Atam getmişdi ki, Səməd Vurğunu Göyçəyə - Aşıq Ələsgərin qəbrini ziyarət etməyə gətirsin - Əhliman Əmiraslanov

20:30 / 16.11.2019

 Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri, SSRİ Dövlət Mükafatı Laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının və Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının xarici üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Bilogiya və Tibb elmləri Bölməsinin akademik-katibi, SSRİ Tibb Elmləri Akademiyasının аkademik N.N.Petrov аdına mükafatı laureatı, Rusiya Tibb Elmləri Akademiyasinin N.N. Bloxin adına qızıl medalının təltifçisi, Polşa Tibb Elmləri Akademiyasının Albert Şvayster mükafatı laureatı, dünyanın bir çox nüfuzlu elmi assosiasiya və cəmiyyətlərinin üzvü və ali məktəblərinin fəxri doktoru, “Şərəf” və “Şöhrət” ordenli, akademik Əhliman Tapdıq oğlu Əmiraslanovun 17 noyabrda doğum günüdür. Akademik Əhliman Əmiraslanovun onkologiyanın müxtəlif sahələrinə dair apardığı çoxşaxəli sanballı elmi-tədqiqat işləri və aldığı uğurlu nəticələr ona dünya şöhrəti qazandırmışdır. Sümük şişlərinin kompleks müalicə üsullarının işlənib hazırlanması və klinik praktikaya tətbiqi istiqamətində apardığı elmi-tədqiqat işləri nəticəsində bu xəstəliklərin müalicəsinin nəticələri 4-5 dəfə yaxşılaşmışdır. Bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri Beynəlxalq, Ümumittifaq və Respublika miqyaslı jurnal, qurultay, simpozium və konfrans materiallarında dərc edilmiş, əldə olunan nəticələr barədə dəfələrlə ABŞ, Fransa, Yaponiya, İtaliya, İsveç, Türkiyə, Almaniya, Rusiya, İsrail, Pakistan, Kanada, Avstriya, Yunanıstan və b. ölkələrdə keçirilən müxtəlif səviyyəli elmi forumlarda və nüfuzlu yığıncaqlarda məruzələr etmişdir. “Onkoloji xəstələrdə bərpa müalicəsi metodlarının işlənib hazırlanması və klinik praktikaya tətbiqi” istiqamətində apardığı elmi-tədqiqat işlərinin nəticələrinə görə elm və texnika sahəsində SSRİ Dövlət mükafatına, eləcə də sümük sarkomalarının müasir müalicə üsullarını da özündə əks etdirən “Sümük sarkomaları” monoqrafiyasına görə SSRİ Tibb Elmləri Akademiyasının məşhur N.N.Petrov adına mükafatına layiq görülmüş, bu sahədə onlarla yüksək ixtisaslı kadr potensialı yetişdirmişdir. Akademik Əhliman Əmiraslanov elmi-pedaqoji məktəbinin yetirmələri nəinki Azərbaycanın, eləcə də dünyanın bir çox ölkələrinin nüfuzlu klinikalarında çalışaraq onun yolunu uğurla davam etdirirlər. 500-dək elmi əsərin, o cümlədən 13 monoqrafiya, 9 ixtira və səmərəlşdirici təklif, 26 dərslik, dərs vəsaiti və metodik ədəbiyyatın müəllifidir. Onun rəhbərliyi altında 56 dissertasiya işi, o cümlədən 12 elmlər doktorluğu, 44 tibb üzrə fəlsəfə doktorluğu dissertasiyaları müdafiə edilmişdir. Fəaliyyəti dövründə 20000-dən çox cərrahiyyə əməliyyatı icra etmişdir. Akademik Ə.T. Əmiraslanov 1992-2015-ci illərdə, 24 ilə yaxın bir dövrdə Azərbaycan Tibb Universitetinə rəhbərlik edərək ölkəmizdə tibbi kadrların hazırlanmasında, tibb təhsilinin və tibb elminin inkişafında böyük xidmətlər göstərmişdir. Onun rektorluğu dövründə Tibb Universiteti böyük tərəqqiyə nail olmuş, Universitetin maddi-texniki bazası və Beynəlxalq əlaqələri genişləndirilmiş, 4 klinikası yaradılmışdır və uğurla fəaliyyət göstərir. Akademik Ə.T.Əmiraslanovun elmi-tədqiqat və elmi-təşkilati fəaliyyətinin əhəmiyyətli bir hissəsi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə bağlıdır. O, 2001-ci ildən AMEA-nın həqiqi üzvü, 2007-ci ildən AMEA Rəyasət Heyətinin üzvü, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi kimi ölkəmizdə biologiya və tibb elmlərinin əsas istiqamətlərinin müəyyənləşdirilməsində, elmi işlərin təşkili və modernləşdirilməsində aparıcı rol oynayır, tədqiqatların ən müasir metodlarla aparılmasına, beynəlxalq əlaqələrinin intensiv inkişafına, yeni elmi qurumların yaradılması, müvafiq sahələrin maddi-texniki bazalarının durmadan yaxşılaşdırılması işlərinə rəhbərlik edir və hərtərəfli dəstək verir. Akademik Ə.T.Əmiraslanovun IV (2010) və V çağırış (2015) Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi fəaliyyəti də geniş və çoxşaxəli olmaqla daim həm ona səs verən seçicilərin, həm də ümumən Azərbaycan xalqının yüksək maraqlarına xidmət etmişdir. 2015-ci ildə Milli Məclisin Səhiyyə Komitəsinin sədri vəzifəsinə seçilməsi onun elmi-təşkilati və ictimai-siyasi fəaliyyətinə verilən qiymətin təzahürü idi. Əhliman Əmiraslanovun yüksək təşkilatçılıq qabiliyyəti sayəsində Səhiyyə Komitəsi qısa müddətdə formalaşmış, strukturları yaradılmış və burada ciddi qanunverici fəaliyyətə başlanılmışdır. Ömrünün müdrik çağına qədəm qoyan akademik Əhliman Əmiraslanovu doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, ictimai-siyasi, elmi-pedaqoji və praktik fəaliyyətlərində böyük nailiyyətlər arzulayırıq.

