Şirməmməd Hüseynovdan sitatlar: “Bilirsiniz, kimə səcdə etmək lazımdır?

12:00 / 25.06.2019
Baxılıb: 4964

Goyce.az Kulis.aza istinadən dünən dünyasını dəyişmiş məşhur tədqiqatçı-alim, böyük müəllim Şirməmməd Hüseynovun müxtəlif vaxtlarda müsahibələrdə vətən, xalq, dövlətçilik haqqında söylədiyi dəyərli fikirləri təqdim edir.

Sovet dövründə hər il yanvarın 31-də Bəxtiyar, mən, bəzən Nurəddin Rzayev, bəzən Xudu Məmmədovla, digər yoldaşlarla birgə Məhəmməd Əmin Rəsulzadənin atasının qəbri üstünə gedirdik. Amma həm də gedərdik Mehdi Hüseynzadənin atasının qəbri üstünə. Çünki rəsmi dairələr elə bilirdi Mehdi Hüseynzadənin atasını ziyarət etməyə gedirik.

Üzeyir bəy Cümhuriyyətimizin 1 yaşında nə yazsa, yaxşıdır? Deyir, mayın 28-də Azərbaycan dövləti doğdu. Sözə bax e... İnsan niyə dünyaya övlad gətirir? Nəsli davam etdirsin, həm də qocalanda ona xidmət eləsin. Millət də dövləti ona görə yaradır ki, o millətin torpağını, vətənini, varlığını qorusun, ona insan kimi yaşamaq şəraitini yaratsın. Özgədən adama ata-ana olmaz.

Millətin doğma övladı onun öz müstəqil dövlətidir. Qıraqdan gələn səni soymağa, işlətməyə, əsir etməyə gəlir. İndi millətdə bu təfəkkürü yaratmaq lazımdır ki, a kişi, doğmaq, millət, dövlət yaratmaq lazımdır...

Dövlət millətə xidmət etmək, onu yaşatmaq üçündür. Övladıdır da. Ona görə kimə səcdə etmək lazımdır? Millətə, torpağa.

İnkişafa meyl, yenilik hissi, özünü millətlər içərisinə salmaq hissi təbiətən olmalıdır. Bu, böyük hissdir, bu hisslə yaşamaq lazımdır. Mən niyə çox işləyirəm? Təsbeh çevirməklə, avara gəzməklə, boş danışmaqla iş olar? Kimin əlindən gəlirsə, öz milləti üçün, vətəni üçün etməlidir.

Vaxtilə deyirdilər ki, yoxdur bu millətin imzası imzalar içində... Millətimin imzası var millətlər içində! BMT-nin Təhlükəsizlik Şurasının üzvü olduq, 1 ay sədrlik etdik. A kişi, 155 dövlət sənə səs verdi, sən niyə bunlarla fəxr eləmirsən?!

Hindistanda millət var ki, 100 milyondur, dövləti yoxdur. Çində 35 milyon uyğur var. Sən 10 milyon olacaqsan, müstəqil dövlətin var, Allahına şükür elə.

Dənizin dibində o qədər metallar var ki. Amma brilyant, almaz nadirdir, onlar milyon ilə yetişir, amma necə yetişir, heç kəs bilmir. Bir karat brilyant çıxartdılar, 36 milyona satdılar. Millətlərin də içərisində brilyant başlı adamlar yetişir.

Hər bir nəslin qarşısında elə vəzifələr var ki, o, birinci növbədədir. Bu saat Azərbaycan dövləti qarşısında duran bir nömrəli vəzifə Qarabağ məsələsidir.

Ağsaqqallıq heç kəsə imkan vermir ki, qanunsuz, bilmədiyi işlərdən danışsın. Bilmədiyi iş haqqında danışana “avara” deyərlər.


Etiket:
Xəbərlər

“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib

16.10.2026

Araz Yaquboğlunun Qərbi Azərbaycan İcmasında keçirilən “Sındırılmış saz, yandırılmış aşıq” adlı kitabın təqdimatındakı çıxışı

16.10.2026

“Sındırılmış saz, yandırılmış aşıq”

10.10.2026

Basarkeçər kökənli 347 gənc ali məktəblərə qəbul olunub

05.10.2026

Elmin və şəxsiyyətin akademiki

24.09.2026

Qalib Qasımov: Qafqaz Albaniyasının memarlıq yaddaşı və tarixi gerçəkliklər - ŞƏRH

19.09.2026

Adın özü bir düşüncədir

19.09.2026

Şəhid Daşkəndli Aşıq Nəcəfin 160 illik yubileyinə hazırlıq məsələləri müzakirə olunub

19.09.2026

Mədəni irs siyasi mübahisələrin deyil, tarixi yaddaşın bir hissəsidir 

17.09.2026

Göyərən qəbir

09.09.2026

Tanınmış şair Qılman İmanın "Keçmişdəki gələcək" adlı yeni şeirlər kitabı nəşr edilib.

10.08.2026

DAŞKƏNDLİ AŞIQ NƏCƏF HANSI İLDƏ DOĞULUB?

10.08.2026

“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”

14.07.2026

AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)

14.07.2026

AŞIQ ALIDAN QALAN SƏRVƏT

14.07.2026

Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları

14.07.2026

Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.

25.06.2026

Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam

25.06.2026

Qərbi Azərbaycan sədası Göygöldə

23.06.2026

Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri

06.06.2026

ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)

06.06.2026

Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib

06.06.2026

Sözlə çəkilən şəkil

06.06.2026

“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR

03.06.2026

 "Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı

10.05.2026

Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ

04.05.2026

İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi

04.05.2026

İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ 

04.05.2026

Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili

11.04.2026

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025
Bütün xəbərlər