Bir gölün dəniz dərdi

15:30 / 10.05.2019
Baxılıb: 4410

“Vətən sevgisi yeganə bənzərsiz insan duyğusudur ki, onu bölüşdürmək olmur, onu pay kimi xırdalamaq olmur.” Bu, “Göyçə gölü” poeması ilə ədəbiyyatımızda boy verən Məhərrəm Hüseynovun kitabında yazdığı fikirlərdən seçmədir.

Bəri başdan qeyd edək ki, Azərbaycan filologiya elmində kifayət qədər ciddi alim kimi tanınaraq da qəbul edilən filologiya elmləri doktoru, professor Məhərrəm Hüseynov 10-dan artıq kitabın müəllifi olsa da “Göyçə gölü” onun ilk bədii ədəbiyyat nümunəsidir.

Göyçə gölü, əlim səndən üzüldü,

Yığvalıma dağ-düyünlər düzüldü,

Sənsiz keçən bir an mənə yüz ildi.

Səndən qaçaq ömrüm qəmə boyandı,

Ürəyimdə neçə həsrət oyandı.

Bu, şairin təkcə göyçəlilər deyil, dünyanın harasında olmasından asılı olmayaraq hər bir azərbaycanlı üçün nisgil rəmzinə çevrilən nadir təbiət hadisəsinin- Göyçə gölünün xəyali səyahətinə hazırlıqdır. Əlbəttə, şair formaca ustad Şəhriyarın məşhur “Heydərbabaya salam” poemasını nümunə seçib və məsuliyyətlə demək mümkündür ki, uğurlu bir sənət əsəri yarada bilib.

Onu da xatırladaq ki, “Heydərbabaya salam” poeması “Ədəbiyyat və incəsənət” qəzetinin 1958-ci il 14 sentyabr sayında professor Həmid Məmmədzadənin “Şəhriyar Təbrizi” adlı məqaləsi ilə Şimali Azərbaycana təqdim olundu. Bu tanışlıq daha sonra professor Qulamhüseyn Beqdeli tərəfindən davam etdirilir.

Akademik M.Arif “Heydərbabaya salam” poeması ilə bağlı yazırdı: "Bu poemanın özəlliyi yalnız ana dilində yazılmasında deyil, onun əsas üstünlüyü mövzu və ideya ilə bədii forma, bədii ifadə tərzi arasında nadir bir uyğunluq, çox müvəffəqiyyətli bir vəhdət yarada bilməsindədir". Akademikin fikirlərini birmənalı olaraq Məhərrəm Hüseynovun “Göyçə gölü” poemasına şamil etmək mümkündür. Oxucularımıza bir daha xatırladaq ki, Göyçə gölü azərbaycanlıların XX əsrin sonlarına- Ermənistan dövləti tərəfindən ölüm qorxusu altında tarixi vətənlərindən çıxarılana qədər soydaşlarımızın daimi yaşayış məskənlərindən biri olub. Onu da yada salaq ki, göl, Cənubi Qafqazda ən iri göllərdən biridir- dəniz səviyyəsindən 1926 metr yüksəklikdə yerləşən bu gölü nadir təbiət hadisəsi hesab edirlər.

Toxluca, Ağbulaq, Şorca, Ardanış,

Cil, Babacan, Pəmbək tarixə tanış.

Ağkilsə, Şişqaya, Məzrədən danış,

Allah, Allah, bu yerlərdə ada bax!

Sözlərdəki doğmalığa, dada bax!

Hə, doğmalığın yarada biləcəyi dadla səslənən bu adların düzümü ilə Məhərrəm Hüseynov Göyçə gölünün ətrafındakı topomonistik xəritəni təqdim edə bilir. Rusiyanın işğalına qədər İrəvan xanlığının tərkibində olan mahal, bolşevik Rusiyasının yaratdığı bolşevik Ermənistanın da beş inzibati rayon arasında bölündü. Həmin bölünmələrdən sonra azərbaycanlılara qarşı etnosid siyasətinin yeni bir mərhələsi başladı, gürcü mütəfəkkiri İlya Çavçavadzenin təbirincə desək, bu mahalda da “erməni alimləri və ağlayan daşlar” erası başladı- onlar toponimlərin erməniləşdirilməsini müəyyən fırıldaqlarla həyata keçirirdilər.

Xatırlatma üçün yada salaq ki, "Kitabi-Dədə Qorqud"da yer-yurd adlarının izi Göyçə gölü boyunca təqdim edilir: eposda Göyçə mahalı, Göyçə gölü, Ağlağan dağı, Ayğır bulağı kimi toponimlərimiz azərbaycanlıların qədim yaddaşının və mədəniyyətinin silinməz izidir.

Dədəm Qorqud “Göyçə dəngiz” deyibdir,

Adicə göl demək sənə, eyibdir,

Sahillərin dağdan zireh geyibdir.

Güneyi yamyaşıl, qardır quzeyi,

Göyçə nədir?- təbiətin muzeyi.

Şair bir gölün dəniz dərdini poeziyanın dili ilə, aydın ifadə edir, mənəvi itkilərin obrazını yaratmağa müvəffəq olur. Poemanın dili zəngin, bədii ifadə vasitələri cəlbedicidir. Oxucu poemanı oxuyub da Azərbaycanın zəngin mədəniyyət və mənəviyyat beşiyinə səyahət edir və sabaha ümidlə baxır, inanır ki, dədə-babalarımızın bu gün əsirlikdə qalan ellərinə oraların tam sahibi kimi dönməliyik:

Göyçə gölü, haraylasan el gələr,

Şimşək çaxar, leysan yağar, sel gələr,

Qoynundan çəkilər qara kölgələr,

Nəfəs dərər Ağ Aşığın diyarı,

Aşıq Ələsgərin dustaq məzarı.

 

Mahirə Hüseynova

Filologiya elmləri üzrə fəlsəfə doktoru.


Etiket:
Xəbərlər

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023

"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.

15.10.2023
Bütün xəbərlər