Tanımadığımız tanınmışlar - iki qardaş

17:08 / 23.11.2026
Baxılıb: 224

İnsanın taleyində gözə görünən bir yol var: məktəb, universitet, iş otağı, xəstə çarpayısının yanı. Bir də görünməyən yol var. O, atanın dilindən, ananın laylasından, babanın ocaq başındakı söhbətindən keçib gəlir. İnsan yurdundan neçə min kilometr aralıda doğulsa da, bu görünməyən yol onu gec-tez kökünə qaytarır. Çünki kök təkcə torpaqda olmur, yaddaşda da olur; kökdən qopan budaq isə tez quruyar.

Moskvada doğulub boya-başa çatmış Ruslan və Seymur qardaşlarının ailə kökü Qərbi Azərbaycanın Göyçə mahalındakı Zod kəndinə gedib çıxır. Onlar Allahverdi Şərifovun oğlullarıdır. Biri nevroloqdur, o biri stomatoloq-cərrah. “Tanımadığımız tanınmışlar” layihəsinin bu yazısı onlar haqqındadır.

Ruslan Şərifov 1993-cü il sentyabrın 16-da Moskvada dünyaya göz açıb.

İlk təhsilini Moskvada alıb: 2000-2004-cü illərdə 1706 nömrəli gimnaziyada, 2004–2005-ci illərdə 901 nömrəli məktəbdə, 2005-2011-ci illərdə isə 657 nömrəli ümumtəhsil məktəbində oxuyub. 2011-2017-ci illərdə N.İ.Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin pediatriya fakültəsində təhsil alaraq ali tibb təhsilini başa vurub. Sonrakı iki ili, yəni 2017-2019-cu illəri N.V. Sklifosovski adına Təcili Tibbi Yardım Elmi-Tədqiqat İnstitutunda nevrologiya üzrə klinik ordinaturada keçirib.

2019-2022-ci illərdə həmin institutun beyin qan dövranının kəskin pozulması (insult) olan xəstələr üçün nəzərdə tutulmuş nevrologiya şöbəsində həkim-nevroloq işləyib. 2023-cü ildən bu günədək eyni sahədə Rusiya Federal Tibbi-Bioloji Agentliyinin Beyin və Neyrotexnologiyalar Federal Mərkəzində çalışır.

Gündəlik işi insultun kəskin dövründə xəstələrin müalicəsi, beyin qan dövranı pozuntularının diaqnostikası və ağır nevroloji xəstəliklərdən sonra reabilitasiya ilə bağlıdır. Ultrasəs diaqnostikası üzrə peşə yenidənhazırlığı keçib; spastikliyin diaqnostikası və müalicəsi, nevroloji xəstələrdə üz nahiyəsinin hərəkət pozuntularının korreksiyası, daxili xəstəliklərin diaqnostikası və müalicəsi üzrə ixtisasartırma proqramlarında iştirak edib. 2022-ci ildə İsrail xəstəxanasında təcili yardımın qabaqcıl metodlarına dair təlim kursunu bitirib.

Ruslan Şərifov elmlə də məşğul olur. Müəllif və həmmüəllif kimi virusla əlaqəli kəskin nekrotizan dissemin olunmuş leykoensefalopatiya, habelə COVID-19 xəstələrində kəskin beyin qan dövranı pozuntuları zamanı təcili tibbi yardım mövzularında elmi məqalələri var. Nevrologiya sahəsində bilik və təcrübəsini artırmağı, elmi və klinik işini davam etdirməyi qarşısına məqsəd qoyub.

Seymur Şərifov 2001-ci il aprelin 3-də Moskvada anadan olub.

2008-2019-cu illərdə Moskvadakı 657 nömrəli ümumtəhsil məktəbində oxuyub. 2019-cu ildə A.İ.Yevdokimov adına Moskva Dövlət Tibb-Stomatologiya Universitetinin (indiki Rusiya Tibb Universiteti) stomatologiya fakültəsinə daxil olub, 2024-cü ildə ali təhsilini başa vurub.

2021-2022-ci illərdə universitetdə oxumaqla yanaşı, COVID-19 pandemiyası dövründə Moskvanın 24 nömrəli Klinik Xəstəxanasında tibb qardaşı işləyib. 2024-2026-cı illərdə Mərkəzi Dövlət Tibb Akademiyasında cərrahi stomatologiya üzrə klinik ordinaturada təhsil alıb.

2023-cü ildən Peşəkar Stomatologiya Mərkəzində həkim-stomatoloq-cərrah kimi çalışır. Bu illər ərzində müxtəlif mürəkkəblik dərəcəli dişlərin çıxarılması, dişlərin replantasiyası, dental implantasiya (o cümlədən All-on-4 və All-on-6 üsulları), sümük toxumasının plastikası və ağız boşluğunun yumşaq toxumalarında plastik əməliyyatlar üzrə təcrübə toplayıb. Müasir diaqnostika və cərrahi müalicə üsullarından istifadə edir, göstərdiyi tibbi xidmətin keyfiyyətinə və təhlükəsizliyinə xüsusi diqqət yetirir.