Goyce.az Əhliman Əmiraslanovla müsahibəni təqdim edir:

Əhliman müəllim, noyabrın 17-də 72 yaşınız tamam olacaq. Yaşınız çox olmasa da, az da deyil. Bilirəm ki, kifayət qədər zəngin həyat yolu keçmisiniz. Elmi, tibbi, ictimai, siyasi fəaliyyətlə məşğul olmusunuz. Xüsusən, tibb sahəsində böyük uğurlar qazanmısınız, yüzlərlə tələbə, alim yetişdirmisiniz. Geriyə baxanda, nələri qazandınız, nələri itirdiniz?

Siz dediniz 72 yaş, böyük yaş deyil. Bu illər ərzində insan zəngin həyat yolu keçməklə, həm də təcrübə qazanır. Digər tərəfdən mənsub olduğu sənətdə də təcrübə qazanır. Şübhəsiz, mənim də həyat yolum o qədər asan olmayıb. Göyçə mahalının ucqar bir kəndində dünyaya gəlmişəm. Orta məktəbi bitirib Bakıya gəlmək, Tibb İnstitutunda oxumaq o qədər də asan məsələ deyildi. Hətta, mənimlə oxuyan həddindən artıq savadlı, qabiliyyətli uşaqlar varıydı ki, onların maddi imkanı olmurdu ki, Bakıya gəlsinlər, oxusunlar. Çünki o vaxt insanların maddi durumu o qədər də yaxşı deyildi. İnsanlar adi yolpulu tapa bilmirdi. Ancaq mən orta məktəbdə oxuyandan fikrim vardı ki, həkim olum. Çünki kəndimizdə xəstəxana vardı, həkim yoxuydu. Ancaq erməni millətindən həkimlər gəlirdi, bir il, iki il işləyirdilər, sonra gedirdilər. İmtahan verdim, Tibb İnstitutuna qəbul oldum. Fikrim vardı, bitirdikdən sonra kəndə qayıdım, kəndimizdə həkim işləyim. Nənəm xəstə olanda bu qərara gəlmişdim. Çünki atam Basarkeçərdə rayon partiya rəhbəriydi, o üzdən rayonda yaşayırdı. Mən də nənəmin yanında kənddə yaşayırdım. Nənəmin xəstəlikdən necə əziyyət çəkdiyini görürdüm. Niyyət eləməklə deyil. Tale elə gətirdi ki, Tibb İnstitutunu yaxşı bitirdim və heç vaxt ağlıma gəlməzdi ki, bitirdiyim instituta rəhbərlik edəcəm. İnstitutda işlədim, bir ildən sonra Moskvaya gedəsi oldum. Rus dilini institutda oxuya-oxuya öyrəndim. Atamın da bu barədə rolu az olmadı. Bizə həmişə oxumağı, xüsusilə, rus dilini öyrənməyi tövsiyə edirdi. Atam kəndimizə gələn rusdilli müəllimləri bizim evdə yerləşdirirdi ki, bizimlə rusca danışsınlar. Qısası, zəngin və çətin həyat yolu keçsəm də, həyatımdan razıyam. Qazandıqlarım aldığım tərbiyə, böyüdüyüm mühitlə, bir də elmi, tibbi, ictimai fəaliyyətimlə bağlıdı. İtirdiyim isə ömürdü, bunu da təbii qarşılamaq lazımdı. Belə də olmalıdır.

