Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi

12:53 / 04.03.2020
Baxılıb: 2434

Keçmiş döyüşçü, Qarabağ müharibə veteranı, təqaüddə olan mayor Əjdər Qaçay oğlu Hüseynov Rusiya Federasiyasının Samara şəhərində İnşaaat texnikumunda təhsil almış və təhsilini bitirəndən sonra DİN orqanlarında işləməyə başlayıb.

Bədnam qonşularımızın torpaq iddiasını eşidən kimi - 1988-ci ildə doğulduğu Laçın rayonuna, doğma Ələkçi kəndinə qayıdıb. Orada kənd cavanlarından özünümüdafiə qrupu yaradıb. Sovetlik Qırxqız dağının şimal ətəyində yerləşdiyinə görə Dağlıq Qarabağın ermənilərin məskunlaşdığı Vəng qəsəbəsi zabitin ata yurduna yaxın idi. Ona görə də ermənilər tez-tez mal-qaranı, qoyun sürülərini aparır, çoban-çoluğa xəsarət yetirirdilər. Hüseynov, yalnız ov silahları ilə silahlanmış özünümüdafiə qrupu ilə bir neçə kəndin və insanların keşiyində durdular. Bir müddət fəaliyyət göstərəndənsonra onu Laçın rayon polis şöbəsinə işə götürdülər. O, leytenant rütbəsi ilə polis şöbəsində işə başladı. Sonra onu Laçın rayonunun Şamkənd sovetliyi üzrə polis sahə müvəkkili təyin etdilər. Bu müddət ərzində erməni terrorçuları daha da qızışır, Laçına və onun ətraflarına zərər verməyi daha da artırırdılar. Hüseynovun xidmətlərindən razı qalan rəhbərlik yenidən onu rayon mərkəzinə qaytardılar və polis şöbəsində məsul növbətçi təyin etdilər. Bu xidmətdən sonra onu qaynar döyüş bölgələrinə ezam etdilər. Laçının Cizimli kəndində gedən ağır döyüşlərdə iştirak etdi. Onlar erməniləri geri oturtdular. Suarası kəndində gedən döyüşlərdə ermənilər məğlub oldular. Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə dəfələrlə iştirak etdi. "Daşaltı ” əməliyyatında Laçın polis şöbəsinin əməkdaşlarıyla birgə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Oqtay Güləliyevlə
bir yerdə döyüş əməliyyatında iştirak etdi. Şuşanın "Daşaltı” əməliyyatında çoxlu itki verən Azərbaycan milli ordusunun yaralı əsgərini Laçın polis şöbəsinin əməkdaşı Paşayev Nizami Fəxrəddin oğlu ilə birlikdə Daşaltınıniçindən çıxartdılar və Şuşa xəstəxanasına çatdırıblar. Onları səhəri günü Laçın rayon polis şöbəsinə qaytardılar. Beləliklə, 1988-ci il fevral ayından 1992-ci ilin may ayına qədər bir sıra döyüş əməliyyatlarında iştirak etdi.

Bütün bu çəkilən əziyyətlərə baxmayaraq, havadarlarının köməyi ilə Laçın rayonu və 130 kəndi ermənilər tərəfindən işğal olundu. İşğal olunan zaman ermənilər ordu birləşmələrimizə həm alınmış Şuşa rayonu tərəfdən hücum edirdilər, həm də döyüşçülərimiz Laçınla üzbəüz olan Gorus, Sisyan, Dığ erməni yaşayış rayonlarından artileriya və hava hücumuna məruz qalırdılar. Həmin zaman (16-17 may) Hüseynov Laçın rayon polis şöbəsində məsul növbətçi idi. Növbətçi olduğu günlərdə rayonun bütün xüsusi mühüm obyektlərini: Polis Şöbəsini, Milli ordunun qərargahını və s. obyektlərini erməni və rus artilleriyası ilə dağıtdılar. Beləliklə Laçın rayonu işğal olundu, onlarla şəhid verildi. Və yenidən polis rəisi polis polkovniki Akif Səlimovun rəhbərliyi altında Hüseynovla birgə Laçın polis şöbəsinin bütün əməkdaşları DİN-in əmrinə əsasən döyüş bölgəsinə ezam edildilər.

