Heydər Əliyev Göyçədə – Heç kimin bilmədiyi FAKT - FOTO

17:43 / 24.04.2020
Baxılıb: 6678

Şahidi olduğun bir əməl yaddaşda daha dərin iz qoyur, nəinki bu barədə deyilən min söz”
Ibsen Henrik, Norveç şairi və dramaturqu

Baharın gəlhagəl, qışın isə qaçaqaç günləri idi. İrəvan quberniyasının Yeni Bayazid qəzasının Çəmbərək (Krasnoselo) rayonunun camaatı Novruz bayramı əhval-ruhiyyəsi ilə yaşayırdı. Yaşlılar çaşır yığmaq üçün ağır kürklərini çıxardıb yamaclara çıxmaq zamanını, uşaqlar isə əldən düşənədək üzmək üçün Göyçə gölünün suyunun isinişməsini gözləyirdilər. Rayon əhli adi günlərinin birini yaşayırdı. Mövsümün bu dövrü hər il belə olurdu bu yerlərdə.

1965-ci ilin ilk baharı da  istisna deyildi.

Rayon rəhbərliyi də cari işlərlə məşğul idi. Rayon Partiya Komitəsinin katibi Kazım Əliyev səhər-səhər iş otağında daxil olan məktubları diqqətlə oxuyub müvafiq şöbələr üzrə tapşırıqlar verirdi. Telefon zəng çaldı. Birinci katib Əli Həsənovla birbaşa əlaqə telefonu idi.

– Buyurun, yoldaş Həsənov.

– Kazım, Ağbulaqdakı təsərrüfatlarla bağlı fikrini bilmək istəyirəm. Bir düşün, gələcəm sənin otağında danışaq.

Aralarında səmimi münasibətlər olsa da bir az gözlənilməz idi belə bir qeyri-formal zəng. Həm də axı Ağbulaq ərazisində müzakirə oluna biləcək xüsusi mövzu da yox idi.

Əli Həsənov özü Kazım Əliyevin otağına gəldi. Bir neçə dəfə Ağbulaq kəndinin adını çəkdikdən sonra gözləri ilə Kazım Əliyevi dəhlizə dəvət etdi. Hər ikisi dəhlizə çıxdılar. Əli Həsənov dedi:

- Günorta qonağımız olacaq. Bu yerlərin adamı deyil. Sizdə nahar edəcəyik. Səməndər bacıya de hazır olsun. Telefonla bir söz demə. İşdən tez gedərsən. Bizim evdə qulaq var (Əli Həsənov evində danışıqların izlənməsi üçün cihaz quraşdırıldığını nəzərdə tuturdu).

Heydər Əliyev və Əli Həsənov 1964

Qonağın kim olmasını soruşmazlar. Bu yerlərin qaydası belə idi. Günorta Kazım Əliyevin evi tərəfə “QAZ 69” markalı maşın yaxınlaşdı. Ev sahibi və Əli Həsənov qonağı eşikdə gözləyirdilər. Maşından hündür boylu, idmançı cüssəli, mavi gözlü, 40 yaşlarında bir adam düşdü. Əli Həsənovla görüşdü. Onlar tanış idilər. Daha sonra Kazım Əliyevlə əl sıxdı. Sonra diqqətlə Kazım Əliyevə baxdı. Həyətə daxil oldular. Gəlmə adam Əli Həsənovdan soruşdu:

– Haqqında danışdığın əməkdaşın bu adamdır?

Əli Həsənov təsdiq etdi. Otağa keçdilər. Səməndər xanım məcməidə xoruzpipiyi dəmlənmiş ətirli cayla içəri daxil oldu.

– Sizin tərəfdə kəklikotu çayı olmur?-qonaq gümrah səslə soruşub otağa çökmüş rəsmiyyətə bir sadəlik qatdı.