Sizin atanız uzun illər Ermənistanda, Basarkeçərdə müxtəlif vəzifələrdə işləməsi ilə bərabər, həm də bir ədəbiyyat bilicisiydi.  Xalq arasında  ədəbiyyata, ədəbiyyat adamlarına olan marağı, diqqəti həmişə söylənilir. Xüsusi ilə Səməd Vurğunla yaxın münasibətləri, görüşləri olub. Çox maraqlıdır, atanız o görüşlərlə bağlı nəsə danışırdımı? Xatırlayırsınızmı o görüşlər haqqında söhbətlərini?

Atam özü Tarix fakultəsini bitirmişdi. Demək olar ki, bütün sahələri eyni dərəcədə mükəmməl öyrənmişdi. Ədəbiyyatı, incəsənəti, dəqiq elmləri: fizikanı, riyaziyyatı çox yaxşı bilirdi. İnstitutdan əvvəl İrəvan Pedaqoji Texnikumunu bitirmişdi, yaxşı təhsil almışdı. Tibblə də çox maraqlanırdı. Tibbə aid bəzən elə suallar verirdi ki, ona cavab vermək çətin olurdu. Çox mütaliyə edirdi. Nizamini, Füzulini, Aşıq Ələsgəri, Mirzə Ələkbər Sabiri, Səməd Vurğunu əvvəldən axıra qədər əzbər bilən adamıydı. Səməd Vurğunla dostluğu vardı, həmişə onunla məktublaşardı. 1955-ci ildə bir yay günü Səməd Vurğun Kəlbəcərə - İstisuya gəlmişdi. Mənim onda 7-8 yaşım vardı. Atam da ikinci katib işləyirdi. Atama xəbər verdilər ki, Səməd Vurğun Kəlbəcərdədi. Atam onda evdə tapşırdı ki, hazırlıq görün. O vaxt otel yoxuydu. Gələn qonaqları ancaq evdə qəbul edirdilər. Səməd Vurğunun da ən böyük arzusuymuş ki, gəlsin Aşıq Ələsgərin qəbrini ziyarət etsin. O vaxt telefonla əlaqə çətiniydi. Atam Kəlbəcərə getdi, bir gün orda qalandan sonra atnan evə gəlmişdi. Səmədi Göyçəyə gətirəndə yolda möhkəm yağış yağır, maşın qalxa bilməyib, yağış yolları yuyub, qayıdıblar geri. Səməd Vurğun atama "katib qardaş" deyirmiş. Atama deyib ki, katib qardaş, bu il qismət olmadı, gələn il gələcəm Göyçəyə. Gələn il də Səməd Vurğun xəstələndi, dünyasını dəyişdi, Göyçəyə gələ bilmədi. Atam o görüşlərdən, Aşıq Şəmşirlə deyişməsindən, Səmədin Aşıq Ələsgər haqqında fikirlərindən çox danışardı. Bizim kənddə bir Aşıq Ağayar  vardı. Aşıq Ələsgərin şagirdi olmuşdu. Atam həftənin axırı evə gələndə onu çağırardı, söhbət edərdilər. Aşıq Ağayar Ələsgərin elə şeirlərini deyərdi ki, atam təəccüblənərdi, deyərdi, birinci dəfədi eşidirəm.

Atanızın yəqin ki, əlyazmaları, qeydləri var Aşıq Ələsgər haqqında...

Vallah, bilmirəm. Olsa da yəqin kiçik qardaşımda olar. Məndə atamın məktubları var. Mən aspiranturada oxuyanda mənə məktublar yazıb. Maraqlanaram...

Atanızın raykom katibliyindən çıxması ermənilərin tələbi ilə olub deyəsən...

İşdən çıxması Basarkeçərdə yer adlarının dəyişməsiylə bağlı olubdur. Atam çox iradəli insanıydı. Və çox dönməz, sözünü deyən adamıydı. Atam ikinci katib olanda da, Maarif Şöbəsinin müdiri olanda da həmişə öz sözünü deyirdi. Yerlərin, kəndlərin  adını dəyişəndə, iclasda ayağa qalxıb etirazını bildirib. Demişdi, düz eləmirsiz, bu adların öz tarixi var. Bu adlar bizlərə - türklərə məxsusdu. Biz bu torpağın əzəli sakinləriyik. Həmin etirazına görə işini itirdi. Çox cəsarətli adamıydı. Mən atama deyəndə ki, ata, etiraz elədin, işini itirdin. Dedi, oğul, bunu kimsə deməlidir. Bunlar tarixdir, yazıdır. Ermənilər adları dəyişə-dəyişə gəlir, sonra heç nə sübut eləmək olmayacaq.

