1875-ci ildə Gəncədə anadan olmuş Həsən bəy Ağayev 1920-ci il 19 iyulunda Cümhuriyyətin bir çox başqa liderləri kimi, Tiflisdə sui-qəsd nəticəsində öldürülür. Akademik Rafael Hüseynovun doktor Həsən bəyin qızı Sevda xanımla söhbətləri əsasında yazdığı “Millətin zərrələri” kitabında onun ölümü ilə bağlı maraqlı məlumatlar qeyd edib:
“Mayın sonlarında Nəriman Nərimanova kağız göndərir ki, “siyasi fəaliyyətimi dayandırmışam. Həkimliyimi etmək istəyirəm, şərait yaradın, Bakıya qayıdım...”. Nəriman cavabı fövrən verir: “Nəinki Azərbaycana qayıtmağın, heç Tiflisdə qalmağın da məsləhət deyil”. Və onda Həsən bəy həqiqətin təsəvvür etdiyindən də qat-qat dəhşətli olduğunu dərk edir. İyunun 19-da Tiflisdə Fətəli xan Xoyski güllə ilə kürəyindən vurulanda Həsən bəy çılpaqlığı ilə anlayır ki, Nərimanın məsləhəti doğrudur, bu həna o hənalardan deyil. Yeganə nicat mühacirətdir. Artıq bileti də cibindəymiş. İyulun 20-də Tiflisdən Batuma, oradan da gəmi ilə Türkiyəyə gedəcəkmiş...
İyulun 19-u axşam qapı döyülür. Aktyor Mustafa Mərdanov gəlir. Deyir ki, “yaxın dostlarından bir neçəsi burda bir evdə yığışıblar, səni görmək istəyirlər”. Həsən bəy qalxır kostyumunu geyinməyə. Ev yiyəsi onu dilə tutur: “Görmürsənmi vəziyyət pisdir? Səni izləyirlər. Hara gedirsən? Qoy kim ki, səni görmək istəyir, gəlsin bizə”.
Həsən bəy sözə baxmır: “Yox, yaxşı deyil, 10 nəfərəcən adam məni orada gözləyir. O qədər adamı ayağıma gətirim?”.
Mustafa Mərdanov da onları arxayın edir ki, “narahat olmayın, necə aparıram, elə də qaytarıb gətirəcəyəm...”.
2 saat keçir... Qapının zəngi çalınanda ev yiyəsi hövlnak ayağa qalxır, qapının zənginin çalınmasıyla güllənin açılması bir olur. Yüyürürlər qapıya. Baxırlar nə Mustafa var, nə bir başqası. Həsən bəyin qana bulaşmış və artıq cansız cəsədi sərilib yerə...
“Həyat yoldaşı Xədicə xanıma sonradan bəlli olur ki, sui-qəsdi təşkil edən Əliheydər Qarayevmiş, Mustafa Mərdanov da onun agentlərindənmiş... İzi azdırmaq üçün Qarayev Bakıda söz çıxarır ki, Həsən bəyi qətlə yetirən ermənilərdir”.
Burada Həsən bəy Ağayevin ölüm səbəbində iki məşhurun adı çəkilir. Azərbaycanın ilk bolşeviklərindən olan Ə.Qarayev bütün tarix həvəskarlarına tanışdır. Xədicə xanımın da sonaradan dediyinə görə, sui-qəsdin əsas təşkilatçısı məhz Qarayev olub.
Hadisədə adı hallanan digər şəxs isə hamımıza “O olmasın bu olsun” kinokomdeiyasından yaxşı tanıdığımız və sərxoş olaraq Məşədi İbada sataşan Həsən bəy rolunun ifaçısı aktyor Mustafa Mərdanovdur. Sonradan sovet vaxtında “Qanun naminə”, “Əhməd haradadır”, “Fətəli xan” və s. filmlərdə rol almış Mustafa Mərdanov Həsən bəyi birbaşa öldürməsə də, ona sui-qəsdin təşkilində iştirakçılardan olub.
