Şadlinskilər

19:23 / 18.06.2019

Bu nəsil Azərbaycana qəhrəman oğullar, tanınmış ziyalılar verib
   
Azərbaycanın tarixində dəyərli izlər qoymuş, mədəni-maarif, təhsil sahəsində böyük xidmətlər göstərmiş əsilzadə nəsillərdən biri də Şadlinskilərdir. Mükəmməl bir şəcərəsi olan bu nəsil Azərbaycana görkəmli ziyalılar, qəhrəmanlar verib. Onlardan Aslan Sultan Şadlinski, Nəsrulla bəy Şadlinski, Abasqulu bəy Şadlinski, Bilas Şadlinski, Vaqif Şadlinski və digərlərinin fəaliyyəti gələcək nəsillərə örnək ola biləcək səhifələrlə zəngindir. 
Bu səhifələri bir daha vərəqləmək, Şadlinskilərlə bağlı xatirələri qələmə almaqda Dövlət Tibb Universitetinin Anatomiya kafedrasının müdiri, professor Vaqif Şadlinski bizə yardımçı oldu. 
   
İrəvan xanlığının nüfuz sahibləri
   
Şadlinskilər sülaləsi XVII əsrdə yaşayan Binnətalı Sultan adlı bir şəxslə başlayıb və indiki Şadlinskilər onun 4 oğlunun - Aslan Sultan, Kəlbalı Sultan, Niftalı Sultan, Bala Sultan Şadlinskinin əslindəndirlər. Yaşadıqları İrəvan quberniyasının Vedibasar mahalında Şadlinskilər həmişə tərəqqipərvər və mütərəqqi fikirləri ilə fərqlənib, xalqımızın haqq mübarizəsində ön sıralarda olublar. Bu nəslin kökü orta əsrlər Azərbaycan dövləti olan Şəddadilər dövlətinin qurucularından biri - şadlılar tayfası ilə bağlıdır. Gəncədə yaşayan şadlılar XIV əsrin axırlarında İrəvana köçüblər. 

Şadlıların adı İrəvanla bağlı mühüm tarixi hadisələrdə çəkilir. Məsələn, bu qədim tayfanın ağsaqqallarından olan Aslan Sultan Şadlinski 1806-cı ildə Vedibasarın rəisi olub. Rusiya-İran müharibəsinin getdiyi bir vaxtda Paskeviç Aslan Sultanla görüşür. Rusiyanın Qafqaz qoşunlarının komandanı general İvan Paskeviçin çar I Nikolaya göndərdiyi məktubda da onun adı çəkilir. Bu fakt həmin dövrdə Aslan Sultan Şadlinskinin bölgədə böyük nüfuz sahibi olmasını təsdiqləyir. 
Aslan Sultanın oğlu Hüseyn xan Şadlinski sonralar Rusiya ordusunda qulluq edib, rus-yapon müharibəsində Port-Arturun müdafiəsində iştirak edərək Müqəddəs Georgi ordeninə layiq görülüb.
   
Abasqulu bəy Şadlinski
   
Aslan Sultanın bir neçə övladı olub. Vedibasar elinin böyük oğlu, xalq qəhrəmanı, ermənilərə qarşı mübarizədə ad çıxarmış Abasqulu bəy Şadlinski də onun nəvəsidir. Bildiyimiz kimi, Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra İrəvan xanlığı da daxil olmaqla digər xanlıqlar ləğv edildi. 1886-cı ildə Vedibasarda ilk rus-müsəlman (türk) məktəbi açılır və Abasqulu bəy ilk təhsilini həmin məktəbdə alır. 
Vaqif müəllim deyir: «Abasqulu atamın əmisidir. Ermənilər Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı qırğınlara başlayanda Abasqulu bəyin başçılığı ilə Vedibasarda böyük silahlı dəstə yaradıldı. O, camaatı başına yığıb ermənilərə qarşı mübarizəyə başladı. Abasqulunun ətrafında, atam Bilas Şadlinski, Nəsrulla bəy Şadlinski, Xəlil bəy, Mehdi bəy, Mirzə Təhmasib var idi. Onlar ilyarım ərzində torpaqlarımızı ermənilərdən qoruyublar». 
Həmin dövrdə baş vermiş hadisələr Vaqif müəllimin atası Bilas Şadlinskinin xatirələrində geniş yer alır: «1918-1920-ci illər Vedi rayonunda vəziyyət ağırlaşdı. Hər həftə Vediyə daşnakların silahlı basqını olurdu. Abasqulu bəy Şadlinskinin silahlı mübarizə dəstəsinin müşayiəti altında minlərlə azərbaycanlı ailəsi daşnakların qırğınlarından xilas olub, İrana mühacirət etmişdi. Bizim ailəmiz də İranın Ərəblər və Çaypara mahallarında bir müddət qaldıqdan sonra Xoy şəhərinə gedib çıxdı. Az sonra atam vəfat etdi». 
Dözülməz günlər yaşayan ailənin oğlu Bilas 15-16 yaşlarında Abasqulu bəy Şadlinskinin silahlı dəstəsinə qoşularaq daşnaklara qarşı döyüşlərdə iştirak edir.
   