Atanızın yaxşı maraqlı dostları olub...

Mən xatırladığım, bizə tez-tez gələn Yunis Rzayeviydi. Həm də qohumuyduq. Sonra Mikayıl Bayramov, Cəmşid Hənəfiyev, Həbib Səmədov, Qoşunəli Şamoyev, Böyük Məzrə məktəbinin direktoru Mahmud Hacıyev, Yunis Abdullayev, Bala Məzrədən İbrahim Həsənov, Abbasəli varıydı onlar gəlirdi. Dərə kəndindən, İsmayıl Əliyev vardı. İsmayıl müəllim atam haqqında çox gözəl yazı yazıb. Məndə olmalıdır. İstədim o vaxt onu çapa verim, nədənsə qaldı. Adını çəkdiklərim indi yadıma düşənlərdi. 16 yaşımdan rayondan çıxmışam, xatırladığım budur. Amma dostları çoxuydu.

Bəs ədəbiyyat adamlarından dostları kimləriydi?

Bizə tez-tez Əli Vəliyev, Hüseyn Arif, Səməd Vurğunun qardaşı Mehdixan Vəkilov gəlirdi. Həsən Əliyev də olub bizdə. Sonra irəvanlı Həsən Seyidov olub. Əvvəl Bakıda Mərkəzi Komitədə işləyib. O da bizim evdə olub, mən bilmirdim. Moskvada olanda o mənim yanıma gəldi. Qızı xəstəydi. Mən onun qızını əməliyyat etdim. Məndən haralı olduğumu soruşdu, dedim, Göyçədənəm. Kəndimizi soruşdu, dedim, Zoddanam. Dedi, adam desəm tanıyarsanmı? Orda Tapdıq Əmiraslanov vardı. Mən onun evində qonaq olmuşam. Dedim, Tapdıq mənim atamdı. Onda söhbət etdi ki, Mircəfər Bağırov tapşırıq vermişdi ki, Göyçə camaatı 1948-1953-cü illərdə köçsün. Onda Tapdıq Əmiraslanov xüsusi fəallıq, müqavimət göstərdi Zod kəndinin köçməməsi üçün. Alimlərdən Məmməd Arif Dadaşzadə, iqtisadçı Əbülfəz Bərəkət gəlirdi. O vaxt Göyçəyə Azərbaycandan, Bakıdan çox adamlar gəlirdi.

Atanız səhv eləmirəsmsə, 1960-cı ildən ömrünün sonuna kimi Basarkeçər Xalq Maarif Şöbəsinin müdiri olub. İşlədiyi dövrdə Göyçədə təhsilin inkişafına xeyli töhfələr verib. Bu gün də Göyçədə təhsil alan, işləyən yaşlı nəsil onun xidmətlərini yaxşı xatırlayır.

Deməli, 1976-cı ildə rəhmətə gedib. 10 ildən artıq katib işləyib. 16-17 il də Maarif Şöbəsinin müdiri işləyib. Atamın birinci fəaliyyəti azərbaycanlılar yaşayan kəndlərdə məktəb tikmək oldu. O zaman 5-6 kənddə tam orta məktəb varıydı. Bir neçə kəndin uşaqları bir məktəbdə oxuyurdu. İrəvandan tuf daş gətirdib, məktəbləri tikdirdirirdi. Bizim Zod kəndində üç mərtəbəli, mərkəzləşdirilmiş isitmə sistemi olan məktəb varıydı. Onu da atam tikdirmişdi. Tədris məsələlərində də çox ciddiydi. Müəllimləri özü sual-cavab edib, işə götürürdü. Tez-tez kənd məktəblərinə gedib, dərslərdə tədrisin necə getdiyi ilə maraqlanırdı. 

Özü də ilk əvvəl müəllim kimi əmək fəaliyyətinə başlayıb

Qaraqoyunlu kəndində müəllim kimi fəaliyyətə başlayıb, sonra orada məktəb direktoru olub. Oradan gedib raykoma. Yeri gəlmişkən, mən özüm Qaraqoyunluda anadan olmuşam, sənədimi Zod kəndində almışıq. Bunu nənəm mənə həmişə xatırladardı.

Moskva həyatınız maraqlıdır. Necə oldu Moskvaya getdiniz?

