Qadınlara olan hisslərinin qurbanı olan əfsanəvi sovet kəşfiyyatçısı RİXARD ZORGE

16:26 / 22.02.2020
Baxılıb: 2794

Milliyyətcə alman olan Rixard Birinci Dünya Müharibəsində Almaniya tərəfdən döyüşüb, lakin sonra sovet kəşfiyyatına xidmət edib və faşizm üzərində qələbə üçün az əmək sərf etməyib.

Çox dözümlü adam olan Zorge, həyatını riskə ataraq uzun illər Yaponiyada yaşayıb. Bahalı maşınlar və qadınlara olan ehtirası onun zəifliyi idi. Elə bu ehtirasın da qurbanına çevrilir. Yaponiyada yerli rəqqasələrdən biri ilə olan qısamüddətli əlaqə əfsanəvi kəşfiyyatçının qanlı sonu olur. Qızın verdiyi danosdan sonra Rixard həbs olunaraq edam edilir.

Sovetlər İttifaqında Rixard Zorge haqqında az bilirdilər: bir dəfə Stalinin gözündən düşən hərbi kəşfiyyatçı artıq özünü “təmizə çıxara bilmir”. Rəhbərlik qarşısında onun günahı bağışlanmaz idi: milliyyətcə rus olan arvadına gizli fəaliyyətini etiraf etmişdi. Həmin vaxt qadın Rixarddan hamilə idi, lakin tezliklə həbs edildi və zəhər verilərək öldürüldü.

Ümumiyyətlə isə Zorgenin həyatında çox qadın olub. Rəsmi olaraq üç dəfə nikaha girib: alman qadınla, rusla və yapon qadınla. Bəzi məlumatlara görə gündoğan ölkədə kəşfiyyatçı - “ürək ovçusu”nun 30-dan çox məşuqəsi olub.

Onlardan biri – rəqqasə Kiomi Rixardın sonunu gətirərək onu polisin əlinə verir. Kiomi ilə olan əlaqə praktiki olaraq detektiv tarixçə idi: qadın polisə cəlb edilmişdi, onun sevdiyi şəxs həbs olunmuşdu və məşhur kəşfiyyatçı haqqında olan istənilən kompromat onun azadlığı demək idi. Gecələrin birində Kiomi Zorgenin öz informatoru olan ofisiantdan məktub aldığını müşahidə edir və bundan sonra onunla gecəni keçirməyə razılaşır. Kiomi və Rixard maşınla evə gedərkən kəşfiyyatçı yolda məktubu yandırmaq istəsə də “xain” alışqan işləmir. Onda Zorge kağızı cırır, avtomobilin pəncərəsindən bayıra atır və həmin ərazidən uzaqlaşır. Kiomi maşını telefon köşkünün yanında saxlamağı xahiş edir. Yarım saatdan sonra əlində həbs haqqında order olan polis Rixard Zorgenin evinə basqın edir. Casusluqda ittiham olunan Zorge edam edilir.

Sovet İttifaqında Rixard Zorgeyə münasibət birmənalı deyildi. Əvvəllər onu heç xatırlamırdılar. 1938-ci ildə o, SSRİ-yə qayıtmaq haqqında sərəncam alır. Buna baxmayaraq Zorge işləmək üçün Yaponiyada qalmaq qərarını verir. Maraqlıdır ki, sovet rəhbərliyi onun işini maliyyələşdirməkdən imtina edir və Zorge bütün informatorlarını demək olar ki, “öz cibindən” saxlayırdı. Kəşfiyyatçı inadla Moskvaya məlumat göndərməyə davam edirdi. Məhz Zorge faşist qoşunlarının SSRİ-yə hücum edəcəyi haqda xəbərdarlıq etmişdi. Məhz o, Yaponiyanın Sovetlər İttifaqına hücumu planlaşdırmadığını təsdiqləmişdi. Birinci məlumata şübhə ilə yanaşılsa da ikinci məlumat ciddiyə alınır və SSRİ-nin Uzaq Şərqdəki qoşunlarının bir hissəsi paytaxtın müdafiəsi üçün gətirilir. Bu, İkinci Dünya Müharibəsində Moskvanın almanlara təslim edilməməsində mühüm rol oynayır.

Rusiyada Zorge şəxsiyyətinə maraq dalğası 1960-cı illərdə əfsanəvi kəşfiyyatçı haqqında fransız filminin ekranlara çıxmasından sonra başlayır.
Nikita Xruşov filmdə qəhrəmanı görür və ölümündən sonra onu mükafatlandırmaq istəyir, lakin özü vəzifəsindən kənarlaşdırılır. Lakin təşəbbüs dəstəklənir və "Sovet İttifaqı Qəhrəmanı" adı öz sahibini tapır.

Arzu Səlim


Etiket:
Xəbərlər

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023
Bütün xəbərlər