Az keçmiş Səməndər xanım bu dəfə kəklikotu çayını süfrəyə düzdü, yanında da İrəvan kətəsi. Ətirli qoxu otağı bürüdü.  Çayın qonağın ürəyincə olması seziliridi. Qonaq tavana, divarlara göz gəzdirdi. Elə bil öz-özlüyündə nəyi isə götür-qoy edir, əllərini yuyurmuş kimi gah sağ əli ilə sol yumruğunu, gah da sol əli ilə sağ yumruğunu sıxırdı. Saatına baxdı:

– Yemək qalsın başqa vaxta. Çıxaq havaya, deyib ayağa qalxdı.

Səməndər xanıma minnətdarlığını bildirdi:

– Belə yerlərin kəklikotu dəmini içməyib gedə bilməzdim.

İdmançı görkəmli adam gəldiyi “QAZ 69″da, Əli Həsənovla Kazım Əliyev Volqada ermənilərin sıx məskunlaşdığı Orconikidze kəndini keçərək Şınıx dərəsi tərəfə, Azərbaycan SSR ərazisinə, Gədəbəyə, Mutu dərəyə, Köhnə Baş Keçidə üz tutdular. Bir qədər sonra maşınlar dayandı. Qonaq “Qoy, əməkdaşın bizi burada gözləsin”- dedi.

Əli Həsənov və  Kazım Əliyev

Həsənovla qonaq aralanıb şumluğa tərəf yollandılar. Kazım Əliyev maşının yanında qaldı. Bir saat davam edən söhbətdən sonra qonaqla Birinci katib geri döndülər. Qonaq hər ikisi ilə görüşüb öz maşınına tərəf irəliləməzdən əvvəl Əli Həsənova sakit, lakin qətiyyətli səslə dedi:

– Yoldaşa da vəziyyəti izah et. Heç bir şeydən də çəkinməyin. Bir addım belə ata bilməzlər. Möhkəm dayanın.

“QAZ-69” uzaqlaşdı. Əli Həsənov qayğılı görünürdü, başını bulayıb Kazım Əliyevə dedi:

- Bu adam bizi böyük bəladan qurtarmağa gəlib. Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin rəis müavini Heydər Əliyevdir. Bakıdan Naxçıvana, oradan da maşınla birbaşa bizim rayona gəlib. Qonşularımız dinc durmurlar.

İki gün sonra rayonda görünməyən hadisələr yaşandı. Çəmbərəkə Moskvadan DTK-nın nümayəndələri gəldilər. Sovet rəhbərliyi milli məsələyə və millətçiliyin hər hansı bir təzahürünə çox həssas yanaşırdı. Rayonun ДОСААФ (Добровольное Общество Содействия Армии, Авиации и Флоту) “Ordu, Aviasiya və Donanmaya Könüllü Yardım Cəmiyyəti”nin binasındakı silah otağından yoxa çıxmış silahlar Moskvadan gələn komissiya tərəfindən Orconikidze ermənilərindən  yığıldı. Məhdud sayda adama məlum idi ki, oradan və rayon milis şöbəsinin silah saxlanılma otağından “itmiş” silahlar əvvəlcədən hazırlanmış plana əsasən ermənilərə paylanıbmış.

Aprelin 24-ü, qondarma “erməni soyqırımı” günündə Yerevandan gəlmiş dəstə ilə yerli millətçilər təxribatlar törədərək Gədəbəyin Şınıx dərəsinin Orconikidzeyə yaxın kəndlərində və Krasnoselonun Ardanış, Şorca və Ağbulaq kəndlərində azərbaycanlıları qırmağı planlaşdırmışdılar.

Qeyd etmək yerinə duşər ki, qondarma erməni soyqırımının 50 illiyi ərəfəsində Qərbdə, o cümlədən Latın Amerikasında və Yaxın Şərqdə yaşayan ermənilər Türkiyə əleyhinə genişmiqyaslı terror aksiyalarına start verməyi qərara aldılar. Ondan əvvəl isə Azərbaycanda və Ermənistanda azərbaycanlılara qarşı silsilə təxribatlar planlaşdırılırdı. Erməni lobbisinin təzyiqləri qarşısında aciz qalan Sovet rəhbərliyi prinsipsizlik nümayiş etdirərək 1965-ci ildə “soyqırımla” bağlı Yerevanda məhdud çərçivədə tədbir keçirilməsinə icazə verdi. Əslində bu aqressiv erməni milliyətçiliyinə SSRİ məkanında da əl-qol açmağa imkan yaratdı.