Mən institutda oxuya-oxuya ikinci kursda artıq cərrahiyyə ilə maraqlanırdım. Xəstəxanada işləyirdim. Yaxşı maaş da alırdım. Onkologiya xəstəxanasına düzəldim. O vaxt çox məşhur həkim varıydı -  Arif Abbasov, Onkologiyaya gəlmişdi. O da mən çalışdığım Onkoloji Mərkəzin yetişdirməsiydi. Onunla bir yerdə çalışmağa başladıq. Mən əməliyyatlara kömək edirdim. Sonra məni orada saxladı. Bitirdikdən sonra təyinatımı ora aldım. O vaxt da yaxşı oxuyanlara qiymət verirdilər. Məni institutda saxlamaq istəyirdilər. Onkologiyada çalışmağa başladım. Tez bir zamanda mənə səksən çarpayılıq şöbə verdilər. Sonra Arif Abbasov 49 yaşında infarktdan dünyasını dəyişdi. Bundan sonra gördüm ki, mənə rəhbərlik edən yoxdu. Özüm də təzə ailə qurmuşdum, yoldaşım da hamilə. Elan oxudum ki, Moskvada Onkoloji Elmi Mərkəzə aspiranturaya elan var. Heç kimə demədən sənədlərimi göndərdim ora. Oradan dəvət gəldi ki, imtahandı. Rəhmətlik qardaşım Smolenskidə qulluq edirdi. Dedim, gedirəm qardaşıma baş çəkəm. Getdim qardaşıma baş da çəkdim, imtahan da verdim. Təxminən iyul-avqust ayında cavab gəldi ki, qəbul olmuşam.

Bu qərarınızı atanız necə qarşıladı?

Normal qarşıladı, məni dəstəklədi. Həyat yoldaşım dedi ki, özün bilərsən. Anam və qayınatamgil narazı oldular. Anam heç razı deyildi, deyirdi, mən heç Bakıya gedib sizi görə bilmirəm, Moskvaya necə gedib çıxacam. Atam hər şeyi yoluna qoydu, biz də maneələri keçdik, getdim oxumağa.

Atanız uğurlarınızı gördümü?

Gördü, ancaq az gördü. Biz evdə altı uşaq olmuşuq. Atam fotoaparat almışdı, şəkilləri mən çəkirdim. Tar, saz almışdı, ifa etməyi mən öyrənirdim. Heyvanı həmişə mənə kəsdirərdi. Sən yaxşı kəsirsən - deyirdi. Mən cərrah olanda, şöbə müdiri olanda, fərqlənmə diplomumu gətirəndə çox sevindi. Mənə demədən Basarkeçərdə diplomumun surətini çıxardıb dostlarına göstərirmiş. Bir dəfə mənə dedi ki, döşünə çox döymə, qoyunları sənə kəsdirə-kəsdirə səni cərrah eləmişəm. Belə yumoru olan insanıydı. Tale elə gətirdi ki, mən Moskvada aspiranturanın ikinci kursunda oxuyanda atam may ayının 19-da rəhmətə getdi...Mənə qəfil telefonla xəbər verdilər. Gəldim may ayından sentyabr ayına qədər qaldım Göyçədə. Sonra qardaşım Zəfər kəndimizdə sovxozun direktoru oldu. Ata yurdumuzda, anamın yanında Zəfər qaldı. Qaçqınlıqda köçüb o da Bakıya gəldi.

Amma yaxşı elmi rəhbərləriniz, müəllimləriniz olub. Sizə atalıq qayğısı göstərəcək qədər yaxşı müəllimlər... 

Bəli, müəllimlərimin taleyimdə rolu oldu. Mən hesab edirəm ki, müəllim barəsində bəxtim gətirib. Mən özüm də pis tələbə olmamışam. Onkoloji Mərkəzin beş mindən çox işçisi vardı. Onun tərkibində beş institut var. Müəllimim var, Nikolay Nikolayeviç Trapeznikov - ondan mənim  haqqımda müsahibə almışdılar. Demişdi ki, mən onu Onkoloji Elmi Mərkəzinə direktor vəzifəsinə hazırlayıram. Ruslar dəli olmuşdu.Yəhudilər, ermənilər bilirsiz nə qədəriydi orada? Amma mən Bakıya qayıtmaq istəyirdim. O vaxt Moskvada qalmaq çox çətiniydi. Ev alıb qeydiyyata düşmək indi asanlaşıb. Müəllimim çox dedi, sən Moskvada qal. Dedim, atam rəhmətə gedib, anama, qardaşlarıma kömək eləmək lazımdı. Nikolay Nikolayeviç mənə dedi ki, sən Moskvada qalsan, anana, qardaşlarına daha çox kömək edərsən. Doğrudan da elə oldu. Bir müddət orada yaşadım, işlədim, anama, qardaşlarıma kömək elədim. Sonra üstündən iki il keçdi, Surxay rəhmətə getdi, dörd uşağı vardı. Onları mən oxutdum, ailə qurdular. Yəni, orada məni zorla saxladılar. Ev də verdilər iki dəfə. Evin biri indi də durur. Birini mən Bakıya rektor gələndə dəyişdik.