Qardaşların yolu müxtəlif ixtisaslardan keçir: biri beyin damarlarında baş verən fəlakətlə üz-üzə dayanır, o biri çənə-üz nahiyəsinin cərrahiyyəsi ilə məşğuldur. Onları isə eyni şey birləşdirir: təhsilə, peşəyə və öyrənməyə bağlılıq. Moskvada doğulub böyüsələr də, Zod kəndinin adı ailələrinin yaddaşında yaşayır. Onalr üçün Zod bir kənd, ata yurdu olmaqla bərabər həmdə nəsildən nəslə ötürülən soy-kökdür, ruhdur.

İnsan iki dəfə doğulur: bir dəfə anasından, bir dəfə də öz əməlindən. Birincisi təsadüfdür: hansı şəhərdə, hansı dildə. İkincisi seçimdir. Şərifov qardaşları ikinci doğuşda kökü də özləri ilə gətiriblər. “Tanımadığımız tanınmışlar” layihəsində belə insanların həyatını oxucuya çatdırmaqda məqsədimiz təkcə uğurları sadalamaq deyil. İstəyirik ki, gənc nəsil görsün: zəhmət, bilik və məqsədyönlülük doğru yoldur. Bu qardaşların timsalında bir daha inanırıq ki, harada doğulub yaşamasından asılı olmayaraq, hər kəs öz əməyi ilə bağlı olduğu elin-obanın adını ucalda bilər. Kök qurumayanda budaq da yaşıl qalır.

Qalib Qasımov, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Firdus Vilid oğlu Kərimov (Moskva şəhəri)


Etiket:
Xəbərlər

Almaniyada çalışan azərbaycanlı həkim-cərrah və alim

23.11.2026

Tanımadığımız tanınmışlar - iki qardaş

23.11.2026

Göyçədən gələn köklər, gələcəyə açılan uğur yolları

21.11.2026

Bilsə, bircə atam bilir...

21.11.2026

Bala Məzrə kənd məktəbinin tarixinə işıq salan nəşr təqdim olunub

19.11.2026

Köklərinə bağlı, peşəsinə sadiq: Həkim Məryəm Məmmədovanın uğur yolu

18.11.2026

Rauf Kasimov: İfaçılıq məktəbi, mühacirət və pedaqoji irsin vəhdəti

17.11.2026

Firdus Kərimov: Zoddan “Buran” kosmik layihəsinə uzanan əmək yolu

16.11.2026

Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisi

16.11.2026

Mübariz Həsən oğlu Qocayev – zəhmət və uğurlarla dolu həyat yolu

14.11.2026

TUNZALƏ BAYRAMOVA: TƏCİLİ CƏRRAHİYYƏDƏ PEŞƏKAR İNKİŞAF VƏ ELMİ FƏALİYYƏT

13.11.2026

Ramiz Vəliyev: onkoloji cərrahiyyədə elmi bilik, peşəkarlıq və cərrahi təcrübə

12.11.2026

11.11.2026

Azərbaycan əsilli alim Rusiyanın nüfuzlu onkoloji mərkəzində: Tibb elmləri doktoru Aslan Vəliyev

11.11.2026

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib 

08.11.2026

Prezidentdən Mürvət Həsənli ilə bağlı SƏRƏNCAM

30.10.2026

“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib

16.10.2026

Araz Yaquboğlunun Qərbi Azərbaycan İcmasında keçirilən “Sındırılmış saz, yandırılmış aşıq” adlı kitabın təqdimatındakı çıxışı

16.10.2026

“Sındırılmış saz, yandırılmış aşıq”

10.10.2026

Basarkeçər kökənli 347 gənc ali məktəblərə qəbul olunub

05.10.2026

Elmin və şəxsiyyətin akademiki

24.09.2026

Qalib Qasımov: Qafqaz Albaniyasının memarlıq yaddaşı və tarixi gerçəkliklər - ŞƏRH

19.09.2026

Adın özü bir düşüncədir

19.09.2026

Şəhid Daşkəndli Aşıq Nəcəfin 160 illik yubileyinə hazırlıq məsələləri müzakirə olunub

19.09.2026

Mədəni irs siyasi mübahisələrin deyil, tarixi yaddaşın bir hissəsidir 

17.09.2026

Göyərən qəbir

09.09.2026

Tanınmış şair Qılman İmanın "Keçmişdəki gələcək" adlı yeni şeirlər kitabı nəşr edilib.

10.08.2026

DAŞKƏNDLİ AŞIQ NƏCƏF HANSI İLDƏ DOĞULUB?

10.08.2026

“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”

14.07.2026

AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)

14.07.2026

AŞIQ ALIDAN QALAN SƏRVƏT

14.07.2026

Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları

14.07.2026

Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.

25.06.2026

Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam

25.06.2026

Qərbi Azərbaycan sədası Göygöldə

23.06.2026

Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri

06.06.2026

ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)

06.06.2026

Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib

06.06.2026

Sözlə çəkilən şəkil

06.06.2026

“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR

03.06.2026

 "Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı

10.05.2026

Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ

04.05.2026

İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi

04.05.2026

İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ 

04.05.2026

Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili

11.04.2026

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026
Bütün xəbərlər