Yaşayıram
Başqa dünya gərək deyil,
Öz dünyamda yaşayıram.
Kəlmələrlə dost olmuşam,
Söz dünyamda yaşayıram.
İçimdə bir nisgil qalıb,
Hisslərimi oda salıb,
Hər tərəfim alov alıb,
Köz dünyamda yaşayıram.
Yaraların sarğısıyam,
Duyğuların doğrusuyam,
Astarımın ağrısıyam,
Üz dünyamda yaşayıram.
Vara sevgi bəsləmirəm,
“Gəl, gəl!” – deyib səsləmirəm.
Milyonları istəmirəm,
Yüz dünyamda yaşayıram.
Heca-heca gülüşüm var,
Misra-misra gəlişim var,
Əyrilərlə nə işim var?!
Düz dünyamda yaşayıram.
Şeir oldum
Bir yumaqdım, qürbətlərdə çözüldüm,
Ürəyimin xiffətindən süzüldüm,
Damla-damla sətirlərə düzüldüm,
Şeir oldum...
Qaranlıqda yollarımı tərs getdim,
Öz dərdimin havasında rəqs etdim,
Vergülləndim, nöqtələndim... və bitdim,
Şeir oldum...
Bu dünyanın gileyində boğuldum,
Günahsızın göz yaşıyla yoğruldum,
Misra-misra, heca-heca doğuldum,
Şeir oldum...
Duyğulara sığal çəkdim, daradım,
Haqqı gəzdim, hər addımda aradım,
Nəhayətdə bircə işə yaradım,
Şeir oldum...
İnsanmı az idi?
Niyə xəlq eylədin məni, İlahi,
İnsanmı az idi Yer kürəsində?!
Suallar altında daş-qalaq oldum,
Keşməkeş ömrümün hər bərəsində.
Bir ağac edərdin yolun üstündə,
Günəş od saçanda kölgə salardım.
Dincini aldıqca yorğun insanlar,
Sevincdən göylərə lap ucalardım.
Bir bulud edərdin göyün üzündə,
Gözümü sıxdıqca torpaq doyardı.
Yağışın səsini dinləyib, bəlkə,
Könül pıçıltımı hər kəs duyardı.
Bir çay eyləyərdin coşqun, dumduru,
Dağların köksündən axıb gedərdim.
Qarşıma alardım haqsızlıqları,
Gözümü qırpmadan yıxıb gedərdim.
Ya da bir sıldırım qaya edərdin,
Dəniz sahilinə qoyardın məni.
Mehriban ləpələr salamlayardı,
Dəlisov dalğalar yuyardı məni.
Niyə xəlq eylədin məni, İlahi,
İnsanmı az idi Yer kürəsində?!
Məzarlıq
Uşaqkən qorxardıq qəbir daşından,
Çox vaxt məzarlıqdan kənar gəzərdik.
Əcələ sarılmış daş adamları
Ürkək baxışlarla gendən süzərdik...
Zamanla böyüdük... İtirdik biz də,
Doğmalar, yaxınlar bir-bir köç etdi.
O məzar daşları ürəyimizdə
Doğmalaşan zaman qorxu da getdi.
Həmin vahimədən əsər qalmayıb,
İndi o məkana rahat gedirik.
Daşa dönənləri ziyarət edib,
Cavabsız olsa da, söhbət edirik.
Tək bircə yolu var əbədiyyətin,
Gedənin qayıdan yolları olmur.
Soyuq qarşılayar, qucaqlamaz heç –
Qəbir daşlarının qolları olmur.
Küsə bilmirəm
Səni mənə gətirmir,
Mən illərdən küsmüşəm.
Qovhaqovla ötüşdü,
Fəsillərdən küsmüşəm.
İncimişəm göydən də,
İncimişəm yerdən də.
Dar ayaqda tapınıb,
İnandığım pirdən də.
Yollardan da küsmüşəm,
Torpaqdan da, daşdan da.
Hər açılan səhərdən,
Hər qaralan qaşdan da.
Dünyaya ehkam kəsdim,
Sənə kəsə bilmirəm.
Neyniyim ki, hələ də
Səndən küsə bilmirəm.
Həvva Nazim
İnsanmı az idi Yer kürəsində?!
26.11.2026Almaniyada çalışan azərbaycanlı həkim-cərrah və alim
23.11.2026Tanımadığımız tanınmışlar - iki qardaş
23.11.2026Göyçədən gələn köklər, gələcəyə açılan uğur yolları
21.11.2026Bilsə, bircə atam bilir...
21.11.2026Bala Məzrə kənd məktəbinin tarixinə işıq salan nəşr təqdim olunub
19.11.2026Köklərinə bağlı, peşəsinə sadiq: Həkim Məryəm Məmmədovanın uğur yolu
18.11.2026Rauf Kasimov: İfaçılıq məktəbi, mühacirət və pedaqoji irsin vəhdəti
17.11.2026Firdus Kərimov: Zoddan “Buran” kosmik layihəsinə uzanan əmək yolu
16.11.2026Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisi
16.11.2026Mübariz Həsən oğlu Qocayev – zəhmət və uğurlarla dolu həyat yolu
14.11.2026TUNZALƏ BAYRAMOVA: TƏCİLİ CƏRRAHİYYƏDƏ PEŞƏKAR İNKİŞAF VƏ ELMİ FƏALİYYƏT
13.11.2026Ramiz Vəliyev: onkoloji cərrahiyyədə elmi bilik, peşəkarlıq və cərrahi təcrübə
12.11.2026 11.11.2026Azərbaycan əsilli alim Rusiyanın nüfuzlu onkoloji mərkəzində: Tibb elmləri doktoru Aslan Vəliyev
11.11.2026Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
08.11.2026Prezidentdən Mürvət Həsənli ilə bağlı SƏRƏNCAM
30.10.2026“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib
16.10.2026Araz Yaquboğlunun Qərbi Azərbaycan İcmasında keçirilən “Sındırılmış saz, yandırılmış aşıq” adlı kitabın təqdimatındakı çıxışı
16.10.2026“Sındırılmış saz, yandırılmış aşıq”
10.10.2026Basarkeçər kökənli 347 gənc ali məktəblərə qəbul olunub
05.10.2026Elmin və şəxsiyyətin akademiki
24.09.2026Qalib Qasımov: Qafqaz Albaniyasının memarlıq yaddaşı və tarixi gerçəkliklər - ŞƏRH
19.09.2026Adın özü bir düşüncədir
19.09.2026Şəhid Daşkəndli Aşıq Nəcəfin 160 illik yubileyinə hazırlıq məsələləri müzakirə olunub
19.09.2026Mədəni irs siyasi mübahisələrin deyil, tarixi yaddaşın bir hissəsidir
17.09.2026Göyərən qəbir
09.09.2026Tanınmış şair Qılman İmanın "Keçmişdəki gələcək" adlı yeni şeirlər kitabı nəşr edilib.
10.08.2026DAŞKƏNDLİ AŞIQ NƏCƏF HANSI İLDƏ DOĞULUB?
10.08.2026“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”
14.07.2026AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)
14.07.2026AŞIQ ALIDAN QALAN SƏRVƏT
14.07.2026Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları
14.07.2026Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.
25.06.2026Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam
25.06.2026Qərbi Azərbaycan sədası Göygöldə
23.06.2026Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri
06.06.2026ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)
Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib
06.06.2026Sözlə çəkilən şəkil
06.06.2026“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR
03.06.2026"Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı
10.05.2026Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ
04.05.2026İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi
04.05.2026İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ
04.05.2026Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili
11.04.2026Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026