Mirzə Ələkbər Sabirin “Oxutmuram, əl çəkin” şerinin yazılma tarixçəsi

16:35 / 20.06.2019
Baxılıb: 11708

AMEA ak. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran tarixi və iqtisadiyyatı şöbəsinin əməkdaşı, Bakının Balaxanı kəndindən olan dəyərli həmkarımız Saleh Dostəliyevin şəhadəti əsasında

1910-cu ildə Balaxanı kəndində Zeyqəm adlı ortabab tacirin 11 yaşlı oğlu Dostəli mollaxanada dini təhsil alırmış. Qonşuluqda yaşayan bir müəllim uşağın çox fərasətli olduğunu görüb onu özünün işlədiyi yeni üsullu kənd məktəbində oxumağa çağırır. Atası icazə verməsə də, Dostəli gəlib məktəbə baxır, müəllimlərlə söhbət edir, müəllimlər yeni şagirdi, şagird də müəllimləri çox bəyənir. Uşağı dindirən müəllimlərdən biri Mirzə Ələkbər Sabir idi. Dostəliyə məktəbin geyim dəstini, dərs kitablarını verirlər və həmin gündən 11 yaşlı oğlanın ikili həyatı başlayır. Dostəli hər səhər gündəlik paltarında mollaxanaya gedir, 1-2 saat Quran oxuyandan sonra, yavaşca aradan çıxır, kəndin kənarında iri daş altında gizlətdiyi məktəb formasını geyib dərsə gəlir və həvəslə yeni biliklərə yiyələnir.

Beləcə bir neçə ay keçir. Nəhayət, mollaxanada uşaqdan şübhələnirlər, izinə düşüb, paltarlarını əvəz etdiyi sığınacağı aşkar edirlər və atasına xəbər verirlər. Sərt xasiyyətli Zeyqəm kişi birbaş məktəbə gəlir, hay-küy və söyüşlə oğlunu axtarır, şagirdlər və Sabir də daxil olmaqla bütün müəllimlər bayıra çıxır, lakin heç kim Dostəlini qəzəbinin həddi görünməyən atasının əlindən ala biımir. Zeyqəm oğlunu Balaxanı kəndinin əsas meydanına gətirir, ağaca bağlayır, oğlana yaxın gələnə söyüş qoyur və sonra hamının gözü qabağında Dostəlini döyməyə başlayır. Səs-küyə, uşağın bağırtısına kənd camaatı, məktəblilər, müəllumlər yığışır, nə qədər dil tökürlərsə Zeyqəmi sakit edə bilmirlər. Müəllimlərin məktəbdə oxumağın zərəri olmadığı haqda öyüdlərinə Zeyqəm kişi hiddətlə “uşaq mənimdir, oxutmuram da, əl çəkin” deyə cavab verir. Nəhayət, kimsə gedib Zeyqəmin böyük qardaşını çağırır və meydandakı “tamaşadan” hirslənən böyük qardaş “Oxutmursan oxutma, daha bu rüsvayçılıq nədir” deyib Zeyqəmə bir şillə vurur və beləliklə onu sakitləşdirir. Bütün bu hadisəni izləyən Mirzə Ələkbər Sabir neft mədənlərinə səbəb hələ Bakının ən qabaqcıl və zəngin kəndlərindən sayılan Balaxanıda üzləşdiyi bu nadanlıq və cəhalət səhnəsini az sonra qələmə alır və məşhur “Oxutmuram, əl çəkin” şeri belə yaranır.

Bu şerin prototipi olan Zeyqəm kişi sözünün üstündə durur və daha oğlunu məktəbə qoymur. Dostəli mollaxananı bitirir və ömrünün sonuna qədər Balaxanının kənd mollası olur, amma necə molla… Çox gözüaçıq, yeni fikirli, maarifpərvər və başlıcası, Sabirin şerlərini əzbərdən bilən. Bu döyülmə əhvalatının rüsvayçılığını da Sabirin məşhur şerinə səbəb çox rahat keçirir və əksinə, bu əhvalatı həvəslə soruşanlara, o cümlədən nəvəsi Saleh Dostəliyevə özü təfsilatı ilə danışır.

Saleh müəllim bizlərə, biz də sizlərə danışdıq ki, böyük Sabirin şahidi olduğu bir hadisədən nə qədər dərin ictimai məna almaq qüdrətinə bir daha əmin olasınız.

ilkxeber.org


Etiket:
Xəbərlər

Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.

25.06.2026

Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam

25.06.2026

Qərbi Azərbaycan sədası Göygöldə

23.06.2026

Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri

06.06.2026

ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)

06.06.2026

Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib

06.06.2026

Sözlə çəkilən şəkil

06.06.2026

“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR

03.06.2026

 "Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı

10.05.2026

Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ

04.05.2026

İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi

04.05.2026

İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ 

04.05.2026

Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili

11.04.2026

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025
Bütün xəbərlər