Əli Həsənov

…..Söhbətin əvvəlinə qayıdaq. Krasnoseloda dindirmələr, sorğu-suallar başladı. Rayonun partiya-sovet və hüquq-mühafizə orqanlarının rəhbərləri də Moskvadan göndərilmiş xüsusi komissiya tərəfindən şübhəlilər qismində təhqiqata cəlb olundular. Yerli milis şöbəsinin rəisi mayor Qaleçyan xüsusilə narahat görünürdü. Əsaslar isə ciddi idi. Əvvəllər də azərbaycanlılara qarşı nifrətini gizlətməyən Qaleçyanın dinc əhalinin əmin-amanlığını qorumaq əvəzinə terror şəbəkəsinin əsas əlaqələndiricisi olması üzə çıxmışdı.

Rayonda müxtəlif şayiələr yayılmağa başladı. Artıq rayon camaatı terror şəbəkəsinin Yerevana, oradan da xaricə uzanmasını müzakirə edirdi. Moskva komissiyasının  rayonda işinin ikinci günü isə Qaleçyanın öldürüldüyü xəbəri yayıldı. Rəsmi versiya “özünəqəsd” oldu. Qaleçyanın kabinetində ağzının içinə atəş açılmışdı. Kriminal aləmdə ağzından söz qaçıran şəbəkə üzvləri belə cəzalandırılır. Bu ölüm əslində Moskva komissiyasının da işinə yaradı. Şəbəkənin əsas təşkilatçıları və üvzləri nə bilindilər, nə də həbs olundular.

… Bu gerçək hadisə Heydər Əliyevin həyatından olan epizodik bir andır. Yüzlərlə, minlərlə soydaşımızı xilas edən an. Göyçəlilər daha 23 il öz dədə-baba torpaqlarında yaşayıb-yaratdılar. Əli Həsənov daha 4 il Birinci katib işlədi. Daha sonra İrəvanda rəhbər vəzifələrdə işləsə də, artıq o, ermənilərin qəzəbinə tuş gəlmişdi. Onun erməni siyasi dairələri tərəfindən təqibləri başlanmışdı, hər an şərlənərək həbs edilməsi zaman məsələsi idi. Heydər Əliyev bu vətənpərvər azərbaycanlı kadrı erməni şovinizminin cəngindən xilas edərək Azərbaycana dəvət etdi və o, Azərbaycanda məsul vəzifələrdə çalışdı. Həsənovdan sonra azərbaycanlıların böyük əksəriyyət təşkil etdiyi Krasnoseloda bir daha birinci şəxs postuna Azərbaycan türkü təyin edilmədi.

O dövrün gerçəkliyi elə idi ki, Anti-Azərbaycan Sovet rejiminin sərt qadağaları çərçivəsində Heydər Əliyevin belə fədakarlıqlarından xalqımızın xəbəri olmurdu, amma az sayda bilənlər Azərbaycan xalqının böyük oğlunun belə əməllərini daim minnətdarlıqla xatırlayırlar.

Nə yaxşı ki, həmfikrim, Göyçəli həkim Hüseyn Hüseynov kimi həmin hadisələrin canlı şahidləri həyatdadır.(rakus.az)

Tahir Kərimov, 
Diplomat, Harvard Universitetinin məzunu,
Mərhum Prezident Heydər Əliyevin şəxsi tərcüməçisi

Goyce.az


Etiket:
Xəbərlər

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb

08.01.2025

Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar

08.01.2025

Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev

08.01.2025

Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

07.01.2025

 AĞAYARIN ŞƏYİRDLİYİ

05.01.2025

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ

26.12.2024

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25.12.2024

Şanlı qələbə və İlham Əliyevin ad günü

24.12.2024

Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.

24.12.2024

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

21.12.2024

Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb

18.12.2024

Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar

16.12.2024

Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

12.12.2024

Akif Əli:  “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər  - niyə gedirsən?!”

28.11.2024
Bütün xəbərlər