SSRİ-nin 29 yaşlı azərbaycanlı naziri - O bir gündə 12 erməni direktoru işdən qovub - FOTOLAR

13:30 / 29.08.2019
Baxılıb: 3398

1947-ci il. Müharibədən çıxmış qara şəhər - Bakı hələ ki, ağ günə həsrətdir. Müharibənin özündən sonra qoyub getdiyi aclıq, səfalət bu şəhəri cənginə alıb. Bu qara aclıq günlərinin birində tramvayda iki yeniyetmə qız qəfil bir elanla rastlaşır.
 Həmin elanda yazılırdı ki, 7-ci sinfi bitirən oğlan və qızlardan kim yeni açılan Neft Texnikumuna sənəd versə, imtahansız qəbul olunacaq və ayda 264 rubl təqaüd də alacaq.

Həmin xanımlar yalnız bir səbəbə görə - təqaüd xatirinə o dəqiqə bu elanın arxasınca gedirlər. Bir müddət sonra isə ilk aldıqları təqaüdlə sevinə-sevinə Bakı küçələrini gəzərək, evlərinə nə isə almaq istəyirdilər. O zaman həmin qızların yalnız 15 yaşı var idi....

Vaxt gələcək, həmin 15 yaşlı qızlardan biri nəinki Azərbaycanın, hətta  o vaxt dünyanın lider dövləti olan SSRİ-nin tarixinə düşəcəkdi. Vur-tut 29 yaşı olanda Azərbaycan SSR-in məişət xidməti və yerli təsərrüfat naziri seçiləcəkdi.

Modern.az saytının təqdim etdiyi bu yazıda 29 yaşlı xanım nazir – Nəbibə Həsənovadan bəhs olunur. O, 28 yaşında nazir müavini, bir il sonra isə nazir seçilməklə SSRİ tarixinin ən gənc naziri adını qazanıb.

1950-ci illərin əvvəli...

Hələ ki adı tarixə yazılası bu xanım tələbədir. Özü də Moskva Texniki-Yüngül Sənaye İnstitutunu çətinliklə oxuyan bir tələbə. Rus dilin yaxşı bilmədiyindən marksizm-leninizm kimi ağır fəndən kəsilir. Geriyə isə qayıtmaq olmazdı. Bu, sadəcə mümkün deyildi. Evdən böyük çətinliklə etirazlara sinə gərərək, icazə ala bilmişdi. Getsəydi, daha geriyə dönüş ola bilməzdi. Çünki qayıtsaydı, ailəsi onu bir daha buraxan deyildi. Odur ki, gənc qız akademik məzuniyyətə çıxır. Moskva kimi böyük şəhərdə çətinliklərə baxmayaraq həm yaşayır, həm çalışır, həm də rus dilini öyrənirdi. Tolstoyun “Anna Karenina” romanı ona bu dili mənimsəməkdə kömək oldu.

Min bir çətinliyin hesabına 1955-ci ildə institutu bitirdi.  Bakıdakı Əli Bayramov adına Tikiş fabrikinə mühəndis kimi təyinat aldı. O zamn onun cəmi 25 yaşı var idi. Üstündən cəmi bir neçə il keçəcək və o, bu sahənin birinci şəxsinə çevriləcəkdi -yəni nazir olacaqdı...

1961-ci il...

Haqqında danışdığımız xanım Nəbibə Həsənova artıq işə başladığı sahədə ildırım sürətiylə irəliləyirdi. İşlədiyi müəssisənin başına keçəndən sonra sənaye sektoruna bir sıra yeniliklər gətirdi. Çox keçmədi ki, onu respublika yerli sənaye nazirinin  müavini təyin etdilər. O zaman artıq iki azyaşlı uşağı olan N.Həsənovanın ailəsində problemləri başladı. 


Amma o bilmirdi ki, hələ qarşıda daha bir post var. Günlərin bir günü o zaman Azərbaycan SSR MK-nın sədri  A.Əmirov onu kabinetinə dəvət edib və çox danışmadan kiçik konverti ona təhvil verib. Yeganə olaraq onu bildirdi ki, “sən bu konverti SSRİ MK-ya təqdim etməlisən”. Nazir müavini olmasına baxmayaraq Nəbibə Həsənova başa düşməmişdi ki, əslində konvertdə onun nazir kimi yuxarılara təqdimatı yazılıb. Nəbibə xanım Moskvadan qayıdanda artıq respublikanın məişət xidməti və yerli təsərrüfat naziri idi. O vaxt Moskvada nəşr olunan «Oqonyok» jurnalında dərc edilmiş şəklin altında yazılmışdı: «SSRİ-nin ən cavan (29 yaşlı) qadın naziri Nəbibə Həsənova».

Fəhlə qızı, novxanılı balası və erməni qənimi...

Nəbibə Həsənova Bakının Novxanı kəndində anadan olub. Atası fəhlə-ocaqçı, anası isə evdar qadın idi. Nəbibə xanım gənc yaşında nazir olanda üçüncü uşağına hamilə idi. Buna baxmayaraq, uşaq doğulana qədər o vəziyyətdə çalışıb. Karyerası müddətində ona mane olmaq istəyənlər çox olub. Xüsusən də ermənilər bu işdə aktivlik göstəriblər. Amma Nəbibə xanım da sakit durmayıb. Bir gündə düz 12 erməni direktorunu işdən azad edib. Onun erməni əsilli 12 direktoru respublika rəhbərliyi ilə məsləhətləşmədən vəzifədən azad etməsi yuxarılarda birmənalı qarşılanmayıb. Hətta sensasiya doğurub. 

Nəbibə Həsənova 1989-cu ildən fərdi dövlət təqaüdündədir.. 

Elmin NURİ


Etiket:
Xəbərlər

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025
Bütün xəbərlər