1992-ci il də Bakıya gəlməyiniz hansı zərurətdən yarandı?

  • Birinci səbəb respublikamızın müstəqil olmasıyla bağlıdır. İkinci səbəb iki oğlum var. Böyük oğlum Tibb Universitetində oxuyurdu. Kiçik oğlum da orta məktəbi bitirirdi. Onların gələcək ailə həyatı  məni də, yoldaşımı da həmişə çox düşündürürdü. Məni Bakıda rektor təyin etdikdən sonra zəng elədim müəllimim Nikolay Nikolayeviçə. Getdim bağına görüşdük. Dedim, mən Bakıya getmək istəyirəm. Məni dəvət ediblər. SSRİ-nin vaxtında Moskvada yaşaya-yaşaya Cəlilabaddan deputatıydım. Mənə dedi ki, yəqin səni vəzifəyə çağırıblar. Düzü, yalan danışmalı oldum. Dedim, dəqiq bilmirəm. Dedi, getmək istəyirsən? Dedim, məndən çox ailə istəyir. Dedi, getmə, burada sənin hər şeyin var, qarışıq dövrdür. Amma madam ki, getmək istəyirsən, mənim sənə bir tövsiyəm var: Elə işə get ki, xəstələrlə əlaqəni kəsmə. Sən xəstələrə çox lazımsan, əməliyyatlarda iştirak et. Bakıya gələndə elə iş təklif etdilər ki, doğrudan da müalicə işindən kənarlaşmalıydım. Mənə nazir olmağı təklif etmişdilər. Razılaşmadım, dedim, rektor olacam, xəstələrlə əlaqəni kəsməyəcəm, əməliyyatlara girəcəm. 24 il rektor işlədim. Mən işlədiyim dövrdə üç-dörd nazir dəyişdi. Çətinliklə Bakıya gəldim, işlədiyim müddətdə əvvəl-əvvəl çətinliklərlə də çox rastlaşdım.
    O vaxt eləydi ki, adi təbaşiri belə tapa bilmirdik. Dərslərə vaxtında başlaya bilmirdik. İnvertarlar sıradan çıxmışdı.
  • Ulu öndərimiz Heydər Əliyevin, cənab prezident İlham Əliyevin çox köməyi dəydi mənə. Dörd klinika, bir tədris binası; Ə. Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının həyətində cərrahiyyə  korpusu, terapiya korpusu, on bir mərtəbəli tədris binası, mənim rəhbərlik etdiyim Onkoloji Klinikanın binasını tikdik. Stomotolji Mərkəzin binasını alıb təmir etdik, beş yeni korpusu müəllim-tələbə heyətinə ixtiyarına verdik.

Bildiyim qədər Heydər Əliyevin də sizə xüsusi münasibəti olub

Allah rəhmət eləsin ulu öndərə . Çox yaxşı münasibətimiz olub. Əlli yaşımda mənə "Şöhrət" ordeni verdi. Mənim ixtisasımla bağlı həmişə yaxınlarını etibar edib. Yaxınlarından kimsə xəstələnən də, hətta mənim sahəmə aid olmayan da belə mənimlə məsləhətləşib. Mənim rektorluğum dövrümdə iki dəfə Tibb Universitetində olub. Başqa unversitetlərdə olmayıb belə hal.  İhsan Doğramaçı Bakıya gələndə, yubleyi keçiriləndə məruzəçi olmuşam. Bir sözlə, çox görüşmüşük.

İndi Milli Məclisdə Səhiyyə Komitəsinin sədrisiniz. Komitə sədri olaraq yeni nə işlər gedir? İcbari Tibbi Sığorta məsələsi cəmiyyəti xüsusi olaraq maraqlandırır.

- Mən həm də Tibb Universitetinin Onkoloji Klinikasının direktoruyam. Səhərlər əməliyyatı orada edirəm. Həm Milli Məclisə gəlirəm, həm də Akademiyaya gedirəm. Milli Məclisdə Səhiyyə Komitəsi yeni yaradılmış komitədir və mən ilk yaranmış komitənin sədriyəm. Komitədə çox böyük işlər görmüşük. İndiyə qədər 53 yeni qanun qəbul etmişik. 4 il ərzində İcbari Tibbi Sığorta haqqında demək olar yeni qanun qəbul etmişik. Çox yaxşı işlər gedir. İcbari Tibbi Sığortanın həyata keçməsi üçün bütün nə hüququ adlar, hüquqi qanunvericilik haqları var, hamısını hazırlamışıq. İndi də lazım olsa bu qanuna dəyişikliklər olacaq. Yeni qanunların hazırlanmasıyla məşğuluq. İcbari Tibbi Sığortanı bizim komitə dəstəkləyir və çox yaxından iştirak edir.
Müvəqqəti bir işçi qrupu da yaratmışıq. Yaxınlarda Milli Məclisdə 5 komitənin iclasında büdcə müəyyən olundu, orada da müəyyən təkliflərimi verdim.