Laçın və Şuşa işğal olunduğuna görə Laçına giriş yalnız Kəlbəcər rayonunun "Tunel” adlanan yeraltı keçidindən idi. Və Laçın polisinin əməkdaşları həmin tuneldən Laçın ərazisinə daxil oldular. Laçının kəndləri erməni qəsbkarları tərəfindən yandırılmışdı. Laçın polisinin əməkdaşları ilk olaraq o kəndlərdən erməniləri təmizləyə-təmizləyə Hoçaz yüksəkliyinə yaxınlaşdılar. Onlar Hoçaz yüksəkliyi uğrunda ağır döyüşlər keçirdilər. Bütün döyüşlərdə Azərbaycan Milli ordusunun və Polis batalyonunun döyüşçüləri qələbə qazanırdılar və erməniləri yaxşıca əzişdirirdilər. 1992-cü ilin oktyabr ayında onlara göstəriş gəldi ki, uzun müddət ermənilərin əlində olan Hoçaz yüksəkliyi ermənilərdən azad edilməlidir. Onları gecə ilə erməni pozissiyasının 300 metrliyində meşədə Əlibulağında yerləşdirdilər. Səhər tezdən saat 06:00-da komandir briqada Qənizadənin və Akif Səlimovun rəhbərlik etdikləri artilleriya və "Qrat qurğusu” işə düşdü.

Bir neçə gün gedən qızğın döyüşlərdə, ermənilər onlara nisbətən daha çox itki verdilər. Hüseynovu rəhbərlik o döyüşdən xaric edib təxminən döyüş zonasından 10 km kənarda bir dağın zirvəsində posta qoydular. Onun rəisi bildirdi ki, kəşfiyyatın gətirdiyi xəbərə əsasən, Ermənistandan "Eşşək” meydanı adlanan dağ tərəfdən bu döyüşə əlavə qüvvələr gətiriləcək. Sahə müvəkkili İlhamla leytenant Hüseynov səngərlərini dərinləşdirdilər və həmin gecə onların aşağı tərəfindəki Sadınlar kəndində ermənilərin olduğunu məlum oldu. Onlar səhəri gün meşədə iki hərbi "UAZ"gördülər. Bu maşınlar ordudan əvvəl gələn erməni kəşfiyyatçıları idilər. Bundan sonra saat 10 radələrində ordu və texnika görünməyə başladı. Xeyli sayda hərbi zirehli texnika və təqribən 450 nəfər erməni piyada qoşununun döyüşçülərin arxa tərəfinə keçdiyini gördülər. Hüseynov yanında olan İlhamiyə əmr etdi ki, təcili gedib döyüşən Laçın rayon polis batalyonunun komandiri Çingiz Abbasova ara zona ilə gələn erməni qoşunları haqqında məlumat versin. Hüseynov isə bir an belə itirmədən üzərinə gələn bu qoşun birləşmələrini atəşə tutdu və təxminən 30-40 nəfərin yerə sərildiyini gördü və qalan qoşun hissələri meşəyə dağıldı, o cəld yerini dəyişərək aşağı düşdü, erməni zirehli texnikası və qurğuları onun durduğu yeri vurdular. Yenə də o ilahi qismətlə sağ qaldı və bir neçə saat gedən qarşılıqlı artilleriya döyüşündən sonra erməni qoşunları ağır itki verərək geri çəkildilər və Hüseynovu yüngül yaralı halda polis qərargahına, rəisin yanına gətirdilər.

Rəis ona dedi: "Sən bir nəfərin işini görmədin, sən bir vzvodun işini gördün, əgər sənin atəşin olmasaydı, bizim ordunu və polis batalyonunu puskuya salıb məhv edəcəkdilər, sənə qəhrəmanlıq yaraşır. Əgər ölməsəm də bu adı sənə verdirəcəyəm".