Qapı-qapı düşüb azərbaycanlı uşaqlarını təhsilə, məktəbə cəlb edirdi
   
Şadlinskilər ölkəmizdə maarifləndirmə işinin aparılmasında da mühüm xidmətlər göstəriblər. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1922-ci ildə Böyük Vediyə qayıdan Bilas Şadlinski İnqilab Komitəsinin nəzdində yaranan Lenin qiraətxanasının müdiri kimi azərbaycanlıların savadlanmasında, cəmiyyətin inkişafında səmərəli fəaliyyət göstərib. Elə həmin il komsomol təşkilatına daxil olan B.Şadlinski doğma kəndində gənclərin mənəvi və siyasi inkişafı sahəsində, azərbaycanlı gənclərin mübariz ruhda tərbiyə alması istiqamətində ermənilərdən geri qalmamaq üçün xeyli iş görüb. 
Sonra B.Şadlinski ali təhsil almaq arzusu ilə Ali Müəllimlər İnstitutuna daxil olub, dil-ədəbiyyat fakültəsini əla qiymətlərlə bitirib. O, savadsızlığın ləğvi, məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsi, xüsusən qızların icbari təhsilə cəlb edilməsi sahəsində fəallıq göstərməklə, Vedi mahalında aparıcı ziyalı kimi böyük işlər görüb. 
Eyni zamanda, Bilas müəllim ermənilərin xislətinə yaxşı bələd olan bir vətəndaş kimi azərbaycanlıların ermənilərdən geri qalmaması üçün gənclər arasında ardıcıl, məqsədyönlü iş aparırdı. Onun nəsli, kökü, dəyanəti ermənilərin ayrı-seçkilik siyasətinə qarşı mübarizə aparmağa imkan yaradırdı. Sovet rejimində ermənilərin gizli və açıq şəkildə azərbaycanlılara qarşı yeritdikləri bədxah siyasətə qarşı mübarizəni B.Şadlinski daha da qüvvətləndirmək məqsədilə 1932-ci ildə Sov.İKP üzvlüyünə namizəd olmaq istəyir, lakin ermənilərin müqavimətinə görə yalnız 1938-ci ildə partiya sıralarına daxil ola bilir. 
1941-45-ci il müharibəsi başlayanda Bilas müəllim Böyük Vedi rayonunun mərkəzində yerləşən məktəbdə direktor işləyirdi. Həmin illər Bilas müəllim duyğusal nəvazişi, qayğısı ilə bəlkə də çoxlarının uşaq yaddaşında silinməz izlər qoyub. Ona görə ki, o, qələm, dəftər almağa imkanı olmayan uşaqlara dərs ləvazimatları, daha ağır vəziyyətdə olanlara pal-paltar alırdı. Yorulmadan qapı-qapı düşüb azərbaycanlı uşaqlarını təhsilə, məktəbə cəlb edirdi. 
Beləliklə, Bilas müəllimin sayəsində böyük bir ziyalı nəsli yetişdi. Həm də o, bu nəsli Ermənistanda, yerli şovinistlərin təzyiqləri altında yetişdirirdi. Gələcək nəslə dilimizi, dinimizi, tariximizi mənimsətdi, onları erməni fitnəsinə uymağa qoymadı. Bütün bunları isə həyatı bahasına edirdi. 
B.Şadlinski və onun kimi digər Vedibasar ziyalıları və ağsaqqallarının mübarizəsi nəticəsində azərbaycanlıların getdikcə mənəvi və maddi cəhətdən inkişafı ermənilərin heç də ürəyincə deyildi. Onlar yeri gəldikcə həmin adamlara qarşı repressiya siyasətini davam etdirirdilər. 1948-ci ildə ermənilər növbəti dəfə azərbaycanlıların kütləvi deportasiyasına nail oldular... 
Taleyində yurduna, xalqına, soykökünə köçkünlük yazılan B.Şadliniski Qərbi Azərbaycandakı dədə-baba yurdundan respublikamıza - Şəmkir rayonunun Çinarlı (keçmiş Leninkənd) qəsəbəsinə köçdü. 1948-ci ildən burada pedaqoji fəaliyyətini davam etdirən Bilas müəllim qəsəbə orta məktəbində müəllim, direktor müavini, Aşağı Seyfəli kənd orta məktəbində direktor vəzifələrində çalışdı. B.Şadlinski ömrü boyu erməni millətçilərinə qarşı mübarizə aparırdı. Bu məqsədlə o, yaşadığı evdə kitabxana təşkil etmiş, burada erməni şovinistlərinin riyakar və hiyləgər əməllərini, azərbaycanlılara qarşı cinayətkar məqsədlərini açıqlayan tarixi sənədlərdən, fotolardan, kitab, qəzet və jurnal materiallarından ibarət muzey-sərgi düzəltmişdi. 
Şadlinskilərin digər nümayəndələri - Yunis və Bilman Şadlinskilər də pedaqoji sahədə fəaliyyət göstərərək uzun illər maarifləndirmə işi ilə məşğul olublar. Bu gün isə həmin yolu davam etdirən nəslin davamçısı tibb elmləri doktoru, professor Vaqif Şadlinskinin adı ölkəmizin elm və təhsil işçilərinə, səhiyyə sahəsində çalışanların böyük əksəriyyətinə yaxşı tanışdır. Onun adı ölkənin tanınmış ziyalıları sırasında çəkilir. 
Azərbaycan tarixinə dəyərli övladlar bəxş etmiş qədim Oğuz yurdu Vedibasarda xeyirxahlığı, halallığı, hünərvərliyi ilə məşhur olan Şadlinskilər nəslinin davamçısı Vaqif müəllim həm də gözəl ailə başçısıdır. Böyütdüyü 4 övladının hər biri ali tibb təhsili alıb. Onların hərtərəfli biliyə, geniş dünyagörüşünə malik mütəxəssislər kimi Vətənə, xalqa bağlı bir ziyalı kimi yetişmələrində ata-babalarının, valideynlərinin keçdiyi həyat yolunun böyük təsiri olub. (medeniyyet.az)
   
