Azərbaycan Respublikasının tanınmış ziyalılarından olan kulturologiya elmləri doktoru, professor, “Azərsu” ASC-nin sədrinin müşaviri Çingiz Əli oğlu Abdullayevin bu ilin aprelində 60 yaşı tamam olmuşdur. Zəngin, mənalı, maraq dolu həyat yaşayan Çingiz Abdullayev cəmiyətimizin bir çox sahələrinə öz töhfəsini vermiş, özünün çoxşaxəli yaradıcılığı ilə Azərbaycan ictimaiyyətinin diqqətini cəlb etmişdir.
Həyatının böyük hissəsini ölkədə tarixən mövcud olmuş multikultural mühitin laylarından olan alman qatları ilə bağlayan Ç.Abdullayev çağdaş dövrümüzdə Azərbaycan və alman xalqlarının mədəni əlaqələrinin inkişafında xüsusi iz qoymuşdur. 1990-cı ildən Alman-Azərbaycan Cəmiyyətinin nümayəndəsi, 1994-cü ildən isə həmin cəmiyyətin sədri olan Ç. Abdullayev iki ölkə arasında elm, təhsil mübadiləsinin aparılmasında xüsusi xidmətləri ilə, Azərbaycanda kökləri qədim zamanlara gedən tolerant dəyərlərin beynəlxalq aləmin geniş auditoriyasına catdırılmasında əldə etdiyi zəngin təcrübəsi ilə ölkə ictimaiyyətinin rəğbətini qazanmışdır. Alman-Azərbaycan Cəmiyyətinə rəhbərlik edən professor Ç. Abdullayev bu qurumun istiqamətlərindən biri kimi Azərbaycan tarixinin alman səhifələrinin və o cümlədən Azərbaycan və alman xalqlarının qarşlıqlı tarixinin öyrənilməsini götürmüş, almanların Azərbaycanda məskunlaşmalarıının 190 illiyi və 200 illiyi münasibəti ilə həm xarici ölkələrdə, həm də Azərbaycan Respublikasında bir sıra silsilə tədbirlər keçirmişdir. Bu sırada Ştutqart Beynəlxalq Əlaqələr İnstitutunda, Tiflisdə Höte İnstitutunda, Moskvada Almanların Mədəniyyət Mərkəzində, Bakı Slavyan Universitetində, AMEA-nın Tarix Muzeyi, Tarix İnstitutunda foto sərgi və beynəlxalq konfranslar yaddaqalandır. Keçirilən tədbirlərdə belə bir reallıq vurğulanmışdır ki, Almaniya və Azərbaycan arasındakı tarixi dostluq əlaqələri unudulmamış və bugün də yaşamaqdadır. Bu həqiqətləri göstərən yaradıcı ziyalı cəmiyyətin xətti ilə Azərbaycan və alman xalqlarının tarixi-mədəni əlaqələrini işıqlandıran “Simenslər-150”, “Almanlar-200” kataloqlarını nəşr etdirmiş, almanların Cənubi Qafqaza köçmələrinin 200 illiyinə həsr olunmuş “İkinci Vətən” adlı filmin ərsəyə gəlməsində öz əməyini əsirgəməmişdir.
Ç.Abdullayevin ictimai fəaliyyəti və beynəlxalq səviyyədə əldə etdiyi təcrübə və təşkilatçılıq işləri ölkə və beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. O, ictimai fəaliyyətinə görə “Sülh səfiri” fəxri adına layiq görülmüş və bir çox beynəlxalq təşkilatların xatirə medalları və diplomları ilə təltif olunmuşdur. Tanınmış ziyalı Azərbaycanda və bir çox xarici ölkələrdə fəaliyyət göstərən beynəlxalq təşkilatların - “Simurq” Beynəlxalq Mədəniyyət Assosiyasının İdarə heyətinin (Azərbaycan), Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin, Alman Dili Müəllimlər Birliyinin (Almaniya), Rusiyada və MDB ölkələrində Almanların tarixi və mədəniyyəti Assosasiyasının üzvüdür.
Elmin ziyası, bəşər mədəniyyətinin həmişəyaşarlığı ilə ürəyi döyünən professor Ç.Abdullayev 100-dən çox elmi əsərin, 1 ixtiranın müəllifidir. Onun kitabları dünyanın bir çox ölkələrində saxlanılır.Yaradıcıilq ruhu ilə yaşayan tanınmış alim bir sıra sənədli filmlərin ssenarisini yazmış, onlar ölkə və ölkə xaricində lentə alınmışdır. Həyatı boyu əldə etdiyi elmi-nəzəri təcrübəsini gənc nəslə çatdırmaqdan yorulmayan, ali məktəb auditoriyalarında mühazirələr oxuyan Ç.Abdullayev bir neçə doktorantın elmi rəhbəridir.
Geniş ürəyə malik, əməksevər, xeyirxah, sədaqətli insan, gözəl ailə başçısı Çingiz Abdullayevin 60 illik yubileyini təbrik edir, ona işıqlı həyat, yeni yaradıcılıq uğurları arzulayıram.
Həcər Verdiyeva
Tarix üzrə elmlər doktoru
Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025