Sonra ona döyüşdən kənar bir kənddə müalicə almaq üçün yer təşkil etdilər, bir polis əməkdaşını təhkim etdilər ki, ona xidmət göstərsin. Səhəri gün Hüseynov Ermənistan tərəfdən səmaya qalxan bir təyyarəni izlədi. Komandir briqada Qənizadəyə bir təyyarənin Ermənistan tərəfdən səmaya qalxdığını, Qarabağ istiqamətinə getdiyini və geri qayıtmadığını radiostansiya ilə məlumat ötürdü.

Səhəri gün saat 09:00-da ona xidmət göstərən polis əməkdaşı təyyarə səsinin gəldiyini Hüseynova xəbər verdi. Güclü partlayış səsi dağı silkələdi və o dağın üzərindən Ermənistan tərəfə uçan hərbi təyyarəni gördü. Bu təyyarə milli ordunun səyyar qospitalını vurmuşdu, xoşbəxtlikdən tələfat olmamşdı. O, vaxt itirmədən avtomat silahla çox yaxın, 30-40 metr məsafədən təyyarənin alt hissəsinə çoxlu sayda atəş açdı. Təyyarənin alt hissəsində SSRİ-nın bayrağı həkk olunmuş və qırmızı rəngdə SSRİ yazılmışdı. Onun atəşi təyyarəni zədələdi. Əks tərəf onu atəşə tutdu, xoşbəxtlikdən çoxlu sayda atılan güllələr Hüseynova dəymədi və təyyarə Ermənisatnın Gorus rayonu istiqamətində tüstü və alov içərisində dağın arxa tərəfində görünməz oldu. Təyyarənin sonrakı aqibətindən heç bir məlumatı olmayan Hüseynov bu haqda öz polis rəisi, polkovnik Akif Səlimovu məlumatlandırdı.

Bu cür hadisələr sayca çoxdur. Hüseynov Əjdər öz xidməti vəzifəsini şərəf və ləyaqətlə çoxlu döyüş əməliyyatlarında göstərib. Müharibədən sonra təyinatı DİN-nin nəznində olan DYNO-ya (Dövlət Yanğın Nəzarət Orqanı) verildi. FHN-dən 2010-cu ildən təqaüdə buraxıldı, hal-hazırda Mingəçevir şəhəri AZDRES "Yeni Həyat qəsəbəsi ev B15”-dəmüvəqqəti məskunlaşıb. Özünün dediyinə görə yenə müharibə başlayarsa, Qarabağın azadlığı uğrunda döyüşlərdə iştirak etməyə hazırdır.

Amma təəssüf ki, keçmiş döyüşçünün hər iki gözü görmə qabiliyyətini tam itirmək təhlükəsindədir. Yanvarın 17-si onun ad günüdür. Çox istərdik ki, əlaqədar orqanlar gözlərinin nuru çəkilməkdə olan qazini yoxlasınlar, onun müalicəsi ilə məşğul olsunlar, dövlətimiz isə onun xidmətlərini qiymətləndirməklə onun bütün əzab əziyyətlərini ona unutdura bilməsələr də, onu sevindirsinlər. Bu barədə o özü də prezidentə məktub ünvanlayıb, məktub baxılmaq üçün DİN-ə göndərilib, onlar da sonuncu iş yeri FHN olduğuna görə ərizəsini ora göndəriblər. FHN isə cavabında Hüseynovun fəaliyyətinin əsas hissəsinin döyüş vaxtlarına təsadüf etdiyinə görə məsələnin DİN-ə aidiyyəti olduğu bildirilib.

Beləliklə, Əjdər Hüseynovun məktubu nazirliklər və şəxslər arasında dolaşmaqda, özünün isə gözləri yollarda qalıb.(karabakhmedia.az)


Zahir Məlikli


Etiket:
Xəbərlər

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023
Bütün xəbərlər