Mehparə Sultanova


Etiket:
Xəbərlər

Şahbulaq Qıfılı saray kompleksi - Qarabağ abidələri  

20.09.2019

Cəlalilər: qanlı üsyan, izi itmiş Koroğlu, öldürülən Dəli Həsən

19.09.2019

Nərimanlı kökənli 27 abituriyent "tələbə" adını qazandı

18.09.2019

Əfsanəvi Mixaylo Rəsulzadəni öldürməkdən imtina etmişdi- GİZLİ TARİX

18.09.2019

Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı

18.09.2019

İşğal altında olan torpaqlarda 330 yerli əhəmiyyətli abidə dağıdılıb

17.09.2019

NİL ADAM

16.09.2019

Rəhim Əliyev. Birinci Türkoloji Qurultayın iki qərarı haqqında

14.09.2019

Tereza ana ilə bağlı İNANILMAZ FAKTLAR: 12 yaşında... - FOTO

14.09.2019

"Ey Firdovsi, qalx, küfr etdiyin türkü gör" - Əmir Teymurun türkü aşağılayan Firdovsiyə cavabı

13.09.2019

Baninin “Qafqaz Günləri” – köhnə Bakının hekayəsi

12.09.2019

Tarixdə iz qoyanlar: Təbrizdə ana dilində ilk məktəb açan MÜƏLLİM – Şahın Tehrana çağırdığı azərbaycanlı

12.09.2019

“Azərbaycanda erməni qırğınları və deportasiyaları” haqqında baxışların tənqidi təhlili

11.09.2019

Mükəmməl kitab yazmaq istəyirsinizsə... - DAHİLƏRİN TÖVSİYƏSİ

11.09.2019

M.Ə.Rəsulzadənin və N.Nərimanovun İmam Hüseyn haqqında fikirləri - Layihə
 

10.09.2019

Kərbəla nədir?