Sonuncu dəfə Göyçədə nə vaxt olmusuz?

1988-ci ilin səhv etmirəmsə ya iyul, ya da avqust ayında olmuşam. Kiçik oğlumla getmişdik. Bir gün qaldıq, gəldik. Onda çox çətiniydi. Hər yerdə hərbçilər, yoxlanışlar vardı. Hətta bizə dedilər ki, getməyin, yolda nəysə ola bilər. Camaat köçürdü. Kənd artıq o kənd deyildi. Mən kənd camaatına ürək-dirək verirdim. Sözün düzü, inanırdım ki, dövlət tədbir görəcək, bütün bunların qarşısı alınacaq. O vaxt SSRİ varıydı və inanmırdım ki, bu qədər güclü ordusu olan dövlət dağılsın. Ən sonda çıxan kənd Zod kəndi oldu. Dövlət mükafatı alanda, Ermənistan qəzetlərində mənim şəklim çıxmışdı. O qəzetlər məndə durur. O vaxt açığını deyim, belə düşmənçilik də yoxuydu. Gərək düzünü danışasan. Zod kəndi bir həftə gec çıxsaydı, yollar bağlanacaqdı. Mən 10 maşın göndərdim. Qardaşımgil, bibilərim, başqa qohumlar köçlərini gətirməyə. O vaxt qardaşım deyirdi ki, maşınlar gələndə ermənilər Basarkeçərdən köçürdülər ki, Azərbaycandan 10 maşın silah-sursat gətiriblər. Qorxularından qaçırdılar. Özü də imkanlı adamlar qaçırdılar. Düzdür, evlər dəyişmədi. Hər halda, ümid varıydı ki, bu işlər düzələcək. Amma baxın axırı nə oldu... Əgər o zamankı hakimiyyət rəhbərləri Göyçə camaatına bir azca dəstək olsaydı, indi hamı öz yerində yaşayırdı. Ermənilər qorxaq millətdi.

Göyçəyə qayıtmağa ümidiniz varmı?

Vallah, böyük arzumdu. Dünən də yuxuda kəndimizi, evimizi, atamı görmüşəm. Tez-tez yuxuma girir o yerlər. İndiki dövrdə mən hesab edirəm ki, real arzu deyil. Amma gələcəkdə nəsə qayıdışın olmasına ümidsiz deyiləm. Doğsanıncı illərin əvvəllərində atamın qəbrini köçürtmək istəyirdim. Moskvada dostlarım bu barədə söz vermişdilər. Sadəcə qarşı tərəfdən dedilər, yaxınlardan kimsə də gəlməlidir. Qardaşım istədi getsin, anam imkan vermədi. Eləcə qaldı.

Ad gününüzü necə qeyd edəcəksiz?

 

Evdə ailəmlə qeyd edəcəm. Bir dəfə 50 yaşımı geniş qeyd etmişik. Yoldaşımla elə vaxtlarımız olub ki, ad günümüzü unutmuşuq. Sonra yadımıza düşüb ki, bəs filan vaxt ad günümüz olub, keçirməmişik. Amma övladlarımızın, nəvələrimizin ad günlərini qeyd edirik. Ad günü keçirməyə o qədər də həvəsli deyiləm.

Söhbətləşdi: QILMAN İMAN

 


Etiket:
Xəbərlər

Eşq bir sirdir...

06.12.2019

Vəzir Orucovun atası İsgəndər Həmidovu silləynən vurdu... - Asim Qasımov 

04.12.2019

Xəzərin “udduğu” neftçilər - Dəhşətli hadisədən 4 il keçdi

04.12.2019

Kişilik simvolu və Cahandar ağa

04.12.2019

Almaniya ordusunun qorxusu – Hitler türkiyəli generallarla niyə görüşmüşdü... (FOTOLAR)

03.12.2019

Ermənilərin köçürülməsinə qarşı Naxçıvanda Keçili üsyanı

02.12.2019

Rus çarları ermənilərə niyə nifrət edirdilər? 

