan yer kürəsinə atıblar.

04.06.2019

Şahbulaq Qıfılı saray kompleksi - Qarabağ abidələri

03.06.2019

QƏHRƏMAN DÖYÜŞÇÜNÜN QƏHRƏMAN XANIMI

03.06.2019

Fəlsəfə - Bernard Şou
(1856-1950)
Görkəmli irland dramaturqu və romançısı, Nobel mükafatı laureatı.

02.06.2019

NÖVRƏS İMAN YARADICILIĞINDA HƏZRƏT ƏLİ (Ə.) VƏ ƏHLİ-BEYT (Ə.) SEVGİSİ

31.05.2019

Mirzə Ələkbər Sabirin ilk və son müsahibəsi: “Başda o böyükdür, yaşda mən”

31.05.2019

Ermənilər özlərinə necə tarix uydurub? - Fransız tarixçidən şok

30.05.2019

Rəsulzadənin yaxın dostu olan Kəngərlinın qızı İNANILMAZ SİRLƏRİ AÇDI: Leyla xanım… – MÜSAHİBƏ

29.05.2019

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ

28.05.2019

Azərbaycan Xalq Cümhuriyyəti qurucularının məzarları

28.05.2019

Ustad Aşıq Hacı Göyçəlinin yeganə müsahibəsi...

27.05.2019

TÜRKİYƏNİN İLK QADIN VƏKİLİ – ŞUŞALI QIZ

26.05.2019

İlanqaya

25.05.2019

EL YERİDİ, 
YALQIZ QALDIN SƏHRADA...
(Dədə Ələsgərin ruhuyla söhbət)

25.05.2019

Firuz Göyçəsizin şeirləri

24.05.2019

Qərbi Azərbacanım - mənim vətənim 

24.05.2019

Fukidid ‒ Milos dialoqu

23.05.2019

Anton Çexovun Qardaşına Yazdığı Məktub

23.05.2019

Ərtoğrol Cavid - Ölümə tərk edilən...

22.05.2019

Ağ Aşıq Allahverdinin şeirləri

22.05.2019

Musa Yaquba camaat az qala ürəyini verməyə hazırdır, durub iki min manat verirlər.

21.05.2019

Dünənki Qərbi Azərbaycan tariximizdən və Göyçə ziyalılarından xatirə.

21.05.2019

Qızı Əhməd bəy Ağaoğlu haqqında

20.05.2019

Kiçik bir zaman kəsiyində rayon mərkəzi Spitak şəhəri, qonşu kəndlər, o cümlədən Qursalı kəndimiz yer üzündən silindi- Vaqif Namazov

19.05.2019

Göy üzünün şairi

18.05.2019

Bizsiz Laçın işğaldan sonra (FOTO)

18.05.2019

Türkün qədim yurdu- İrəvan Xanlığının tarixi

17.05.2019

Bilmək və inanmaq arasında - Nəyə inanırıq, nəyi bilirik?

16.05.2019

Qoşabulaq kəndindən II dünya müharibəsində həlak olan və itkin düşən soydaşlarımız

16.05.2019

Üzeyir Hacıbəyov aşıq sənəti haqqında

15.05.2019

Ardanış kolxozu və sədrləri

15.05.2019
Bütün xəbərlər