Həsən bəy Ağayev əslində dövrünün yüksək zəkalı insanı kimi ictimai işlərə baş qoşmağa məcbur idi. Belə desək, o zaman milli ideologiyanın pik həddə çatıb dövlətçilik maraqlarının gücləndiyi bir vaxtda Həsən bəy Ağayevin yalnız həkimliklə məşğul olmağa ixtiyarı yox idi. İctimai mühit Həsən bəy Ağayev intellektini həmən öz ağuşuna alır. Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə Rusiyada həkimlik peşəsinə yiyələnən Ağayev sonradan Azərbaycan ictimai-siyasi arenasının öncüllərindən biri olur. Xəlil bəy Xasməmmədov, Şəfi bəy Rüstəmbəyli, Nəsib bəy Yusifbəyli ilə bərabər “Azərbaycan Ədəbi Mərkəziyyə” firqəsini yaradır.
1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurasının iclasında Azərbaycanın “İstiqlal Bəyannaməsi” qəbul edilərkən Həsən bəy Ağayev Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin müavini olur.
Daha bir maraqlı faktı qeyd edək ki, Azərbaycanın müstəqilliyi haqqında “İstiqlal Bəyannaməsi”ni ilk olaraq Həsən bəy Ağayev imzalayıb. Həsən bəy Ağayev Tiflisə məcburi şəkildə gedib, orada həlak olmazdan qabaq faktiki parlamentin sədri funksiyasını yerinə yetirirdi. Çünki həmin vaxt diplomatik danışıqlar məqsədilə Avropaya gedən sədr Əlimərdan bəy Topçubaşovu o, əvəz edir və iclasları keçirirdi. Bu zaman Ağayevin cəmi 45 yaşı var idi. 45 yaşı təsadüfi olaraq vurğulamadıq. Çünki o, hələ gənc yaşında olarkən falabaxan bir qaraçı tələbə dostlarının yanında Həsən bəyə cəmi 45 il yaşayacağını və bu yaşa qədər yüksək vəzifələrə çatacağını demişdi.
Rafael Hüseynov bu barədə maraqlı qeydlər edib:
“...Moskva Universitetini bitirən tələbələr 1901-ci ildə Moskvada kiçik bir restoranda universiteti bitirmələrini qeyd edən zaman bir qaraçı onların yanına gəlir və fallarına baxır. Həsən bəyin də əlinə baxdıqdan sonra onun bəxtini söyləmək istəmir. Bu zaman Həsən bəy israr edir. Qaraçı deyir: “Bir halda ki məcbur edirsiniz... İncimə məndən. Sən çox xoşbəxt ailə quracaqsan, üç qızın olacaq. Özün də hökumət pilləkəni ilə yuxarılara qalxacaqsan. Lap zirvəyə. Qoy ardını deməyim...”.
- Niyə ki? Elə maraqlı olan davamıdır, söyləyin.
- 45 yaşına çatanda sən öləcəksən. Həm də öz əcəlinlə ölməyəcəksən. Öldürəcəklər səni.
Dostları bayaqkından da bərk gülüşürlər. Həsən də qoşulur onlara. Amma hər halda, bir az tutulur. “Yetər, xanım daha buracan bəsdir” deyə o, qaraçıya söyləyir”.
Həsən bəyin həyat yoldaşı Xədicə xanım isə öz qızı Sevdaya bunları danışıb:
“Həsən fal söhbətinin üstünü vurmurdu, amma 1919-da, xüsusən 1920-də həyəcanlarım daha da artdı. Danlayırdım babanı ki, görmürsənmi yuxarıdan axın gəlir? Görmürsən Rusiyada nələr baş verir? Siz nə fikirləşirsiniz, o şimaldakı qasırğalar bura yetişsə, qıracaqlar hamımızı.
Baban günahkar kimi gülümsünərdi ki, “ay Xədicə, məni danlama, 5-6 ayım qalıb”.
Sonra deyirdi ki, Xədicə, “4 ayım qaldı...”.
"...Qaldı 3 ayım”.
“...Möhlətimə 2 ay da var”.
Dili qurumuş falçının dediyi düz çıxdı. 45 yaşı tamam olanda Babanı qətlə yetirdilər”.
Tarixçi Ədalət Tahirzadə də öz yazılarında qeyd edir ki, yazıçı-tarixçi Eldar İsmayılov da bu fikirdədir ki, Həsən bəy Ağayevi sovet çekistləri öldürüb. Onu erməni terrorçuları öldürmüş olsa belə, onlar yalnız icraçı olublar.
Həsən bəy Ağayev də Fətəli xan Xoyski kimi Tiflisdə, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin məzarı yanında dəfn edilib. (modern.az)
Elmin NURİ
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025