10.09.2019

Tağıyevin qızı Saraya katib Hacıyev nələr etdi?

09.09.2019

Qafqazın əsil sahibi kimlər imiş?

07.09.2019

Asəf QAYA: ULAMAĞIN ÇAĞIDIR, ULA BOZ QURDUM, ULA!..

06.09.2019

Əbu-Dabidəki Şəhrizadın Cəbrayıl həsrəti

06.09.2019

ZƏNGƏZURU ERMƏNİLƏRƏ KİM SATDI

05.09.2019

Andranikin qoşunları Zəngəzur qəzasına soxulandan sonra Şuşa qəzasında ermənilərin düşmənçilik mövqeyi daha da möhkəmləndi
 

05.09.2019

Ermənistandan 100 min azərbaycanlını sürgün edən əmr

04.09.2019

Məğlub olmağı bacarmayan, Hitleri depressiyaya salan marşal – Çuykovun son arzusu

03.09.2019

Müsavatın əleyhinə yazılan aşıq şeirləri

03.09.2019

Haqq aşığı Novrəs İmanın sirli dünyası

02.09.2019

“Böyük Ermənistan” xülyası və tarixi həqiqətlər

02.09.2019

26 il - Qubadlısız

31.08.2019

HƏSRƏTİNDƏ QALDIĞIM O YERLƏR

31.08.2019

Cənazə namazı qılınmayan, yası tutulmayan Səlcuqlu sultanı kim olub?

30.08.2019

Haqverdiyevin Axundov haqda yazdığı nadir məqalə

30.08.2019

Aqil İman unudulmazlığı - Sərraf Şiruyə

29.08.2019

SSRİ-nin 29 yaşlı azərbaycanlı naziri - O bir gündə 12 erməni direktoru işdən qovub - FOTOLAR

29.08.2019

İrəvan xanları nəslinin nümayəndəsi Azərbaycanda səfərdə olub

28.08.2019

Qadınlara laqeyd olan, yoxsul yaşayan, xəstəliyini vecinə almayan Xalq artisti

28.08.2019

Türklərin böyük qələbəsi – “Turan taktikası”

27.08.2019

Kitablar haqqında məşhurların dedikləri

26.08.2019

Çəkiclə gəzən, 40 yaşında məzun olan 100 çətirli dahi – FOTOLAR/VİDEO

26.08.2019

Tələbəsinə aşiq olan, 20 Yanvarda adamları ölümdən qurtaran aktyor – Maraqlı faktlar

24.08.2019

26 il Cəbrayılsız 

23.08.2019

26 il Füzulisiz

23.08.2019

Aktrisa ilə evlənib, onu kinoya həsrət qoyan REJİSSOR

23.08.2019

Qul kimi ölən sultan, sultan kimi ölən qul - TARİXİ FAKT

22.08.2019

Yaşamaq üçün özgə həyatını yeyirik - Vislava ŞİMBORSKAYA

22.08.2019

Çingiz xanın çadırına zəncirlənən qadın sultan - TARİXİ FAKT

21.08.2019

Reyxstaqa qədər döyüşən aktyor - Hüseynağa Sadıqovun ömrü boyu unutmadığı dəhşətli EPİZOD

20.08.2019

Toni Morrison əfsanəsi

20.08.2019

Azərbaycan dili aşiqlərin dilidir... -Buludxan Xəlilov, filologiya üzrə elmlər doktoru, professor

19.08.2019

Fətəli xan Xoyski - Erməni gülləsi ilə arxadan vurulan Azərbaycanın ilk Baş naziri

19.08.2019

Gec deyil... - Oqtay Rzanın - ŞEİRLƏRİ

18.08.2019
Bütün xəbərlər