30.11.2019

MƏRHƏMƏTƏ ATILAN GÜLLƏ

29.11.2019

Yaratdığı təriqətlə 900 insanın bir gündə intihar etməsinə səbəb olan Cim Cons – Qatil, yoxsa kahin? - FOTO

28.11.2019

Dərbənddə doğuldu, Bakıda dəfn edildi – teleqüllənin təşəbbüskarı olan general Rəsulbəyovun həyat yolu

27.11.2019

“XƏZİNƏ” Milli Mükafatı sahiblərinə təqdim edilib – FOTOLAR

27.11.2019

Dünya Gənc Türk Yazarlar Birliyi şeir müsabiqəsi keçirib

27.11.2019

SSRİ-nin birinci xanımı olan bakılı qızın intiharı – General Qusevin işvəkar arvadının baiskarlığı

26.11.2019

"Erməni soyqırımı" yoxdur deyən fransız yazar: "Bir azərbaycanlı ilə görüşdüm, hönkür-hönkür ağlayırdı" - FOTOLAR,VİDEO

26.11.2019

Unutqanlıq, yaxud tarixi unutqanlığın ibrət dərsi - BİRİNCİ YAZI

25.11.2019

Azərbaycanlı jurnalist Şuşadan yazdı...

25.11.2019

Qorki və Stalin münasibətləri haqqında çoxlarının bilmədiyi faktlar

24.11.2019

 NƏRİMANLI KƏNDİNİN ŞƏHİD KÜNBƏZİ

22.11.2019

Cəsədi döyüş meydanında qalan 19 yaşlı şəhid - Milli Qəhrəman Mehman Sayadov

22.11.2019

Rəsulzadə Türkiyədən niyə getdi?

21.11.2019

Qarakənd faciəsinin gizli məqamları: Əslində nə baş vermişdi? - Şahidlər danışır

20.11.2019

ABŞ-ı 1 trilyon ziyana salan azərbaycanlı general - 25 İLLİK SİRR

20.11.2019

Bu gün həyatdan nakam getmiş şair Zərdüşt Şəfinin doğum günüdür

19.11.2019

Sufilik və Hürufilik

19.11.2019

Tarixçi Həcər haqqında iddiaları alt-üst etdi: “Onun erməniyə ərə getməsi...”

18.11.2019

ELNUR İRƏVANLI- şeirlər

17.11.2019

Milli Dirçəliş Günü

17.11.2019

Atam getmişdi ki, Səməd Vurğunu Göyçəyə - Aşıq Ələsgərin qəbrini ziyarət etməyə gətirsin - Əhliman Əmiraslanov

16.11.2019

Himnimiz necə tapıldı?

15.11.2019

Mustafa Kamal Atatürk Britaniya kəşfiyyatının hesabatlarında: onun haqqında nə deyilirdi?

14.11.2019

Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız - Hüseyn xan Turqut

12.11.2019

Albanların xiristanlığı qəbul etməsi

07.11.2019

Yarımçıq qalmış sevgi və ya sovetlərin üç körpə qıza etdikləri sitəm...

07.11.2019

Ailəsindən küsən, tənha yaşayıb tənha ölən Xalq artisti

06.11.2019

Şah İsmayıl əslində necə öldü? – Şok versiyalar

06.11.2019

Klounların təzim etdiyi, xristianlığı qəbul edən qeyri-adi titullu aktyorumuz...

05.11.2019

"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR

04.11.2019

Xruşşov dövrünün Qarabağ şəhidi - FOTOLAR

04.11.2019

Dronqo kimdir?

01.11.2019

O, Xalq yazıçısı adından çox nökər olmağına sevinmişdi – Maraqlı faktlar

01.11.2019

Bir taleyin oyununda iki böyük türk – ARAŞDIRMA

31.10.2019

Xaricdə yüksək vəzifə tutan azərbaycanlılar - SİYAHI

30.10.2019

“Mən türkəm, bu qədər” - Nobel mükafatçısının HƏYAT HEKAYƏTİ

30.10.2019

İnterneti rədd etmək mümkündürmü? - Umberto Eko yazır...

29.10.2019

Rus dili

29.10.2019

Üzünə Bəxtiyar Vahabzadənin tüpürdüyü general: – “Özümü xoşbəxt hesab edirəm ki, bu adama əl qaldırmadım”

28.10.2019

Amerikalı ravvin erməniləri ifşa etdi

28.10.2019

Qan gölü, əmirə kəllə hədiyyəsi, yerlə yeksan olan tarix... – III YAZI

28.10.2019

Hitlerin əsgəri, Stalinin məhbusu olan Azərbaycan aşığı

25.10.2019

Hüseyn Cavid əbədiliyi

24.10.2019
Bütün xəbərlər